İ b e r V ə h ’ a y f o L k L o r u n d a t ü r k m I f I K



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə40/58
tarix30.10.2018
ölçüsü2,15 Mb.
#76056
1   ...   36   37   38   39   40   41   42   43   ...   58

 
 
Elam  dövlətçilik  ənənəsinə  görə,  o  zamana 
qədər Elam federativ dövlətinin başçıları Ata titulu ilə 
taxta çıxırdılar. Kassitlər Azərbaycandan gələrək Ela-
mı tutandan sonra Atar (Юсифов 1968. 77), yəni Azər 
Ata titulunu əvəz etdi. 
Ərəb  mənbələrini  nəzərdən  keçirərkən  görürük 
ki, Ader adındakı “d” səsi “z” məxrəcində deyilmişdir. 
Deməli, qədim və orta əsr mənbələrindəki Aderba elə 
Azər  obadır.  Artıq  V  əsr  Suriya  kilsə  salnamələrində 
Azərbaycan adı Atropateni əvəz edir (Fazili 1984. 92). 
Babəkin  məğlubiyyəti  ilə  ölkəmizin  ən  qüdrətli 
nəsillərindən  biri  olan  azərlər  ölümcül  yara  aldılar. 
Ancaq  tarix  səhnəsindən  tamamilə  silinib  getmədilər. 
Onların  bir  hissəsi  Qara  dəniz  sahilinə  köçüb,  XIV 
əsrə qədər baqrationlara tabe olmadılar. Güclü assimil-
yasiyaya  uğrasalar  da,  öz  varlıqlarını  qoruyub  saxla-
dılar  (История  Грузии  1946.  290)  və  Sultan  Süley-
manın  dönəmində  İslam  dinini  qəbul  etdilər.  Onlar 
indi  də  müsəlmandır  və  gənc  nəslin  demək  olar  ki, 
hamısı türkcə bilir, türkcə sərbəst danışır. 
Azərlərin  bir  qolu  son  zamanlara  qədər  özünü 
Aderba adlandırır və Cənubi Azərbaycanda  yaşayırdı. 
Onlar XVII əsrin sonlarında Sərab və Gərmrud şəhər-
ləri  arasında  müşahidə  edilmişdilər  (Рахмани  1987. 
123). 
N.Maknevə  görə,  Acar  etnik  adı  türk  dillərin-
dəki  “sağlam”,  “güclü”,  “möhkəm”  sözlərindən  törə-
mişdir (Макневъ 1902. 4). Əslində isə qədim forması 
Azər olan bu adın kökündə od sözü durur. Azər kultu 
oda sitayişlə bağlıdır. Əlində mixiyazılı  mənbələr ol-
masa da, Əbdüləzəl Dəmirçizadə bunu bir dilçi fəhmi 
ilə keçən əsrin 60-cı illərində duymuşdu. 
Azər  kultu  və  Azər  nəslinin  tarixi  Azərbaycan 
alimləri tərəfindən öyrənilməmişdir. Bu nəslin Urfada, 
İudeya  və  Misirdə  tarixi  varlığı  yəhudi  alimləri  tərə-
Kaspilər Elamı 
tutandan sonra 
Azər Ata 
titulunu əvəz 
etdi. 
Azər kultu 
Azərbaycandan 
İudeyaya və Nil 
vadisinə qədər 
yayılmışdı.  


 
 
findən  öyrənilmiş,  Azərbaycan  tarixçiləri  həmin  təd-
qiqatlardan xəbər tutmamışlar. 
Yəhudi  tarixçiləri  azərləri  yevreylərin  bir  nəsli 
kimi təqdim edirlər. Ernst Renan yazır: – Misirli kahin 
Manetonun (e. ö. III əsr) siyahısında Azer yevreylərin 
12 qolundan biridir (Эрнст Ренан 2750. 88). Əslində 
isə azərlər sami mənşəli etnos deyildilər. Onlar Kənan 
nəsli üzərində hökmranlıq edən şimal mənşəli nəsillər-
dən  biri  olmuşlar.  Məlumdur  ki,  Kənan  tayfa  ittifaqı 
daim  bir-biri  ilə  vuruşan  əkinçilərdən  və  köçərilərdən 
ibarət idi. 
Azərlər  yəhudi  olsaydılar,  İsrail  və  İudia  tayfa 
başçıları  Azərin  məbədini  dağıdıb,  bütünü  yıxmazdı-
lar.  Azər  kultu  daha  çox  Ofra  (indiki  Urfa)  ölkəsində 
yayılmışdı.  Bundan  əlavə,  Baal  məbədində  Azərin 
ağacdan  bütü  qoyulmuşdu.  Həmin  məbədi    ziyarətə 
gələnlər Azərin bütünə buğa qurban kəsərdilər (Эрнст 
Ренан 2750. 201-202). 
Bəzi  mənbələrdə  Azərin  məbədi  Azeram  adlan-
dırılır. İsrail övladlarının gəlişinə qədər Azeram məbə-
di Baalbek şəhərində müqəddəs ibadət yerlərindən biri 
idi (Эрнст Ренан 2750. 187). 
Azərlər  yəhudi  mənbələrində  Abiezer  (tanrısı 
Azər  olan  nəsil)  də  adlandırılır.  Çox  cəsur  nəsil  olan 
abizerlər  e.  ö.  XIII  əsrdə  İordan  çayının  sol  sahilində 
yaşayırdılar (Эрнст Ренан 2750. 196, 201). 
Belə hesab edirik ki, əslən Azərbaycandan olan 
Azər övladları əvvəl kassitlərlə  birlikdə Şərqi Anado-
lunun Urfa ölkəsinə gəlmiş, oradan Kənan tayfa ittifa-
qına qoşularaq Misirə köçmüşlər. Nil çayının deltasın-
da  Azrek  şəhərinin  olması  (Иосиф  Флавий  52390. 
111)  göstərir  ki,  azərlər  kənanlarla  birlikdə  Misirdə 
yurd salmış, sonra Musa peyğəmbərlə  birlikdə oradan 
İordan çayı boyuna qayıtmışlar. 
Azrak-tanrı  Azərin  övladları  deməkdir.  Ancaq 
bəzən  onlar  yanlış  olaraq  İsrail  əhalisi  kimi  təqdim 
Azər nəslindən 
2 tayfa başçısı 
İudeya və 
İsraildə 
hökmranlıq 
etmişdir. 
İsrail 
oğullarının 
Baalbek 
şəhərinə 
gəlişinə qədər 
burada Azeram 
məbədi var idi.  
Osiris Azərin 
Misir 
formasıdır. 


 
 
edilir. B.A.Turayev  yazır:  –  Assurlar  e. ö. 720-ci  ildə 
azrakların  çarlığını  məhv  edib,  İsrail  ərazisinə  Matay 
və  Kuta  ölkələrindən  adamlar  köçürdülər  (Тураев 
1913. 66). 
Əslində azraklar o yerlərin sami mənşəli etnosu 
deyildilər. Samilər üzərində hökmran olan şimal xalqı 
idilər. Azər və ya Azrak nəsli çar Daviddən və Süley-
man  peyğəmbərdən  sonra  İudeya  və  İsraili  öz  qılıncı 
altında birləşdirdi. 
Azər  nəslindən  2  tayfa  başçısı  İudeya  və  İsrail 
üzərində  hökmran  olmuşdur.  Onlardan  biri  Assuriya 
çarı  II  Tiqlaspalasarın  (e.  ö.  745-727)  çağdaşı  idi 
(Патканов 1879. 1). 
Henrix  Qretsə  görə,  İudeya  çarı  Azaria  (e.  ö. 
805-755)  David  peyğəmbərin  nəslindəndir  (Генрих 
Грець  2.  1907.  78).  Məlumdur  ki,  İudeya  çarı  David 
mənşəcə  şami  deyildi.  Ağüzlü,  mavi  gözlü,  sarı  saçlı 
adam idi. Əgər yəhudi tarixçiləri təsdiq edirlərsə, Azər 
övladları David nəslindəndir, bu, o deməkdir ki, onlar 
sami və ari mənşəli deyillər. 
Davidin  və  Süleyman  peyğəmbərin  zamanında 
Azər  nəslinin  başçıları  ölkənin  baş  kahinləri  idilər. 
Henrix  Qrets  yazır:  –  Azaria  Sadokun  oğludur.  Solo-
mon onu atasının yerinə Yerusəlim məbədinə baş ka-
hin  təyin  etdi  (Генрих  Грець  1.  266).  Sadok  türk 
dillərindəki  Satuk  totem  adıdır.  Yerusəlim  sarayının 
baş kahinləri Qaraxanlı hökmdarı Satuk Buğra xan ilə 
eyni totem adı daşıyırdı. 
Azər nəsli Süleyman peyğəmbərdən sonra ölkə-
nin ən qüdrətli nəslinə çevrildi. Arximandrit İeronimin 
yazdığına görə, Azaria Solomondan 150 il sonra Qır-
mızı  dəniz  sahilindəki  Elat  və  ya  Alat  şəhərini  tutdu. 
Körfəzə  çatıb,  Solomon  dövründə  olduğu  kimi.  Ərəb 
və Hindlə ticarəti bərpa etdi (Архимандрит Иероним 
1883. 273; Генрих Грець 2. 1907. 80). Alat və ya Elat 
türk tayfasıdır. Onların adı  Kiçik  Asiyanın  mixiyazılı 
İudeya 
hökmdarı 
Azaria ( e. ö. 
805-755) David 
peyğəmbərin 
nəslindəndir. 
İudeya çarı 
Azərin atası 
Satuk türk 
totem adı 
daşıyırdı. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə