İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə21/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   17   18   19   20   21   22   23   24   ...   47

Gülarə Balayeva 
 
 
62 
metodik təminatını, qiymətləndirmə modelini, texniki təchizatını və 
s.  əhatə  etsin,  müəllimin,  məktəbin  qarşısında  duran  vəzifələri  və 
onların konkret həlli yollarını göstərsin”(100, s.16.). 
  Kurikulum dünyanın mütərəqqi təhsil modellərindən biri ol-
maqla  hazırda  geniş  miqyasda  tətbiq  olunur.  Avropa  ölkələrində 
kurikuluma  təhsilin  əsasını  təşkil  edən  sənəd  kimi  yanaşılır.  Kon-
septual sənəd kimi onun məzmununda standartlar, zəruri minimum, 
təhsil  alanların  hazırlığına  qoyulan  tələblər,  texnologiya  və  qiy-
mətləndirmə  məsələləri  əhatə  olunur.  Əslində  bu  məsələlərin  hər 
biri  kurikulumda  onun  tərkib  hissəsi,  mühüm  komponentləri  kimi 
ehtiva  olunur.  Həmin  komponentlərin  bir-birilə  qarşılıqlı  əlaqəsi, 
hər  hansı  birinin  digərini  tamamlaması,  onun  məntiqi  davamı 
olması vacib tələb kimi gözlənilir (4, s.20; 7, s.33). 
  Bu  gün  kurikulumları təhsilin məzmunu  kimi izah  edənlər 
də  vardır.  Lakin  kurikulum  birmənalı  şəkildə  yalnız  təhsildə 
məzmunu  deyil,  onunla  yanaşı  təhsil  texnologiyalarını,  şagird 
nailiyyətlərini, idarə olunma məsələlərini də əhatə edir. 
  Yuxarıdakı  şərhlərdə  də  kurikulum  anlayışının  məhz  daha 
geniş  anlamda  başa  düşüldüyü  və  istifadə  edildiyi  göstərilmişdir. 
Ölkədə  yeni  kurrikulumların  hazırlanması  zamanı  həmin  fikirlər 
nəzəri-pedaqoji  əsas  kimi  götürülmüşdür.  Azərbaycan  təhsilinin 
tarixində  ilk  dəfə  olaraq  ümumi  təhsil    üzrə  “Milli  kurikulum 
hazırlanmışdır.  Daha  konkret    demiş  olsaq,  “Azərbaycan  Respub-
likasında  ümumi  təhsilin  məqsəd  və  vəzifələrinin  məzmununu, 
pedaqoji prosesin və qiymətləndirmə sisteminin ümumi prinsipləri-
ni  əhatə  edən  Azərbaycan Respublikasında  Ümumi  Təhsilin  Kon-
sepsiyası  (Milli  Kurikulum)”  adlı  sənəd  hazırlanmış,  Azərbaycan 
Respublikası  Nazirlər  Kabinetinin  30  oktyabr  2006-cı  il,  233 
nömrəli qərarı ilə təsdiq olunmuşdur. Bu sənəd formalaşdırılarkən 
geniş  miqyaslı  sorğular  keçirilmiş,  Azərbaycan  ictimaiyyətinin 
hazırki  şəraitdə  təhsil  ehtiyacları  nəzərə  alınmışdır.”
 
(100,  s.26). 
Ümumi təhsilin, o cümlədən ibtidai təhsilin yeni məzmunu da belə 
bir  texnologiya  ilə  hazırlanmışdır.  Cəmiyyətin  ehtiyac  və 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
63 
tələbatlarının  həlledici  rolu,  məzmun  müəyyən  olunarkən  ona 
istinad edilməsi zəruri bir tələb kimi gözlənilmişdir. 
  Bu,  demokratik  və  humanist  prinsiplərlə  idarə  olunan 
müasir cəmiyyətin tələbidir. Onun nəzərə alınması müstəqil Azər-
baycanda demokratik cəmiyyət quruluculuğunun vacib elementidir. 
  Son  araşdırmalarda  belə  qənaətə  gəlinmişdir  ki, “Tələbyö-
nümlülük,  nəticəyönümlülük,  şagirdyönümlülük  ümumi  təhsilin 
müasir  məzmununun  didaktik  əsasını  təşkil  edir  və  Nazirlər  Ka-
binetinin  30  oktyabr  2006-cı  il  tarixli,  233  №-li  qərarı  ilə  təsdiq 
olunmuş  “Azərbaycan  Respublikasında  Ümumi  Təhsilin  Kon-
sepsiyası  (Milli  Kurikulumu)”  çərçivə  sənədi  bilavasitə  həmin 
prinsipin üzərində qurulmuşdur” (100, s. 26). 
  “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası 
(Milli Kurrikulumu)” sənədinin demokratik və konseptual xarakteri 
onun məzmununa hansı yeniliklər gətirmişdir? Bu yanaşma tərzinin 
faydalılığı nədədir? 
  Əvvəla, ümumi təhsilin yeni kurikulumları cəmiyyətin ehti-
yac  və  tələbatlarına  söykənən  ciddi  sosial-pedaqoji  araşdırmalara 
istinad edir. Orada cəmiyyətin gələcək qurucuları üçün zəruri olan 
bilik, bacarıq və vərdişlərin nəzərə alinmasına üstünlük verilir. Ona 
görə  də  şagirdlərə  yönəlmiş  bütün  təlim  nəticələrində,  eləcə  də 
müəllimlərə tövsiyə olunan təlim strategiyalarında və qiymətləndir-
mə mexanizmlərində cəmiyyətlə razılaşdırılmış, götür-qoy edilmiş 
texnologiyalar  üstünlük  təşkil  edir.  Bütün  bu  hallarda  müəllim-
şagird-valideyin üçlüyünün fikirləri aparıcı rol oynayır. Bu cəhət is-
tər-istəməz şagirdlər üçün maraqlı olmayan, təlim prosesini ağırlaş-
dıran ikinci dərəcəli materialların məzmuna gətirilməsi imkanlarını 
məhdudlaşdırır. Şagirdlərin səviyyəsinə uyğun təlim materiallarının 
variativ  və ya qeyri-variativ formada seçilməsinə imkan yaradır. 
  İkinci, ümumi təhsilin bütün səviyyələri və sahələri ilə bağlı 
fəaliyyətlər  istiqamətləndirilir.  Ümumi    prinsiplərə  əsasən  onların 
nailiyyətlərinin  əldə  olunması  üçün  tələblər,  prosedur  qaydalar 
müəyyənləşdirilir. 


Gülarə Balayeva 
 
 
64 
   Altı  hissədən  ibarət  olan  bu  sənədlə  ümumi  təhsilə  və 
ümumi  təhsilli  şəxsə  verilən  tələblər,  ümumi  təhsilin  məzmun 
standartları, ümumi təhsil müəssisələrində fənlər üzrə həftəlik dərs 
saatlarının  miqdarı,  ümumi  təhsil  sistemində  pedaqoji  prosesin 
təşkili  prinsipləri,  ümumi  təhsil  sistemində  şagird  nailiyyətlərinin 
qiymətləndirilməsi  və  fənn  kurikulumlarının  strukturu  öz  əksini 
tapmışdır. Onun ən geniş əhatəli hissəsi “Ümumi təhsilin məzmun 
standartları”dır  ki,  orada  bu  məsələ  hər  təhsil  pilləsi  üzrə  ayrı-
ayrılıqda verilmişdir. 
  Ümumi ibtidai təhsilin məzmunu “Azərbaycan Respublika-
sında Ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulumu)” sənədin-
də ayrıca yer tutur və “ümumi ibtidai təhsil” adlanır. Bu sənədə əsa-
sən  ibtidai  təhsilin  məzmununu  qrafik  formalarda  ifadə  etmək 
mümkündür. Tədqiqat zamanı onun aşağıdakı variantda ümumiləş-
dirməsini  məqsədəuyğun hesab etdik. 
İbtidai təhsilin məzmunu 
 
Məqsəd 
Ümumi təlim nəticələri 
Tədris olunan fənlər 
Fənlərin əsaslandırılması 
Fənn üzrə ümumi 
nəticələr 
 
Göründüyü kimi, ibtidai təhsilin məzmununa məqsəd, nəticələr 
və fənlər daxil edilmişdir. Məqsədlər aşağıdakılardan ibarətdir: 
“uşaqlarda oxu, yazı və hesablama vərdişləri yaratmaq və möh-
kəmləndirmək; 
uşaqlara insan, cəmiyyət, təbiət və onlar arasındakı qanunauy-
ğunluqlar haqqında ilkin həyati biliklərin verilməsini təmin etmək; 
uşaqlarda  məntiqi  və  yaradıcı  təfəkkür  elementlərini  forma-
laşdırmaq,  istedadlı  uşaqların  erkən  yaşdan  üzə  çıxarılması  və  in-
kişafını təmin etmək; 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə