Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə55/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   51   52   53   54   55   56   57   58   ...   65

248 
 
başa düşmədən və bilmədən poçtdan mənə vermişlər, mən də alıb oxuyuram. Qəzet 
oxumağa çox həvəsim olduğu üçün deməmişəm. Eybi yoxdur, biz buna sevinərik ki, 
xaraba qalmış İranda qəzet oxumağa həvəskar tapılsın, qoy bizə çatmasın. Bundan əlavə, 
xaricə göndərilən hər məktubda, ya qəzetdə göndərilən  şəhərin adı  mə’lum olmazsa 
sahibinə çatmaz. Xülasə, təqsir adres verəndə, yazanda, çatdıranda və onu alandadır, 
yoxsa burada heç kim günahkar deyildir. Allaha şükür iki həftədir poçtdan qəzeti alıb 
oxuyuram. Qabaqkı  qəzetləri də almışam, arxayın olun. Hörmətli cənabınızdan bir 
xahişim də var. O bundan ibarətdir ki... Özünüzün əhvalınız və  xəbərləriniz haqqında 
geniş  mə’lumat mənə göndərib, məni minnətdar edəsiniz.  Əgər hal-hazırda  Əlirza 
cənabınızın yanında oxuyursa heç, yox isə  təkrar sizdən xahiş edirəm onu öz yanınıza 
çağırıb gündə bir-iki saat onunla fars dilində məşğul olasınız. Zəhmət haqqında nəzərdə 
neçə tutsanız mən ödəməyə hazıram. Buna görə ki, o da mənim kimi avara-sərgərdan 
qalmasın və bir-iki ildən sonra onu İrəvana, ya nəsihət gördüyünüz digər yerdə 
məktəblərin birinə qoyaq, elmini təkmil etsin, insaniyyət bulağından, heç olmasa, bir 
qurtum dadsın. Ümid edirəm ki, xahişimi yerinə yetirməkdə  səyinizi  əsirgəməzsiniz. 
Təmənna edirəm xəttimin pisliyini bağışlayasınız. Mürəkkəbin olmaması  və gecə yarı 
özümü pis hiss etməyim xəttimin pozğunluğuna və  mətləbin pərişanlığına səbəb 
olmuşdur. Məktubla başınızı  ağrıtdığıma görə  əfvinizi diləyirəm. Həmişə Sizə xidmət 
üçün tapşırıqlarınızı  və  təsadüfi müraciətlərinizi gözləyirəm. Hörmətli Ağa məşədi 
Qurbanəli Ağa Şərfiov cənablarına salamım var, vəssəlam. 
 
Kiçiyiniz Hüseyn Rasizadə 
 

 
Naxçıvanda. Hörmətli ağa, izzətli başçı  Ağa Məşədi Tağı Sidqi cənablarının (Allah 
onun yüksək mərhəmətini əbədi etsin) nəzərinə çatacaqdır. 
 
2 cəmadiyələvvəl 1321 (1903) 
 
Ruhum sənə qurban olsun! Birinci, ümid edirəm ki, cənabınızın yüksək iqballı 
varlığınız tam sağlığa malikdir. İkinci, Sizin nəzərinizə çatdırıram ki, mən rəbiul-əvvəl 
ayının 13-də (21-ci il) Urmiyəyə 


249 
 
çatdım. Poçtdan keçəndə istədim ki, kəlmə yazıb başınızı ağrıdım və bir qədər qiymətli 
vaxtınızı alım. Çapar vaxtı keçirdi və vaxt dar idi. Buna görə də məktub yazmaq mümkün 
olmadı. Bu gün fürsətdən istifadə edərək, heç olmasa, bu neçə kəlməni yaza bildim: 
Bu qiymətsiz qulunuz Urmiyəyə çatdıqda yüksək dərəcədə seçinc, şadlıq və  fərəh 
mənə üz verdi, ürəyim açıldı. Doğrudan da Urmiyə Rim ölkəsi qitələrindən biridir. Şəhər 
özü səfalı, cəmaaəti saf ürəkli, sadəlövh, hamısı  sənaye və  kənd təsərrüfatı  işlərində 
məharət sahibi, kəsbkarlıqda, ticarətdə qabiliyyətli olaraq, ölkənin və  mədəniyyətinin 
inkişafına rəğbət göstərəndirlər. 
Lakin minlərlə  təəssüf olsun ki, ingilis və rus kilsələri zənglərinin gurultusu 
ünsiyyətsiz müsəlmanların və iranlıların azan səslərinə üstün gəlir. Onların müsəlmanlıq 
aləminə  qətiyyən e’tinaları yoxdur. Gündən-günə öz işlərinin irəli getməsinə çalışır, 
millətlərini artırmağa və başqa işlərinə  sə’y göstərirlər.  Şəhərin hər tərəfində, ortada 
yerləşən geniş sahələri, o cümlədən eni və boyu azı üç-dörd verst olan “Dilgüşa” bağını 
ingilislər  əlinə alıb orada geniş layihələr üzrə gözəl binalar, xəstəxanalar, xoşa gələn 
məktəblər tikmiş, kilsəyə oxşar möhkəm qalalar çəkmiş,  şəhər  əhalisi içərisində onlara 
kilsə kimi şöhrət qazandırmışlar. Eləcə  də burada rus kilsələri Naxçıvanda olan 
kilsələrdən on dəfə artıq geniş və böyükdür. Bunlar eyni halda möhkəm qaladır ki, adını 
kilsə qoymuşlar. 
 
Adres:Urmu, Hüseyn Rasizadə 
 
 
Q.ŞƏRİFZADƏYƏ MƏKTUBLAR 
 

 
Naxçıvanda cənab məarifşüar və  fəzilətasar, qəmküsari-millət və cannisari-
mədəniyyət,  əfəndim Məşədi Qurbanəli ağa  Şərifov damə lütfəhü həzrətlərinin hüzuri-
alilərinə vüsul olan 1428 rəbiül-əvvəl Dərsəadət. 
Maarifpərvər əfənlim həzrətləri! 
Əvvələn ümid və rica ediyorum ki, ricali-himmət və ərbabiqeyrət həpsi səlamülmizac 
olub kəmali-sihhət və istiqamətdədirlər. 
Və saniyən lillahi-həmd vəlminnə, fədəvi sayeyi-mərahim-vayeyihəzrəti-
xülafətpənahdə kəmali-əmniyyət və məmnuniyyətlə seyrü 


250 
 
səyahət və  kəsbi-mə’rifət edib, dürlü-dürlü istifadələr edirəm.  İnşaallah təala, bundan 
sonra bə’zi əhvalati-layiqə və İttifaqiyyət lüzum peyda edirsə, müsamihə etməyib, təfsilən 
xidməti-aliyənizə  mə’ruz edirəm.  İştə artıcaq müzahimi-Övqat olmayıb, bir parça 
ixtisarən şərhi-hal ünvanilə ifadeyi-məram edəlim. 
Fəzilətli  əfəndim! Haman gün ki, fədəvi cənabınızla xudahafiz edib şimendifer 
mövqifinə rəvan oldum, gömrük qabağında beş arqadaş bir faytona minib əsnayi-rahda bir 
zavallı  bəlayə  uğradıq, böylə ki, fayton yüzüqoylu olub bizim həpimizi altına aldı  və 
qayət rahatsız etdi; pərişanhal və  pəjmürdəhal mövqifə varıb kəndimizdə yaman bir 
fənalıq müşahidə etdik. Sonra artıq zəhmətlə bilet götürüb şimendiferə minib gecə saət 9-
da Uluxanlı mövqifinə varıb, bir qaç saət orada istirahət edib, sonra Batuma yeksərə bir 
bilet aldım; Tiflis mevqifində arqadaşlarım maraqlanıb iki gün onlarla Tiflisdə qalmağımı 
xahiş etdilər. Bəndə  təmərrüd etməyib  şeylərimi “xraneniyə” kantoruna ısmarlayıb 
faytonla “Axundov” mehmanxanəsinə gedib də  qərar tutduq. Haman gün bir parça 
səyahət edib kəndi obamıza evdət eylədik. Yarınki gün bir ofitserə bomba atılmasını 
eşidib kəndimizdən dolayı bir parça və fənalıq müşahidə etdik. 
Şimendifer biletinin vaqtının bitməsini və biri gün dəxi artıq bir fənalığa uğramağı 
məddi-nəzər edib də aqşam çağı  şürişli və  fəna bir zamanda kəndim fərdi-xeyir dışarda 
Şeytanbazarı keçdikdən sonra bir nəfər müsəlman bulunmaz ikən labüd və naəlac qalıb, 
Tanrıya pənah edib mevqifə yanaşdım. İçərisinə varıb da dəxi bir müsəlman görəmədim. 
Canım dəxi ziyadə  sıqıldı, çünki hər bir tərəfdən fənalıq və darlıq görüb də ziyanlı bir 
kötülük müşahidə olunurdu. 
Qərəz, tuli-kəlamə mübtəla olmayalım. Batum şimendiferinin vaqtı yaqınlaşdıqda 
qəbzi nasilşikə verdim, şeylərimi eyi bir kupedə  cəm edib bizi rahatlandırıb getdi. Üç 
nəfər gürcü bənə Batuma kibi arqadaş oldu. Bir buçuq saət qədər onlarla alışdıqda bə’zi 
mətləblərdən: kəndilərinin məzlumiyyətindən ermənilərin cinayət və  xəyanətindən və 
Qəlyanovun zülm və  şəqavətindən nəql edib, atəşparə kibi yanıb yaqılırlar idi. Sonra 
həpimiz uyquya nail olarkən yekdigərimizdən istizan edib gecə saət 11-də uyuduq. 
Səhər sübhdən uyqudan qalqarkən,  şimendifer yolunun ətrafını seyr etmək ünvanilə 
baqarkən, gözümüz zavallı gürcülərin yanıb yaqılmış, 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə