Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə7/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   2   3   4   5   6   7   8   9   10   ...   62

40 
 
A r i f 
 
(kağızları göz ucilə süzərək) 
 
Şu xəyanətləri sən əvvəldən 
Biliyorkən susuyordun, bu nədən? 
 
R ə’ n a 
 
Bəni qandırdı da sandım o dəni, 
Bulur əlbət babamın qatilini, 
Sonra baqdım ki, o bir başqa səfil!.. 
 
A r i f 
 
(ətrafa) 
 
Bəlkə həp kəndisi cani, qatil... 
 
(Rə’nayə) 
 
Bana ver onları, Rə’na! Bana ver. 
 
(kağızları almaq istər) 
 
R ə’ n a 
 
(İblisi göstərir) 
 
Hələ səbr et baqalım bir bu nə der. 
 
İ b l i s 
 
Ver, əvət, ver, o nə lazımsa yapar. 
 
A r i f 
 
Bana ver, şimdi o azğın canavar, 
Bulur əlbəttə cəza, qurtulamaz. 


41 
 
(kağızları alır, sür’ətli adımlarla gəldiyi qapıdan çıqar) 
 
R ə’ n a 
 
(müztərib) 
 
Ah, lakin o hərif pək qurnaz... 
 
İ b l i s 
 
Hiç təlaş etmə, quzum, dinlə bəni, 
İki bildik soruyorlardı səni... 
 
R ə’ n a 
 
(sözünü kəsərək) 
 
Kimdi onlar? 
 
İ b l i s 
 
Biri olduqca yigit, 
Vasif ismində gözəl bir zabit. 
 
R ə’ n a 
 
(şad və və məmnun) 
 
Ah, gerçəkmi bu söz? 
 
İ b l i s 
 
Pək gerçək, 
Bana söz verdi, əmin ol, gələcək. 
 
İ b n Y ə m i n 
 
(daxil olur, İblisə) 
 
Əcəba sevgili Rə’na nə diyor? 


42 
 
İ b l i s 
 
Bəyim, izhari-məsərrət ediyor. 
 
İ b n Y ə m i n 
 
(İblisin omuzunu oqşayaraq) 
 
Xeyli məmnunim, əzizim, səndən. 
 
R ə’ n a 
 
(kinayəli və acı təbəssümlə) 
 
Xəstəyə baqmaq için gəlmiş ikən, 
Bir ziyafətdə bulunmaq nə tuhaf! 
 
İ b n Y ə m i n 
 
Yoqmudur səndə, gülüm, hiç insaf!? 
Yaralı əskərə baqmaqsa məram, 
Əskərim bən də, böyük həm də yaram
Yar da aç, qəlbimə baq, sonra inan, 
Çünki hala aqıyor, kəsmədi qan. 
 
R ə’ n a 
 
(məhzun) 
 
Ah, təmin ediyordun da bəni; 
Bulacaqdın babamın qatilini. 
 
İ b l i s 
 
O da mümkün, o da mümkün, Rə’na! 
Bir düşün, bən nə dedim şimdi sana? 
Həp sevin, gül, mələyim, çünki bu gün 
Ələ düşməz... nə səadətli dügün!.. 


43 
 
(mə’nalı qəhqəhə) 
 
Ç a v u ş 
 
(daxil olur) 
 
Gəliyor iştə misafirlərimiz. 
 
İ b n Y ə m i n 
 
(Rə’nayə) 
 
Get, gülüm, sonra məhəbbət edəriz. 
 
(Misafirləri qarşılamaq için qarşıki qapıdan çıqar). 
 
İ b l i s 
 
(Rə’nayə) 
 
Hiç məraq etmə, əmin ol, o bənim 
Ən itaətli qulumdur daim. 
Durma get, bəklə də fürsət dəmini, 
Bəlkə rö’yadə görür bir də səni. 
 
İstehzalı qəhqəhə... Rə’na sağ qapıdan çıqar. İbn Yəmin ilə bərabər V a s i f , 
arqadaşı və iki-üç zabit daxil olurlar. 
 
İ b n Y ə m i n 
 
(öndə olaraq tatlı qəhqəhələrlə) 
 
Hay, hay, buyurun, nə xoş təsadüf! 
 
(Vasiflə küçük zabiti misafirlərinə göstərir) 
 
Bir arqadaşımdır iştə Vasif, 
Aylarca əgərçi ayrı düşdük, 
Qismət bu, yenə bu gün görüşdük. 


44 
 
V a s i f 
 
(İbn Yəminə) 
 
Xoşbaxt olaraq ziyarətindən 
Könlüm nə qədər sevindi, bilsən! 
 
İ b n Y ə m i n 
 
(misafirlərə) 
 
Bən hərb ediyorkən ordumuzda 
Gördümsə beş-on sevimli sima, 
Vasif, şu könüllü, şanlı zabit 
Bir yıldıza bənziyordu sabit. 
 
B i r i n c i z a b i t 
 
Dünyayı saran şu qanlı qavğa 
Bir xeyli yigitlər etdi peyda
Yoq şübhə, bu dürlü nevcavanlar 
Olduqca dəyərli qəhrəmanlar. 
 
İ b n Y ə m i n 
 
Qavğada qolay müvəffəq olmaq, 
Tale və cəsarət olsun ancaq. 
 
Otururlar. 
 
B i r i n c i    z a b i t 
 
(yarımsərxoş, İbn Yəminə) 
 
Yahu, bu nasıl dügün, ziyafət!? 
Məscidmi bu, ya ki, bəzmi-işrət? 
 
İ k i n c i z a b i t 
 
Gerçək, bu nə? Oynayıb çalan yoq, 
Bir nəş’ələnib də zevq alan yoq. 


45 
 
İ b n Y ə m i n 
 
Dur, həp olur, onsuz olmaz əlbət
İsmarlamışım, gəlir bu saət. 
 
Ç a v u ş 
 
(gəlir, əskərcə təmənna edər) 
 
Rəqqasələr əmrə müntəzirdir. 
 
İ b n Y ə m i n 
 
Gəlsinlər, əvət, həmən xəbər ver. 
Çavuş çıqar. 
 
B i r i n c i z a b i t 
 
Gəlsinlər, əvət, dəyişsin əhval, 
Gülsün azacıq pəriyi-amal. 
 
İ k i n c i z a b i t 
 
Tam beş sənədir ki, rahib olduq, 
Ciddiyyət içində həp boğulduq. 
Rəqqasələr daxil olur. 
 
İ b n Y ə m i n 
 
(çalğıçılara) 
 
Çal, haydı çal, etmə fevti-fürsət! 
Çal, durma, sənindir iştə nevbət. 
 
B i r i n c i    z a b i t 
 
Çal, sızlayıb inləsin o tellər, 
Çırpınsın onunla həp könüllər. 


46 
 
İ k i n c i z a b i t 
 
Çal, məclisə zevqü nəş’ə gəlsin, 
Çal, ta ölülər də rəqsə gəlsin. 
 
Çalğı başlar, rəqqasələr aşağıdakı şərqiyi həmahəng olaraq söylər və rəqs edərlər. 
 
Şərqi 
 
Hər şey sənindir, ey qafil insan! 
Gülgün şəfəqlər, rəngin çiçəklər. 
Hər şey sənindir, ey cahil insan! 
Parlaq günəşlər, dilbər mələklər. 
 
Yalnız sənin, yalnız sənin hər dürlü ne’mət; 
Gənclik, gözəllik, eşqü ülfət, hər səadət. 
Sür daima zevqü səfa, fevt etmə fürsət, 
Bir gün gəlir, əsla səmər verməz nədamət. 
 
Beş günlük ömrün rö’yayə bənzər, 
Dal eyşü-nuşə, hiç gəlmə huşə. 
Daim gül, əylən, olma mükəddər, 
İç badə, həp gəl cuşü xüruşə. 
 
Sərməsti-eşq ol, ey gözüm, qəsvət nə lazım, 
Bir gün gəlir, əldən çıqar zevqi-xərabat. 
Al nəş’ə hər şeydən, əvət, qəflət nə lazım, 
Bir gün gəlir, əldən düşər peymanə heyhat!.. 
 
Rəqs bitmək üzrə ikən A r i f l ə bərabər əli silahlı iki k a n u n n ə f ə r i daxil olur. 
 
B i r i n c i k a n u n 
 
(kəskin və amiranə bir tevr ilə rəqqasələrə) 
 
Sakit, dağılın!.. 
 
Musiqi susar, rəqqasələr ikişər, üçər salonu tərk edərlər. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə