Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə25/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   21   22   23   24   25   26   27   28   ...   62

128 
 
gözdən keçirsə, sevgidən məhrum hiç bir məxluqə, hiç bir zihəyatə rast gəlməzsin. Hətta 
günəşlər, aylar və yıldızlar arasında belə sıqı bir rabitə var, sarsılmaz bir cazibə qanunu 
var. 
A l a g ö z. Təbii hər kəsdə olduğu kibi, bəndə  də gönül var. Bəndə  də duyğu var. 
Fəqət nə çarə ki, şimdilik sevəmiyorum, seviləmiyorum.  Şübhə yoq ki, sevsəm 
seviləcəyimə  də  əminim;  əfsus ki, nə sevmək istiyorum nə  də sevilmək; çünki nə bu 
mümkündür, nə o... 
A f ə t. Niçin, Alagöz, niçin?.. (Sıraya oturur). 
A l a g ö z (sarsılmış bir halda). Çünki... qorqunc bir kabus ümidlərimi boğuyor, 
çünki... bədbaxtım (sükut). 
A f ə t. Xayır, sən bəxtiyarsın və bəxtiyar olacaqsın. Çünki gözəlsin, mə’sumsun; hər 
kəs seviyor, hər kəs pərəstiş ediyor. Fəqət sən hər kəsi sevməməli... hər dəliqanlıya gönül 
verməməlisin. Bildiklərimdən yalnız iki gənc səni məs’ud edə bilir; onlardan biri: 
Ərtoğrul, biri də Oqtaydır. 
A l a g ö z (şaşqın bir halda yerindən qalqır). Hankı Oqtay? 
A f ə t. Sənin xəstəxanə arqadaşın, gənc operator. 
A l a g ö z. Sən onu nerdən tanıyorsun? 
A f ə t (yarım qəhqəhə ilə). Bənim gözlərim pək uzaq görür, qəlbim  ən gizli 
məhəbbətləri duyar; sana aid nə varsa həpsini anlar, həpsini bilirim; hətta rö’yadə belə 
səndən ayrılmam. Gecə-gündüz sənin gələcəyini, sənin səadətini düşünürüm. 
A l a g ö z (göküs keçirər). Heyhat! Keçmişim qaranlıq bir gecə, gələcəyim də 
aldadıcı bir sərabdır. 
A f ə t (qalqar, mütəəssir). Ah, sən daima qorqunc xəyallar, gülünc iztirablar içində 
çırıpınıb duruyorsun... Baq, iştə Oqtay da gəliyor... 
Sən onunla bir qadar qonuşub gəzərsin, bən də tək başıma dəniz qürubunu tamaşayə 
dalarım. (Uzaqlaşır, Oqtay gəlir). 
O q t a y (əl verir). Qüsurə baqma, Alagöz, səni çoq bəklətdim, deyilmi? 
A l a g ö z. Zərər yoq. 
O q t a y. Şu qadın kim? 
A l a g ö z. Ona Afət derlər. 
O q t a y. Niçin ayrıldınız, manemi oldum? 
A l a g ö z. Xayır. 
O q t a y. Kimlərdəndir əcəba? 


129 
 
A l a g ö z (qızarmış  və sarsılmış bir halda). Sonra anlatırım, hələ  gəl, bir qürub 
levhəsini seyr edəlim. (Dənizə baqar, məczub bir halda). Aman, ya Rəbbi, nə qadar 
gözəl!.. Günəşin böylə dilbər qızıllığını, rəngarəng buludlar arasında batışını hiç 
xatırlayamıyorum. 
O q t a y. Gerçəkdən batı tərəfi bir cənnət bağçası... Günəş isə utandığından qızarıb 
çiçəklər içinə gömülən bir köylü qıza bənziyor. 
 
(Digər tərəfə baqaraq). Hələ şu qarşıya baq! Yeni çıqmaqda olan şu solğun aya, şu 
vərəmli çöhrəyə baq!.. Sanki bənzi uçmuş,  əriyib bitmiş bir aşiq kibi kəndi sevgilisini 
izliyor. 
 
A l a g ö z (şux təbəssümlə). Ah, şu erkəklər pək tuhaf; həpsi bir xəstəliyə mübtəla... 
həpsinin özü, sözü, dərdi, düşüncəsi həp eşq, daima eşqdir. Hər nə görsələr onda bir 
gözəllik, bir məhəbbət bulurlar. 
O q t a y. Pəki, dünyadə gözəllik və məhəbbətdən tatlı nə ola bilir!? 
A l a g ö z (müstəhzi). Əvət, gözəllik və məhəbbət?! 
O q t a y. Bəncə, bütün cihanı xilas edəcək iki qüvvət var, yalnız iki böyük qüvvət 
var; o da: gözəllik və məhəbbətdən ibarətdir. 
A l a g ö z (sıraya oturur, istehzalı  təbəssümlə Oqtayın  əlindəki kitabları göstərir). 
Qaliba şu fikri əlindəki kitablardan almışsın? 
O q t a y (əlindəki üç cild kitabı  təqdim ilə).  Əvət, mütaliə buyurulsa, şübhəsiz ki, 
haqsız olmadığım meydana çıqar. 
 
Bu sırada Y a v u z l a Ə r t o ğ r u l gəlir. 
 
Ə r t o ğ r u l. Mərhəba... 
O q t a y. Buyurun, baqalım. (Hamısı yüngül təmənna edərlər). 
A l a g ö z (kitabları birər-birər açar). Bu şe’r divanı, şu musiqi parçaları, bu da din 
fəlsəfələri?.. Həpsinin də ruhu, məalı, qayəsi, yalnız-yalnız məhəbbətdən ibarətdir. 
(Oqtaya) Bunlar iki gün bəndə qalsın, olurmu? 
O q t a y. Pək gözəl, niçin olmaz. 
Ə r t o ğ r u l. Baqalım nasıl şeylər... (Kitabları alıb baqar, e’tinasız və laübali bir tevr 
ilə  sıra üzərinə  bıraqır;  şiddətli və müstəhzi qəhqəhələrlə).  Şe’r!.. Musiqi!.. Din!.. 
(Təbdil-tevr ilə). Allah eşqinə,  şu kitablardan, şu mütaliələrdən vaz keç! Şu çərçivəyə 
alınmış  şe’rlərdən, notaya girmiş musiqilərdən qaç! Şu kitabları qaralayan dinlərdən
məzhəblərdən uzaqlaş! 
Dünyada yalnız bir şe’r, bir musiqi, bir din mənbəyi var ki, o da təbiətdir,  şe’rmi 
istərsin? 


130 
 
İştə aşiqlərin iztirabı, filosofların düşüncəsi, öksüzlərin göküs keçirməsi, kimsəsizlərin 
göz yaşı, yıldızların səfvəti, qürubun məhzunluğu, gecənin sükutu, fəzanın dərinliyi həp 
birər  şe’rdir.  Əvət, hər ah, təbəssüm, hər inilti, hər fəryad; hər fırtına, hər girdab, birər 
şe’rdir.  
Musiqimi istərsin? 
Çayların,  ırmaqların ninnisi, dənizlərin, çağlayanların vəlvələsi; arslanların, 
yıldırımların gurlaması; xəfif rüzgarların zümzüməsi; yapraqların, çiçəklərin öpüşməsi; 
bülbüllərin, ishaqların ötüşməsi həp birər musiqidir. Vurğun gönüllərin acı təranəsi; mini-
mini çocuqların tatlı qəhqəhəsi, körpə quzuların mələməsi həp birər musiqidir. 
Dinmi istərsin? 
İştə hər yıldızun incə təbəssümləri, hər günəşin yıldızlı baqışları, hər gün yeni bir din
yeni bir məzhəb doğurur. Hər qürubun ölgün nəfəsi, hər gecənin səssiz qaranlığı, o günkü 
günəşlə  bərabər o günkü dinin məzari-ədəmə gömüldüyünü e’lan edər. Hətta hər 
mevsimin, hər ayın, hər həftənin, hər günün allahları da, peyğəmbərləri də, dinləri də, 
kitabları da bir-birindən ayrı, bir-birinə düşmandır. 
O q t a y. Demək ki, sən hər şeyi təbiətdə görüyorsun, öyləmi? 
Ə r t o ğ r u l. Əvət, təbiət hər şeydir. 
A l a g ö z (ətrafa baqar, Oqtaya). Getmiyəlimmi? 
O q t a y (kitabları alıb). Hənuz xəstəxanəyə gediləcək vaqt deyil, azacıq gəzinəlim də 
sonra... 
A l a g ö z. Pək gözəl (Yavuzla Ərtoğrula). Bizə arqadaşlıq etsəniz məmnun oluruz. 
Ə r t o ğ r u l. Yalnız gönlümüzü sizə arqadaş verə biləriz. 
A l a g ö z. Demək, bəndən qaçıyorsun, öyləmi? 
Ə r t o ğ r u l. Biz yarasamıyız ki, günəşdən qaçalım. 
A l a g ö z (mütəbəssim). Təşəkkür edərim, amma yenə bir gül aqıtdınız. 
 
Gedərlər. 
 
Y a v u z (Ərtoğrula). Niçin getmədin? 
Ə r t o ğ r u l. Bəlkə yalnız gəzinmək istiyorlar. 
Y a v u z. Halbuki kəndisi arzu etdi. 
Ə r t o ğ r u l. O fəqət bir lütf və nəzakətdi. 
Y a v u z. Ah, sənin şu istiğnalı halların!.. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə