İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə19/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

Gülarə Balayeva 
 
 
56 
vürlərin, vətəndaşın sosial yönümünün və tədris fəaliyyəti sistemi-
nin formalaşdırılmasıdır” (15, s. 9). 
Göründüyü  kimi,  ibtidai  təhsilin  məzmununun  müəyyən 
olunmasından qabaq onun məqsədi açıqlanır. Orada şagirdlərin ba-
carıq və vərdişlərinin aşkarlanması, ibtidai təsəvvürlərin, vətəndaş-
ların  sosial  yönümünün  formalaşdırılması  qabarıqlaşdırılır.  Eyni 
zamanda tədris fəaliyyətinə xüsusi diqqət yetirilir. 
Belə bir məqsədin konkret olaraq reallaşdırılması ücün məz-
mun  aşağıdakı    kimi  müəyyənləşdirilir:  “İbtidai  ümumi  təhsilin 
məzmununun məcburi minimumu aşağıdakı təhsil proqramları va-
sitəsilə təmin edilir: “Azərbaycan dili dövlət dili kimi”, “Ana dili”, 
“Riyaziyyat”,  “İncəsənət”,  “Təbiətşünaslıq”,  “Fiziki  tərbiyə”, 
“Əmək hazırlığı” (15, s.9).  
1994-1995-ci dərs ilində I-IV siniflər üzrə tətbiq olunan tədris 
planında (bazıs tədris  planı təsdiq olunana  qədər  bu tədris proqra-
mından istifadə olunmuşdu) 9 fənnin – türk dili, rus dili, riyaziyyat, 
təbiətşünaslıq,  ətraf  aləmlə  tanışlıq,  təsviri  incəsənət,  musiqi  və 
nəğmə, bədən tərbiyəsi və əmək təliminin tədris olunması nəzərdə 
tutulurdu.  Bu,  1999-cu  ildə  qəbul  edilmiş  dövlət  standartlarındakı 
fənlərin  sayı  ilə  müqayisədə  xeyli  çoxluq  təşkil  edirdi.  Əslində 
fənlərin sayının bu qədər olması ibtidai sinif şagirdlərinin tələbatları 
ilə müqayisədə çox idi. 
İbtidai təhsilin dövlət standartlarında verilmiş fənlər əvvəlki, 
məzmunla müqayisədə daha konkret və inteqrativ xarakterdə idi. 
İbtidai təhsilin nəzəri və praktik problemlərini öyrənən Y.Ş. 
Kərimov  ibtidai  təhsilin  məzmunundan  danışarkən  onu  belə 
dəyərləndirirdi:  “İndiki  dövrdə  təlimin  məzmunu  təhsil  islahatının 
tələblərinə uyğun təkmilləşdirilmiş, şagirdlərin təlim yükü qaydaya 
salınmışdır. Bu zaman dünyanın qabaqcıl ölkələrinin təcrübəsindəki 
zəruri cəhətlər nəzərə alınmışdı” (67, s.90). 
Ümumi  təhsilin  dövlət  standartlarının  bir  mühüm  cəhəti  də 
orada  ibtidai  təhsilin  başa  vurulmasına  aid  prosedur  qaydanın 
müəyyən olunması idi. Orada göstərilirdi ki, “İbtidai ümumi təhsilin 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
57 
təhsil proqramını mənimsəyən şagirdlər əsas (natamam orta) ümu-
mi təhsil pilləsində oxumağa buraxılırlar” (15, s.9). 
İbtidai təhsilin başa vurulmasını əlamətləndirən bu cəhət onun 
bitkin  bir  səviyyə  olduğunu,  əsas  təhsilə  qəbul  olunmaq  üçün 
əhəmiyyətli rol oynadığını aydın şəkildə göstərirdi. 
Standartlarda ibtidai təhsilin müddətinin 4 il olması göstərilir. 
Tədris  ilinin  müddətinin  isə  33-34  həftə  olması,  təhsil  zamanı 
maksimum  tədris  yükünün  normativlərinin  müəyyənləşməsi  qeyd 
edilir.  Standartlarda  tədris  yükünün  maksimum  normativi  kimi 
Bazis tədris planı verilir. 
İbtidai təhsilin məzmununu aydın təsəvvür etmək üçün onun 
əhatə olunduğu standartda ayrıca öz əksini tapmışdı. 
Azərbaycan  Respublikası  ümumtəhsil  müəssisələrinin  bazis 
tədris planını nümunə kimi veririk. 
 
Təhsil 
sahələri 
Siniflər üzrə həftəlik dərs saatlarının miqdarı 

II 
III 
IV 

VI 
VII 
VIII 
IX 

XI 
Azərbacan 
dili dövlət 
dili kimi 
 

 

 

 

 

 

 

 

 

 

 

Dillər və 
ədəbiyyat 
 
8/10 
 
9/11 
 
8/10 
 
7/10 
 
9/11 
 
6/9 
 
6/9 
 
6/8 
 
5/7 
 
5/7 
 
4/6 
Riyaziyyat 
və informa-
tika 
 

 

 

 

 

 

 

 

 

 

 

İctimai 
fənlər 
 

 

 

 

 

 

 

 

 

 

 

Təbiət 
fənləri 
 

 

 

 

 

 

 

 

 

 

 

İncəsənət 











Fiziki 
tərbiyə və 
gənclərin ça-
ğırışa-
qədərki 
hazırlığı 
 
 

 
 

 
 

 
 

 
 
 

 
 

 
 

 
 

 
 

 
 

 
 



Gülarə Balayeva 
 
 
58 
Əmək 
hazırlığı 











Cəmi 
20/22  21/23  22/24  22/25 
27/29  26/29  28/31  29/31  28/30  24/26 24/26 
Seçmə üzrə 
fənn (fənlər) 
 

 

 

 

 

 

 

 

 

 

 
10 
Şagirdlərin 
məcburi 
maksimum 
üzrə dərs 
yükü 
 
 
20/22 
 
 
21/23 
 
 
22/24 
 
 
22/25 
 
 
29/31 
 
 
28/31 
 
 
31/34 
 
 
32/34 
 
 
32/34 
 
 
32/34 
 
 
34/36 
Fakültativ, 
fərdi və qrup 
məşğələləri 
 

 

 

 

 

 

 

 

 

 

 

 
Qeyd:  Kəsirlərin  surətində  göstərilən  rəqəmlər  təlim  Azər-
baycan dilində olan məktəblərə, məxrəcində göstərilən rəqəmlər isə 
təlim qeyri-Azərbaycan dilində olan məktəblərə aiddir. 
Ümumtəhsil məktəbində bazis tədris planı Azərbaycan hökü-
mətinin  qanunlarına  uyğun  təsdiq  olunmuş  əsas  normativ  dövlət 
sənədidir. Təhsil müəssisələrinin maliyyələşdirilməsində ona istinad 
olunur.  Bu  sənəd  məktəbin    təlim-tədris  fəaliyyətinin  səmərəli 
qurulması üçün imkan yaradır. 
Ümumi təhsildə  bazis  tədris planı  özül  rolunu  oynayır.  Ona 
görə  də  təhsilin  məzmunu  daha  ümumi,  inteqrativ  formada  təhsil 
sahələri adı ilə verilir. 1999-cu ildə təsdiq olunmuş ümumi təhsilin 
bazis tədris planında bu sahələr 8-dir. 
İkinci,  bazis  tədris  planında  əhatə  olunan  məzmun  bütöv 
xarakter daşısa da, onlar struktur cəhətdən iki yerə ayrılır.  
Birinci  invariant  hissə  adlandırılır.  Bu  hissə  həm  də  ümumi 
təhsilin  nüvəsi  olmaqla  təlimin  zəruri  hissəsini  təşkil  edir.  Bu 
hissədə  müəyyən olunmuş məzmun mahiyyət etibarı ilə  dəyişməz 
olmaqla bütün təhsil alanlara ünvanlanır. 
İkinci  isə  variativ  hissədir.  Məktəblilərin  fərdi  inkişafının 
xarakterinə  uyğun  olaraq,  eləcə  də  təhsil  alanların  meyl  və 
maraqları əsasında müəyyənləşərək istifadə olunur. 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə