Hüseyn caviD



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə51/65
tarix08.07.2018
ölçüsü1,48 Mb.
#54335
1   ...   47   48   49   50   51   52   53   54   ...   65

234 
 
Bütün dünya gözdən keçiriləcək olursa, hər şeyin dəyişdiyini, hər halın başqalaşdığını 
görməmək mümkün deyildir. Bu dəyişmənin, bu başqalığın yeganə  səbəbi isə,  əlbəttə, 
içində bulunduğumuz müharibədir. 
Müharibəyin hazırdakı müvəffəqiyyəti, bir çoqları texnikada, texnikanın 
mükəmməlliyində görüyorlar. Halbuki bu qalibiyyətləri yalnız texnikada deyil, başqa 
qüvvətlərdə  də aramalıdır. Çünki yalnız yaqıb-yıqıcı toplar, növicad çəpəllinlər, boğucu 
qazlarla iş  aşmaz. Bunlar ilk baqışda gözə çarpdığı için hər kəsi düşündürüb duruyor. 
Halbuki bu müdhiş silahlardan daha müdhiş almanların müharibədəki yeni nəzəriyyələri, 
yeni planları, əskərindəki kəskinlik və bütün məmləkət xalqındakı əhvali-ruhiyyədir. Bu 
ölkənin  əhvali-ruhiyyəsində isə, fənni-tərbiyənin,  ədəbiyyat və  fəlsəfənin tə’siri inkar 
olunmayacaq şeylərdəndir. 
Rus-Japon müharibəsində, bə’zi mütəfəkkirlər, japonların qalibiyyətini onların 
komandanlarında, zabitlərində deyil, ibtidai məktəblərdə, məktəb müəllimlərində, 
müəllimlərin xalqa vermiş olduğu tərbiyədə aramışlardı.  Şübhəsiz ki, bu nəzəriyyə 
almanlara, alman ordusuna daha ziyadə şamil olsa gərək... 
Bizdə – Rusiyada ibtidai, orta və ali məktəblərin azlığı bir nöqsan təşkil etdiyi kibi, bu 
məktəblərdə keçilən bütün elmlər, bütün fənlər də olduqca səthi və  nəzəridir. Halbuki 
almanlarda böylə olmayıb da bütün-bütünə bunun əksinədir. Orta və ali məktəblər kənara 
dursun, ibtidai köy məktəblərində belə hər elm, hər fənn son dərəcə səmimi bir tətbiqat və 
əməliyyat ilə keçilir. Yalnız darülfünunlar deyil, köylərdə  də  səyyah bir professora 
təsadüf edilir. İctimai, fənni, ədəbi konfranslar verilir. Fənni həqiqətlər olduqca tətbiqi bir 
surətdə göstərilir. Və ona görə də hər bir alman yalnız dinləməklə qalmaz, dinlətmək də 
istər. Görməyi kafi bulmaz, göstərməyi də arzu edər. Hələ onlarda ibtidai məktəblərin 
məcburi olması, oğlan-qız, kimsənin müstəsna tutulmaması, daha başqa bir feyz, daha 
başqa bir fəzilətdir. 
İştə böylə bir mühitdə böyüyən, böylə bir ölkədə yaşayan tələbə və talibələr ikmali-
təhsildən sonra, bir də  kəndi filosofları,  ədibləri tərəfindən yazılmış  əsərləri mütaliəyə 
başlarlar.  Şübhəsiz ki, ən faydalı düşüncələr,  ən ciddi mühakimələr də yalnız fəlsəfə  və 
ədəbiyyat vasitəsilə əldə edilə bilir. Çünki düşünməyə başlayanlar, xilqət və təbiətdə bir 
qayə, bir nəticə arayan gənclər, yalnız mütaliə sayəsində kəndi məsləkini tə’yin edə bilir, 
kəndi aradığını bulur. 


235 
 
Əgər bir millətin fəlsəfə və ədəbiyyat kitabları həssas, xəyalpərvər, laübali qələmlərlə 
yazılmışsa, şübhə yoq ki, o millət, o nəsil cərəyana qapılıb da həp o yolda hərəkət edər və 
mümkün deyil, aqıntıya qarşı bir dürlü kürək çəkəməz. Məsəla, bir gənc bir şe’r, bir 
hekayə, bir roman, bir tarix, bir faciə oquyacaq olursa, dərhal kəndisinə ruhdaş, məsləkdaş 
olmaq üzrə bir qəhrəman seçər, bir tip bəyənir və o ruhda yaşamağa yeltənir və o 
məsləkdə yaşamaq istər və bu yazılan  əsərlər isə, adəta, aləmşümul bir müəllim yerinə 
keçər, qarelərin ruhlarına nüfuz etməyə başlar. 
İştə  məzkur  əsərlər zəhərli,  əxlaqsız, gevşək bir mevzu tə’qib edərsə, er-gec bütün 
oqucularını da zəhərləmiş olur. Kəskin, ciddi və    mətin bir yolda yazılmışsa,  şübhəsiz, 
qaredə də eyni fikri, eyni duyğuyu oyandırmış olur. 
Ədəbiyyat, bir millətdəki  əhvali-ruhiyyənin in’ikası deməkdir. Gələcək nasıl isə, 
şimdiki  ədəbiyyat və  fəlsəfənin tə’sir və nüfuzuna qapılır və hiç bir dürlü də qurtuluş 
imkanı bulamaz. 
Şimdiki iranlılar, bilxassə farslar, göz önünə gətirilsin, bütün İranın əhvali-ruhiyyəsi 
təhlil edilsin, bütün şəhərlər, bütün köylər,  əfyunçuluq,  şürbilik, səfsətə  və laübalilik 
içində yuvarlanıb gediyor. Müstəsna olaraq az bir qismi çıqdıqdan sonra, hər kəsdə, hər 
qafada bir ətalət, bir məskənət görülüyor. Əcəba ruhları əzməkdə olan bu gevşəklikləri, bu 
səfaləti doğuran kimdir, nədir, hanki səbəblərdir? 
– Şübhəsiz ki, ədəbiyyat... 
Ruhanilər və hakimlərin korluq və bəcəriksizliyi də tə’sirsiz deyil, amma eyicə diqqət 
buyurulsa ən mühüm səbəb, yenə ədəbiyyat və mətbuatdır. 
Firdevsi, Sə’di, Nizami, Hafiz, Xəyyam kibi nadireyi-fitrətlər müstəsna; onlardan 
sonra gəlib də dünyayı beş quruşa almayan zahidməslək  ədiblər, laübali və  məsxərəçi 
şairlər,  əxlaqsız və yaltaq məddahlar,  əcəba hanki rəzalət qaldı ki, yapmadılar? Nə 
saçmalar, nə əfsanələr uydurmadılar?! 
Bu hal Türkiyədə də əskik olmamış... Bir kərə tarixi-ədəbiyyat gözdən keçirilsə, Ruhi 
kibi laübali məşrəblər, Nəf’i kibi yayqaraçılar, Nabi kibi ölgün bir fikir daşıyan 
fəlsəfəçilər, Nədim kibi səfahətpərvər xərabatilər kəndi yazıları ilə türklərin sağlam və 
sarsılmaz ruhlarını pozub gevşətdilər.  Şinasi devrinə  gəlincəyə qadar, bəlkə ondan da 
sonra həp bir diziyə əcəm ruhu, əcəm fəlsəfəsini izlədilər. 


236 
 
Avropa yolunu tanır-tanımaz, bir də fransız müqəllidliyi meydan aldı. Həm də 
fransızların az-çoq ciddi və məharətli ədəbiyyatı deyil, hoppa, dəgərsiz və çürük əsərləri 
tə’qib olundu, tərcümə edildi və  kəndiligindən xüsusi əsər yazanlar belə, bir dürlü 
təqliddən yaqayı  sıyıramadılar. Həm də  əskilik ilə yeniliyi, əcəmilik ilə fransızlığı 
qarışdıraraq iki çürük, iki əxlaqsız uçurum arasında qaldılar. Yalnız Rza Tevfiq, Əbdülhəq 
Hamid, Tevfiq Fikrət kibi məşahir, bir də milli ən’ənələri, milli duyğuları dinləyən bə’zi 
gənc ruhlar, gənc qələmlər köhnəlikdən, müqəllidlikdən sıyrılmağa başladılar. Namiq 
Kəmal kibi özünü hər kəsə sevdirə bilən böyük bir hünərvəri belə pək küçük, pək darruhlu 
buldular və haqları da var... 
 
“Açıq söz” 25 oktyabr 1915 
 
İştə, türk-fars ədiblərinin kəndi millətinə, millətin  əhvali-ruhiyyəsinə olan tə’sir 
Ingiltərədə, Fransada, İtaliyada, Almaniyada, Rusiyada və sair məmləkətlərdə  də eyni 
dərəcədə şamil və hökmfərmadır. 
Məsəla ingilizləri alalım: onların ötədən bəri, cihangiranə bir əməl arqasınca 
qoşmaları, hər yerdə nüfuz qazanıb da hər ölkədə rol oynamaları, siyasi qüvvətlərə 
mədyun olduğu kibi, fəlsəfi, ədəbi tə’sirlərdən də varəstə deyildir. 
İngilizlər məğrurdur, soğuqqanlıdır, düşüncəli və durbindir. Əlbəttə bunlar, bu 
sifətlər, mühitə, milli ruha, milli tərbiyəyə race sifətlərdir. Lakin Şekspir kibi dahilərin 
əməlpərvər, aləmşümul  əsərləri, Herbert Spenser kibi böyük filosofların nüfuzlu, mətin, 
sarsılmaz və  kəskin fəlsəfələri,  şübhəsiz ki, hər ingilizdə, bütün xalq ruhunda böyük və 
səmimi bir tə’sirə malikdir. 
Fransanın da Jan Jak Russo kibi həssas və  məriz bir ruha malik olan filosofları, bir 
taqım xəyalpərəst, hoppa şairləri bə’zi əxlaqsız, modaçı romançıları, şübhəsiz ki, fransız 
həyatına, fransız mühitinə tə’sir etməmiş deyildir. 
İtaliyaya gəlincə, əski italyanlarla işimiz yoq... Biz şimdiki italyanları yalnız musiqiçi 
– çalğıçı tanıyoruz. Çalğının bəslədiyi ruh və əxlaq hər yerdə, hər kəscə bəlli olduğundan, 
onlardan, onların oynayacağı roldan bəhs etmək lüzumsuz görüldü. 
Rus-alman mühitinə  gəlincə, bu mühitdəki həyat və  ədəbiyyat daha başqadır. Rus-
alman sözü araya gəlir-gəlməz, həm ədib, həm filosof 


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə