İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə18/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   14   15   16   17   18   19   20   21   ...   58

 
 
Güman edirik ki, Karaman dastanı ya iber dilinə, 
ya da Orbeliani nəslinin danışdığı dilə – türk  ləhcələ-
rindən birinə tərcümə olunmuşdur. 
Dastanın  tərcüməçisi  David  Orbeliani  iber  de-
yildi. Şərqi Türküstanın Çen Bakur nəslindən idi. On-
lar  İberiyaya  gəlib,  çar  Parnavazın  zamanında  İberi-
yanın  birləşmiş  qoşunlarının  baş  komandanı  oldular. 
Onların gəlişinə qədər iberlər sasanilərə məğlub olub, 
dağlara qaçmışdılar. Orbeliani sərkərdələri farsları öl-
kədən qovaraq İberiyanı əsarətdən qurtardılar (Патка-
нов  1883.  251.  253).  Orbelianilərin  dilində  yazılan 
salnamələr  əlimizdə  yoxdur.  Başqa  ədəbi  nümunələr 
kimi    (Марр  1906.  33;  Шота  Руставели  1885.  1-2) 
onlar  da  məhv  edilmişdir.  Ancaq  belə  bir  fakt  danıl-
mazdır  ki,  Orbeliani  nəsli  türk  olmuş, xristianlığı  qə-
bul  etsələr  də,  uzun  zaman  onlar  öz  dillərini,  adət-
ənənələrini unutmamışlar. 
David  Orbeliani  Karaman  dastanını  öz  dilinə 
yox, İber dilinə də tərcümə edə bilərdi. Çünki o zaman 
rəsmi kilsə dili  İber dili  idi. Ancaq  İber dili  də indiki 
gürcülərin  dili  deyildir  (Глонти  1936.  40;  Блей-
хштейнер 1936. 188, 189; Марр 1925. 3-70). 
İndiki  gürcülərin  dili  qədim  sami  dillərinə  uy-
ğundur (Шор 1931. 227).  İber dili  isə Yafəs dillərin-
dən  biri  olub,  türk,  sami  və  hindavropa  dillərinin 
qatışması  nəticəsində  yaranmışdır  (Шор  1931.  227; 
Марр 1925. 3-70). 
İ.İ.Şopen  yazır  ki,  iber  və  türenlər  Kartvel  de-
yillər.  Onlar  tamamilə  başqa  mənşəli  xalqlardırlar 
(Шопен  1866.  200).  İberlərin  qeyri-gürcü  mənşəyini 
başqa tədqiqatçılar da təsdiq edirlər... A.Qlontiyə görə, 
iberlərlə  gürcülər  qohum  deyillər.  Gürcüstanın  ən  qə-
dim  xalqı  olan  iberlər  (Патканов1883.  201)  Qafqaza 
şərqdən  gəliblər.  Sonralar  baqrationlar  onları  gür-
cüləşdirdilər ( Блейхштейнер 1936. 188, 189). 
İber və türenlər 
indiki 
gürcülərin 
əcdadları 
deyillər. 
Karaman 
dastanı VIII 
əsrdə tərcümə 
olunmuş, sonra 
orijinalı məhv 
edilmişdir. 


 
 
Nəzərə  alsaq  ki,  iberlərin  özləri  Xəzər  dilində 
danışırdılar (Шопен 1866. 328), onda qarşıya şıxan 3 
suala  cavab  tapılmalıdır:  -  1.  Karaman  dastanı  iber-
lərin şifahi dilinə – Xəzər dilinə tərcümə edilmişdir. 2. 
Dastan  iberlərin  yazılı  dilinə  –  kilsə  dilinə  tərcümə 
edilmişdir.  3.  Dastan  tərcüməçinin  öz  dilinə  –  Çin 
türkcəsinə tərcümə edilmişdir. Bütün bu suallara o za-
man  cavab  tapa  bilərik  ki,  dastanın  özü  və  ya  tər-
cüməsinin ilkin variantlarından biri əldə olsun. 
Gürcü tədqiqatçıları dastanın hansı dildən çevril-
məsi  barədə  də  eyni  fikrə  gəlməyiblər.  Bəziləri  onun 
ərəb  (Марр  1895.  229),  bəziləri  isə  fars  (Буачидзе 
1983,  275,  277)  dilindən  tərcümə  olunduğunu  iddia 
edirlər. Eyni zamanda Karaman tayfasının dili və etnik 
mənsubiyyəti haqqında bir söz demirlər. Çox sadə yol-
la  –  əsəri  Karamaniani  adlandırmaqla  özəlləşdirmək 
istəyirlər  (Джанашвили  1908.  86;  Буачидзе  1983. 
275). 
Karamaniani Urum çarı  Karamanınm dastanıdır. 
Urartu  mixiziyalı  abidələrindən  qalma  -iani  şəkilçisi 
aidlik,  mənsubluq  anlamı  yaradır  (Мещанинов  1978. 
136). 
Gürcü tədqiqatçıları dastanın kim tərəfindən ya-
zılması  haqda  da  susurdular.  İddia  edirlər  ki,  o,  ano-
nim  müəllif  tərəfindən  yazılmışdır  (Буачидзе  1983. 
275). Əlimizdə müəyyən sənəd olmasa da, biz o fikir-
dəyik  ki,  dastan  Karaman  tayfasının  öz  ozanları  tərə-
findən  yaradılmış, VIII əsrdə ərəb, XIV əsrdə fars di-
linə tərcümə olunmuşdur. 
 Karaman  tayfasının  türkülüyünü  sübut  etməyə 
ehtiyac  yoxdur.  Onlar  elmi  ədəbiyyatda  türk  kimi 
qəbul  edilmişlər  (Bakıxanov  1951.  25;  Faruk  Sümər 
1992. 151-176). Yeganə problem onların nə zamandan 
Azərbaycan  və  Anadoluda  yaşaması  məsələsidir.  Hə-
min suala cavab tapılmadan dastanın nə zaman və kim 
tərəfindən yaradılmasını müəyyənləşdirmək çətindir. 
Karaman Urum 
çarıdır. Urum 
adı altında bir 
çox xalqlar 
gizlənirlər. 


 
 
Tarixçilərin  ümumiləşmiş  fikirlərinə  görə,  kara-
manlar  Anadoluya  XI  əsrdə  səlcuqların  tərkibində 
Arandan  gəlmişlər  (Faruk  Sümər  1992.  154;  Cavad 
Heyət 1993. 129; Rəşidəddin 1992. 61). 
Əslində isə onlar Azərbaycanda və Türkiyə əra-
zisində  eradan  qabaq  II-I  minilliklərdən  yaşayırdılar. 
IV-VI  əsr xristian Suriya salnamələrində  göstərilir ki, 
eradan öncə 227-ci ildə Makedoniya imperiyası süqut 
etdi. Ön Asiyanın bir çox tayfaları ilə yanaşı karaman-
lılar  da  azad  oldular  (Гусейнов  1960.  28).  Bu  məlu-
mat göstərir ki, karamanlılarınən qədim qolu  Anado-
luya səlcuqlarla gəlməmişdir. Aranda, Anadoluda çox-
dan  yaşamış, səlcuqlar gələndə onlara qoşulmuşdur. 
Karamanlılar  haqqında  daha  qədim  bilgilər 
“Eneida”  poemasında  verilir.  Publi  Maron  Vergili  (I 
əsr

yazır ki, Troyanın işğalından sonra
 
Kiçik Asiya-
nın  bir  çox  tayfaları,  o  cümlədən  karamanlar  Şimali 
Afrikaya köçmüşlər (Энеида 1933. 21). 
Nəzərə alsaq ki, Troya şəhəri eradan öncə 1260-
1254-cü  illərdə  işğal  olunmuşdur,  onda  karamanların 
Ön  Asiyanın  ən  qədim  etnoslarından  biri  olduğuna 
şübhə yeri qalmır. Deməli, Anadolu türklüyünün cəsur 
nümayəndəsi  olan  karamanlar  (Faruk  Sümər  1992. 
171) köçəri bir oymaq kimi daim hərəkətdə olmuş, Nil 
vadisindən  tutmuş  Çin  Türküstanına  qədər  min  km.-
lərlə uzanan çöllərdə at oynatmışlar. 
Karamanların  bir  qolu  Anadoluda,  biri  Alba-
niyada qalmış, az bir hissəsi Akman tayfası ilə birlikdə 
Xəzər dənizinin şərqinə köçmüşdür. Ancaq burada on-
lar şeyx Əhməd Yəsəvinin oğlunu  öldürdülər və  şey-
xin  lənəti  ilə  yoluxucu  xəstəliyə  düçar  olub,  Çin 
Türküstanına  köçdülər  (Fərhad  Zeynalov  1981.  289; 
Faruk Sümər 1992. 158, 164). 
Anadoluda  qalanlar  uzun  müddət  monqollarla 
qanlı döyüşlər apardılar. Özlərini və digər soydaşlarını 
“Eneida” 
poemasında 
karamanların 
Şimali Afrikaya 
köçdükləri 
göstərilir. 
Karaman oğlu 
Mehmet bəy 
türk dilini 
dövlət dili 
səviyyəsinə 
qaldırdı. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə