Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə17/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   13   14   15   16   17   18   19   20   ...   62

103 
 
R ə’ n a 
 
Artıq yetişir... Söyləmə, İblis! 
 
Ü m u m 
 
(coşqun, İblisə) 
 
Sənsin bu cinayətlərə bais. 
 
B i r i n c i h a y d u t 
 
Səndəndir, əvət, cümlə xəyanət. 
 
Ü m u m 
 
Lə’nət sana... Lə’nət, sana lə’nət! 
 
İ k i n c i   h a y d u t 
 
Ah, şimdi cəza bulmalı İblis! 
 
Ü m u m 
 
Qəhr olmalı, məhv olmalı İblis! 
Hər tərəfdən hücum etmək istərlər. 
 
İ b l i s 
 
(gah istehzalı və məğrur, gah çılğın və qorqunc qəhqəhələrlə) 
 
İblis!.. O böyük ad nə qədər calibi-heyrət! 
Hər ölkədə, hər dildə anılmaqda o şöhrət
Hər qülbədə, kaşanədə, viranədə İblis! 
Həp Kə’bədə, bütxanədə, meyxanədə İblis! 
Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət
Hər kəs bana aciz qul ikən, bəslər ədavət, 


104 
 
Lakin bəni təhqir edən, ey əbləhü miskin! 
Olduqca müsəllət sana, bil, nəfsi-ləimin, 
Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın, 
Daim ayaq altında sönüb məhv olacaqsın. 
Bənsiz də, əmin ol sizə rəhbərlik edən var: 
Qan püskürən, atəş savuran kinli krallar, 
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəglər, 
Altın və qadın düşkünü divanə bəbəklər. 
Bin hiylə quran tilki siyasilər, o hər an 
Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan; 
Onlarda bütün fitnəvü şər, zülmü xəyanət, 
Onlar duruyorkən bəni təhqirə nə hacət?! 
Onlar, əvət onlar sizi çignətməyə kafi
Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi... 
Bən tərk edərim sizləri əl’an, nəmə lazim! 
Hiçdən gələrək, hiçliyə olmaqdayım azim. 
İblis nədir? 
– Cümlə xəyanətlərə bais... 
Ya hər kəsə xain olan insan nədir? 
– İblis!.. 
 
Şiddətli və sürəkli qəhqəhələr içində yerin dibinə çəkilir, Arif əlilə saçlarını yaqalar 
və məcnunanə bir tevr ilə baqıb durur. Ətrafdakılarda da eyni şaşqınlıq dəvam edər. 
 
 
 
 
Pərdə 
 
 
SON 


105 
 
AFƏT 
 
Faciə – 4 pərdə 
 
ƏŞXAS 
 
 
A f ə t – 33 yaşında, şux, füsunkar bir qadın. 
Ö z d ə m i r – 45 yaşında, Afətin əri, mühərrir. 
A l a g ö z – 18 yaşında, onun qızı, narin vücudlu və solğun. 
Ə r t o ğ r u l – 30 yaşında, sadə qiyafətli, pərişan saçlı mühərrir. 
Y a v u z – 30 yaşında, Ərtoğrulun arqadaşı... müəllim. 
İ l c a y – 50 yaşında, Ərtoğrulun anası. 
X a n d ə m i r – 53 yaşında, Ərtoğrulun dayısı... pensneli, çatal saqallı, maarif 
müdiri. 
A l t u n s a ç – 22 yaşında, Xandəmirin qızı... şıq, xudkam və məğrur. 
D o k t o r Q a r a t a y – 35 yaşında, gözəl və qurnaz. 
O q t a y – 28 yaşında, ciddi və səmimi... doktor. 
Q a p l a n – 30 yaşında - zabitlər 
Q o r q m a z – 22 yaşında - zabitlər 
X i d m ə t ç i və sairə... 
 
 
BİRİNCİ PƏRDƏ 
 
Süslü bir salon... Sağ və soldakı odalara açılır birər qapı, qarşıda iki böyük pəncərə
gözəl mənzərələr, ilk bahar, məhtablı gecə... 
 
Pərdə açıldıqda bağçadan gələn incə və həzin bir kaman səsi iki-üç dəqiqə sami’ələri 
oqşar. 
 
X a n d ə m i r (sağdakı odadan çıqar, bağça tərəfindən gələn Afətə). Sizi bəkliyoruz
əfəndim. Nerədə qaldınız? Qızlar nə oldu? 
A f ə t. Hənuz bağçadan doymamışlar, qonuşub əyləniyorlar. 
X a n d ə m i r. Bağçamızı nasıl buldunuz? 
A f ə t. Pək gözəl, pək şairanə... Sizdəki bədii zevqə hiç bir deyəcək yoq... 
Ö z d ə m i r (içəridən bağırır). Xandəmir, Xandəmir!.. 
X a n d ə m i r. Gəldim, əfəndim, gəldim. 
A f ə t. Yenə Özdəmir nə istiyor? 
X a n d ə m i r. Bir şüşə konyak bitdi, şimdi ikincisini istiyorlar. 
A f ə t. O bu aqşam çıldıracaq, ah, kaş ki gəlməyəydim. 


106 
 
X a n d ə m i r. Zərər yoq, dost evidir; nə yaparsa xoşdur. 
A f ə t. Pəki, doktor Qaratay nə oldu? Hənuz gəlmədimi? 
X a n d ə m i r. Klubda imiş, bu saat gəlir. 
A f ə t. Amma, o da pək nazlanıyor ha... 
X a n d ə m i r. Əvət, sanki bənim evim klubdan əskik imiş!.. 
 
(Dışarıdan pəncərə önündən keçib gəlməkdə olan doktoru görür) 
 
İştə doktor!.. Doktor Qaratay. 
 
A f ə t (baqar). Əvət, nihayət gəldi çıqdı. 
D o k t o r (yarımsərxoş, şad və məmnun daxil olur). Aqşamlar xeyir, əfəndim. 
 
(Afətin əlini öpər, Xandəmirlə əl verir.) 
 
X a n d ə m i r. Xoş gəldiniz, əzizim (Yarım qəhqəhəylə). Fəqət bən söz saqlıyamam, 
gecikdiyiniz için sevgili Afəti pək darıltmışsınız... 
Bilməm, sizdə nə görmüş ki, əsla ayrılığınıza dayanamıyor. 
D o k t o r. Təbii, bən nə qadar pərəstişkar isəm, o da o qadar lütfkardır. 
X a n d ə m i r. Hər halda üzr istəməlisiniz. 
D o k t o r. Şübhəsiz əfv edərlər... Əcəba misafirlərdən kim var? 
A f ə t. Sizdən başqa hər kəs... 
Ö z d ə m i r (içəridən bağırır). Xandəmir, Xandəmir!.. (Qəhqəhə). 
X a n d ə m i r. Gəliyorum, gəliyorum (Afətə). Bana müsaidə (sol odaya keçər). 
A f ə t. Xandəmir gerçəkdən pək eyi, pək sıcaqqanlı adam... Azacıq abdal isə də yenə 
kəndini sevdirə biliyor. 
D o k t o r. Şaka deyil a! Hərif bir şey bilmədiyi halda maarif müdiri... Gənc olmadığı 
halda hovarda, az bir maaşla pək zəngin... Daha nə istərsin. Bütün arqadaşları arasında 
“Müsyo Fırıldaq” deyə şöhrət bulmuşdur (sərxoşca qəhqəhəylə). Bəncə ona “Cahil bilgic” 
denirsə daha xoşdur. 
A f ə t. Aman, sus! Görünür azacıq sərxoşsun. 
D o k t o r (yarım qəhqəhəylə). Sərxoş idim, fəqət ayıldım. 
Ö z d ə m i r (içəridən şiddətli qəhqəhəylə). Xandəmir!.. 
D o k t o r. İştə onun səsini eşitdim də ayıldım. Əvət, kölgəndən ayrılmaz ərinin səsi, 
Özdəmir bəyin nə’rəsi bəni ayıltdı. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə