Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə6/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   2   3   4   5   6   7   8   9   ...   62

34 
 
(Vasifi göstərir) 
 
Qızın ən sevgili məşuqu budur. 
 
İ b l i s 
 
Ah, ayaq səsləri var, tez çəkilin, 
Çəkilin, sonra, bir az sonra gəlin. 
 
V a s i f 
 
(arqadaşına, xüsusi) 
 
Gedəlim, ən eyi yol: hər ikimiz, 
Azacıq sonra misafir gəliriz, 
Şu hərif çünki yaqın dostumdur, 
Bəlkə bir rənglə iş həll olunur. 
 
K ü ç ü k    z a b i t 
 
(çıqarkən İblisə) 
 
Şimdi var bir sana ümmid ancaq
Çarə bul, yoqsa o qız məhv olacaq. 
 
İ b l i s 
 
(məğrur qəhqəhə ilə, yalnız) 
 
Bəndən imdad umuyor cümlə cihan, 
Biri zalım, biri məzlum insan. 
 
R ə’ n a 
 
(sol qapıdan daxil olur) 
 
Bu ziyafət nə demək, söylə niçin
Sana hiç açmadımı İbn Yəmin? 


35 
 
İ b l i s 
 
(yarımqəhqəhə ilə) 
 
Bilmiyormuş kibi davranmaq nə!? 
Bu ziyafətdir əlamət dügünə. 
Səni təzvic ediyor İbn Yəmin, 
Şimdi əmr etdi nikah qılmaq için. 
 
R ə’ n a 
 
(Həyəcanlı və şaşqın) 
 
Sus, aman sus! Nə rəzalət!? 
 
(e’timadsız) 
 
Əcəba! 
 
Yoq, çəkilməz bu xəyanət əsla. 
Bəni bilməm ki, nə sanmış şu hərif, 
Ah, pək doğru diyormuş Arif. 
 
(son dərəcə təhdidkar) 
 
Hiç məraq etmə, duyar, şimdi duyar, 
Şimdi anlar ki, əvət, bəndə nə var. 
 
Gəldiyi qapıdan çıqar. Bu sırada Arif fəsli olaraq, yüzünü gözəlcə  təraş etdirmiş 
olduğu halda, sağ qapıdan girər. Rə’nanın qapıyı qapayıb getdiyini görüncə büsbütün 
şaşırır. 
 
İ b l i s 
 
Bana baq, hey səni sərsəm, budala! 
Bu cəsarət sana nerdən əcəba? 
 
A r i f 
 
(Rə’na çıqdığı qapıya işarətlə) 
 
Ondan, ah, iştə o dilbər qızdan, 
Şimdi burdan süzülən yıldızdan. 


36 
 
İ b l i s 
 
Söylə, dərdin nədir, aydın söylə! 
 
A r i f 
 
Mərhəmət qıl da, aman, lütf eylə, 
Söylə Rə’nayə ki, Arif gəlmiş. 
 
İ b l i s 
 
Anladım dərdini, lakin bu zor iş... 
Ona nail olur ancaq onlar 
Ki, avuclar dolusu altını var. 
 
A r i f 
 
Bəndə yoq altın, əzizim, zira 
Uymamış sərvətə könlüm əsla. 
 
İ b l i s 
 
(yarımqəhqəhə ilə) 
 
Altının yoqsa silahın var ya, 
Bəni öldür də qavuş sonra ona. 
 
A r i f 
 
Yoq, silahım da yoq, insaf eylə, 
Sanma vəhşi bəni sən bir öylə. 
 
İ b l i s 
 
(mə’nalı bir qəhqəhə ilə) 
 
Pək gözəl, anladım, ancaq Rə’na 
Qismət olmaz bu təbiətlə sana. 
Üzülüb durma, çəkil get, zira 
Qüvvətə, altına tabe dünya. 


37 
 
(Arifdə mə’yusca bir dalğınlıq. İblis mülayim qəhqəhə ilə) 
 
Nəyə daldın, niçin oldun mə’yus? 
 
A r i f 
 
Çünki yoq bir şeyim, əfsus, əfsus! 
 
İ b l i s 
 
Bir şeyin yoqsa da könlün var ya
Bana ver könlünü... 
 
A r i f 
 
Əsla, əsla!.. 
Bunu hiç umma, saqın Arifdən, 
Vermişim könlümü yalnız ona bən. 
 
İ b l i s 
 
(ətrafa) 
 
İştə Şərqin mütərəddid cocuğu! 
Şaşqın, abdal, əsəbi yavrucuğu! 
 
A r i f 
 
(masa üzərindəki şərab qədəhini yaqalar) 
 
Ah, aman! Bir içim olsun, bana su! 
 
İ b l i s 
 
(sürahiyi alıb qədəhi raqı ilə doldurur) 
 
Al, iç! 


38 
 
A r i f 
 
(yarıya qədər içər. Yüz-gözünü bürüşdürür) 
 
Eyvah, nə dəhşət, yahu! 
Su deyil, səmli bir atəşdir bu. 
 
İ b l i s 
 
(başqa bir şüşədən böyük bir qədəh dolusu ərğəvani şərab verir) 
 
Bu fəqət tatlıdır, al iç! 
 
A r i f 
 
Nədir o? 
 
İ b l i s 
 
İç də baq, sonra duyarsın nə imiş, 
Ən gözəl töhfə, keşiş göndərmiş... 
 
A r i f 
 
(bir qədər içər, qədəhi məmnun və nəş’əli bir baqışla süzərək) 
 
Ah əvət, sanki şəfəq dalğalı nur... 
 
(içib bitirdikdən sonra, niyaz ilə) 
 
Şimdi Rə’nayı çağırsan nə olur? 
 
İ b l i s 
 
Onu sən pəkmi sevərsin? 
 
A r i f 
 
(cibindən bir cığara çıqarır) 
 
Sorma, 
Sızlayan könlümə atəş vurma! 


39 
 
(İblis cığarayı atəşlər) 
 
Ta çocuqkən seviyordum onu bən. 
 
İ b l i s 
 
(qapıya işarətlə) 
 
Gəliyor iştə o gülqönçə dəhən. 
 
A r i f 
 
Ah aman, halı nasıl hüznavər, 
Gözlərindən saçılır şimşəklər. 
 
R ə’ n a 
 
(əlində bir qaç parça kağız daxil olur, heyrətlə) 
 
Arif, Arif! Nə için gəldin sən? 
 
A r i f 
 
Sorma bəndən, onu sor qəlbindən. 
 
İ b l i s 
 
Şu kağızlar nə içindir, yavrum? 
 
R ə’ n a 
 
Onu bunlar edəcəkdir məhkum. 
 
A r i f 
 
Əcəba, kimdir o xain, miskin? 
 
R ə’ n a 
 
Səncə pək bəlli hərif: İbn Yəmin. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə