Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə13/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   9   10   11   12   13   14   15   16   ...   62

78 
 
E l x a n 
 
Var əvət, miskin 
Bir ərəb zabit, iştə bir xain... 
Bən açarkən onun xəyanətini
Baqdım asdırmaq istiyor o bəni. 
Bıraqıb ordugahı... ah, nə deyim 
Böylə haydutca gün keçirmədəyim. 
 
Bu sırada gedən haydutlar iki-üç çingənə ilə İbn Yəmini silahsız olaraq gətirirlər. 
 
Elxan onu görüncə tanır. 
Gəl, yaqın gəl! Adın nədir? Söylə! 
 
R ə’ n a 
 
Ah, əfəndim! 
 
E l x a n 
 
(Rə’nayə) 
 
Dur, etməyin əcələ. 
 
(İbn Yəminə) 
 
Söylə kimsin? Adın nə? 
 
İ b n Y ə m i n 
 
... İbn Yəmin. 
 
E l x a n 
 
(Ariflə Rə’nayə yarımqəhqəhə ilə) 
 
Bəni asdırmaq istəyən şu ləin! 
İştə bir av ki, izlər avçısını. 
 


79 
 
(İbn Yəminə) 
 
Oldu məmnun könül, görüncə səni. 
 
İ b n Y ə m i n 
 
(diz çökər) 
 
Aman, əfv et! Qüsurluyum, Elxan! 
 
E l x a n 
 
Hiç təlaş etmə, sayğısız qaplan! 
Çünki yoq üzrə ehtiyac artıq. 
 
(çingənələrə) 
 
Siz niçin gəldiniz? 
 
B i r i n c i h a y d u t 
 
Bəyim, azacıq 
Rəqs edərlər də könlünüz açılır. 
 
E l x a n 
 
Bən deyil, rəqs için o pək bayılır. 
 
(istehzalı qəhqəhə ilə İbn Yəminin qolundan tutub göstərir) 
 
Düşünür iştə, baq, nasıl qəmgin, 
Oynayın, nəş’ələnsin, əylənsin. 
Bir qız aşağıdakı sözləri oqur, oynar. 


80 
 
Kanto 
 
Bən bir qızım, həp ruhumu yaldızlar 
Gündüz çiçəklər, gecələr yıldızlar. 
Qarlı dağlar bənim, 
Yeşil bağlar bənim, 
Bənsiz quşlar uçmaz, 
Bənsiz güllər açmaz. 
 
Dün bir çoban sevdim pınar başında, 
Bir əksiyi yoq gözündə, qaşında. 
Fələk ayrı saldı, 
Bən köçdüm, o qaldı, 
Şimdi bənsiz yaşar, 
İrmaq kibi coşar. 
 
Of, bir qayğı bilməz çingənəyim bən, 
Güldən-gülə uçan pərvanəyim bən, 
Unut, yavrum, unut, 
Baq, iştə hər bulut, 
Söylər unut onu, 
Çünki hiçdir sonu... 
 
Rəqs bitmək üzrə ikən şiddətlə göy gurlar. İblis ağaclar arasından çıqar. 
 
İ b l i s 
 
(Məmnun qəhqəhələrlə) 
 
Bir levhə ki, iştə pək bəyəndim. 
 
E l x a n 
 
Yahu, səni kim bıraqdı?.. 
 
İ b l i s 
 
(məğrur bir tevr ilə əlini köksünə qoyaraq) 
 
Kəndim! 


81 
 
A r i f 
 
(Elxana) 
 
Bir mürşid o, sahibi-kəramət. 
 
(İblisin əlini öpər) 
 
Xoş gəldin, aman, nə mutlu saət!.. 
 
R ə’ n a 
 
(dəxi öpər) 
 
Yormuş sizi şübhəsiz bu yollar. 
 
İ b l i s 
 
(yarımqəhqəhə ilə) 
 
Yoq, zənn edərim ki, səhviniz var, 
Dağ, daş, uçurum, dəniz və orman 
Əngəl olamaz önümdə bir an, 
Bir şəhpər açıb da nagəhani, 
Bən teyy edərim bütün cihanı. 
 
E l x a n 
 
Kimsin, əcəba, səndə ki var böylə məharət? 
 
İ b l i s 
 
Bən hiçlə doğan bir ulu qüvvət, ulu qüdrət
Bir qüdrəti-külliyyə ki, aləm bana bədxah, 
Dünyadə əgər varsa rəqibim o da: Allah!.. 
 
(qəhqəhə) 


82 
 
Hər din ilə, məzhəblə, siyasətlə cihanda 
Hər fırtına qopmuşsa, əvət, bən varam orda. 
Hər yerdə ki, vardır əzəmət, qəhr ilə dəhşət, 
Hakimdir o yerlərdə şu qarşındakı xilqət. 
 
E l x a n 
 
Çöhrəndə, əvət, nuri-dəha olmada məşhud, 
Derdim, bən əsatirə inansam, sana mə’bud. 
 
İ b l i s 
 
(laübali qəhqəhə ilə) 
 
Mə’bud deyil, aləmi sarsan ulu mevcud; 
Mevcud deyil, bəlkə vücudi-ədəmalud. 
 
E l x a n 
 
Olduqca müşəvvəşsə də əfkarü məqalın, 
Bir abidi pək andırıyor zahiri-halın. 
 
İ b l i s 
 
Röya kibi hər an olaraq zahirü qaib
Bən Şərqdə abid olurum, Qərbdə rahib. 
Bir qazi olub, gah edərim, fitnələr icad, 
Bir mürşid olub, gah edərim aləmi bərbad; 
Bə’zən olurum bir papa! Cənnət satarım bən, 
İsa dirilib gəlsə də qorqar qəzəbimdən. 
Xilqətdəki hər məsələ, hər nöqteyi-mevhum
Hər fəlsəfə, hər məzhəbü məslək bana mə’lum, 
Bə’zən olurum bir çoban, azadə bir insan, 
Bə’zən olurum zülmü fəsad aşiqi sultan, 
Bir piri-zəbun olduğum əsnadə dilərsən, 
Təbdili-qiyafətlə həmən gənc olurum bən. 


83 
 
Səhnənin ışığı çəkilir, göy gurlar. İblis omuzundakı əbayı, başındakı sərpuşu və uzun, 
ağ saqalını qoparıb atar. Səhnə yarım aydınlaşır. İlk pərdədəki əzəmət və dəhşətilə, 
qorqunc və sürəkli qəhqəhələrilə hər kəsi heyrətdə bıraqmış olur. 
 
Ə t r a f d a k ı l a r 
 
(qorqu və heyrətlə geri çəkilərək) 
 
Ah, iştə fəlakət!.. O nə surət?.. Nə qiyafət?.. 
 
E l x a n 
 
(onlara) 
 
Yoq, zənn edərim, bunca təlaş etməyə hacət. 
 
A r i f 
 
Eyvah! Ona yaqlaşmayın əsla, odur İblis; 
İblis o, əvət, cümlə fəlakətlərə bais... 
 
(Getdikcə acı və əsəbi hallar keçirir) 
 
İ b l i s 
 
(heyrətli qəhqəhələrlə ətrafa) 
 
Şərqin əsəbi çöhrəsi bilməz ki, nə yapsın, 
Bilməz ki, sağır göylərə, yaxud bana tapsın. 
 
(Arifə) 
 
Sən həm əl öpər, həm də qaçarsın, bu nə halət? 
İlk öncə məhəbbət, fəqət ən sonda ədavət... 
 
(Xaricdən acı qəhqəhələr eşidilir) 
 
E l x a n 
 
Bu nasıl qəhqəhə? Kimdir o, baqın! 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə