Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə49/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   45   46   47   48   49   50   51   52   ...   65

228 
 
şın, çabalayın! Millət, vətən uğrunda canınızdan keçmək belə icab etsə saqınmanız! Əsla 
cəsarətsizlik göstərməyiniz. Mühitimiz sizi təqdir etmiyor, edəmiyor. Zərəri yoq. Lakin 
əlinizi, qolunuzu qırmadıqlarından, sizi zindanlarda çürütmədiklərindən yana bu millətə 
darılmaq, küsmək deyil, təşəkkür etməliyiz, həm də binlərcə təşəkkür etməliyiz. Bir dəfə 
tarixi göz önünə gətirin, o zaman baqınız və qərib işlər görürsünüz. 
Şimdiki qəhrəman (!) və  nəcib (?) italyanların  əski babaları, yə’ni romalılar 
məmləkətlərinin  ətrafına, qomşu hökumətlərə  təcavüz və hücum edərək aldıqları  əsirlər 
içindən ən alim və zəki zatı kəndi çocuqları için müəllim tə’yin edərlərmiş. Çocuq azacıq 
dərsdən sıqılınca, müəllimə darılıb qızdığını, müəllimdən xoşlanmadığını atasına, 
babasına söylər-söyləməz, dərhal biçarənin, yə’ni zavallı müəllimin, qol-qabırğası, köksü, 
qafası xəncərlər, baltalar ilə parça-parça olunub məhv edilirmiş. 
Şükür Allaha, biz ki, millətdən müəllimlərimiz haqqında böylə bir haqsızlığa təsadüf 
etmədik. Bu gün təqdir etmiyorlarsa da, əmin olunuz ki, yarın mütləqa, mütləqa 
edəcəklər. Cənabi-Haqq çalışqanların, doğruların, fədakarların hamisidir. Əsla mə’yus 
olmamalı... 
 
*** 
 
Yenə sözümüzə gələlim: 
Əvət, mərhum A.Sur pək çalışqan, pək sahibməslək, pək himmətli bir müəllim idi. 
Həm də  pək durbin, pək münəqqid bir ədib idi. Qafqas toprağı bir də  pək güc öylə 
cavanlar yetişdirə bilər. Onun haqqında beş-üç sətir deyil, tərcümeyi-hal olmaq üzrə 
yüzlərcə səhifə yazıb doldurmaq icab edər. Abdulla Tofiq ölmədi, öləməz. O yaşar, tarixin 
ağuşi-səmimiyyətində, millətin qəlbində yaşar. Pişnamazzadə  həzrətləri, doktor Həsən 
bəy, Yusifbəyov Nəsib bəy və sair arqadaşları, dostları tərəfindən onun əsərləri, tətəbböatı 
nəzəri-diqqətə alınmalı və təb’ edilməlidir. 
 
*** 
 
Bu gün sübhdən aqşama qadar mərhumun cənazə  mərasimində bulunaraq, bir para 
ötə-bəri ilə  iştiğal edərək, günəşin qızğın zərbələri altında  əzilib yorulduğumdan, 
möhtərəm qareləri yormayıb qısa kəsmək istiyorum. 


229 
 
Qafam öylə  fəna bir halda dönüyor ki, nə yazdığımı  və  nə yazacağımı  kəndim də 
bilmiyorum. Ehtimal ki, yazılarımın içində artıqəskik, nəzəri-diqqətə çarpacaq pək çoq 
qüsurlar bulunur. Möhtərəm qarelərdən  əfvi-rica etməyi kəndim için bir vəzifə  ədd 
edərim. 
Cənabi-Haqq öz birliyi hörmətinə bu nakam cavanın cənazəsi üzərində paralanan 
sinələrə, qoparılan saçlara, tökülən göz yaşlarına, sızlayan yürəklərə  mərhəmət buyurub 
da onu, o namurad bəndəsini dəryayi-ehsan və kərəminə qərq eyləsin. 
Əgər günahı var isə, öz lütfilə, öz böyüklüyilə bağışlasın. (Ami n ...) 
 
11 mayıs 1912 sənə 
Hüseyn Cavid 
“Iqbal”, 18 may 1912 
 
 
 
TİFLİSDƏ TEATR YAXUD SƏN’ƏTİ-TAMAŞADA 
TƏBƏDDÜL VƏ TƏRƏQQİ 
 
Oktyabrın dördüncü aqşamı Namiq Kamal bəyin “Akif bəy” adlı faciəsi “Tiflis türk 
dram dəstəsi” tərəfindən mevqeyi-tamaşaya qoyuldu. Bu əsəri Qafqas şivəsinə təbdil edən 
Axundov cənablarıdır. 
Məzkur faciə beş pərdədən ibarətdir. 
İlk pərdədə Akif bəy (gənc bir gəmi komandanı) pək vəfalı  zənn etdiyi hiyləgər 
zevcəsindən ayrılaraq dəniz müharibəsinə gedər, binbaşı Şahin bəyə də bir vəsiyyətnamə 
verib İstanbulda oturan babasına göndərməsini və şəhid olursa rəfiqəsi Dilrübayı yanına 
almasını tövsiyə edib gedər. 
İkinci pərdədə Akif bəyin ölüm xəbəri eşidilir, Dilrüba fürsətdən istifadə edərək, iki 
yalançı şahidlə ölüm xəbərini qəzavətxanədə təsdiq etdirib çabucaq Əsəd bəy adlı başqa 
bir zevc ixtiyar edər. Kəndi evində onunla eşqə, izdivacə dair söyləşdikləri sırada, 
oğlunun vəsiyyətini icra etmək için gələn Süleyman bəyi nifrətlə rədd edər. Süleyman bəy 
də yanındakı Şahin bəylə bərabər küskün və münkər bir halda çıqıb gedir. 
Üçüncü pərdədə  Əsəd bəyin düyün ziyafəti başlar, misafirlər gəlir, içki və çalğı ilə 
əyləndikləri halda birdən-birə Akif bəy meydana çıqar. Bu sırada babası da gələr və 
məsələni oğluna anlatır. Akif bəy həyəcanlı və qorqunc bir vəziyyət alır. Əhli-məclis və 
çalğıçılar birər-birər dağılır. Bir-iki dəqiqə keçincə Akif, sonra babası və Şahin bəy çıqıb 
gedərlər. 


230 
 
Dördüncü pərdədə Akif bəy meyxanədə sərməst olaraq intiqam hissilə söylənib durur, 
sonra uyumaq için uzanar. Çoq keçməz ki, atası və dostu Şahin bəy gəlib onu oyadırlar. 
Akif bir-iki söylənərək çabuq gəmiyə getmək bəhanəsilə savuşub çıqar. Atası da onu 
tə’qib edər. 
Beşinci pərdədə Akif bəy Əsəd bəydən intiqam alır və kəndisi də tərki-həyat edər. Bu 
sırada pusquda duran Süleyman bəy də içəri girərək, hiyləgər, yüz könüllü Dilrübayı bir 
xəncər zərbəsilə cəzalandırır. İştə vəq’ə bundan ibarət... 
Şimdi artistlərə  gələlim. Akif bəy rolunu ifa edən Kirmanşahski cənablarının tərzi-
tələffüzü aydın, səmimi və aldığı vəziyyətlər tamamilə yerində olub, hiç bir qüsur nəzərə 
çarpmıyordu. Müşarileyh hənuz gəncdir. Məsləkində daha ziyadə ciddiyyət göstərəcək 
olursa, Qafqasiyamız ciddən qiymətdar bir artist qazanmış olacaqdır. 
Dilrüba rolundakı Tərlan xanım isə inanılmayacaq dərəcədə məharət göstərdi. Onun 
böylə bir qarışıq rolu bu qədər gözəl oynaması gerçəkdən şayani-təbrikdir. 
Əbülfət Vəli cənabları isə  hər bir təqdirin fövqündə idi. Almış olduğu ixtiyar 
vəziyyəti, baxüsus əlaimi-vəcihəyi və bütün hərəkatı pək az artistə nəsib olan xassələrdən 
idi. 
Əsəd bəy rolunu ifa edən Abbasov cənablarına gəlincə mumileyh sənəti-tamaşada 
ibraz etdiyi iqtidardan başqa, tələffüzündəki ahəng və üslubda öylə bir səlasət vardı ki, 
adəta İstanbul artistlərini xatırlatıyordu... 
Şahin bəy rolundakı Ələsgərov cənabları da vicdanlı bir mə’mur, xeyirxah bir arqadaş 
qədər ifayi-vəzifə edirdi. Hələ meyxanaçı – M.X.Quliyev cənabları Türkiyənin çüstü 
çalak rum meyxanaçılarından  əsla seçilmiyordu. Yüzbaşov cənablarının sərxoşluqdakı 
məharəti,  Əliyevin tərəddüdlü və qorqxaqca vəziyyəti,  İsmayıl Həqqi  əfəndinin  şətarətli 
halları  və laübali qəhqəhələri ayrı-ayrı birər qiyməti haiz idi. H.Qasımov, B.Əlizadə... 
əfəndilər də xoş bir surətdə oynayorlardı. 
Rejissorluq vəzifəsi Vəli  əfəndinin öhdəsində idi. Dekorasiya qayət mükəmməl və 
çalğı da Tiflisdəki osmanlı musiqi dəstəsi tərəfindən çalınırdı. 
Bir sözlə, bu aqşamkı səhnə qüsursuz deyiləcək dərəcədə gözəl idi. Təəssüf olunacaq 
bir qüsur, bir nöqsan var idisə, o da ancaq camaatın azlığı və böylə ciddi və qiymətdar bir 
tamaşaya qiymət verməməsi idi. Mə’nasız bir komediyaya hər kəs ötüşdüyü halda, nədən 
isə böylə həqiqi və mə’nidar tamaşadan qaçıyorlar. Tiflisdəki teatr maraqlıları bu 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə