Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə18/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   14   15   16   17   18   19   20   21   ...   62

107 
 
A f ə t (süzgün baqışla). Qaratay!.. 
D o k t o r (onun əllərini yaqalar). Afət!.. 
 
Bu sırada Afətin əlindəki ufaq bir mənəkşə dəmətciyi yerə düşər. Doktor dərhal alıb 
təqdim edər. 
 
A f ə t. Şu mənəkşələr hiç sənin əyilmənə dəyərmi? 
D o k t o r. Ah, bən mənəkşəyi pək sevərim. Çünki o pək mə’nalı, pək müəmmalı bir 
çiçək... Hələ sənin nurdan dökülmüş əllərini, lətif köksünü öpdükləri için pərəstiş edərim. 
A f ə t (incə  qəhqəhəylə). Bu gün səndə, sənin hər halında dəlicə bir həyəcan 
görüyorum. 
D o k t o r. Zatən sənin könlünü bulmaq, sənin məhəbbətinə nail olmaq hər məcnunu 
aqil, hər aqili məcnun edə bilir. 
A f ə t (şux qəhqəhələrlə). Ah, şu yalan nəvazişlər, şu yaldızlı pərəstişlər!.. (Sükut). 
Haydı, gəl, bağçaya enəlim. Özdəmir bizi bir yerdə görürsə, haman çıldırıb durur. 
 
Bağçaya doğru getmək istərlər, Altunsaç ilə Alagöz qarşılarına çıqar. Birincinin 
əlində kaman, ikincinin əlində isə bir şe’r məcmuəsi bulunur. 
 
D o k t o r. İştə Altunsaç ilə Alagöz! 
A f ə t. Əvət, iki gövərçin, iki mələkciyəz! 
D o k t o r. Biri musiqi pərisi, digəri şe’r ilahəsi!.. 
A f ə t. Həm də bir-birindən gözəl, bir-birindən dilbər!.. 
D o k t o r (qızlara). Haydı, bir daha bizimlə bərabər bağçaya enəlim, olmazmı? 
A l t u n s a ç. Siz buyurun, biz də sonra gəliriz. 
Bu sırada Ö z d ə m i r l ə Q a p l a n sağ  tərəfdəki odadan çıqarlar. Özdəmir son 
dərəcə sərxoş, səndələyərək Qaplanın qoluna taqılmış. 
A f ə t (bağçayı göstərir). Xayır, şimdicə bərabər gedəlim. 
X a n d ə m i r (əlində iki şüşə konyak gəlir, Afətə). Nerəyə canım, bu olur şeymi ya!? 
Qadınsız bir məclis, gülsüz bahara, bülbülsüz çəmənzarə bənzər. 
D o k t o r. Gerçəkdən, qadın həyat, həyat isə qadın deməkdir. 
Ö z d ə m i r (sürəkli və istehzalı  qəhqəhələrlə gülər, dürlü hərəkətlər və  əl 
işarətlərilə).  Əvət, qadın hər  şeydir. O, gah bir çiçək... gah bir kələbəkdir. O, həm bir 
mələk, həm də... bir ördəkdir. 


108 
 
Hər kəsdə böyük nifrət və şaşqınlıq... 
 
X a n d ə m i r. Özdəmir! Nə söylədiyini düşünüyormusun? 
Ö z d ə m i r (təkrar laübali qəhqəhələrlə). Əvət, düşünüyorum. Qadın pək körpə ikən 
tazə bir çiçək, sonra şətarətli bir kələbək; daha sonra füsunkar bir mələkdir. Yalnız 
bə’ziləri,  əvət,  əvət, bə’ziləri isə çamurlarda gəzən bir ördək, azğın və  hərcayi bir 
ördəkdir. 
A f ə t. Ah! (Deyə mütəəssir bir halda geri çəkilir. Doktor Qaratay düşəcək zənnilə 
onun qolunu tutar). 
Ö z d ə m i r (acı qəhqəhələrlə). Ah, bəxtiyar doktor! Sana, sənin gözəl taleyinə qibtə 
ediyorum. 
X a n d ə m i r. Gəl, canım, gəl!.. Sən artıq saçmalayorsun. Gəl, gedəlim bir az şahmat 
oynayalım. 
Ö z d ə m i r (Afəti yarım baqışla süzər, mə’nalı bir qəhqəhəylə). Bən çoqdan mat 
olmuşum. 
X a n d ə m i r. Gəl, baqalım, gəl bir daha qədəh-qədəhə vuralım.  
 
Sağdakı odaya keçərlər. Qaplan ilə Altunsaç da onları izlər. 
 
A l a g ö z. Ah, zavallı babacığım!.. 
 
(Mütəəssir və müştəki baqışlarla Afəti süzərək içəri girər.) 
 
A f ə t (acı təbəssümlə doktora). Görüyormusun? Alagöz belə şu miskin hərifə acıyor. 
Fəqət bəni, bənim talesizliyimi əsla düşünəmiyor. 
D o k t o r. Pəki birisi kəndini düşünməz, kəndinə acımazsa başqalarından nə uma 
bilir? Bəncə  əsl qəbahət səndə...  Əvət, siz qadınlar ayaqlarınıza qapananları  təhqir 
edərsiniz, sizi təhqir edənlərin ayaqlarına qapanarsınız. 
A f ə t. Çəkdiyim üzüntülər yetişir, rica edərim, sus!.. 
D o k t o r. Xayır, bu işə bir nihayət verməli... Ya o, ya bən!.. Başqa dürlü olamaz. 
A f ə t. Səndən, səndəki eşqin əbədiyyətindən əmin ola bilsəm... 
D o k t o r (onun əlini yaqalar). Afət! Nə demək istiyorsun? 
A f ə t. Bən bütün bənliyimi, bütün həyat və səadətimi yoluna fəda etməyə hazırım. 
Hətta sənin uğrunda cinayətdən belə çəkinməm. 


109 
 
Ancaq şu qadar var ki, aldadılmaq istəməm, aldandığımı duysam məhv olurum. Həm 
də pək kinliyim, anlıyormusun? Bəni aldatmaq istəyənləri əsla əfv etməm. İki gözüm olsa 
belə intiqam alırım, intiqam!.. Əvət, bən, pək kinliyim. Bəni təhqir edənlər  Əzrailin 
qucağına atılmış olurlar. 
Ö z d ə m i r (içəridən bağırır). Afət! Gözəl mələyim!.. Afət, nazlı ördəyim... (Şiddətli 
qəhqəhə). 
D o k t o r. Ah, rəzil!.. Dəmin  əxlaqsız qadınları çamurlarda sürünən ördəyə 
bənzətmişdi, şimdi də səni o adla çağırıyor. 
A f ə t (doktora sarılaraq). Aman, bana mərhəmət... Mərhəmət eylə də bəni qurtar. Of! 
Bir çarə, bir ilac, bir zəhr, bir atəş bul ki, kəndimi məhv edəyim də şu qaba və çirkin səsi 
bir dah eşitmiyəyim. 
D o k t o r (cibindən ufacıq bir şişə  çıqarır, mə’nalı bir tərzdə).  İlac hazır... Fəqət 
xanımlar için deyil, yalnız erkəklərə məxsusdur. 
A f ə t (şişəyi alıb cibinə qoyar). Zərər yoq, ilk öncə onu məhv eylərim. Sonra 
duyulursa, kəndim də o yolu izlərim. 
D o k t o r. Hiç təlaş etmə! Bu öylə bir ilac ki, ancaq on dəqiqə sonra icrai-tə’sir edər. 
Həm də kimsə bir şey duyamaz. Yalnız burada hər acıya dayanmalı və şu ilacı evinizdə 
içirməlisin. 
A l a g ö z (sarsılmış bir halda gəlir, Afətə sarılaraq). Ah, annəciyim! Gedəlim, 
evimizə gedəlim. 
A f ə t. Niçin, Alagöz! Nə olmuş! 
A l a g ö z. Babamın halı pək fəna!.. Ayaqda duramıyor, söylədiyini bilmiyor. 
A f ə t. Pəki, yavrum, gedəlim. O səni də məhv edəcək, bəni də.  
 
Sağdakı odaya keçərlər. Bu sırada Ərtoğrul ilə Yavuz sol tərəfdən çıqar. 
 
Ə r t o ğ r u l. Ah, şu Alagöz nə qadar lətif, nə qadar mə’sum bir sima! 
Y a v u z. O nə qadar mə’sum isə, Afət də, şu işvəkar qadın da bir o qadar təhlikəlidir. 
Ə r t o ğ r u l. Təhlikəli olsa da ləkəli deyil... 
Y a v u z. Əmin ol ki, Özdəmiri səfil edən həp Afətdir, həp onun oynaqlığıdır. 
Ə r t o ğ r u l. Fəqət Afəti uçurum qarşısında bulunduran da Özdəmirin sərxoşluğu, 
Özdəmirin sərsəriliyi olsa gərək... 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə