İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə20/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   16   17   18   19   20   21   22   23   ...   58

 
 
V-VII  əsr  kilsə  salnamələrinin,  hətta  XII  əsr  abidəsi 
“Bars  dərisi”  poemasının  gürcü  dilində  yazılmasına 
şübhə ilə yanaşmışdılar (Сенковский 1859. 172). Bir 
halda  ki,  İberiya  iberlərin  və  orada  yaşayan  başqa 
xalqların  çoxtayfalı  dövləti  idi  (Сенковский  1859. 
174-175; Броссе 708. 5;  Шота Руставели  1885. 20), 
o  zaman  ölkədə  XII  əsrə  qədər  çoxdilli  ədəbiyyatın 
mövcud  olduğu  şübhə  doğurmur.  N.Y.Marr  yazır: 

 
XII  əsrə  qədərki  gürcü  ədəbiyyatı  yalnız  gürcülərin 
ədəbiyyatı  deyildir.  Həm  də  Gürcüstanda  yaşayan 
başqa xalqların mənəvi mədəniyyət abidələridir. 
Onu  da  nəzərə  almaq  lazımdır  ki,  “Şuşanikin 
iztirabları”  öz  süjetinə,  məzmununa  görə  başqa  kilsə 
ədəbiyyatından  fərqlənir.  Bunu  hətta  ən  tanınmış  er-
məni alimləri etiraf edirlər (Абегян 1975. 190, 191). 
Bütün kilsə salnamələrində xristian qızların qey-
ri-xristian  ölkələrə  ərə  verilməsindən,  orda  çəkdikləri 
əzablardan  bəhs  olunur.  Şuşanik  isə  öz  evindədir.  O, 
öz  düşüncəsinə,  əxlaqına  görə,  heç  əməlli-başlı  xris-
tian  da  deyildir.  Onun  iztirablarına  səbəb  ərinin  öz 
doğma qızı ilə evlənmək istəyidir (Абегян 1975. 191, 
192, 195). 
Ər  Şuşa  (Касумова  2005.  73),  daha  sonra  oğlu 
Bars xan II Yəzdigerdin (438-457) sarayına çağırılmış, 
onlar  sasanilərin  dinini  qəbul  etmək  şərtilə  Arana  və 
İberiyanın  şərqinə  hakim təyin olunmuşdular (Патка-
нов  1883.  259;  Берзенишвили,  Дондуа  1958.  250; 
Кекелидзе  1973.  86).  Ktesifon  sarayının  tələbilə  Şu-
şanikin  əri  əski  fars  adəti  ilə  öz  qızını  almalı  idi 
(Абегян 1975. 191; Егише 1971. 10). 
Şuşanik  bu  adətə  üsyan  edirdi.  Onun 
iztirablarına  səbəb  xristian  olması  deyildi.  Bu  türk 
xatununun  əcdadlarının  əxlaqı  imkan  vermirdi  ki,  ata 
öz  qızını  alsın.  O,  qollarına  qandal  vurulub,  həbsxa-
naya atıldığı 7 il ərzində xristian müqəddəslərdən çox 
İberiya 
çoxtayfalı ölkə, 
iber ədəbiyyatı 
çoxdilli 
ədəbiyyat  idi. 
Şuşanik dara 
düşəndə xristian 
müqəddəslərə 
yox, əcdadları-
nın ruhlarına 
yalvarır. 
Bars xan 
Bərdədən 
İberiyanı idarə 
edirdi. 


 
 
öz  əcdadlarının  ruhlarına  yalvarır.  Dəfələrlə  redaktə 
edilsə də, əsərdə bu qədim türk adətinin izləri qalmaq-
dadır. 
İndikilərdən  fərqli  olaraq  XIX  əsrin  görkəmli 
tarixçisi  Platon  İoseliani  yazır  ki,  Şuşanikin  əri  Ran
yəni  Aran  hakimi  idi (İоселиани 1843. 51, 63).  Aran 
hakiminin  xatununun  ermənilərə  və  gürcülərə  nə 
aidiyyatı var? 
Şuşanikin  əri  atası  kimi  Lori  dərəsindəki  Şuşa 
qalasında  oturmurdu.  Aranın  mərkəzi  şəhəri  Bərdə 
onun  iqamətgahı  idi.  Şuşanik  472-ci  ildə  ölmüş  və 
haradasa  Gəncə  yaxınlığında  dəfn  olunmuşdu.  12  il 
sonra – 484-cü ildə bir qədər güclənən xristianlar Ana 
kert  çayının  Kürə  töküldüyü  yerdə  Aran  hakimini  öl-
dürüb,  Şuşanikin  sümüklərini  Çor  şəhərinə  apardılar 
və  orada  basdırdılar  (Кекелидзе  1973.  86;  Джуан-
шериани 1986. 97; Марр 1901. 15). 
Şuşanik Aranda ölmüş, sümükləri Eretidə – Çor 
şəhərində  basdırılmışdı  (Меликсетбеков  1939.  4). 
Ereti alban torpağı  idi və XI  əsrə qədər baqrationlara 
tabe  olmamışdı.  Bütün  bu  faktlar  göstərir  ki,  əsərdə 
təsvir olunan hadisələr yalnız etnik yox, həm də ərazi 
baxımından Azərbaycanda baş vermişdir. 
Albaniya  tarixində  2  Şuşanik  olmuşdur.  Onun 
birincisi  Parfiya  mənşəli  Albaniya  çarı  Mömin  Vaça-
qanın  arvadı  (Albaniya  tarixi  1993.  58-59),  ikincisi 
Lori  hakimi  Ər  Şuşanın  (Albaniya  tarixi  1993.  33; 
Егише 1971. 10; Патканов 1883. 259) gəlini idi. Mu-
sa Kaqankatuklu birinci Şuşaniki “Albaniyanın xanım 
sahibəsi”  adlandırır.  Deməli,  Şuşanik  yalnız  çarın  xa-
nımı deyildi. Ərinin əlində cəmlədiyi hakimiyyətə or-
taq idi. Belə olmasaydı, o, ata evində daşıdığı Şuşanik, 
yəni Şuşa nəslindən olan soyadını saxlaya bilməzdi. 
Şuşa  nəslinin  qızları  öz  insani  keyfiyyətləri  ilə 
ad  çıxarmışdılar.  Musa  Kaqankatuklu  yazır  ki,  Şuşa-
Albaniyanın 
Ana şəhəri 
tarixi 
coğrafiyamıza 
daxil edilməyib. 


 
 
nik  yetimlər  üçün  şahanə  süfrə  açdırardı.  Yetimlər 
yeyib doymayınca o, əlini çörəyə uzatmazdı. 
Xristian kilsə salnamələrində Şuşa nəslinin patri-
arxlarının  adı  Ar  Şuşa  kimi  yazıya  alınmışdır.  İberi-
yanın  siyasi  tarixində  bir  yox,  iki  Ər  Şuşa  olmuşdur. 
Birinci  Ər  Şuşa  xristian  deyildi.  İkinci  isə  Şuşanikin 
qayınatasıdır.  Onun  dəvəti  ilə  Mesrop  Maştos  Lori 
dərəsindəki Şuşa qalasına gəlmiş və iberlər üçün əlifba 
tərtib  etmişdir  (Albaniya  tarixi  1993.  33).  Deməli, 
iberlər üçün əlifba yaratdıran, “İncili” yerli kilsə dilinə 
tərcümə  etdirən  Ər  Şuşa  olmuşdur.  Bu,  Şuşa  nəslinin 
tarixi xidməti kimi dərsliklərə daxil edilməlidir. Bilin-
məlidir  ki,  Ön  Asiyada  hər  üç  səmavi  dinin  yayıl-
masında  türk  xalqlarının  danılmaz  rolu  olmuşdur.  Bu 
barədə mən müəyyən düşüncələrimi elmi ictimaiyyətə 
bildirmişəm  (Cəfərsoy 2012. 49-55). 
Şuşa  qədim  dünyanın  ən  şöhrətli  nəsillərindən 
biri  idi.  Şuşanın  kahin  və  cəngavər  nəsilləri  Elamın 
zəngin  mədəniyyətini  və  dövlətçiliyini  yaratmışlar. 
Onlar e. ö. II minilliyin əvvəllərində 50 km-lik su ka-
nalı  çəkmiş,  50  hektarlıq  sahədə  böyük  şəhər  salmış-
lar. Şuşalılar Elam xətti yazılarının yaradıcılarıdır. On-
lar dünyanın ən inkişaf etmiş xalqlarından biri kimi 3-
4 min il bundan qabaq kənd təsərrüfatında borc-kredit 
sistemi  tətbiq  edirdilər  (Юсифов  1968.  219-227; 
Хинц 1987. 6-160). 
Elamın  əhəmənilər  tərəfindən  işğalından  sonra 
Şuşa  cəngavərlərinin  sağ  qalan  dəstələri  İberiyaya 
köçdülər.  Herodotun  yazdığına  görə  (Шопен  1866. 
215), Şumer dilinə  yaxın  bir dildə danışan şuşalıların 
(Рагозина 1903. 311) İberiyaya miqrasiyası əhəməni-
lərin dövründə baş vermişdir. 
Şuşalıların  Elamda  qalan  hissəsi  inanılmaz  bir 
fədakarlıqla  əhəmənilərlə  vuruşa-vuruşa  üç  şəhərdə 
Xəzinədarlar  dövləti  qurdular.  Makedoniyalı  İsgəndər 
xəzinədarların  əhəmənilərə  qarşı  qəhrəman  mübarizə-
İberiyanın 
siyasi tarixində 
2 Ər Şuşa 
olmuşdur.  
Suziana Şuşa 
şəhərinin 
yunanca adıdır.  
Şuşalılar 
əhəmənilərlə 
döyüşə-döyüşə 
inanılmaz 
inadkarlıqla 
Elamın üç 
şəhərində 
xəzinədarlar 
dövlətini 
yaratdılar. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə