Hüseyn caviD



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə20/62
tarix21.10.2017
ölçüsü2,83 Kb.
#6183
1   ...   16   17   18   19   20   21   22   23   ...   62

113 
 
Y a v u z. Dinliyormusun? 
Ə r t o ğ r u l. Əvət, dinliyorum. 
Y a v u z (istehzalı  təbəssümlə). Iştə gülbusələr, ipəkli rö’yalər; xülyalər və 
sevdalərdən bəhs ediliyor. 
Ə r t o ğ r u l (sinirli). Anlıyorum, əvət, anlıyorum. 
Y a v u z. Yalnız anlamaq yetişməz, anlatmaq da lazım... 
Ə r t o ğ r u l. Kimə anlatayım, kimə!? Qaplan sayğısız bir odun parçası, Altunsaç da 
məğrur bir qaraquş yavrusu... 
Y a v u z. Pəki o halda? 
Ə r t o ğ r u l (son dərəcə sinirli). Bıraq Allah eşqinə, yetişir... 
 
Sükut... A l t u n s a ç l a Q a p l a n gəlir. 
 
X a n d ə m i r (çıqar, Altunsaça). Nerdəsin, qızım? Hiç bu olurmu ya? Alagöz sana 
misafir gəlmiş, halbuki sən onu yalnız bıraqıyorsun. 
A l t u n s a ç (gülərək babasilə sağ odaya keçər). Bəndə qüsur yoq. Babaciyim, bu 
xüsusda Qaplan pək qəbahətli... 
Q a p l a n (Yavuzla Ərtoğrula). Yenə nə olmuş? Pək qəsvətli görünüyorsunuz. 
Ə r t o ğ r u l (sarsılmış bir halda). Bana baq, sən nə yapıyorsun? Nə yapmaq 
istiyorsun? 
Q a p l a n. Sözlərini anlayamıyorum. 
Ə r t o ğ r u l (acı təbəssümlə). Burada anlaşılmaz bir şey yoq... 
Q a p l a n. Nə demək istədiyini bilsəydim... 
Ə r t o ğ r u l (birdən-birə hiddətlə). Ah, sən; pək sapqın, pək azğın 
bir hərifsin, sən xain bir xırsızsın, sən cani və qatilsin... 
Q a p l a n. Xırsızmı, qatilmi? (Istehzalı qəhqəhələrlə). Qaliba çıldırıyorsun. 
Ə r t o ğ r u l (daha qızğın).  Əvət, xırsız, həm də xain bir xırsızsın. Çünki bənim 
qayei-əməlimi, müqəddəs heykəlimi kirli əllərinlə  qırıb parçalıyorsun, çünki Altunsaçın 
könlünü çalıyorsun.  Əvət, sən qatil, həm də  ən vəhşi bir qatilsin; çünki canavarca 
hərəkətlərinlə  hər an qəlbimin birər parçasını  gəmiriyorsun; beynimi yaqıb da köksümü 
didməyə çalışıyorsun. 
 
Bu gurultuya içəridəkilər salona keçərlər. 
 
Q a p l a n (istehzalı  təbəssümlə). Bən yenə  təkrar ediyorum, sən çıldırıyorsun. 
(Cibindən revolverini çıqarır, gurultulu bir ahənglə).  İştə sana ən parlaq və  kəskin bir 
cəvab!.. (Nişan almaq istər). 


114 
 
Y a v u z (silahı əlindən alır). Nə yapıyorsun? 
Ə r t o ğ r u l. Bəni qorqutmaqmı? (Qızğın və acı qəhqəhəylə). Nə böyük cəsarət! 
A l t u n s a ç. Nə var yenə, nə olmuş? 
Ə r t o ğ r u l. Hiç, Altunsaç, hiç!.. 
A l t u n s a ç (şux qəhqəhələrlə). Fəqət bu nasıl hiç!.. 
Ə r t o ğ r u l. Ah, o öylə bir hiç ki, bənim bütün bənliyim, bütün səadət və dirliyim o 
hiçdən, o mövhum teldən asılıdır. İştə Qaplan o teli gəmiriyor, sən də qəhqəhələrlə seyr 
ediyorsun. 
Q a p l a n (heyrətlə). Fahiş bir iftira, müdhiş bir iftira... 
A l t u n s a ç. Ərtoğrul! Sən hər  şeyi qüruni-vüstada yaşar kibi düşünüyorsun... 
Halbuki darülfünun gördün! 
Ə r t o ğ r u l. Nə yapayım ki, bən darülfünundan yalnız bir qasırğa kibi geçdim. Onun 
için qüruni-vüstada yaşar kibi düşünüyorum. Hala 
əski qafa ilə düşünüyorum, hənuz bir dürlü yeniləşmədim. 
Ö z d ə m i r (sərxoşca və istehzalı qəhqəhələrlə). Fəqət bən... bən isə yeniləşdim; əski 
qafamla bərabər yeniləşdim; daha doğrusu bəni yeniləşdirdilər. Sevgili rəfiqəm, şu gözəl 
Afət bəni yeniləşdirdi. İştə onu da şu doktor, doktor Qaratay yeniləşdirmiş!.. (Qəhqəhə). 
Əvət, o yeniləşdirmiş... 
Ə r t o ğ r u l. Sən abdalsın. 
Ö z d ə m i r. Fəqət sən!.. Sən də... dəlisin (qəhqəhə). 
A f ə t. Özdəmir! Nə söylüyorsun? 
İ l c a y. Oğlum, nə yapıyorsun? 
X a n d ə m i r (Özdəmirə işarətlə, yarım sərxoş). Onda spirto sərsəmliyi, (Ərtoğrula) 
sən də  gənclik sərxoşluğu var. O söylədiyini bilməz, səndə bilmədiyini söylərsin. Iştə 
Amerika  şairlərindən məşhur Lev Tolstoy diyor ki: “Məhəbbət bir bəla  şeydir, giriftar 
olmayan bilməz” (hər kəsdə  qəhqəhə). Demək ki, Özdəmir Afətə, sən də Altunsaça o 
qadar vurulmuşsunuz ki, hər sözdən bir mə’na, hər hiçdən bir müəmma çıqarıyorsunuz. 
Ö z d ə m i r (istehzalı  və laübali qəhqəhələrlə). Pək doğru,  əfəndim, pək doğru!.. 
(Qəhqəhə). Əvət, Amerika şairi Lev Tolstoy!.. 
Maarif müdiri Xandəmir!? (Qəhqəhə). 
İ l c a y (Xandəmirə). Aman, qardaşım, sən söylə, yoqsa bunlar qızışsa keyfimizə su 
qatarlar. 
X a n d ə m i r. Hətta məhəbbət öylə bir alav ki, bir kərə insanın qəlbini sardımı 
ölüncəyə qadar sızladıb durur... Fars tarixşünaslarından  


115 
 
Əbu Əli Sina diyor ki: “Bən hər, hər dərdə ilac buldum da, yalnız eşqə, məhəbbətə bir 
çarə bulamadım”. 
Ö z d ə m i r (kinayəli qəhqəhə ilə). Əvət, eşq, məhəbbət... Fars tarixşünaslarından 
Əbu Əli Sina!.. Maarif müdiri Xandəmir!.. (Qəhqəhə). 
A l a g ö z (yarım səslə Afətə). Bən gediyorum, annəciyim! 
A f ə t. Niçin, yavrum? 
A l a g ö z. Hiç kəndim də bilmiyorum. 
A f ə t. Azacıq bəklə, bərabər gedəlim. 
A l a g ö z. Xayır, bəkləməm. 
A f ə t. Pək gözəl, sən get, bən də şimdi gəlirim. 
Alagöz məhzun adımlarla çıqar; Ərtoğrul da sinirli baqışlarla onu izləmək istər. 
İ l c a y. Nerəyə, oğlum? 
Ə r t o ğ r u l. Dəlixanəyə. 
İ l c a y. Nə demək, dəlixanə buradan eyimi? 
Ə r t o ğ r u l (İlcaya xüsusi). Əlbəttə... kəndiləri bilməsə belə ordakıları hər kəs dəli 
tanıyor. Fəqət bunlar, bu zəncirsiz divanələr isə, nə kəndiləri kim olduğunu biliyorlar, nə 
də ətrafdakılar. 
İ l c a y. Bir az daha bəklə, nə olur. (Xandəmirə işarətlə). Başın için dayın darılır. 
Ə r t o ğ r u l (sinirli). Darılsa da gedəcəyim, darılmasa da... Bəndə kiralıq qulaq yoq... 
Hər saçmayı dinliyəməm. 
 
(Salonu tərk edər) 
 
X a n d ə m i r. Yahu, bunlar nə oluyor? Həp birər-birər savuşub qaçıyorlar. 
Ö z d ə m i r. Çünki bu məclisdəki zevqi duyamıyorlar, bu söhbətlərdəki incəliyi 
anlıyamıyorlar... (Müstəhzi qəhqəhə). Alagöz bənim qaba hallarımdan ürküb qaçdı; 
Ərtoğrul da sənin dərin fəlsəfələrindən 
 
(Qəhqəhə). 
 
X a n d ə m i r. Ah, şu gənclər,  şu dəliqanlılar həp böylə... həpsi xırçın və sinirli! 
Halbuki bu hallar bizim kibi tərbiyəli və münəvvər ailələrə əsla yaraşmaz. 
İ l c a y. Çocuqluq, həp çocuqluq... 
X a n d ə m i r (qafasını oynataraq). Nə isə, buyurun, keyfimizə baqalım. 
Ö z d ə m i r. Bən buracıqda bir qədəh şərab içmədikcə getməm. 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə