Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə3/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   2   3   4   5   6   7   8   9   ...   62

15 
 
A r i f 
 
Onu hiç sorma, sevgilim! 
 
X a v ə r 
 
(ətrafa) 
 
Qəddar! 
 
Bu sırada İ x t i y a r ilə bərabər İbn Yəmin, Rə’na, zənci çavuş və bir əskər, 
əlində ufaq bir çanta daxil olurlar. 
 
İ b n Y ə m i n 
 
(səmimi bir tevr ilə əlini Ixtiyarın omuzuna qoyaraq) 
 
Möhtərəm Ixtiyar, nasıl keyfin? 
 
İ x t i y a r 
 
Hiç qəmim yoq, var olsun İbn Yəmin! 
 
İ b n Y ə m i n 
 
(alnının tərini silər) 
 
Pək sıcaq, həm də yol bu gün pək uzaq, 
 
(əskərə) 
 
Çabuq ol, haydı, qoş da atlara baq. 
Əskər çantayı bir tərəfə bıraqıb çıqar. 
 
A r i f 
 
(diqqət və heyrətlə ətrafa) 
 
Ah, o, Rə’na, nazənin afət! 
 


16 
 
X a v ə r 
 
Yenə bir şeymi oldu, Arif? 
 
A r i f 
 
Əvət. 
 
(Rə’nayə yaqlaşaraq) 
 
Söylə, Rə’namı isminiz? 
 
R ə’ n a 
 
(Arifin əlini sıqar, heyrət və sevinclə) 
 
A r i f! 
 
İbn Yəmin 
 
(Arifi, süzər, ətrafa) 
 
Bizə bir əngəl olmasın şu hərif?! 
 
A r i f 
 
Bu gəliş, əfv edərsiniz, nerədən? 
 
İ b n Y ə m i n 
 
(məğrur və laübali) 
 
Səhneyi-hərbdən, mücadilədən. 
 
A r i f 
 
(acı təbəssümlə) 
 
Bir fəzilətsə öldürüb-ölmək
Canavar bizdən əşrəf olsa gərək. 


17 
 
İ b n Y ə m i n 
 
(istehzalı qəhqəhə ilə) 
 
İştə bir söz ki, büsbütün yanlış... 
Yaşamaq istiyormusun, çarpış. 
Hərbə qoş, həp vuruş, ya əz, ya əzil! 
Onsuz irmək murada pək müşkül. 
 
A r i f 
 
(istehzalı və əzici bir təbəssümlə) 
 
Doğru, pək doğru bir düşüncə... əvət, 
İştə hər əskər, iştə hər millət 
Bu gün olmaqda həp bu fikrə şərik, 
Hiç çəkilməz fəqət bu sərsəmlik. 
 
İ x t i y a r 
 
(onun qolundan tutaraq) 
 
Arif, oğlum, bıraq münaqişəyi 
Gəl, işim var səninlə... 
Sağ tərəfdən çıqarlar 
 
İ b n Y ə m i n 
 
(ətrafa) 
 
Ah, nə eyi... 
 
(Rə’nayə) 
 
Şu hərif feyləsofmu, ya dəlimi? 
Sanki həp cəhldir bunun elmi. 


18 
 
R ə’ n a 
 
Bəslənir hər könüldə bir duyğu, 
Nə yaparsın, onun da məsləki bu... 
 
İ b n Y ə m i n 
 
Bu da məsləkmidir, nədir, bilməm! 
İştə bir kəcnəzər, zəki sərsəm! 
Xavərin yüzündə naməmnun hallar. 
 
R ə’ n a 
 
Bəncə sərsəm deyil, o pək huşyar
Neyləsin, hərbə qarşı nifrəti var. 
 
İ b n Y ə m i n 
 
Onu nerdən tanırsınız əcəba? 
 
R ə’ n a 
 
Pək yaqın qomşumuzdu... 
 
İ b n Y ə m i n 
 
(ətrafa) 
 
İştə bəla! 
 
R ə’ n a 
 
Əsli İstanbul əhlidir, lakin, 
Pək küçükkən zavallı dərbədərin 
Evi yanmış da, nəsli məhv olmuş, 
Bir küçük qardaşilə qurtulmuş. 
Onu da ən sonunda biçarə 
Qeyb edib böylə qalmış avarə. 


19 
 
İ b n Y ə m i n 
 
(saatına baqar, Rə’nayə) 
 
Siz məhəbbət edin də biz çıqalım, 
Əcəba bir nə var, nə yoq baqalım. 
 
(çavuşla bərabər bir tərəfə çəkilir) 
 
R ə’ n a 
 
(karyola üzərində gözünə ilişən iki kitabı göstərir) 
 
Bu kitablar səninmidir, əcəba? 
 
X a v ə r 
 
Əvət, Arif keçən yıl aldı bana. 
 
(kitabların alt tərəfdə bulunan rəsimli yüzünü birər-birər çevirib göstərir) 
 
Xoca Nəsrəddinin lətifələri, 
Bu da “Bin bir gecə” hekayələri!.. 
 
R ə’ n a 
 
(açıb yapraqlarını çevirərək) 
 
Bana lütfən bir az sərin su... 
 
X a v ə r 
 
Pəki. 
 
(dəstiyi alıb sol qapıdan çıqar) 


20 
 
İ b n Y ə m i n 
 
(dışarıda pəncərə önündə, çavuşa) 
 
Pək düşündün, nə var? 
 
Ç a v u ş 
 
Bəyim, hər şey, 
Bir bəla iştə gördüyün Arif, 
Çünki Rə’nayə pək yaqın şu hərif. 
Daha müdhiş bəla bizim əskər, 
Qorqarım, cümlə sirri faş eylər. 
Bizi görmüş də çünki Rə’nanın 
Babasın qətl edən zaman, xain! 
A r i f sağ tərəfdən daxil olur, onları dinlər. 
 
İ b n Y ə m i n 
 
(qafasını oynataraq istehzalı təbəssümlə) 
 
Bir böyük ordu, bir yığın insan, 
Bənim uğrumda oldu həp qurban. 
Keyfə sərf eylədim də milyonlar, 
Yenə devlətcə e’tibarım var. 
Bən kimim, bir ərəb... nə zənn etdin? 
Bir çocuqdanmı qorqar İbn Yəmin? 
 
Gedərlər. 
 
A r i f 
 
(Rə’naya yaqlaşır, vurğunca bir tevrlə) 
 
Nə səadət, nə xoş təsadüf, inan, 
Səni gördükdə bitdi tabü təvan. 
Gecə rö’yalərimdə özlərkən 


21 
 
Bu gəliş böylə ansızın, bilsən, 
Nə qədər zevqü nəş’ə verdi bana, 
Haqlıdır hər könül tapınsa sana, 
Burda qalsan, səninlə birləşsək, 
Şübhə yoq, sisli taleyim güləcək. 
 
R ə’ n a 
 
(mütərəddid) 
 
Bir xəyal iştə, kim bilir, qismət!? 
 
A r i f 
 
Bir sözüm var, qüsurə baqma fəqət, 
Söylə, Rə’na! Şu qanlı zabitlə 
Nerəyə, hanki səmtə, bir söylə? 
 
R ə’ n a 
 
Şu yaqınlarda xəstələr varmış. 
 
A r i f 
 
Saqın aldanma, pək böyük yanlış; 
İnanıb getmə, ah, o pək xain, 
Burda qal, getmə, həm də sorma niçin! 
 
R ə’ n a 
 
Bəlkə həp söylədiklərin gerçək
Pək güc amma vəzifədən dönmək. 
 
İşıq azalır, ağ saqallı, möhtəşəm simalı bir miralay xəyalı görünür. Rə’na şaşqın və 
həyəcanlı. 
 
Ah, babam, bir də anlı-şanlı babam! 
İntiqam almadan, inan yaşamam. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə