İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə19/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   15   16   17   18   19   20   21   22   ...   58

 
 
əsarət  altına  düşməyə  qoymadılar.  Türk  dilini  Kon-
yada  dövlət  dili  elan  edən  Mehmet  bəy  onların  qüd-
rətli  başçılarından  biridir  (Faruk  Sümər  1992.  171; 
Cavad Heyət 1993. 129). 
XV əsrdə Gəncədə Stepannos adlı bir xəttat var-
dı.  O,  sifarişlə  kilsə  salnamələrinin  üzünü  köçürürdü. 
Xəttatın atasının adı Karaman idi (Марр 1895. 13). Bu 
onu  göstərir  ki,  Bərdə  və  Gəncədə  yaşayan  karaman-
ların bir hissəsi xristianlıqdan dönməmişdir. 
Ola bilsin ki,  David  Orbeliani  xristian karaman-
ların dilindən yazıya alınan dastanı iber dilinə tərcümə 
etmişdir.  Dastanın  tərcüməsində  deyilir  ki,  Karaman 
Urum ölkəsinin çarıdır (Марр 1895. 229). 
Bu  məqamda  “Karamaniani”  və  “Oğuznamə” 
dastanlarındakı  bir  məlumat  üst-üstə  düşür.  Fəzlullah 
Rəşidəddin yazır ki, karamanlar Urum türkmənləridir.  
Onlar sonradan Səlcuq Sultanı Toğrul bəyə qoşulmuş-
dur (Oğuznamə 1992. 61). 
Fikrimizcə  dastan  çox  sonralar  fars  dilinə  tər-
cümə  olunmuşdur.  XV  əsrdə  o,  yeni  tərtib  olunan 
“Rusudaniani” kitabının tərkibinə daxil edildi. “Rusu-
daniani”  12  nağıldan  ibarət  idi.  Onlardan  biri  “Kara-
maniani”dir. 
XV  əsrin  sonlarında  Təbrizli  erməni  Xaçatur 
“Karamaniani”  daxil  olmaqla  12  nağılı  fars  dilindən 
italyan  dilinə  çevirdi.  Həmin  nağıllar  İtaliyada  və  ar-
dınca  başqa  Avropa  ölkələrində  yayıldı  (Марр  1895. 
222; Буачидзе 1983. 277). 
Man, Karaman və  Akman totemik ad  olub,  qo-
yuna  sitayişlə  bağlıdır.  Karamanlıların  (sonra  qara-
qoyunluların)  bayrağında  qara  qoçun,  akmanlıların 
(sonra  ağqoyunluların)  bayrağında  ağ  qoçun  təsviri 
olurdu.  Mahmud  Kaşğarinin  “Divan”ında  man  sözü 
qoyun mənasında verilmişdir (MK III, 2006. 157). 
Sarı Aşığın bir bayatısında deyilir: 
Aşıq qaramanlıdır, 
Təbrizli erməni 
Xaçaur 
dastanını 
italyan dilinə 
tərcümə etdi, 
əsər xristian 
ədəbi abidəsi 
kimi Avropada 
yayıldı. 


 
 
Üzün qara manlıdır. 
Yarın soyuq üzündən 
Yenə qar amanlıdır. 
Aşıq,  özünün  dediyi  kimi,  ya  Qaraman  nəslin-
dəndir, ya da o, Qaraman elinə qoşulan Sarı nəslindən 
çıxmışdır. Sarı nəsli əvvəllər qaramanlıların müttəfiqi 
olmuşdur. 
Sarı  ölkəsi  Karaman  dövlətinin  qonşusu  idi. 
Mərkəzi  şəhəri  Saruq  və  ya  Sərab  olan  həmin  ölkə 
Aranın (sonrakı Sultaniyyənin) şimalında yerləşirdi. 
“Karamaniani”  dastanında  deyilir  ki,  Karaman 
və  Sarı  çarlığının  birlikdə  uzunluğu    6  aylıq  yoldur 
(Хаханов 1901.  9, 21); Эрнст Ренан 2750. 69; Вел-
льгаузен  1909.  278).  Karaman  ölkəsi  isə  o  zaman 
Tavr  dağlarından  qərbə,  Sarı  ölkəsi  şərqə  doğru  uza-
nırdı (Квинта Курция 1750. 204, 263). 
Belə  görünür  ki,  Karaman  və  Sarı  ölkələri  nə 
zamansa Orta Anadolunun cənubundan başlamış, Təb-
rizə qədər uzanmışdır. Sarı ölkəsi sonrakı Sərab maha-
lıdır. 
Belə hesab edirik ki, totemi qoyun olan ən qədim 
etnos Man olmuş, sonra o, Karaman və Akman qolla-
rına ayrılmışdır. İndiki Urfa mahalında yerləşən Edes-
sa şəhərinin ilk xristian hakimi Abqarın (177-212) to-
tem adı Man olmuşdur. Bəziləri Man etnik adını Man, 
bəziləri  bar  Manu  kimi  oxuyurlar  (Касумова  2005. 
31). 
Bar  vaxtilə  akkadların  müharibə  tanrısı  olmuş-
dur. Sonrakı sami dillərində mar “ağa” sözü var ki, o, 
bar  teonimindən  törəmişdir.  Çar  Abqarın  bar  Manu 
adı totemi man, yəni qoyun olan deməkdir. 
Şota Uruztavelinin poemasında olduğu kimi, Ka-
raman dastanında çox qədim adət-ənənələrimizin, əski 
inanclarımızın izləri qalmaqdadır. Onların öyrənilməsi 
qədim dövr Azərbaycan ədəbiyyatının bir çox qaranlıq 
məqamlarına aydınlıq gətirəcəkdir. 
Musa Xorenliyə 
görə, Abqar, 
yəni Karaman 
h’aylar üzərində 
hökmran 
olmuşdur. 


 
 
Eyni  zamanda,  dastanda  türk  dillərinin  arxaik 
leksikasının  bəzi  nümunələri  qalmışdır.  Eposdakı 
etnoqrafik  leksika  xüsusilə  maraq  doğurur.  Əsərdə 
kozi,  naqara,  çincila,  tanbur,  çenci  və  b.  musiqi 
alətlərinin  adı  çəkilir  (Хаханов  1901.  24).  Əsərdə 
Şerok  (Saruk),  Kais  (Qeys),  Urum  (Anadolu)  və  s. 
kimi ölkə və şəxs adları vardır (Хаханов 1901. 9, 20, 
23,  25).  Bütün  bunlar  arxaik  leksikamızın  dəyərli 
nümunələri kimi tədqiq olunmalıdır. 
Dünya  ədəbiyyatının  ən  gözəl  nümunələrini  öz 
dilinə  çevirmək,  ondan  faydalanmaq  hər  bir  millətin 
haqqıdır. Ancaq tərcüməni nəşr edib, əsərin orijinalını 
yandırmaq heç kəsə baş ucalığı gətirməz. 
“Mehr və Müştəri”ni “Miriani” adlandırıb, Əssar 
Təbrizini danmaq əxlaqa və qanunlara sığmır. 
Bizim borcumuz atalara hörmətdir. Ancaq atala-
rın  səhvlərini  düzəltmək  də  bir  yük  kimi  çiynimizdə 
qalır. 
Azaflı 
 
 
Yürusəlim sarayının kansleri İoaxim ben-Asafın  
(e. ö. 701-ci il) möhürü 
Dastanın 
tərcüməsində 
arxaik türk 
leksikasının 
çoxlu 
nümunələri 
qalmışdır.  


 
 
Yaqub Çortaveli 
Şuşanikin iztirabları 
 
V  əsrdə  Çor  nəslindən  Yaqubun  qələmə  aldığı 
“Müqəddəs  Şuşanikin  iztirabları”  aqioqrafik  abidəsi 
(Ломтатидзе 1958. 263; Кекелидзе 1973. 82-83) ədə-
biyyat  tariximizin  qiymətli  nümunələrindən  biridir. 
Erməni  tədqiqatçıları  onu  öz  dillərinə  tərcümə  edib 
(Меликсетбеков 1939. 3), əlyazmasını məhv etdilər. 
Qədim erməni  dilinə  çevrilən əsər 2 redaktədə - 
yığcam  və  geniş  variantda  bizə  gəlib  çatmışdır  (Ме-
ликсетбеков  1939.  3).  Erməni  və  gürcü  filoloqları 
100  ilə  yaxın  əsərin  kimə  məxsusluğu  haqqında  söz 
savaşı  apardılar.  Axırda  bu  nəticəyə  gəldilər  ki,  “Şu-
şanikin iztirabları” onların ortaq ədəbi abidəsidir. 
Azərbaycan  filoloqları  bu  barədə  kəlmə  belə 
yazmadılar. Hələ də çoxlarımız Şuşanikin adı gələndə 
üzümüzü  yana  çeviririk.  Halbuki  o,  ata  xəttilə  Çin 
türklərindən olub, İberiya hakimi Ər Şuşanın evinə gə-
lin  gəlmişdir.  Yuli  Sezarın  qızına  Yuliana  deyildiyi 
kimi, Ər Şuşanın qızları və gəlinləri Şuşanik soy adını 
daşıyırdılar. 
Ümumiləşmiş “elmi” nəticələrə görə, “Şuşanikin 
iztirabları”  qədim  gürcü,  yəni  iber  dilində  yazılmış, 
sonra qədim erməni – h’ay dilinə tərcümə olunmuşdur 
(Меликсетбеков 1939. 3; Кекелидзе  1973. 83). 
İstər-istəməz  belə  bir  suala  cavab  axtarırsan:  – 
Əgər V-VII əsrlərdə erməni və gürcülərin rəsmi yazılı 
dilləri  bir-birindən  fərqlənmirdisə  (Патканов  1883. 
199-265),  onu  tərcümə  etmək  nə  dərəcədə  ağla-
batandır? 
Güman  edirik  ki,  Yaqub  Çortaveli  əsərini  özü-
nün  danışdığı  Çor  dilində  yazmış,  sonra  əsər  qədim 
erməni  və  gürcü  dillərinə  tərcümə  edilmişdir.  Əgər 
belə  deyilsə,  əsərin  əsli  niyə  saxlanmamışdır?  Hələ 
XIX əsrin ortalarında M.Brosse və İ.Senkovski nəinki 
Müqəddəs Şuşanik 
ata xəttilə Çin 
Türküstanındandır 
Ermənilər əsəri 
öz dillərinə
 
çevirib, 
əlyazmasını 
məhv ediblər. 
Yaqub əsəri türk 
dillərinin Çor 
ləhcəsində 
yazmışdır. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə