Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə5/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   2   3   4   5   6   7   8   9   ...   62

28 
 
A r i f 
 
Bir atlı ərəb zabiti, bir qızla bərabər... 
 
V a s i f 
 
Gördünmü? Gecikdik də qaçırdıq avı əldən. 
 
K ü ç ü k z a b i t 
 
İnsan nə qadar qaçsa da qurtulmaz əcəldən. 
 
V a s i f 
 
Gəl, durma, hənuz əldə bir az fürsətimiz var. 
 
K ü ç ü k   z a b i t 
 
(yarımqəhqəhə ilə) 
 
Artıq sən əmin ol, bu gün avcundadır onlar. 
 
Hər ikisi yüngül təmənnalarla qülbədən çıqar və sür’ətli adımlarla İbn Yəmin hərəkət 
etdiyi tərəfə doğru yürürlər. Arif durduğu yerdə baqa qalır. Şaşqınlıqla qarışıq böyük bir 
hüzn və kədər ruhunu sarmağa başlar. Bu sırada səhnənin ışığı  azalır. İblis istehzalı və 
şiddətli qəhqəhələrlə qarşısına çıqar. 
 
A r i f 
 
Dəf’ ol, yenə gəldinmi? 
 
İ b l i s 
 
... Əzizim, çocuq olma! 
Arif! Bana baq, əczi bıraq, hissə qapılma. 
Çarpışmaq için lazım ikən mərdə cəsarət, 
Bilməm, niçin olmuş sana qalib əsəbiyyət? 
Bən həpsini duymaqdayım, inkar nə lazim
Rə’na, o sənin şimdi bütün ruhuna hakim, 
Hakim o sənin hissinə, idrakinə... əfsus 
Ayrılsan izindən, olur əğyar ilə mə’nus... 


29 
 
A r i f 
 
Qandırmaq için Arifi həp nafilə israr, 
Hər haldə xainsin, inanmam sana zinhar... 
 
İ b l i s 
 
Lakin şu inadınla pərişan olacaqsın, 
Bir gün gələcəkdir ki, peşiman olacaqsın, 
Əfsus, nədamət sana verməz səmər əsla. 
 
(əlində bir tabança ilə bir kisə altın tutaraq) 
 
Al bunları... bas bağrına, Arif, eyi saxla! 
Bunlar edəcək etsə nihayət səni məs’ud, 
Al! Iştə bu atəş, bu da ən sevgili mə’bud! 
 
(tabançayı bir kərə havaya boşaltaraq) 
 
Al! Iştə bu atəşlə gəlir qəlbinə qüvvət, 
Yalnız bu verir qarşı duran xəsminə dəhşət. 
 
(kisədəki altınları səsləndirib oynadaraq Arifə verir) 
 
Baq, səsləniyor, iştə sədayi-pəri-Cibril! 
Bunsuz olamaz kimsə, inan, məqsədə nail. 
 
A r i f 
 
(İblisin vermiş olduğu tabançayı və altınları yerə atar, son dərəcə qızğın və usanmış 
bir halda) 
 
Dəf’ ol, yetişir, eyləmə əsla bəni təltif! 
Möhtac deyil altına, ya qurşuna Arif. 
 
İ b l i s 
 
Təkrar edərim, zəfi bıraq, aldanıyorsun, 
Həp aldanıyorsun, bana baq, aldanıyorsun! 


30 
 
(qəhqəhələrlə çəkilir) 
 
A r i f 
 
(tərəddüd və düşüncədən sonra) 
 
Heyhat, o mələk qəhr edilirkən, 
Layiqmi durub seyr edəyim bən? 
 
(kəskin bir əzmlə) 
 
Yoq, getməliyim, həm də bu saət, 
Bəndən ona hörmət və məhəbbət... 
 
(ridasını “pelerin” və fəsini alıb həmən dışarı fırlar) 
 
İ b l i s 
 
(gəlir, istehzalı qəhqəhələrlə) 
 
Get, lakin o hörmət və məhəbbət 
Bir gün doğurur qanlı ədavət. 
Get, bəllidir insandakı xislət; 
Sizlərdəki ülfət; sonu vəhşət
Sizlərdəki şəfqət; sonu nifrət, 
Sizlərdəki rəhmət; sonu lə’nət!.. 
 
(sürəkli qəhqəhələr...) 
 
 
 
 
Pərdə 


31 
 
İKİNCİ PƏRDƏ 
 
Ərəb zevqinə uyğun süslü bir salon... Qarşıda, sağda və solda birər qapı və bir qaç 
pəncərə... İblis xidmətçi ərəb qiyafətində ötəyi-bəriyi düzəltir. 
 
İ b n Y ə m i n 
 
(qarşıdakı qapıdan gələrək) 
 
Bana baq, durma, əzizim, çabuq ol, 
Durma get, haydı, imamı ara-bul. 
Söylə gəlsin də nikah qıymaq için. 
 
İ b l i s 
 
Baş çavuş zənn edərim getdi dəmin. 
 
İ b n Y ə m i n 
 
Pək gözəl, gəlsə, həmən söylə bana. 
 
İ b l i s 
 
Söylərim, lakin əmin ol, Rə’na, 
Bir qadar göstərəcək istiğna. 
 
İ b n Y ə m i n 
 
Nə vəzifən, deyil aid bu sana. 
 
İ b l i s 
 
Əmrə borcumdur itaət, heyfa, 
Onu məcbur edəməzsin, zira 
Böylə bir cəbri hökumət duysa, 
Çəkəcəkdir başımız dürlü bəla. 
Çünki var başqa günahın da sənin, 
Orduya, devlətə çıqdın xain. 


32 
 
İ b n Y ə m i n 
 
(mütərəddid, diplomatca bir təbəssümlə) 
 
İştə pək doğru və məntiqli cavab, 
Sən vəkil ol, nə dilərsən, onu yap! 
 
(gəldiyi qapıdan çıqar) 
 
İ b l i s 
 
(məğrur qəhqəhə ilə, yalnız) 
 
Əvət, İblis, o böyük sənətkar 
Həm yapar, həm də yıqar, qüdrəti var. 
 
Bu sırada V a s i f ilə küçük zabit sağ qapıdan daxil olur, ətrafı süzməyə başlarlar. 
 
Bu cəsarət nə demək? Ey, bana baq! 
 
V a s i f 
 
(istehzalı qəhqəhə ilə) 
 
Bir oteldir deyə sandıq bu qonaq. 
 
İ b l i s 
 
Əcəba!? Sahibi kimdir otelin? 
 
V a s i f 
 
Bir ərəbdir, adı da İbn Yəmin. 
 
İ b l i s 
 
(qızğın) 
 
Sayğısızlıq yetişir, haydı, gedin! 


33 
 
V a s i f 
 
(silah çəkərək) 
 
Şımarıq abdala baq, dur! Nə dedin? 
 
K ü ç ü k z a b i t 
 
(mane olur) 
 
Vasif! Allahı sevərsən də bıraq! 
 
(geri çəkilməkdə olan İblisə) 
 
Dur, təlaş etmə, əzizim... 
 
V a s i f 
 
Alçaq! 
Nerdə Rə’na, onu göstər! 
 
İ b l i s 
 
(istehzalı təbəssümlə) 
 
Nə demək! 
Varıyor İbn Yəminə o mələk. 
 
V a s i f 
 
Onu qandırmış o xain, lakin 
Bən sağ olduqca bu iş namümkün! 
 
K ü ç ü k z a b i t 
 
(mülayim) 
 
Arqadaş, gərçi o sərsəm məğrur


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə