I uşaq xəSTƏLİKLƏRİ kafedrasi tibb üzrə elmlər doktoru, professor S. M. Qasımova



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə17/21
tarix30.05.2018
ölçüsü0,53 Mb.
#46790
1   ...   13   14   15   16   17   18   19   20   21

55 

 

Əlavə  tənəffüs  küylərinə  quru  və  yaş  xırıltılar,  krepitasiya  və    plevranın  



sürtünmə küyü aid  edilir. Quru xırıltılar bronxların zədələnməsi zamanı baş verir.  

Səsin tembri  və yüksəkliyinə (tonallıq baxımından  daha yüksək) görə fit  verən və 

vızıldayan (daha aşağı, bas  səslər) xırıltılar ayrılır.  

Quru xırıltıların əmələ gəlməsinin səbəbi bronx mənfəzinin ödemi, spazmı, 

sərt  və    yapışqanlı  seliklə  tutulması,  eləcədə  yapışqan  və  dartılan  selikdən 

əmələgələn  sapların  və  atmaların  hava  keçməsi  nəticəsində  vibrasiyasıdır.  Quru 

xırıltılar  həm  nəfəs  verdikdə,  həm  də  nəfəs    aldıqda  eşidilir,  bir  qayda  olaraq 

sərttənəffüs  ilə  yanaşı  olur.    Onlar    tək-tək  və  çoxsaylı  ola  bilərlər,  ağ  ciyərlərin  

bütün    səthində  və  ya  lokal  eşidilə  bilər,  bəzən  o  qədər  yüksəkdən  olur  ki,  əsas 

tənəffüs  küylərini  eşidilməz  edir  və  uzaqdan  eşidilir.  Quru  xırıltılar,  adətən, 

dinamik olur- təkrar dərin  nəfəs almalarda və ya öskürdükdə  onlar  müvəqqəti itə 

və ya əsas lokalizasiyalarını dəyişə bilərlər. Obstruktiv zədələnmələr zamanı quru 

fitvari xırıltılar istisna təşkil edir,  onlar  daha stabil olur.   

Yaş  xırıltıların  əmələ  gəlməsi  bronxların  mənfəzində  və  ya  boşluqlarda 

maye  seliyin  toplanması  ilə  bağlı  olur.    Hesab  edilir    ki,    tənəffüs  zamanı    hava 

axını belə selikdən keçərək onu köpükləndirir və boşluqda çoxsaylı ani partlayan 

qabarcıqlar yaradır. Yaş xırıltılar  hər iki tənəffüs fazasında  eşidilir, nəfəs verdikdə 

daha   güclü   olur.  Onlar  daimi olmurlar, öskürdükdən  sonra müvəqqəti yox ola 

bilər,  sonra  isə  yenidən  meydana  gəlir.  Bronxların    kalibrindən  asılı  olaraq,    yaş 

xırıltılar  kiçik-, orta- və  iri  qabarcıqlı xırıltılara ayrılır. 

Səsinin  kəskinliyi  və  aydınlığı  ilə  xarakterizə  olunan  səsli  yaş  xırıltılar, 

sərtləşmiş  ağciyər  toxumaları ilə  bornxlarda vəya sərt divarları olan boşluqlarda 

əmələ gəlir.  Belə xırıltılar sərt və ya bronxial tənəffüs fonunda yaranır, bir  qayda 

olaraq    lokal  eşidilir.    Səssiz  yaş  xırıltılar  kütləşmiş  səslər  kimi    qəbul  edilir, 

dəyişilməz ağciyər  toxuması  ilə əhatə olunmuş  bronxlarda yaranır.  Onlar böyük  

ağciyər  səthində  eşidilə  bilər,  quru və sərt tənəffüs ilə yanaşıola bilər. 

Krepitasiya- əlavə küylər olub, nəfəs  almada çoxsaylı yaprıxmış alveolların 

açılması  nəticəsində  əmələ  gəlir.  Nəfəsvermədə  alveolların    yaprıxma  

fenomeninin  əsasında    surfaktantın  əmələ    gəlməsinin  pozulması    və    ya 



56 

 

alveollarda    fibrinoz  eksudatın  toplanması  ilə  əlaqədar  surfaktant  təbəqəsinin 



tamlığının  pozulması  durur.  Krepitasiya  qulaq  yaxınılığında  saçlar  barmaqlar  ilə 

sürtüldükdə  əmələ  gələnxışıltı  səslərini  xatırladır.  Xırıltılardan  fərqli  olaraq 

krepitasiya  stabil  səsdir  (öskürdükdən  sonra  dəyişmir).  O,  həm    lokalizasiya 

edilmiş  fenomen ola bilər,  həm də   yayılmış  eşidilə  bilər.  



Plevranın  sürtünmə  küyü.Bu    əlavə  küy  plevranın  "quru"  zədələnməsi 

zamanı baş verir.  Plevra lövhəciklərinin səthi  fibrin təbəqə  ilə örtüldükdə,  qeyri-

bərabər  qalınlaşdıqda  və  kələ-kötür  olduqda  meydana    gəlir.  Tənəffüsün    hər  

ikifazasında eşidilir, sakit, incə və ya əksinə kobud,  güclü ola  bilər. Çox  zaman  

lokal  olaraq  maksimal    tənəffüs  ekskursiya  yerlərində  (döş    qəfəsinin  aşağı  yan 

hissələri) və ya paylar  arası plevrada eşidilir. Döş qəfəsinin səthində yaranan  küy 

kimi  eşidilir,    stetoskop  ilə    sıxdıqda  güclənir.  Öskürəkdən  sonra      plevranın 

sürtünmə küyü dəyişmir, "minimal" tənəffüsdə də eşidilməkdə davam edir. 

Sonuncunun təyin edilməsi üçün həkim uşağa təklif  edir ki, dərindən  nəfəs 

alsın, əli ilə ağzını və burnunu  tutsun, bundan sonra nəfəs vermədə olduğu kimi 

diafraqma  və  ya  qabırğasi    ilə  hərəkət  etsin.  Bu  zaman    xırıltı  və  krepitasiya  yox 

olur, plevranın sürtünmə küyü  isə qalır.  

Həmçinin  ağciyər  toxumalarında  yaranan    və  yuxarı  tənəffüs  yollarından 

ötürülən xırıltıları fərqləndirmək lazımdır. Onları ayırmaq üçün keçirici xırıltıların 

başqa əlamətlərindən də istifadə etmək  olar: onlar burun  və ağız üzərində yaxşı 

eşidilir, kürək və döş fəqərələrinin tin çıxıntılarına  yaxşı ötürülürlər. 

Xırıltılar dinlənildikdə mütləq  onların səsi qeyd edilir.  

Auskultasiya zamanı bronxofoniya müayinəsi  (səsin  keçməsi) aparılır, bu 

da  səs  titrəyişinin  palpator  müayinəsinin  analoqu    hesab  edilir.  Eyni  zamanda 

bronxofoniya  bronxial  tənəffüsün  ekvivalenti  hesab  edilir,  ona  paralel    olaraq 

dəyişir və həmin mahiyyətə  malik olur.  Bronxofoniya müayinə  edildikdə pıçıltılı 

nitqdən  istifadə    edilir.  Uşaq    tərkibində  “Ş”  hərfi  olan  sözləri  pıçıltı  ilə  deyir. 

Kiçik uşaqlarağladıqda və ya qışqırdıqda bronxofoniya aparılır. Ön və yan səthlər 

müayinə  edildikdə  bronxofoniya  etalonu  vidaci  oyma  üzərində  eşidilən  səs  olur. 

Əgər auskultasiyanın istənilən başqa nöqtəsində analoji pıçıltı eşidilirsə, simptom  



57 

 

müsbət  hesab edilir. Arxa səth  müayinə  edildikdə etalon səsin eşidilmə yeri I-II 



fəqərələr nahiyəsi hesab edilir. Yadda saxlamaq lazımdır ki, kürəklərarası nahiyədə 

sağ  bronxun  proyeksiyasındanormada  bronxofoniyanın  müsbət    simptomu 

mümkündür.  

Dombrovskiy  simptomu-  Zirvə  nahiyəsində  ürək    tonları    eşidilir,    sonra 

fonendoskop  ürəyin    zirvə  nahiyəsindən    üfüqi  xətt  üzrə  sağ  orta  qoltuq  xəttinin 

kəsişməsi  nöqtəsinə  qədər    keçirilir.  Sağlam  uşaqlarda    burada  praktiki  olaraq 

tonlar  eşidilmir.Əgər  ürək  tonları  burada da  zirvədə olduğu kimi  yaxşı  eşidilirsə, 

simptom  müsbət hesab edilir. 

 

Uşaqlarda pnevmoniyanın təsnifatı 



 

 

Morfoloji formaları :  

 

Ocaqlı pnevmoniyalar 1-2 sm ölçüdə bir yaxud bir neçə infiltrat ocaqları 



 

Ocaqlı birləşmiş –nəhəng bir neçə ocaqların birləşməsində infiltrasiya 



 

Destruktiv proseslər yaxud sinpnevmonik plevritlə fəsadlaşa bilər 



 

Seqmentar –infiltrasiyanın hüdudları seqment sahəsi ilə məhdudlaşır.  



 

Poliseqmentar- bir neçə seqmqnti əhatə edir. Lobar pnevmoniya pnun bir 



variantıdır.  

 



Krupoz (lobar) pnevmoniya – mərhələli morfoloji və fizikal dəyişmələr ilə 

xarakterizə olunur. 

 

İnterstitial – pnevmoniyanın nadir formasıdır. Ağ ciyərlərin 



interstitiyasında dəyişikliklərlə  xarakterizə olunur. Daha çox immun xəifliyi 

xəstələrdə müşahidə olunur. 

 

Süni –tənəffüs ilə bağlı pnevmoniyalar: 

1.

 

Erkən –ilk 3-4 sutka ərzində inkişaf etmiş. 



2.

 

Gecikmiş- 3-4 gündən sonra  

 

 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə