İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə15/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   11   12   13   14   15   16   17   18   ...   58

 
 
Peyğəmbərimiz monastırın qorunması və ticarət  imti-
yazlarının saxlanması üçün xüsusi sərəncam vermişdir 
(Alexidze 2003
в
, 46-49). 
Xilafət zəifləyəndə səlibçilər Sinay yarımadasını 
tutdular.  Avropanın  xaçlı  döyüşçüləri  1099-cu  ildə 
monastırı  ələ  keçirib.  1270-ci  ilə  qədər  əllərində  sax-
ladılar.  170  il  ərzində  bir  neçə  hücrəni  at  tövləsinə 
çevirdilər. Əlyazmaların bir hissəsi onların zamanında 
yanıb külə döndü (Aleksidze 2003
а
, 16). 
Səlibçilər  qovulandan  sonra  müsəlmanlar  mo-
nastırın  bircə  daşına  toxunmadılar.  1515-ci  ildə  mü-
qəddəs torpaqlar Osmanlı sultanlığının tərkibinə daxil 
edildi. Monastırın  bütün imtiyazları özünə qaytarıldı. 
Həm Osmanlı sultanlarının, həm Məhəmməd peyğəm-
bərin imzaladıqları  sənədlər  yad dinlərə hörmətimizin 
tarixi  nümunələri  kimi  Sinay  və  Yerusəlim  kilsələ-
rində saxlanmaqdadır. 
Zaza Aleksidze bütün bunların qarşılığında tanrı-
mızın  rəsuluna  Məhəmməd  deyir.  Peyğəmbər  sözünü 
dilinə gətirmir. Əvəzində bütün Avropa kilsələrinin lə-
nətlədiyi Bonapart Napoleonun sərəncamını ağızdolu-
su tərifləyir. 
Zaza  Aleksidzenin  ilk  məqaləsi  Gürcüstan  Elm-
lər Akademiyasının “Xəbərlər”ində  dərc olunanda  İq-
rar  Əliyev  bayram  sevinci  ilə  yazırdı:  –  Z.Aleksidze 
Sinay perqamentini Uti dilinin köməyi ilə oxuyub. Uti 
dili türk dili deyil (Алиев 2002. 284). 
Söz  yox  ki,  uti  və  alban  dilləri  təmiz  türk  dili 
deyil,  hibrid  dillərdir.  Sami  və  ari  leksikası  ilə  birgə 
onun  lüğət  fondunda  yüzlərlə  türk  sözü  var  ki,  İ.Əli-
yev, A.Şanidze, Z.Aleksidze onları görmək istəmirlər. 
Onlardan fərqli olaraq Abkar Payzat (o özü mil-
liyyətcə utidir) keçən əsrin 30-cu illərində uti və Urar-
tu dilləri arasında bir çox uyğunluqlar görmüşdür. Er-
mənilər hələ kitab nəşriyyatda ikən – 1936-cı ildə utili 
alimin əleyhinə təbliğata başladılar. Onu ittiham  edir-
Xristian 
səlibçilər 
Müqəddəs 
Katerina 
monastırının bir 
neçə hücrəsini 
at tövləsinə 
çevirdilər. 
Uti dilindəki 
arxaik türk 
sözləri alınma 


 
 
dilər  ki,  Abkar  Payzat  Urartu  kitabələrində  uti  dilinin 
və uti dilindəki türk sözlərinin paralellərini axtarır. 
Erməni və gürcü alimlərinin iddia etdikləri kimi, 
Utilərin və Urartu kitabələrinin dilindəki bir çox sözlər 
və söz kökləri türk dillərindən alınma deyil. Əslən türk 
olan utilərin öz sözləridir. Çünki mənşəcə türk olan Ər 
quş  (Argişti),  Sarı  tur  (Sardur),  Uruz  (Rusa)  Urartu 
tayfa  ittifaqına  başçılıq  etmiş,  nəticədə  türk  leksikası 
ilə zəngin olan Van, Göyçay, Alçalu, Atamxan kitabə-
ləri yaranmışdır. 
Uti  dilinə  yaxın  olan  Sinay  perqamentinin  dili 
türk, ari və sami mənşəli sözlərin qatışığından ibarət-
dir. Ancaq orada türk sözləri o qədər də çox deyil. Bu 
da ondan irəli gəlir ki: 
1.  Sinay  perqamenti  dini  mövzuda  yazılmışdır. 
Orada daha çox kilsə terminləri işlənmişdir. 
2.  Əlyazmanın  mətni  həcmcə  kiçik  moizə  və 
dualardan ibarətdir. Ona görə də orada dünyəvi leksi-
kanın azlığı təbiidir. 
Bizim  üçün  maraqlıdır  ki,  Sinay  perqamentində 
yazıya  alınmış  xeyli  sözün  həm  türk,  həm  Yafəs  (al-
ban,  iber,  uti,  kür  və  s.)  dillərində  paralelləri  vardır. 
Onlar yığcam şəkildə aşağıdakılardan ibarətdir: 
–  kalak  “şəhər”.  Z.Aleksizdenin  fik-
rincə,  kalak  türk  sözü  ola  bilməz.  Çünki  uti  dilində 
olduğu kimi, gürcü dilində şəhər anlamında kalak sözü 
vardır (Aleksidze 2003
b
, 125). 
Gürcü dilində kalak sözünün varlığı yetərli deyil 
ki, onun qeyri-türk mənşəyi haqqında fikir yürüdəsən. 
İndiki  gürcülərin  əcdadları  Tiflisi  tutmazdan  qabaq 
burada  yaşayan  iberlərin,  erlərin,  qaxların  dilində  ka-
lak  sözü  vardı  (Marr  1927.  132).  Gürcüstanın  gürcü-
lərə  qədərki  salnamələrində  ölkənin  böyük  şəhərləri 
Tiflis, Ucarma, Bazar, Safar və b. kalak  adlanır (Бак-
радзе, Берзенов 1870. 11, 27). 
Uti dilindəki 
arxaik türk 
sözləri alınma 
deyil, utilərin öz 
sözləridir. 


 
 
Utilərin  dilinə  yaxın  olan  Urartu  kitabələrində 
kalak  sözü  “qala”  mənasında  işlənmişdir  (Меликиш-
вили 1956, 175, 329). Bu da təbiidir. Çünki həm Urar-
tu, həm Alban tayfa ittifaqına çox zaman türk nəsilləri 
başçılıq etmişdir. 
Alban,  uti  dilləri  Yafəs  dilləri  qrupuna  daxildir. 
Məlumdur ki, Yafəs xalqlarının formalaşmasında türk 
etnosları  iştirak  etmişdir  (Шор  1931.  223-244).  Ona 
görə də, onların dilində türk sözlərinin varlığı təbiidir. 
Bəziləri  belə  hesab  edirlər  ki,  kalak  assur,  yəni 
sami  sözüdür.  Düzdür,  Assuriya  mixiyazılı  mənbələ-
rində  qala,  istehkam  mənasında  kalak  sözü  tez-tez  iş-
lənir  (Шопен  1852,27;  Шопен  1866.  201;  Solmaz 
Qaşqay 2006. 129). Ancaq bu, onu bildirmir ki, kalak 
türk yox, sami mənşəli sözdür. 
Assurlar  Turan  mənşəli  qeyri-sami  etnos  idilər. 
Onlar  yüz  illərlə  cənub-qərbdən  ölkələrinə  basqın 
edən  aramey  tayfalarının  təsiri  altında  öz  köklərindən 
uzaqlaşdılar.  Artıq  e.  ö.  XI  əsrdə  Assuriya  əhalisinin 
xeyli hissəsini akkadlar semitləşdirmişdilər. 
E.  ö.  IX-VIII  əsrlərdə  Assuriyanın  bir  tayfası 
özünü Kalak adlandırırdı (Шопен 1852. 571; Шопен 
1866,  201).  Onların  şəhəri  Assuriyanın  iki  inzibati 
mərkəzindən  biri  sayılırdı  (Solmaz  Qaşqay  2006, 
129).  Bu  da  onu  göstərir  ki,  Kalak  Assurdan  sonra 
ölkənin ən güclü nəsli olmuşdur. 
Belə hesab edirik ki, həmin kalaklar sonralar şi-
mala  köçmüş,  Türkiyə  ilə  Gürcüstan  arasında  Axal 
Kalak  tarixi  mahalını  yaratmışlar.  Fikrimizi  Cənubi 
Qafqazda  çoxsaylı  Kalak  kəndlərinin  varlığı  təsdiq 
edir.  XIX  yüzillikdə  İrəvan  quberniyasının  Sürməli 
(Шопен 1852, 495, 521) və Tiflis quberniyasının Sıq-
nax (Пагирев 1913. 110) qəzalarında Kalaklı kəndləri 
vardı.  XX  əsrin  əvvəllərində  Gəncə  qəzasında  Kələk 
kəndi qeydə alınmışdı (Список 1922. 14). 
Tiflis hələ kənd 
olanda onun 
yaxınlığında 
Kala şəhəri var 
idi. 
İberiyanın 
ətrafına qala 
çəkilmiş 
şəhərləri kalak 
adlanırdı. 
Sinay yazıları 
Mingəçevir 
yazılarına 
bənzəyir. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə