Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə61/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   57   58   59   60   61   62   63   64   65

266 
 

 
Möhtərəm Şərifzadə həzrətlərinə xülusnameyi-acizanəm. 
 
10 mart, sənə 1909 
 
Səmimiyyətpərvər əfəndim həzrətləri! 
Keçənlərdə müfəssələn təsdiə  cəsarətyab olmuşdum. Bu gün fəzilətpərvər qardaşım 
Şeyx Məhəmməd ağa cənablarından bir məktub aldım. Lüzumu icabında sıqınmama razı 
olmadığını və təmdidi-təhsil için xərclik göndərəcəyini tə’min ediyordu. Üç-dört gündür 
ki, bir-iki tələbəyə dərs verib onlardan da əlli-altmış quruş həqqi-tədris alıyorum. Demək 
ki, istiqbalımız bir dürlü eyilənəcək kibi ədd oluna bilir. Binaənileyh keçən məktubumda 
qələyani-hissiyyatımdan təvəllüd edən bir fikri şimdi xalisanə bir surətdə  təkrarə lüzum 
hiss etdim. Zatınızdan pək ziyadə rica edərim ki, bir daha kimsəyə para xüsusunda əsla, 
əsla bir şey yazmıyasınız. Həm sizin, həm bənim şimdiyə qədər sıqıldığımız yetər... 
Keçən məktubunuzda Naxçıvana dair səthi bir mə’lumata nail oldum. Bu dəfəki 
məktubunuzda da əgər mümkün olsa, İrəvanda türkcə  təhsil haqqında və maarifi-
islamiyyə naminə hiss olunan təşəbbüsat və iqdamata dair bir şey yazmanızı rica edərim. 
Diriğ buyurulmayacağını  səmimanə ümid edərəm. Keçən məktubumda unutdum isə
şimdi, uğurlu bayramınızı acizanə təbrik edərim. 
 
Lütfdidəniz Rasizadə Hüseyn Cavid Naxçıvani 
 

 
Naxçıvanda hüzuri-həmiyyətməndanələrinə. 
 
14 həziran – iyun, 1909 
 
(Yalnız kəndiniz oquyacaqsınız...) 
Əfəndim! 20 mayısda mühərrər məktubunu (yaxud məktubunuzu) keçən həftə 
Hacıbaba ağanın kantorundan aldım. Bidayətindən nihayətinə  qədər iki-üç dəfə  təkrar-
ələttəkrar oqudum. Gah məsrur, gah 


267 
 
məmnun, gah məhzun oldum. Şu mütənəvvəri, müxtəlif  əhvala mə’ruz oluşum da 
məktubunuzda mündəric müxtəlifülməal cümlələrdən irəli gəliyor. Məktubun bir tərəfi 
güldürüyor, digər tərəfi ağlatıyor, bir tərəfi gah giryələr, qəzəblər içində xəndələr saçıyor, 
gah ümidlər, təbəssümlər içində ruhu, vicdanı titrətiyor, müəzzib ediyor. Bununla bərabər 
şu cümlələr,  şu girislər,  şu düşüncələr hər nöqteyi-nəzərdən olursaolsun həpsi gözəldir, 
həpsi mühakiməlidir, həpsi həqiqətdir. 
Məktubun ilk səhifəsi hər  şirindillinin, hər insaniyyətpərvər qiyafəsinə girənin 
iddialarını boş və şarlatanlıqdan ibarət kibi göstəriyor. Və sonra da “xud qələt bud ançe 
ma pəndaştim”
1
 misrai-mütəəssifanəsilə o məsələyə xitam veriliyor. Bu xüsusda ciddən 
pək haqlısınız,  əfəndim! Lakin eyicə düşünməli ki, “təbiət”də bad-həva hiç bir şey 
olamaz. Hər şeydə, hər məsləkdə, hər xüsusda bir tərbiyeyi-müntəzəmə, bir mümariseyi-
məxsusə vardır ki, insan o tərbiyə ilə  tə’qib edəcəyi məsləkdə  kəsbi-ixtisas etməlidir, 
böyük bir nüfuzi-nəzərə malik olmalıdır. Bizim milləti-nəcibədə bu ixtisasa, bu iqtidara 
təsadüf edilməz.  İranın (həzarpişə, kəmmayə!) sənətkarlarına məxsus buqələmun bir 
iste’dada malikiz ki, ciddən nəzəri-mühakiməyə alınsa, hiç birimizdə iki paralıq fikir 
olmadığı təbyin edər. 
Hələ Naxçıvana dair yazdığınız mütaliatı mühakimə edərkən pək ziyadə mükəddər 
oldum. Sonra düşündüm ki, bu da bənim bu məhzun oluşum da boş bir şey... Niçin? – 
deyəcəksiniz. Çünki naxçıvanlılardakı hissi-milli, əcəba, bir tərbiyeyi-mədəniyyə 
məhsulumudur, yaxud nagahani bir ətiyyə, bir ilham nəticəsimidir? Təbiidir ki, 
ilhammilham nəticəsi deyil, o bir qələyani-müvəqqət, bir həyəcanihəvayidən başqa bir şey 
deyildir. Mə’lumunuzdur ki, “Hay ilə gələn huy ilə gedər”. Çünki ani bir həyəcan ancaq 
ani bir həvəskarlıq tevlid edə bilir, fəzlə edəməz. 
Tərbiyeyi-mədəniyyəyə gəlincə ki, əsas odur – əlhəmdülillah, o, külliyyən məfquddur. 
Bu səbəbə bəndəniz iranlıların və Qafqasın hənuz mədəniyyətə yaqlaşmamış tərəflərinin 
atisini iyirmi, otuz sənəyə  qədər pək zəhmətli və qaranlıq görüyordum. Niçin? – 
deyəcəksiniz... Çünki əsas yoqdur, əfəndim,  əsas!?  Əsası, kökü bərkitmək için yalnız 
“evolyusion” – qanuni-təkamülə ehtiyac vardır. Cüz’i və  səthi bir idman və mümarisə 
istər, yoqsa işdə əsas olmaz isə, inqilab hiç bir 
                                                            
1
 
Bizim düşdüklerimizin həpsi yanlış imiş (farsca). 
 


268 
 
fayda verməz. Fəqət məmafih mən Qafqasyanın istiqbalını – İrana nisbətlə – daha ziyadə 
parlaq görüyorum... 
Bizə yalnız məktəb lazımdır, bütün inqilabati-mədəniyyə həp məktəb məhsuludur... 
Sonra kəndimizə dair də bir-iki sətir yazmaq istiyorum. 
Əfəndim! Keçən aylarda Hacı Rəsul ağaya yazdığınız məktubu – açıq olduğu için – 
oxuduqdan sonra müşarileyhə təqdim etmişdim. Fəqət bana dair yazılmış olan yedi-səkiz 
sətirlik istirhamati-məskənətpərvəranəyi çizdikdən sonra... çünki bənim kəndim cahil 
olmaqla bərabər, hər nasılsa qəlbim pək çoq həssas yaradılmışdır. Hər bir incə şeydə, bir 
iğbirar tuyuyordum və hər bir hərəkatımı hissiyyatıma uydurmağa məcburum. Baxüsus ki, 
Türkiyədən də əl öpmək, ətək öpmək mərasimi çoqdan bəri qalqmışdır?!! Bəncə təməllüq, 
müdahənə bilməyən və qeydi-minnətdaridən varəstə olan bir çoban Sultan Rəşad kibi hürr 
bir padşahdan daha hürrdür, daha heysiyyətlidir.  Şimdi burada bir adama tə’riz etmək 
istəmiyorum. Bəlkə bəncə bu hal bir dəsturi-səmimidən ibarətdir. Şərəfi-ziyarətinizə nail 
olacağım zaman pək uzaq deyil, o zaman uzun-uzadıya qonuşuruz. 
Əvət, sözümüzə gələlim: Hacı Rəsul ağanın ailə və bəradəri İstanbula gəldikdən sonra 
başı çoq qarışıqdır. Ziyarət etmək pək mümkünsüzdür. Şimdiyə qədər odasına bir qaç dəfə 
getmişim, təşərrüf edəməmişdir. 
Keçən gün də  uğradım, yenə yoq... Fəqət məsəleyi-ətiqədən bütünbütün vaz 
keçmənizi təkrar rica edərim... Keçən gün Mirzə Məhəmmədəli xan cənabları ilə müfəssəl 
surətdə görüşdük. Zati-alilərinə pək ziyadə ərzi-ehtiram ediyorlar... Zeynalabdin Səfvətə 
gəlincə, onunla da iyirmi gün əvvəl öpüşdük, vidalaşdıq. O, şimdi Təbrizdə, təbii şimdiyə 
nə vəchlə olursa-olsun, bilmiş olursunuz. 
İstanbula dair hiç bir şey yazmaq istəmiyorum.  İdareyi-ürfiyyə qalqmış, sükunət və 
əmniyyət hökmfərma, ciddiyyət və  fəaliyyət azacıq görünməyə başlıyor. Ingiltərəyə 
hey’əti-məxsusə göndəriliyor. Zatən vüquati-hazirəyi siz bə bizimlə bərabər biliyorsunuz, 
yazmaq fəzlə... 
Qaldı kəndim. Kəndimə dair sizə bir məsləhət etmək istiyordum. Öylə bir məsləhət ki, 
ən lüzumlu və əhəmiyyətlidir. Bən kəndim bə hər hal istədiyim kibi düşünüyorum. 
Əfəndim! Bən, sağlıq olsun, marta qədər Qafqasyayı ziyarət edəcəyim, ziyarətinizə ki, 
bəncə,  ən böyük səadətdir, nail olacağım. Lakin İstanbuldan yavaş-yavaş soğumağa 
başlıyorum. Səbəbi isə məsləkimizə 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə