H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə15/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   11   12   13   14   15   16   17   18   ...   225

iki  dövlət  arasında  diplomatik  münasibətlər  kəsildiyi  və 

nümayəndəlik  əməkdaşlarının  getdiyi  halda  nümayəndəlik  yerləşdiyi 

dövlət nümayəndəliyin əmlakına hörmət etməli və qorumalıdır. Adətən, 

akkreditə edən dövlət öz mənafeyinin və öz vətəndaşlarının mənafeyinin 

müdafiəsini,  həmçinin  əmlakının  müha-  vizəsinİ  nümayəndəliyin 

yerləşdiyi  dövlət  üçün  münasib  olan,  bu  ölkədə  nümayəndəliyi  olan 

üçüncü bir dövlətə etibar edir. 

Səfirlik  və  missiyaların  əsas  funksiyalarından  biri  də  yerləşdiyi 

dövlətin xarici işlər idarəsi, höküməti, parlamenti və ictimai dairələri ilə, 

həmçinin  bu  ölkədəki  xarici  nümayəndəliklərlə  gündəlik  əlaqə 

saxlamalıdır.  Bu  əlaqə  müəyyən  istiqamətə  malikdir.  Bu,  yerləşdiyi 

ölkənin  siyasi  və  iqtisadi  vəziyyətini  öyrənməkdən,  həmin  ölkənin 

iqtisadi və siyasi vəziyyəti haqqında öz dövlətinə məlumat verməkdən, bu 

ölkə  ilə  əməkdaşlığı  genişləndirmək  məqsədilə  onun  xarici  siyasətini 

öyrənməkdən,  həmçinin  öz  dövlətinin  vətəndaş  və  hüquqi  şəxslərinin 

hüquq  və  mənafelərini  müdafiə  etməkdən  ibarətdir.  Diplomatik 

nümayəndəliyin  əməkdaşlarını  iki  əsas  kateqoriyaya  bölmək  olar  - 

diplomatik heyət və texniki heyət. 



Səfirlik  və  missiyanın  diplomatik  və  texniki  heyəti.  Səfirlik  və 

missiyanın diplomatik heyətinə səfir, müşavir - diplomatik nümayəndə və 

digər  diplomatik  işçilər  daxildir.  Müşavir  -  diplomatik  nümayəndə  - 

səfirdən sonra ikinci şəxsdir, diplomatik nümayəndə dərəcəsinə malikdir 

və səfirin birinci müavinidir. Sonra ayrı-ayrı məsələlər üzrə müşavirlər 

gəlir, bunlar bilavasitə iş aparan diplomatik müşavirlərdir. 

Daha sonra səfirliyin və missiyanın birinci, ikinci, üçüncü katibləri 

və  attaşelər  gəlir.  Attaşelər  müxtəlif  funksiyaları  yerinə  yetirirlər. 

Məsələn,  mətbuat  attaşesinin  məlumat  məsələləri  ilə  məşğul  olur  və 

müvafiq XİN-in mətbuat şöbələri ilə və yerli, xarici qəzet müxbirləri ilə 

əlaqə  saxlayır.  Bəzən  mətbuat  attaşesinin  vəzifələrini  daha  böyük 

diplomatik  işçi  -  birinci  və  ya  ikinci  katib  rütbəli  işçi  yerinə  yetirir. 

Ticarət  attaşesi  -  əgər  ticarət  nümayəndəliyi  və  ya  ticarət  müşaviri 

yoxdursa, ticarət işlərində kiçik 



45 


vəzifədir.  Nəhayət,  hərbi  attaşe,  hərbi-dəniz,  hərbi-hava  və  ya  iki 

köməkçisi:  hərbi-dəniz  və  hərbi-hava  işləri  üzrə  köməkçisi  olan  hərbi 

attaşe səfirliklərdə olur. 

Diplomatik  heyət  daxilində  məlum  vəzifə  bölgüsü  aparılır  və 

demək  olar  ki,  bütün  səfirliklərdə  müvafiq  şöbələr  vardır.  Bütün 

səfirliklərdə  iki  şöbəyə  -  konsul  şöbəsinə  və  mətbuat  şöbəsinə  rast 

gəlmək  olar.  Konsulluq  olmadıqda  konsul  şöbəsi  səfirlik  daxilində  bir 

qədər az hüquqla onun vəzifələrini yerinə yetirir. Baş konsullar, konsullar 

və vitse-konsullarla müqayisədə konsul şöbəsinin müdiri bu ölkədə daha 

məhdud  hüquqa  malikdir  və  onlardan  fərqli  olaraq  nə  öz  dövlətindən 

konsul  patenti,  nə  də  təyin  olunduğu  ölkənin  xarici  işlər  idarəsindən 

ekzekvatura  alır.  Bundan  əlavə  konsul  şöbəsinin  müdiri  öz  höküməti, 

daha dəqiq desək, XİN adından deyil, yalnız səfirlik adından hərəkət edir 

və  səfirliyin  fəaliyyət  dairəsində  bu  və  ya  digər  konsul  funksiyalarını 

yerinə yetirir. 

Səfirliyin  mətbuat  və  ya  informasiya  şöbəsi  yerləşdiyi  ölkənin 

gündəlik mətbuatını izləyir, müxtəlif məlumatlar toplayır, müxbirlərlə, iri 

qəzetlərin  redaktorları  ilə  əlaqə  saxlayır,  mətbuatdan,  ölkənin  kifayət 

qədər məlumatlı adamları olan mətbuat işçilərindən zəruri informasiyanı 

alır, həmçinin öz ölkəsi haqqında informasiya ilə və onun siyasəti ilə yerli 

mətbuatı tanış edir. 

Həmin  dövlətin  daxili  və  xarici  siyasətini  öyrənmək,  gündəlik 

daxili siyasətini izləmək üçün səfirlikdə səfirlik müşavirinin rəhbərliyi ilə 

xarici  və  daxili  siyasət  məsələləri  ilə  məşğul  olan  diplomatik  işçilər 



qrupu təşkil edilir. 

Nəhayət, 



tədbirlərinin təşkili üçün bir və ya iki nəfər 

ayrılır.  Bu  sahədə  yerli  və  milli  protokol  qaydalarını  və  onlara  riayəti 

tələb edən məlum sistem eyniliyini gözləmək lazımdır ki, qəbul və vizitlət 

müəyyən qaydada təşkil edilsin və arzuolunmaz ixtilaflara səbəb olmasın. 

Adətən,  bu  ölkədəki  protokol  qaydalarını  bilən  katiblərdən  biri  həmin 

qaydaların yerinə yetirilməsinə nəzarət edir və hər cür protokol tədbirinin 

hazırlanmasında təşkilati işləri həyata keçirir. 

Nəhayət, səfirlikdə təsərrüfat müdirinin rəhbərlik etdiyi 



46 


inzibati-təs^rrüfat şöbəsi vardır. Adətən katiblərdən biri, hətta müəyyən 

bir  müşavir  bütün  inzibati-təsərrüfat  işlərinə  nəzarət  edir.  Çünki  bu 

sahədə bir çox məsələlər üzrə çıxır. Məsələn, təmir üzrə müqavilələrin 

bağlanması,  alınmış  əşyaların  çatdırılması  kimi  məsələlər  diplomatik 

işçinin nəzarətini tələb edir. Ona görə ki, həmin dövlətin rəsmi idarələri 

ilə əlaqə saxlamaq və XİN-nə müraciət etmək lazım gəlir. 



Səfirliyin strukturu 

Misal kimi səfirliklərdən birinin aşağıdakı strukturunu göstərmək 

olar: 

Xarici siyasət məsələləri üzrə qrup (böyük səfirliklərdə şöbə); 



Daxili siyasət məsələləri üzrə qrup (ya şöbə); 

İqtisadi məsələlər üzrə qrup (ya şöbə) 

Mətbuat qrupu (şöbəsi); 

Konsulluq şöbəsi; 

Təsərrüfat  qrupu  (mühafizə,  nəqliyyat,  təmizlik  və  s.  məsələləri 

idarə edir). 

Səfirin katibliyi (protokol məsələlərini idarə edir). 

Səfirliyin daxili quruluşu, işinin forma və metodlan 

Səfirliyin  strukturu  və  daxilində  qüvvələrin  bölüşdürülməsi 

təxminən bu cürdür. 

Diplomatik  nümayəndəliyin  hərtərəfli  fəaliyyətini  təmin  etmək 

üçün  onun  işinin  müvafiq  daxili  təşkili,  səfirlik  daxilində  qüvvələrin 

müvafiq  surətdə  yerləşdirilməsi  və  səfirlikdən  kənarda  müəyyən 

tədbirlərin keçirilməsi tələb olunur. 

Yerləşdiyi ölkəni öyrənmək, siyasi və iqtisadi vəziyyət, ölkədəki 

aktual hadisələr haqqında zəruri informasiya toplamaq və onları düzgün 

qiymətləndirmək  hər  bir  səfirliyin  birinci  dərəcəli  vəzifəsidir.  Çünki 

vaxtında  alınmış  və  təhlil  edilmiş  informasiya  olmadan  diplomatik 

nümayəndəliyin  ciddi  və  düşünülmüş  işi  mümkün  deyildir.  Müasir 

beynəlxalq  şəraitdə  bu  vəzifə  xüsusi  əhəmiyyət  kəsb  edir.  Son  dövrdə 

dünyada çox sürətli və bəzən 



47 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə