Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə4/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   2   3   4   5   6   7   8   9   ...   62

22 
 
B a b a s ı n ı n  x ə y a l ı 
 
(mühib və ağır bir ahənglə) 
 
İntiqam! İntiqam!.. 
 
(çəkilir) 
 
R ə’ n a 
 
(əllərini xəyala doğru açaraq müztərib) 
 
Aman, bu sual! 
 
İ b l i s 
 
(xaricdən məmnun qəhqəhələrlə) 
 
İntiqam, İntiqam!.. 
 
A r i f 
 
Aman, bu nə hal!? 
 
R ə’ n a 
 
Babamın kim bulursa qatilini
Ona bən səcdə eylərim ələni. 
Bəni çöllərdə gəzdirən duyğu, 
İntiqam eşqi... həp bu, yalnız bu. 
 
A r i f 
 
Görünür, sizcə bəllidir qatil? 
 
R ə’ n a 
 
Xayır, əsla bilinmiyor o səfil, 
Diyor İbn Yəmin: “İnan bana sən, 
Bulurum nerdə olsa qatili bən”. 


23 
 
A r i f 
 
Bəncə bir hiylədir bu, dinləmiyin. 
 
X a v ə r 
 
(dəstəyi gətirir, töküb Rə’nayə verir) 
 
Buyurun, pək gözəl su, həm də sərin... 
 
İ b n Y ə m i n 
 
(İxtiyar və çavuşla bərabər dönər, su içməkdə olan Rə’nayə) 
 
Gedəlim! 
 
R ə’ n a 
 
(qalqar, qülbədəkilərə) 
 
Xeyli razıyım sizdən. 
 
Çavuş çantayı alır. 
 
İ b n Y ə m i n 
 
Gər nəsib olsa evdət eylərkən, 
Qalırız burda bəlkə üç-beş gün. 
 
İ x t i y a r 
 
Ah, o günlər bizimçin ən xoş gün... 
Hər üçü çıqar, Ixtiyar ilə Xavər də onları izlər. 
 
X a v ə r 
 
(Rə’nayə) 
 
Gəlişin pək gözəl, fəqət gedişin 
Umulur şey deyildi... 


24 
 
R ə’ n a 
 
Allah için, 
 
Yetişir, fəzlə zəhmət etməyiniz. 
 
X a v ə r 
 
Nə olur, mümkün olsa getməyiniz! 
 
A r i f 
 
Getmə, pək doğru, getmə sən, Rə’na! 
 
(məhzun və sarsılmış bir halda iskəmləyə oturur) 
 
X a v ə r 
 
(geri dönər) 
 
Söylə, Arif, nə var, nə oldu sana? 
 
A r i f 
 
Ah, o, Rə’na, o nazlı heykəli-nur 
Sanki qarşımda çırpınıb duruyor. 
Ona bən yardım etməsəm gerçək 
Bəni vicdan əzabı məhv edəcək. 
 
X a v ə r 
 
İki söz sormaq istərim sana bən
Əcəba hiç sevərmisin onu sən? 
 
A r i f 
 
Sevərim başqa bir məhəbbətlə, 
Əski, pək əski hissi-hörmətlə... 


25 
 
X a v ə r 
 
Yoq, inanmam, xayır, bu pək yanlış... 
O nə halət, nədir o səs, o baqış? 
Sanki bir inqilab içində sənin 
Çırpınıb durmaq üzrə həp bədənin. 
 
A r i f 
 
Sən də Arif qadar düşünsəydin 
Ki, nələr yapmaq istər İbn Yəmin, 
Büsbütün sarsılırdı vicdanın, 
Heyrətindən həmən donardı qanın. 
 
Bu sırada V a s i f l ə arqadaşı küçük zabit, silahsız olaraq, yaralı bir rus zabiti 
gətirirlər. 
 
V a s i f 
 
(küçük zabitə) 
 
Daha dur, tabı qalmamış artıq. 
 
İ x t i y a r 
 
(onların arqasından yetişib yardım edər) 
 
Yaralanmışmı? Ah, zavallı, yazıq... 
Gətirin, bir qədər rahatlansın. 
 
A r i f 
 
Ya əsir olmalı o, ya qaçqın. 
 
V a s i f 
 
Xəstə bir rus əsiri, həm yaralı. 
 
İ x t i y a r 
 
Gəl qızım, tez sarıb da bağlamalı. 


26 
 
(İxtiyarla Xavər yaralının alnını və qolunu sarıb içəri odaya götürürlər). 
 
A r i f 
 
(Vasiflə küçük zabitə) 
 
Ah, nə munis, nə mərhəmətlisiniz; 
Nerdə rast gəldiniz şu zabitə siz? 
 
V a s i f 
 
Pək yaqınlarda, yol kənarində
Baqdıq, əhvalı xeyli pəжmürdə. 
 
K ü ç ü k z a b i t 
 
Bir əsir iştə, düşman olsa belə 
Yenə lazım müavinət edilə. 
 
A r i f 
 
Həp şu xislətdə olsa cinsi-bəşər, 
Hiç görülməzdi bunca vəhşətlər. 
 
(sol qapıdan içəri keçər) 
 
K ü ç ü k z a b i t 
 
Vasif! Düşünür, həp düşünürsün, bu nə halət? 
Məcnun olacaqsın bu təbiətlə nihayət. 
 
V a s i f 
 
Bulmazsam əgər İbn Yəmin xaini əlbət – 
Əlbət qalır üstümdə şu çılğınca təbiət! 
Rə’na, hələ Rə’na!.. Onu iğva nə deməkdir? 
Bir alçağa layiqmi o gülqönçeyi-bakir? 


27 
 
K ü ç ü k   z a b i t 
 
Türk ordusu ətrafə bu gün həmlə edərkən
İranə və ya Qafqaza imdadə gedərkən, 
Rus ordusu durmaz, çəkilirkən önümüzdən, 
Vasif! Nə rəvadır ki, şu parlaq günümüzdən 
Feyz almayaraq biz olalım qəflətə mail, 
Satmaz, satamaz milləti şəxsiyyətə aqil. 
 
V a s i f 
 
Əfsus ki, hiçdir sonu, türk ordusu varsın, 
Istərsə bütün Hindi də, Əfqanı da sarsın, 
Istərsə bütün qarşı çıqan manei yıqsın, 
Turanı basıb bağrına Altaylara çıqsın, 
Mümkün deyil, əsla olamaz naili-amal
Etdikcə xəyanət əli bu milləti pamal. 
 
K ü ç ü k     z a b i t 
 
Lakin saparaq başqası eylərsə xəyanət, 
Seyr eyləyərək həp baqa dursunmu şu millət? 
 
V a s i f 
 
Türk ordusu daim basaraq ölkələr almış, 
Ən sonda siyasətdə basılmış da bunalmış. 
Idraki sönük başçıların qəfləti ancaq 
Etmiş, edəcək milləti həp əldə oyuncaq. 
 
(ani bir düşüncədən sonra kəskin və şiddətli) 
 
Turana qılıcdan daha kəskin ulu qüvvət, 
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət... 
 
K ü ç ü k     z a b i t 
 
(geri dönməkdə olan Arifə) 
 
Yahu, buradan kimdi bir az öncə keçənlər? 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə