Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə19/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   15   16   17   18   19   20   21   22   ...   62

110 
 
Y a v u z. Sən Afəti eyicə tanıyormusun? 
Ə r t o ğ r u l. O, bu şəhərə gələli çoq deyil... Eşitdiyimə görə pək kibar və alafranqa 
bir ailəyə  mənsub imiş. Fəqət böyük bir fəlakət birdən-birə evlərini söndürmüş, var-
yoqları əldən çıqmış, babası fəqir düşüncə qızını Özdəmirə vermiş... Şu hərif də gündən-
günə poslayı şaşıraraq ailəsini düşünəməz olmuş... Şimdi hər gün bir oteldə sərxoşca vaqıt 
keçiriyor. Evə gəldiyi zamanlarda Afəti pək qabaca təhqir ediyormuş... Təbii Afət də şu 
qabalığa dayanamıyaraq ondan soyuyacaq və get-gedə Qaratay kibi macəraçılara 
ısınmağa məcbur olacaq... 
Y a v u z. Ah, şu qadın öylə bir atəş ki, öylə bir alav ki, yalnız qocasını, qızını deyil, 
(kəndinə işarətlə) hətta bu talesiz Yavuzu da yaqıyor, bəni də qəhr edib bitiriyor. 
Ə r t o ğ r u l. Pəki, səni niçin? 
Y a v u z. Çünki Alagözü seviyorum, həm də həyatım qadar seviyorum. Halbuki anası 
bütün ümidlərimi qırıyor, bütün düşüncələrimi alt-üst ediyor. 
Ə r t o ğ r u l. Bana qalırsa Afət ilə Alagöz, ana ilə qız olmaqdan ziyadə iki həmşirəyi 
andırıyor. Daha doğrusu həmşirə  də deyillər... Çünki aralarındakı  fərq yaşca nə qadar 
küçüksə, sima və  təbiətcə bir o qadar böyükdür. Hər halda bu məsələdə anlaşılmaz bir 
nöqtə var. 
Y a v u z (sağ qapıya baqar, təbəssümlə). Şimdilik bən çəkiləyim. 
Ə r t o ğ r u l. Niçin, nə oldu? 
Y a v u z. Çünki nişanlın gəliyor. Həm də nə qadar əzəmətli, nə qadar məğrur!.. 
Ə r t o ğ r u l (baqar). Altunsaçmı?.. Pəki, onun nişanlım olduğunu kimdən eşitdin? 
Y a v u z. Səndən başqa hər kəsdən. 
Ə r t o ğ r u l. Fəqət hənuz ortada rəsmi bir şey yoq. 
Y a v u z. Bu gün olmasa da, yarın olur (Sol qapıdan çıqar). 
A l t u n s a ç (gəlir). Ərtoğrul! Şimdiyə qadar nerdə idin? 
Ə r t o ğ r u l. Bağçada səni arıyordum, bir kələbək kibi səni güllərə, çiçəklərə 
soruyordum. 
A l t u n s a ç (incə  qəhqəhələrlə). Xayır, sən bəni güllərə, çiçəklərə deyil, yalnız 
bitməz-tükənməz fəzalara, fəzalardakı  yıldızlara sormalısın. Daha açıq söyləyimmi?.. 
(İstehzalı  təbəssümlə). Sən bəni fəzalara sığmayan qəlbində aramalı; dəhalar izləyən 
ruhunda bulmalısın. 


111 
 
Ə r t o ğ r u l. Altunsaç, bən sənin hər sözünü yuqarıdan enən xitablar kibi müəmmalı 
deyil, yalnız çocuqca təbəssümlər kibi sadə və mə’sumanə görmək istərim. 
A l t u n s a ç (yarım qəhqəhədən sonra sərt və qartalca bir baqışla). Sənin əlbisə və 
qiyafətin kibi sadə, deyilmi? 
Ə r t o ğ r u l. Altunsaç, ah, Altunsaç! Sən bana gülüyorsun, bənim qiyafətimlə 
əyləniyorsun. 
A l t u n s a ç. Xayır bən sana gülmək için deyil, yalnız gülməkdən zevq aldığım için 
gülüyorum. 
Ə r t o ğ r u l. Fəqət sən bu gülüşlərdən zevq alırkən, başqalarını zəhərliyorsun. 
A l t u n s a ç (şux qəhqəhələrlə). Açıq söyləyimmi, əzizim, sən... çocuqsun. 
Ə r t o ğ r u l. Bu söz lətifə olsa belə bir həqiqətdir. Çünki çocuq olmasaydım,  şu 
qiyafətlə sənin kibi bir əzəmət və ehtişam heykəlinə uymazdım. 
A l t u n s a ç. Fəqət səndə, sənin alavlı gözlərində, kəskin baqışlarında öylə bir 
əzəmət var ki, yalnız bən deyil, hər kəs o qüvvətə qarşı kiçilir, kiçilməyə məcbur olur. 
Ə r t o ğ r u l. Ah, sənin kiçilməndə də bir böyüklük var. 
A l t u n s a ç. Əvət, böyüklər kiçikləri böyük görmək istər, kiçiklər isə böyükləri 
kiçiltməklə təsəlli bulur. 
Q a p l a n (nəş’əli və yarımsərxoş bir halda sağ odadan çıqar). Dram, ram, ram... 
dara... dara, ra, ram, ram... (deyə  əlindəki kamanın tellərini səsləndirir və Altunsaça 
təqdim edər). Müsaidənizlə, şu sarı tellər çırpınaraq, inliyərək, sızlayaraq sizə yalvarıyor... 
Pənbə, lətif barmaqlarınızı öpmək istiyor. 
A l t u n s a ç (kamanı alıb bir tərəfə bıraqır). Bağışlarsınız, pək yorğunum. 
Q a p l a n. İştə yorğunluğu çıqaran şeylərdən biri də musiqidir. 
A l t u n s a ç. Fəqət o təsəlli çalanlar için deyil, dinləyənlər içindir. 
Q a p l a n (kamanı alaraq). Aman, rica edərim. 
A l t u n s a ç. Bir az sonra olmazmı? 
Q a p l a n. Xayır, bəkləməyə imkan yoq... Of, bən musiqiyə  pərəstiş edərim. 
(Altunsaçın barmaqlarını göstərir). Hələ şu sehirli barmaqların rəqsini seyrilə keçirdiyim 
dəmlər, ən xoş dəmlərdir. Xoş dəmlər isə bir an fevt edilməməlidir. 


112 
 
Bu sırada Yavuz da gəlir. 
 
A l t u n s a ç. Fəqət sən də şərqi söyləmək şərtilə... 
Q a p l a n (sağ qapıya doğru yürür). Pək gözəl, haydı, baqalım. 
A l t u n s a ç. Xayır, bən qalabalıqdan xoşlanmam. Burası daha eyi deyilmi ya? 
Ə r t o ğ r u l (kinayəli təbəssümlə). Bəncə bağça həpsindən şairanə və asudə bir yer. 
Həm də  təbiət sizin musiqi və  şərqilərinizi öpərək, siz də akasiya çiçəklərinin xəfif və 
gözəl qoqularını əmərsiniz. 
A l t u n s a ç. Pək ə’la! (Yavuzla Ərtoğrula). Siz getmiyormusunuz? 
Ə r t o ğ r u l. Xayır... 
A l t u n s a ç. Bizi rədd ediyorsunuz, öyləmi? 
Ə r t o ğ r u l. Buradan dinləriz, olmazmı? 
Q a p l a n (məmnun bir tevrilə).  Əvət, musiqi və  şərqi uzaqdan daha xoş  gəlir. 
(Altunsaç ilə bərabər bağçaya gedərlər). 
Y a v u z (Ərtoğrula). Bana baq, sən Altunsaçla əyləniyorsun; fəqət bu xoş bir iş deyil, 
doğru gediş deyil və bu yolun sonu uçurumdur. 
Ə r t o ğ r u l. Nə olursa-olsun, artıq usandım. Şu çocuqca nazlar, şu mə’nasız ədalar 
insanı bıqdırıyor. 
Y a v u z. Iştə bu da aranızdakı sevginin böyüklük və kəskinliyinə bir əlamət!.. Sən 
pək qısqanc və sinirlisin; eyni zamanda pək soyuqqanlı görünürsün, yaxud öylə görünmək 
istiyorsun. Halbuki çoq sürməz də bir gün quşu uçurmuş, avı qaçırmış olursun. Əvət, 
arslanların saymazlığı şikarı tilkilərə qapdırır. 
 
Bu sırada kamanın səsi, Qaplanın şərqisi ətrafa dalğınlıq saçar. 
 
Şərqi: 
 
Dün sıtmalı ruhum anıyorkən səni, birdən 
Xülyalərə, sevdalərə daldım, gözəlim, bən; 
Pürnəş’ə könül aləmi-lahutə uçarkən 
Gördüm səni rö’yadə ipək tüllər içində... 
 
Bir şe’ri-səmavi kibi ağuşuma gəldin, 
Gülbusələr ithaf ediyordun bana... Lakin 
Röya kibi nagah süzülüb cismi-lətifin 
Qeyb oldu bəyaz, pənbə qızılgüllər içində... 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə