Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə8/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   4   5   6   7   8   9   10   11   ...   62

47 
 
İ b n Y ə m i n 
 
(heyrətlə, kanunlara) 
 
Nədir bu rəftar? 
 
A r i f 
 
(İbn Yəmini göstərir) 
 
Tam kəndisi, iştə! Ah, qəddar! 
 
İ b n Y ə m i n 
 
Lakin çəkilirmi bu həqarət? 
 
(Silah çəkmək istər). 
 
B i r i n c i  k a n u n 
 
Həp nafilə bunca qeyzü hiddət
Əl’an səni istiyor hökumət, 
Gəl!.. 
 
A r i f 
 
Bəllidir etdiyin xəyanət. 
 
İbn Yəmini alıb götürürlər, Ariflə misafirlər də bərabər çıqar. 
 
V a s i f 
(ən arqada qalır, küçük zabitə) 
 
Baq, şimdi də fevt edilsə fürsət, 
Daim qalırım visalə həsrət. 
 
Sol qapıdan girmək istərlər. Rə’na qarşılarına çıqar. Vasif pərəstişkar bir tevr ilə. 


48 
 
Rə’na, Rə’na! Sevimli afət! 
Gəl, durma aman, edilsə qəflət 
Mütləq səni məhv edər şu xain, 
Olmaz daha qurtuluş səninçin. 
 
R ə’ n a 
 
(sevinc ilə) 
 
Vasif! Gedəlim... 
 
(mütərəddid) 
 
Fəqət bu müşkil, 
Heyhat, bulunmadıqca qatil... 
 
V a s i f 
 
(sözünü kəsərək) 
 
Sən gəl, bulunur o bir gün əlbət. 
 
İ b l i s 
 
(gəlir) 
 
Rə’na, daha durma, iştə fürsət! 
 
R ə’ n a 
 
Lakin babam!.. 
 
V a s i f 
 
Ah, gəl, aman gəl! 
 
Çıqarlar. 


49 
 
İ b l i s 
 
Get, get, daha durma, artar əngəl. 
 
A r i f 
 
(daxil olur, son dərəcə məmnun) 
 
Xain yaqalandı ən nihayət. 
 
İ b l i s 
 
(yarımqəhqəhə ilə) 
 
Eşq olsun, əvət, böyük məharət! 
 
A r i f 
 
Rə’na hanı? Söylə gəlsin! 
 
İ b l i s 
 
Əfsus, 
Bir zabitə uydu getdi... 
 
A r i f 
 
(çılğın) 
 
Ah, sus! 
 
İ b l i s 
 
(əlilə onun omuzunu oqşar) 
 
Yahu! Bana baq, şaşırma əsla, 
Rə’na, o mələk əlində hala... 


50 
 
A r i f 
 
(böyük bir təlaş ilə) 
 
Bir söylə, nə səmtə getdi onlar? 
 
İ b l i s 
 
(qapıdan onlar getdiyi tərəfi göstərir) 
 
Baq, qarşıda iştə xurmalıq var... 
 
A r i f 
 
(sözünü kəsərək) 
 
Bildim, yetişir, o bəlli bir yol. 
 
(Dərhal dışarı fırlar) 
 
İ b l i s 
 
Get, durma! 
 
(istehzalı qəhqəhə) 
 
Fəqət, yazıq! Əmin ol, 
Bəklər səni bir yığın cinayət, 
İzlər səni bir yığın fəlakət. 
 
(Qəhqəhə...) 
 
Pərdə 


51 
 
ÜÇÜNCÜ PƏRDƏ 
 
Səhnə ilk pərdədə olduğu kibi ixtiyar şeyxin çardağını – qülbəsini göstərir.  Şeyx 
dışarıda, çardağın altında təsbih çəkərək dalıb getmiş... 
 
Son bahar, öylə, sisli hava... 
 
X a v ə r 
 
(yaralı zabitin alnındakı və qolundakı sarğıyı açar) 
 
Çoq şükür, iştə həp sağaldı yaran, 
Baq, nasıl mərhəmətlidir Yaradan. 
 
Y a r a l ı z a b i t 
 
Ah, sağaldıqca artıyor kədərim, 
Bəni məhv eyliyor düşüncələrim 
Yadə gəldikcə ailəm, yurdum, 
Sarsılır istirahətim, uyqum. 
Hələ sən, ah sən! Sənin kədərin 
Bəndə bir iz bıraqdı xeyli dərin; 
Çünki yalnız bənimlə uğraşaraq, 
Aqibət düşdün Arifindən uzaq. 
 
X a v ə r 
 
Hiç məraq istəməz, xayır, haşa 
Bana sən mane olmadın əsla. 
Şu qəza doğdu bir təsadüfdən, 
Bəni tale ayırdı Arifdən. 
Bu sırada iki türk zabiti gəlir. 
 
İ x t i y a r 
 
Mərhəba! 
 
B i r i n c i    z a b i t 
Mərhəba, əfəndi baba! 


52 
 
İ k i n c i z a b i t 
 
Qülbənizdə su varmıdır əcəba? 
 
İ x t i y a r 
 
Vardır, əlbəttə, həm də xeyli sərin
Buyurun, bir qədər də rahət edin. 
 
İçəri girərlər. Ixtiyar su döküb verir. Xavərlə yaralı zabit bir guşəyə sıqılıb durur. 
 
B i r i n c i z a b i t 
 
Pək sıcaq, qalmamış təvan artıq, 
Ayrılıb ordudan fəna susadıq. 
 
Alnının tərini silib sudan içər. İxtiyar ikinci zabit için də döküb vermək istər. 
 
İk i n c i z a b i t 
 
Dur, babam, dur, aman, rica edərim. 
 
(kəndisi döküb içər) 
 
B i r i n c i z a b i t 
 
(yaralı zabiti süzərək) 
 
Bana baq, ixtiyar, şu zabit kim? 
 
İ x t i y a r 
 
Bir əsir, iştə ordudan aralı. 
 
X a v ə r 
 
Kimsəsiz bir zavallıdır, yaralı. 
 
İk i n c i z a b i t 
 
Bir lehistanlıdır bu, ya bir rus. 


53 
 
B i r i n c i z a b i t 
 
Kim bilir, bəlkə, bəlkə bir casus. 
 
Y a r a l ı z a b i t 
 
Əfv edərsin, xayır, nə bir rusum
Nə lehim bən, nə kirli casusum. 
Bir müsəlman, qazanlı bir türküm, 
Bəncə bir ya həyat, yaxud ölüm. 
 
B i r i n c i z a b i t 
 
Başqa millətdən olmuş olsaydın, 
Yenə mümkündü əfvin... Ah, azğın! 
Türk olub türkə atəş etmək için 
Yalınız bir cəzayə layiqsin. 
O da e’dam... 
 
X a v ə r 
 
(təlaş və həyəcan ilə) 
 
Aman, əfəndim, inan, 
O deyil öylə suçlu bir insan. 
 
İ x t i y a r 
 
Xayır, evladım, olmayın əsəbi, 
Başqa, pək başqadır onun qəlbi. 
 
Y a r a l ı z a b i t 
 
(acı qəhqəhələrlə) 
 
Nə tuhaf! Ta küçük yaşımdan bən 
Millətimçin zəfərlər özlərkən, 
Iştə tale! Bənim asılmam için, 
Şimdi siz hökm edərsiniz, lakin, 
Sizə bən vermək istəməm zəhmət... 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə