İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə17/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   13   14   15   16   17   18   19   20   ...   58

 
 
ərigcə  sabıkbasar  eçimiz.  “Divanü-luğat-it-türk”də  də 
içi  sözü  “böyük  qardaş”  mənasında  verilmişdir  (MK. 
IV. 2006, 209). 
ke  “qabağa”  (Aleksidze  2003
в
.  122).  Van-
Urartu  yazılarında  qabaq,  ön  zərfləri  ka  sillabik  for-
mantı  ilə  göstərilmişdir  (Меликишвили  1960.  41, 
378).  Ke,  ka  türk  dillərindəki  qa+baq,  qa+rşı  sözlə-
rinin köküdür. 
tur  “çay”  (Aleksidze  2003
а
.  122). 
Buna  uyğun  olaraq  türk  dillərində  türümək  “axmaq”, 
“çağlamaq” feli vardır. 
Düşünürük ki, Sinay dağı alban yazılarının tapıl-
dığı  son  yer  olmayacaqdır.  Çünki  albanlar  müqəddəs 
torpaqlarda  kilsələr,  monastırlar  çox  tikdirmiş  və  ic-
malarla  köçərək  orada  yurd  salmışlar.  “Albaniya  ta-
rixi”ndə verilən bilgiyə görə, ancaq Qüds şəhərində və 
ətrafındakı  dağlarda  albanların  6  kilsəsi,  9  monastırı 
olmuşdur (Albaniya tarixi. 1993. 172, 173, 174). 
Antik  yunan  və  latın  tarixçilərinin  yazdığına 
görə,  albanların  bir  hissəsi  Midiya  dağlarında  yaşa-
yırmış  (Страбон.  XI.7.1;  XI-VII).  Azərbaycan  ərazi-
sində  iki  Albaniyanın  olmasını  Musa  Xorenli  bildirir. 
Onun  kitabının  1809-cu  il  nəşrində  göstərilir  ki, 
Albaniya  Kür  çayının  şimalında  yerləşir.  Bundan 
başqa  Alvaniya  adlı  başqa  bir  ölkə  də  vardır.  Həmin 
Alvaniya  Atropatenin  bir  vilayəti  idi.  (Хоренский 
1809.  230,  231).  Musa  Xorenlinin  “Tarix”inin  1893-
cü il nəşrində belə bir qeyd var: – Paytakaran mahalı 
Araz çayından bir az aralıda yerləşir. Onun bir vilayəti 
Alevan  adlanır  (Хоренский  1893-293).  Buradan 
aydın görünür ki, Midiya dağlarında yaşayan albanlar 
Kür  və  Araz  çayları  arasına  köçmüş,  Beyləqan 
yaxınlığında Alvan mahalını yaratmışlar. 
Qədim  “İber  salnaməsi”nin  və  orta  əsr  gürcü 
mənbələrinin  tədqiqi  göstərir  ki,  albanların  aranda 
Müqəddəs 
torpaqlarda 
albanların 
çoxsaylı kilsə və 
monastırları 
vardı. 


 
 
yaşayan  hissəsi  İslam  dinini  qəbul  etmiş,  dağlarda 
yurd  salanlar  xristianlıqdan  dönməmişdir.  Təbrizli 
Arakel  yazır  ki,  ərəblər  albanların  yalnız  bir  qismini 
müsəlman edə bildilər (Даврижеци 1973. 514). 
Albanların  bir  çox  nəsilləri  sasanilərlə,  ardınca 
ərəblərlə  döyüşə-döyüşə  Alazan  və  İori  çaylarının  ara-
sına, meşəli dağlara çəkilmiş, orada Kax, Kux, Ana, Toz, 
Er, Ucar və başqa knyazlıqları yaratmışlar. Gürcü salna-
mələrində onların ölkəsi Kaxeti, Kuxeti, Ereti, Ayniana, 
Ucarma, Tuşeti  və  s. adlandırılır. 
Həmin  knyazlıqların  əhalisi  gürcü  deyildi. 
İndikilərdən fərqli olaraq köhnə nəsil erməni və gürcü 
tarixçiləri bunu etiraf edirlər. Yazırlar ki, Gürcüstanın 
Ana kəndlərinin əhalisi Albaniyadan gəlmədir (Адонц 
1908, 56-57, 420; Орбели 1911. 6). 
XIX  əsrdə  yaşamış  arxeoloq  və  tarixçi  P.İ.İose-
liani yazır: – Albaniyanın ən döyüşkən nəsilləri işğal-
çılara  boyun  əymirdilər.  Kaxetinin  dağlarına  çəkilir, 
Alazan  və  İori  çaylarının  meşəli  sahillərində  yurd 
salırdılar. Həmin nəsillər Çolak, Uti, Çumlak, Çor, Er, 
Turdu və başqaları idi (Иоселиани 1866, 6, 7).  
Kaxeti daim müstəqil çarlıq kimi Kartli ilə hərbi 
münaqişədə olmuş, yalnız rus işğalından sonra onların 
arasındakı döyuşlərə son qoyulmuşdur.  İki çarlıq ara-
sında  amansız  mübarizənin  kökü  onda  idi  ki,  kaxe-
tiyalılar  gürcü deyildilər. P.İ.İoselianinin dediyi kimi, 
tatar və ya alban mənşəli idilər. 
Bunu  gürcü  katolikoslarının  daşıdığı  titullardan 
daha aydın  görmək mümkündür. Nə  zaman ki,  Kartli 
çarı  Kaxetini  özünə  tabe  edirdi,  o  zaman  gürcü  kato-
likosu  özünü  gürcülərin  və  albanların  dini  rəhbəri 
adlandırırdı (Иоселиани 1866, 7). 
Söz yox ki, gürcülərin kilsə başçısı bütün alban-
ların  dini  rəhbəri  deyildi.  O  yalnız  özünü  Kaxetidə 
yaşayan albanların dini başçısı saya bilərdi. 
Kaxeti və 
Eretinin qədim 
qəbilələri gürcü 
deyildi. Onların 
çoxu alban və 
türk idi. 
Çolak 
Albaniyanın 
knyaz nəslidir.  
Baqrationlar 
Kaxetini XI 
əsrdən sonra 
gürcülənşdirməyə 
başladılar.  
Mingəçevir 
yazılarında tanrı 
və buğa sözləri 
aydın oxunur.  


 
 
Şərti olaraq Sinay Alban yazısı adlandırılan per-
qamentin dili bütün albanların dili deyil. Albaniyadan 
İberiyaya  köçən,  XII  əsrədək  öz  tarixi  köklərindən 
xeyli uzaqlaşan utilərin dilidir. Zaza Aleksidzenin hə-
min dili “son Alban dili” adlandırması gerçəkliyə uy-
ğun deyil. Utilər Bərdə ətrafında yaşayanda Aran dili-
nə daha yaxın olan bir dildə danışırdılar. 
V əsrə aid Mingəçevir yazılarında Tanrı sözü ay-
dın  oxunur. Sinay perqamentində onu görmürük. Gü-
man  edirik  ki,  nə  zamansa  albanların  daha  qədim  əl-
yazmaları  tapılacaq.  Erməni  və  gürcü  dilçilərinin  uy-
durmaları  su  üzərindəki  köpüklər  kimi  yoxa  çıxacaq-
dır. 
Dilçilik İnstitutunun əsərləri. 2012, № 2, s. 32-31. 
 
 


 
 
Karaman dastanı iber dilində 
 
Albaniya və İberiya xalqlarının yaratdıqları yazı-
lı və şifahi ədəbiyyat nümunələrinin çoxu zəmanəmizə 
qədər  gəlib  çatmamışdır.  Bu  da  ondan  irəli  gəlir  ki, 
insanlar  yeni  dinləri  qəbul  edərkən  əski  adət-ənənələ-
rini unudurdular. 
Xristian  missionerlər  səcdəgah  yerlərini  dağıdır, 
ağac pirləri kəsdirirdilər (Albaniya tarixi 1993). Anak 
oğlu  Qriqori  ay,  ulduz məbədlərini  çökdürür,  yerində 
kilsələr  tikdirirdi  (Гагошидзе  1964.  93).  Müqəddəs 
Ninanın  fitvası  ilə  məbədlər  dağıdılır,  bütlər  sındı-
rılırdı.  Bu  barədə  Saruq  nəslindən  Yaqubun  (V  əsr) 
“Bütlərin  yıxılması  haqqında  dastan”  əsərində  geniş 
məlumat verilir (Марр 1897. 303; Марр 1901. 25). 
Xristianlığın  yayılması  ilə  yalnız  məbədlər 
dağıdılmır,  xristianlıqdan  öncəki  qədim  mədəniyyət, 
yazılı  və  şifahi  ədəbiyyat  məhv  edilirdi  (Берзенов, 
Дондуа 1958. 247). 
Ancaq kilsə ilə mübarizədə olan saray  çətinliklə  
bəzi ədəbi nümunələri tərcümə etdirir, qoruyub saxla-
ya  bilirdi.  Vilayət  hakimlərinin  himayəsi  altında  baq-
rationların  gəlişinə  qədər  Kala,  Ucarma,  Kərəm, 
Bazar, Safar şəhərlərində kitabxanalar yaradılmış, şərq 
ədəbiyyatının  seçmə  nümunələri  yerli  dillərə  tərcümə 
edilmişdi  (Джанашвили  1900.  20,  77;  Бакрадзе 
1878.  362;  Габашвили  1949.  6).  Həmin  nümunələr-
dən biri Karaman dastanıdır. Karaman dastanı iber di-
linə “Karamaniani” adı ilə tərcümə olunmuşdur (Марр 
1895.  222-223;  Хаханов  1901.  9-20;  Джанашвили 
1908. 86). 
Gürcü tədqiqatçıları yazırlar ki, dastan VIII əsrin 
ortalarına yaxın David Orbeliani (633-744) tərəfindən 
tərcümə  edilmişdir.  Ancaq  həmin  tədqiqatçılar  əsərin 
hansı  dilə tərcümə  olunması haqqında susurlar (Джа-
нашвили 1908. 86, 91). 
Xristianlığın 
yayılması ilə 
Albaniya və 
İberiyanın 
qədim 
mədəniyyəti, 
yazılı və şifahi  
ədəbiyyatı məhv 
edilmişdir. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə