Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə9/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   5   6   7   8   9   10   11   12   ...   62

54 
 
(Dərhal cibindən bir tabança çıqarır və kəndi qafasını nişan alır.) 
 
X a v ə r 
 
Ah, aman!.. 
 
İ k i n c i z a b i t 
 
(onun biləyini yaqalar) 
 
Dur, təlaşə yoq hacət. 
 
İ x t i y a r 
 
Ah, çılğın, bütün cihan çılğın! 
Bu günün arqasında yoqmu yarın? 
 
Bu sırada bir qara ə r ə b z a b i t i gəlir, məmnun və laübali qəhqəhələrlə gülməyə 
başlar. 
 
B i r i n c i z a b i t 
 
Nə imiş arqadaş, nə var, nə xəbər? 
Varmıdır yoqsa başqa fəthü zəfər? 
 
Ə r ə b z a b i t i 
 
(daha çılğınca qəhqəhələrlə) 
 
Bitdi artıq bütün səfərbərlik, 
Bitdi həp qəhrəmanlıq, əskərlik. 
İştə rahət zamanı gəldi bizə, 
Dönüyor ordu kəndi ölkəmizə. 
 
B i r i n c i z a b i t 
 
Niçin, anlat, niçin bu? 
 
(ətrafa) 
 
Ah, canavar! 


55 
 
Ə r ə b z a b i t i 
 
Açıvermiş hüdudu bolqarlar, 
Kevkəbi-tale, eyləmiş də üful, 
İngilislərlə dolmuş İstanbul. 
 
(Hər kəsdə təəssür və heyrət). 
 
Y a r a l ı z a b i t 
 
Sus yetər, ah, xain alçaq, sus! 
 
Ə r ə b z a b i t i 
 
(istehzalı və məmnun qəhqəhə ilə) 
 
Sanki bən susdum, öylədir əfsus. 
 
B i r i n c i z a b i t 
 
Bu hərif iştə daima bayquş. 
 
İ k i n c i z a b i t 
 
Zənn edərsəm, o həm də pək sərxoş... 
 
Y a r a l ı z a b i t 
 
(sinirli və qızğın) 
 
Ah, ərəb, cismi, ruhu, qəlbi ərəb
Həm də məmnun... nədir bu halə səbəb? 
 
(acı qəhqəhədən sonra) 
 
Ya! O sərxoşmu? Yoq, inanma, xayır. 
İştə! 
 
Dərhal qəlbgahindən nişan alır, tabança açılır. 


56 
 
Ə r ə b    z a b i t i 
 
Ah! 
 
(Deyə sol əli ilə yarasını tutar, sağ əlilə cibindən tabançayı çıqarıb 
qarşı qoymaq istərsə də müvəffəq olamaz. Silahı hiddətlə bir tərəfə 
atar və iztirablar içində tərki-həyat edər) 
 
Y a r a l ı    z a b i t 
 
İştə baq, nasıl ayılır? 
 
Bu sırada dışarıdan İblisin məmnun və sürəkli qəhqəhələri eşidilir. 
 
İ x t i y a r 
 
Sən nə yapdın, nədir bu hal, oğlum! 
 
Y a r a l ı    z a b i t 
 
Sadə, bir bayquş ağzı susdurdum. 
 
(zabitlərə) 
 
Bir qüsur iştə, bulsanız haqsız, 
Bəni e’dama şimdi haqlısınız. 
 
(Əlindəki silahı təqdim edər) 
 
B i r i n c i    z a b i t 
 
(silahı rədd ilə) 
 
Bu xəbərdən sevinci çoqdu onun
Ona layiqdi müжdə bir qurşun. 
 
İ k i n c i    z a b i t 
 
(istehzalı təbəssümlə) 
 
Pək yorulmuşdu hərbdən, əlbət, 
Etmək istərdi bir qədər rahət. 


57 
 
Y a r a l ı    z a b i t 
 
Daha durmaq xəta, həmən gedəlim, 
Bu xəbər düz də olsa fərz edəlim, 
Bir mücahid dönərmi əzmindən? 
Ah, bən şimdi ölmək istərkən 
Yaşamaq istərim də bir müddət... 
 
B i r i n c i    z a b i t 
 
Biz yaşarsaq, əvət yaşar millət. 
Bu halda dışarıdan aşağıdakı marş eşidilir. 
 
M a r ş 
 
Türk oğlu sözündən dönməz, 
Məhv olur da sürüklənməz. 
Həp yüksəlmək dilər, enməz, 
Çarpışır yaşar. 
Yurdumuzun arslanları, 
İzlər durur düşmanları, 
Fırtınalı dənizvarı 
Hər coşub daşar. 
Əngin fəza çardağımız 
Al şəfəqlər bayrağımız, 
Qorqu bilməz oymağımız, 
Haq için qoşar. 
 
İ k i n c i    z a b i t 
 
(marşı dinlədikdən sonra hər ikisinin qolundan tutar) 
 
Gedəlim, yoq gecikmənin səməri. 
 
Y a r a l ı    z a b i t 
 
Gedəlim, haqqa doğru, arş iləri! 
 
Gedərlər. 


58 
 
İ x t i y a r 
 
(yoldan keçən bir nəfərə cənazəyi göstərir) 
 
Oğlum, bana yardım eylə bir an. 
 
X a v ə r 
(mərhəmətli və mütəəssir) 
 
Bir hiçlə zavallı oldu qurban. 
 
İ x t i y a r 
 
Yoq kimsədə mərhəmətlə vicdan, 
 
İnsanlığı həp unutdu insan. 
 
(cənazəyi qaldırıb götürürlər) 
 
X a v ə r 
 
(yalnız) 
 
İblisə uyub da əhli-aləm, 
Həp yer yüzü qanlı, cümlə sərsəm... 
 
İ b l i s 
 
(bir guşədə ağsaqal abid qiyafətində görünür, yarımqəhqəhə ilə) 
 
İnsandakı nəfsi-şumə daim 
İblis olur, ancaq olsa hakim. 
Bu sırada V a s i f l ə R ə ’ n a təlaş içində gəlirlər. 
 
R ə’ n a 
 
Allah için eyləyin inayət, 
İzlər bizi bir yığın fəlakət. 


59 
 
V a s i f 
 
(e’tinasız) 
 
Yoq qorquya ehtiyac... 
 
R ə’ n a 
 
Aman dur! 
 
Tərk et də inadı, olma məğrur, 
Baq, arqadaşın çocuqluğundan 
Bir qurşuna oldu şimdi qurban. 
 
V a s i f 
 
Hər dürlü qəzayə razıyım bən, 
Qorqmam fəqət öylə bir dənidən. 
 
X a v ə r 
 
Kimdir əcəba o xain, alçaq? 
 
R ə’ n a 
 
Xavər, onu sorma, yer ver ancaq. 
 
X a v ə r 
 
Aldınsa da Arifi əlimdən, 
Hər yardıma iştə hazırım bən. 
 
(Qülbəyə daxil olurlar. Xavər onları daha içəri keçirmək istər) 
 
İ b l i s 
 
(bıraqmaz) 
 
Dur, getmə, saqın, o dürlü yerlər, 
Həp şübhəyi cəlbü də’vət eylər. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə