İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   ...   9   10   11   12   13   14   15   16   ...   168

 
26
ərazisi meşəlik olmuş və burada çoxlu ayı yaşamışdır. Ona görə də həmin ərazi Ayıdərəsi adlanmışdır. 
Heyvan adı əsasında yaranan mürəkkəb quruluşlu oronimdir. 
Ayılı xaraba - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində 
kənd. Kənddə 1914 - cü ildə 100 nəfər, 1916-cı ildə 201 nəfər azərbaycanlı yaşamışdır (415, s.106-
107). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə  məruz qalaraq tarixi-etnik torpaqlarından 
deportasiya olunaraq kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir. Toponim mənsubluq bildirən -
lı  şəkilçisi qoşulmuş ayı sözü ilə Azərbaycan dilində «dağıdılmış, viran edilmiş» mənasında işlənən 
xaraba sözündən əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Aynazur - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-qərbdə yerləşir. Burada 1828-ci ilə kimi yalnız 
azərbaycanlılar yaşamışdır. Ermənilər Aynazur kəndinə 1828-29-cu illərdə  İranın Xoy və Salmas 
vilayətlərindən köçürülmüşdür (427, s.158). 
Kənddə ermənilərdən başqa 1897-ci ildə 75 nəfər, 1926-cı ildə 4 nəfər azərbaycanlı yaşamışdır 
(415, s.90-91). 1926-cı ildən sonra azərbaycanlılar kənddən çıxarılmışdır. İndi ermənilər yaşayır. 
Toponim türk dilində «cin, şeytan» mənasında işlənən ayna sözü ilə (359, I (1), s.17), türk 
dilində «yarğan» mənasında işlənən car sözünün (339, s. 178-179) əsasında əmələ gələn zur sözünün 
birləşməsindən  əmələ  gəlmişdir. Ehtimal ki, həmin dərə qorxulu, vahiməli olduğu üçün Aynazur 
adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. 
Erm.SSR AS RH-nin 10.IX.1946-cı 11 fərmanı ilə adı dəyişdirilib Axavnadzor qoyulmuşdur. 
Aynaxlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu 
ərazisində qışlaq. Nəsil adı əsasında yaranmışdır. Patronim toponimdir. Quruluşca sadədir. 
Ayrım - Yelizavetpol (Gəncə) quberniyasının Qazax-Şəmsəddin qəzasında, indi Barana 
(Noemberyan) rayonunda kənd.Rayon mərkəzindən 10 km şimal-qərbdə, Tona (Debet) çayının 
yanında, İrəvan - Tiflis dəmiryolunun üstündə yerləşir. 
Kənddə 1926-cı ildə 46 nəfər, 1939 - cu ildə 100 nəfər, 1959 - cu ildə 282 nəfər, 1979 - cu ildə 
2252 nəfər azərbaycanlı yaşamışdır (427, s.243). 1988-ci ilin noyabr ayında azərbaycanlılar 
Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 
Toponim ayrım türk etnonimi (245, s.43) əsasında düzəlmişdir. Etnotoponimdir. Quruluşca 
sadə toponimdir. 
Kəndin adı qeyri-rəsmi dəyişdirilib Ptxavan qoyulmuşdur. 
Ayısəsi - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda Aysəsi kəndində qala. VII əsrdə tikilmişdir. Adı yazılı mənbələrdə IX əsrdən çəkilir (422, 
s.66). Adı dəyişdirilib Arates qoyulmuşdur. 
Ayısəsi - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda çay. Uzunluğu 12 km-dir. Arpa çayına tökülür. 
Ayısəsi - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda kənd. Rayon mərkəzindən 20 km şimal-şərqdə yerləşir. Erməni mənbələrində  kəndin adı 
Aysəs, Aysayi, Aysası formalarında qeydə alınmışdır (427, s.237). Kəndin adı IX əsrdən xatırlanır 
(422, s.66). Kənddə 1873 - cü ildə 219 nəfər, 1886-cı ildə 313 nəfər, 1897-ci ildə 311 nəfər, 1904 - cü 
ildə 412 nəfər, 1914-cü ildə 453 nəfər, 1916-cı ildə 336 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, 
s.90-91, 160-161). 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş 
və yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin sakinlərindən sağ qalanlar ata-
baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 254 nəfər, 1926-cı ildə 181 nəfər, 1931-ci ildə 288 
nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.91, 161). 1988-ci ildə kəndin sakinləri Ermənistan dövləti 
tərəfindən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır. 
Kənddə VII, X-XI əsrlərə aid alban kilsəsi, türklərin həyatı ilə bağlı digər tarixi abidələr (xaç 
daşları) indi də durur (422, s.66-69). Toponim vəhşi heyvan mənasında işlənən ayı sözü ilə türk dilində 
«bataqlıq», «iymiş», «qoxumuş», «nəm», «rütubətli» mənasında işlənən sas//sası sözü əsasında (359,I 
(1), s.395) əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Erm.SSR AS RH-nin 10.IX.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qızılgül, Ermənistan 
prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Areta qoyulmuşdur. 
Aytaq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonun ərazisində  kənd. 
Rayon mərkəzindən 10 km məsafədə, Buğut dağının  ətəyində yerləşirdi. Erməni mənbələrində 


 
27
Aysataq (415, s.34; 427, s.230), Qafqazın 5 verstlik xəritəsində Aytaq formasında (348, s.9) qeyd 
edilmişdir. 
Kənddə 1873 - cü ildə 37 nəfər, 1886-cı ildə 32 nəfər, 1897-ci ildə 59 nəfər, 1914 - cü ildə 58 
nəfər azərbaycanlı yaşamışdır (415, s.34-35, 116-117). 1918-ci ildə  kənd erməni təcavüzünə  məruz 
qalaraq sakinləri deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. 1920-ci ildə ləğv edilmişdir. 
Toponim qədim türk dilində «ağ, işıqlı, aydın» mənasında işlənən ay sözü ilə (365, s.99) türk 
dilində «dağ» sözünün fonetik forması olan tağ sözünün (299, s.526; 339, s.537) birləşməsindən əmələ 
gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Aytaq - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda 
kənd. 1897-ci ildə 43 nəfər azərbaycanlı yaşamışdır (415, s.67). XX əsrin əvvəllərində, 1905-1906-cı 
illərdə azərbaycanlılar qovulmuş  və  kənd ləğv edilmişdir.  İndi xaraba kənddir. Qafqazın 5 verstlik 
xəritəsində (348, s.9) qeyd edilmişdir. 
Toponim qədim türk dilində «ağ, işıqlı, aydın» mənası bildirən ay sözü ilə (365, s.99) «dağ» 
sözünün qədim fonetik forması olan tağ sözünün (299, s.526) birləşməsindən  əmələ  gəlmişdir. 
Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 
Al - İndiki Ermənistanda dağ. Hündürlüyü 2973 mdir (427, s.56). Oronim «qırmızı» (torpağın 
süxurunun rənginə görə) mənasında işlənən al sözündən əmələ gəlmişdir. Sadə oronimdir. 
Alabkir - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək 
(Krasnoselo) rayonunda zağa. Erməni mənbələrində Alabkyar, Alapkyari formalarında qeyd edilmişdir 
(427, s.69).  
Alavar - Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda çay. 
Alağac - İndiki Ermənistanda dağ (427, s.60). Dağın konkret olaraq harada yerləşdiyini 
müəyyənləşdirə bilmədik. 
Alagöz - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Alagöz (Araqadz) rayonunda kənd. 
Rayon mərkəzindən 8 km məsafədə, Abaran - Hamamlı (Spitak) yolunun üstündə yerləşir. Ermənilər 
buraya 1828-1829 - cu illərdə Türkiyənin Muş, Ayntap vilayətlərindən köçürülüb yerləşdirilmişdir 
(427, s.56). Erməni mənbələrində həm də Alagəz formasında qeyd edilir (427, s.56). 
Toponim alagöz türk etnonimi (271, s.20; 407, s.120) əsasında  əmələ  gəlmişdir. 
Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Alagöz - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) 
rayonunda kənd. Rayon mərkəzində 15 km şimal-şərqdə, Alagöz çayının yanında, Alagöz çayının sağ 
qolu olan Yoğun su çayının sahilində yerləşir. Kəndin adı 1728-ci il tarixdə  tərtib edilmiş  «İrəvan 
əyalətinin icmal dəftəri»ndə  Ələyəz (143, s.58), Qafqazın 5 verstlik xəritəsində Alagöz (348, s.10), 
«Сборник  сведений  о  Кавказе» toplusunda Alagöz və Alayaz (364, N° 770) formasında qeyd 
edilmişdir. Erməni mənbələrində Alayaz (415, s.160), Alagəz, Alagöz (427, s.62) kimi qeyd edilir. 
Fikrimizcə, Kəndin ilkin və əsil adı «Alagöz«dür. Burada XI-XIII əsrlərə aid azərbaycanlılarla bağlı 
tarixi abidələr vardır (427, s.62).Kəndin adı V əsrdən xatırlanır (422, s.57). 
Kənddə 1831-ci illərdə 32 nəfər, 1873 - cü ildə 223 nəfər, 1886-cı ildə 356 nəfər, 1897-ci ildə 
412 nəfər, 1904 - cü ildə 524 nəfər, 1914 - cü ildə 576 nəfər, 1916-cı ildə 322 nəfər, 1919 - cu ildə 97 
nəfər yalnız azərbaycanlılar yaşamışdır (415, s.90-91, 160-161). 1918-19 - cu illərdə  kənd erməni 
təcavüzünə  məruz qalaraq deportasiya olunmuş  və  kəndə ermənilər yerləşdirilmişdir. Yalnız indiki 
Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinləri doğma evlərinə dönmüşdür. Burada 
1922-ci ildə 180 nəfər azərbaycanlı, 91 erməni, 1926-cı ildə 267 nəfər, 1931-ci ildə 353 nəfər (415, 
s.91, 161), 1959 - cu ildə 499, 1970-ci ildə 884 nəfər, 1979 - cu ildə 963 nəfər (85, s.359) azərbaycanlı 
yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından 
deportasiya olunmuşdur. İndi ermənilər yaşayır. 
Toponim alagöz türk etnonimi (271, s.204;407, s.120) əsasında əmələ gəlmişdir. Alagöz türk 
tayfası haqqında ilk məlumata Vamberinin 1863 - cü ildə türk tayfaları ilə bağlı  məlumatında rast 
gəlinir (407, s.120). 
Etnotoponimdir. Quruluşca sadə toponimdir. 
Alagöz - İrəvan quberniyasının  Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) 
rayonu  ərazisində mahal. Alagöz mahalı Göyçə mahalı ilə  həmsərhəd olmuşdur. Mahalın mərkəzi 
Alagöz kəndi, 1894 - cü ildən Həsənkənd olmuşdur. Mahala Həsənkənd, Alagöz, Qaraquluq, Erdəpin 
və s. kəndlər (cəmi 20 kənd) daxil idi ki, burada da 874 ailə yaşamışdır (427, s.56). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə