Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə53/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   49   50   51   52   53   54   55   56   ...   65

240 
 
də geridə olmayıb, az-çoq düşüncəli, mühakiməli, ziyalı similar yetirmək ümidini 
bəsləməkdədir. 
Mərhum zəngin bir ailəyə  mənsub deyildi, yoqsul gənc ikən Naxçıvanı  tərk etmiş, 
Bakıya gəlmiş, Türküstana keçmiş, yeni işlədilməkdə olan dəmir yollarında çalışmış, bir-
iki sənə zərfində kəndi e’tibar və səbatı sayəsində mə’ruf bir mütəəhhid kəsilmiş və böyük 
rollar ifa etməyə başlamışdır. Mumileyh beş arşın yeri ölçər, onu islah və  tənzim 
etdirməklə  məşğul olarkən, yanındakı mühəndislərdən istifadə etməyi də  əsla unutmaz. 
Cəbr, həndəsə, müsəlləsat, kosmoqrafiya və sair ülumi-riyaziyəyi təəllümlə, mühakimə və 
tətəbbö’lə uğraşır, eyni zamanda həm əmələ, həm mühəndis, həm də mütəfəkkir bir alim 
həyatını yaşardı. 
Qazandığı paralarla müvəffəq olaraq evdə istirahətə  çəkilir, bir taqım elmi, ədəbi, 
tarixi kitabları mütaliə  və mühakimə ilə  iştiğal edərdi. Və aldığı, topladığı  mə’lumatı 
həqiqi bir el müəllimi kibi bu cəmiyyətdə, o məclisdə uzun mübahisələrlə ətrafındakılara 
duyururdu, duyurmaq istiyordu. İştə ondan Naxçıvana, Naxçıvan gənclərinə toqunan 
istifadə də böylə, tə’til zamanlarında vüqu buluyordu. 
Mərhum təqribən altmış yaşlarında gənc ruhlu, gənc fikirli bir piri-möhtərəm idi. 
Mütəvəffa, sərətan (xərçəng) xəstəliyindən tərkihəyat etmiş...  Şübhəsiz, bu cangüdaz 
xəstəlik, bu qorqunc dərd pək də  çəkilir dərdlərdən deyildir. Lakin bu dərdi-biamandan 
daha böyük, daha dəhşətli bir dərd var ki, o da böylə inqilablı  və  məraqlı bir zamanda 
əbədiyyən cihana, cihani-hürriyyətə vida etməsidir. 
Uzun illərlə  həbsxanə guşəsində, işgəncələr altında çırpınan, müdhiş  və qaranlıq 
zindanlardan qurtulmaq həvəsilə uçan bir məhbus, fədakar bir mücahid həbsxanənin 
qapıları açılıb da hürriyyət və inqilab ağuşuna atılacağı  sırada tərki-həyat edərsə,  əcəba 
nələr duyar, nasıl müztərib olur! Nə vəziyyətdə bulunur, nasıl mütəəssir olur?! 
İştə mərhum müşarileyhin halı da eyni məhbus halını xatırlatır. 
Cənabi-Haqq ruhi-nəcibinə  rəhmət, evlad və ailəsinə,  əhibba və  əqrəbasına səbr və 
mətanət kəramət eyləyə... 
 
Hüseyn Cavid 
“Açıq söz”, 9 iyun 1917 
 
 


241 
 


242 
 


243 
 
M.T.SİDQİYƏ MƏKTUBLAR 
 
(Farscadan tərcümə)
1
 
 

 
Naxçıvan.  Tərbiyə  məktəbində  mərhəmətli və hörmətli Ağa Məşədi Tağı Sidqi 
cənablarına çatacaqdır. 21 cümadi-yüssani. 
 
Rəhmli, böyük kimsədən alasınız salam, 
Layiq deyiləm mən Sizə salamımı çatdıram. 
 
Məktubunuzun çatması haqqında: xeyirxah və yüksək mərhəmətli cənab! Bu ayın 15-
də cümə axşamı günü məni başıuca edən məktubunuz Ağa məşədi  Əsgər Ordubadlı 
vasitəsilə çatdı. Onu aldıqda işıqsız gözümə nur və kədərli könlümə sürur gəldi. 
 
Mən kiməm ki, yol tapım o mərhəmətli könlünə
Başımın tacı – ayaq torpağın, gözüm lütfünə, 
Məhəbbətli məktubun məni göylərə yüksəltdi, 
Duaçıların içrə bir daha başıuca etdi. 
 
Daha sonra nəzərinizə çatdırılır ki, yazdığınıza görə indiyədək bu taqsırlı qulunuzdan 
iki məktub almış və bir məktub əlinizə çatmamışdır. Mən bu məktubun çatmamasına xeyli 
təəccüb edirəm. O məktubda mən bir neçə xəbərlərlə yanaşı sel əhvalatından da yazmış, 
çox israrla Hacı Həmzə Ağa cənablarına tapşırmışdım ki, onu Sizin adresinizə göndərsin. 
O da söz vermişdir ki, tezliklə onu yola salsın. İndi ümid edirəm ki, məktubun yazılması 
haqqında sözsüz heç bir güman, tərəddüd qalmamışdır. Çünki mən öz sözümü etiraf edir 
və ikinci məktubda da yazmış idim ki, inanmasanız, onun yazılmasında şübhə etsəniz, 
Hacı Mirzə Ağaya yazıb soruşun. Mən öz sözümün üstündə durmuşam, inanmırsınız 
yazıb soruşmaq da istəmirsinizsə, onda artıq mənim  əlacım nədir? Allaha and olsun, nə 
edəcəyimi bilmirəm. Bədbəxtliyə dözməkdən və danlağa qatlaşmaqdan savayı fikrimə bir 
şey gəlmir. Bir də sizin rəftarınıza təəccüblənir və heyran qalmışam. Yazırsınız: “İndi hər 
iki məktubu stol üstünə qoyub, tarixlərini yoxlayıram”. Heç 
                                                            
1
 
Fascadan tərcümələr İsmayıl Şəmsindir. 
 


244 
 
fikir etmirsiniz ki, bu, məktubdur, onda səhv ola bilər, tarixi düzgün yazılmaya bilər. 
Bəlkə  də poçtda, çaparxanada itdi, necə ki, Sizin keçmiş  məktubunuz itmişdir. Indi o 
məktub haqqında Məşədi Ağadan soruşduqda deyir – ustadından sənin adına məktub 
çatmamışdır. Poçtdan soruşanda cavab verir ki, çaparxana sənin adına məktub 
almamışdır. Nəhayət Siz özünüz fikir etsəniz, görərsiniz ki, bu məktubun itməsi nə Sizin 
ucbatınızdandır, nə də kiçiyiniz məktub göndərməkdə müqəssirdir. Bunların hamısı İran 
poçtasının intizamsızlığındandır ki, itibbatan şeyin məs’uliyyətini məhz öz üzərinə 
götürən yoxdur. Yazmışdınız ki, məşədi Əsgər Ağa Ordubadlı tacirdən xahiş edim mənim 
adıma Naxçıvana artıq qəzet göndərilməyəcəyi haqqında Sizin və  mənim sifarişimi 
“Nasiri” qəzeti redaksiyasına çatdırsın. Lakin mən cənabınızın bu xahişini nə filankəslərə 
yetirdim, nə  də o sifarişi o cənaba çatdırdım. Səbəbi budur ki, bu günlərdə 
həmvilayətlilərdən biri bizim hücrəyə  gəlmiş idi. Bizim Naxçıvana gedəcəyimizdən söz 
açıldı. O belə məsləhət gördü ki, bu ayın axırınadək, ya rəcəb ayının birinci on gününün 
ərzində Naxçıvana gedək. İndi biz də belə qərara gəldik ki, elə edək. Buna görə də mən 
sifarişiniz haqqında xahiş etmədim, çünki biz on günədək Naxçıvana getməliyik. Mə’lum 
olur ki, Siz də  qəzetin pulunu ödəmisiniz.  İndi nə üçün qəzetin pulu aradan getsin? 
İndiyədək faydasız mənim adıma gəlmişdir.  İndi nəyə laxımdır ki, Naxçıvana 
gedəcəyimiz vaxtda xahiş edək göndərməsinlər. İnşaallah Naxçıvana gəldikdən sonra əgər 
mənim adıma yazılmış olarsa, müvəqqəti olaraq poçtdan alıb oxuyaram. 
Sizin məktubunuz çatan kimi beş cild “Təshihül-hesab” kitabı  və bir şüşə  əla 
mürəkkəb bazardan aldım. Lakin iki-üç gündür ki, nə arxayın, nə də qeyri-arxayın adam 
tapmıram ki, onları göndərəm. Hətta karvansaralarda da axtarmışam, tapa bilməmişəm. 
Yuxarıda dediyim söhbətdən sonra bu qərara gəldim ki, onları özümlə  gətirim, çünki 
kitablardan biri köhnə və cildi yırtılmışdır. Onları bu vəziyyətdə Sizə göndərsəm xəcalət 
olaram, Sizə göndərmək üçün layiq deyildir. İnşaallah Naxçıvana gəldikdən sonra 
cilidçiyə verərəm, yaxşı cildlə Sizə təqdim edərəm ki, layiqli olsun. Bir də yazmışdınız ki, 
mənim keçmiş  məktublarım çox qısadır. Indi onların qısalığına  əvəz olaraq, Sizə 
yazacağım məktubu o qədər uzadacağam ki, onu oxuyub qurtarmaq üçün iki saat əziz 
vaxtınızı sərf edəsiniz, axırda da mə’nasız və boş olduğuna görə heç bir nəticə almayıb bir 
xəbər əldə etməyəsiniz 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə