H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə18/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   14   15   16   17   18   19   20   21   ...   225

4)

 

bütün qanuni vasitələrlə, qəbul edən dövlətdə olan şəraitin və 



hadisələrin  öyrənilməsi  və  onlar  barəsində  öz  hökumətinə  məlumat 

verilməsi (informasiya funksiyası); 

5)

 

akkreditə  edən  dövlətlə  qəbul  edən  dövlət  arasında  dostluq 



münasibətlərinin inkişaf etdirilməsi. 

Bunlardan  əlavə,  diplomatik  nümayəndəliklər  bəzi  hallarda 

konsulluq funksiyaları da həyata keçirirlər; bu məqsədlə səfirliklərin və ya 

missiyaların tərkibində konsulluq şöbələri təsis olunur. 

Səfirliklər  Konsulluq  idarələri  (və  ya  daimi  missiyalar)  kimi 

konsulluqlar  da  dövləti  onun  sərhədlərindən  kənarda  təmsil  edən  daimi 

nümayəndəliklərdir.  Lakin  konsulluqlar  aşağıdakı  funksiyalarına  görə 

diplomatik nümayəndəliklərdən fərqləniş. Bundan əlavə, onlar qəbul edən 

dövlətin bütün ərazisində deyil, onun yalnız bir hissəsini əhatə edən və 

qarşılıqlı razılıq əsasında müəyyən olunan konsulluq dairəsində fəaliyyət 

göstərir.  Beləliklə,  bir  dövlətin  ərazisində  başqa  bir  dövlətin  bir  neçə 

konsulluq  idarəsi  ola  bilər.  Konsulluq  münasibətləri  müvafiq  dövlətlər 

arasında  diplomatik  münasibətlər  olmadığı  halda  da  qurula  bilər,  digər 

tərəfdən,  diplomatik  münasibətlərin  kəsilməsi  hələ  konsulluq 

münasibətlərinin  xitam  olunması  demək  deyildir.  Diplomatik 

nümayəndədən  fərqli  olaraq,  konsul  öz  dövlətinin  qəbul  edən  dövlətdə 



səlahiyyətli  nümayəndəsi  sayılmır.  O,  öz  dövlətini  yalnız  müəyyən 

məsələlər üzrə və yalnız öz konsulluq dairəsində təmsil edir. 

Konsulluq funksiyalar! xüsusi konsulluq idarələri tərəfindən və ya 

tərkibində konsulluq şöbələri olan diplomatik nümayəndəliklər tərəfindən 

həyata  keçirilir.  Konsulluq  idarələrinin  dörd  növü  vardır:  1)  baş 

konsulluqlar;  2)  konsulluqlar;  3)  vitse-  konsulluqlar  və  4)  konsul 

agentlikləri. Buna uyğun olaraq, dörd konsul dərəcəsi mövcuddur: 1) baş 

konsul; 2) konsul; 3) vitse- konsul və 4) konsul agenti. 

Bəzi dövlətlər öz praktikasında fəxri və ştatdankənar konsullardan 

istifadə edirlər. Adətən, fəxri konsullar konsulluğun yerləşdiyi dövlətdə 

daimi yaşayan şəxslərin sırasından təyin olunur. Onlar təyin edən dövlətin 

dövlət qulluqçuları ştatında hesab 



54 


olunurlar və bu işə məvacib almırlar. 

Azərbaycan  Respublikasının  Konsul  Nizamnaməsinin  XIII  fəsli 

ştatdankənar  konsullara  həsr  olunmuşdur.  Burada  deyilir:  “Azərbaycan 

Respublikası  Xarici  İşlər  Nazirliyi  konsulluğun  yerləşdiyi  dövlətin 

razılığına  əsasən  ayrı-ayrı  konsul  funksiyalarının  yerinə  yetirilməsini 

ştatdankənar  konsullara  tapşıra  bilər”  (95-ci  maddə);  “Ştatdankənar 

konsulların  funksiyalarını  Azərbaycan  Respublikasının  Xarici  İşlər 

Nazirliyi  müəyyənləşdirir”  (96-cı  maddə);  “Ştatdankənar  konsullar 

Azərbaycan Respublikasının dövlət qulluğunda olmurlar” (97-ci maddə). 

Az.ərbaycan Respublikası yalnız əsasən şlatlı konsullardan istifadə edir. 

Konsulluq 

münasibətləri 

haqqında 

1963-cü 


il 

Vyana 


Konvensiyasına  görə,  konsulluqlar  aşağıdakı  funksiyaları  həyata 

keçirirlər: 

1.

 

öz  dövlətinin,  onun  hüquqi  şəxslərinin  və  vətəndaşlarının 



mənafelərini qorumaq; 

2.

 



öz  dövləti  ilə  qəbul  edən  dövlət  arasında  ticarət,  iqtisadi, 

mədəni, elmi və digər əlaqələrin inkişafına yardım göstərmək; 

3.

 

konsulluq  dairəsinin  iqtisadi  və  siyasi  həyatına  dair  məlumat 



toplamaq və öz dövlətinin Xarici İşlər Nazirliyinə çatdırmaq; 

4.

 



öz dövlətinin vətəndaşları üçün inzibati və notariat funksiyaları 

həyata keçirmək (mülki-hüquqi vəzifələri yerinə yetirmək - kəbin, ölüm, 

doğum qeydiyyatı aparmaq, gediş-gəlişini təmin etmək və. s); 

5.

 



öz dövlətinin dəniz və hava gəmilərinə, digər nəqliyyat növləri 

və onların heyəti ilə bağlı müəyyən vəzifələr yerinə yetirmək

6.

 

öz dövlətinə səfər edən əcnəbilərə vizalar vermək və s. 



1963-cü il Konvensiyasına görə, konsulluq idarəsinin heyəti 

üç kateqoriyaya bölünür: 

1.

 

konsulluq  xidmətində  olan  və  konsulluq  funksiyalarını  yerinə 



yetirən vəzifəli şəxslər; 

2.

 



inzibati-texniki işləri yerinə yetirən konsul qulluqçulqrı; 

55 


3.

 

xidmətçi heyət. 



Konsulun funksiyaları aşağıdakı hallarda sona yetir: 

-

 



onu təyin etmiş dövlət tərəfindən konsulun geri çağırılması; 

-

 



konsulun persona non qrata elan olunması; 

-

 



konsul patentinin müddətinin başa çatması; 

-

 



konsulluq  dairəsinin  yerləşdiyi  ərazinin  qəbul  edən  dövlətin 

suverenliyindən çıxması; 

> konsulluq idarəsinin bağlanması; 

-

 



konsulluq münasibətlərinin xitam olunması; 

-

 



təmsil  olunan  dövlət  ilə  qəbul  edən  dövlət  arasında  müharibə 

başlaması. 

Azərbaycan  Respublikası  konsulluqlarının  heyəti,  funksiyaları, 

funksiyaların həyata keçirilməsi qaydası və digər rnəsələlər Azərbaycan 

Respublikasının  8  fevral  1994-cü  il  tarixli  Qimunu  ilə  təsdiq  edilmiş 

Azərbaycan  Respublikasının  Konsul  Nizamnaməsində  öz  əksini 

tapmışdır. 

Diplomatik  nümayəndəliklərin  fəaliyyətinin  tənzimlənməsində 

beynəlxalq hüquq və dövlətdaxili hüququn qarşılıqlı əlaqəsi. 

Diplomatik nümayəndəliklərin və onların personalının beynəlxalq 

hüquqi  statusu  “diplomatiya  hüququ”  adı  altında  birləşən  beynəlxalq 

hüquq normaları ilə tənzimlənir. 

Baxmayaraq ki, diplomatiya hüququ beynəlxalq hüququn ənənəvi 

bir  sahəsidir,  onun  doktrinasında  bu  vaxta  qədər  bu  sahənin  normalar 

sistemi  bir  vahid  şəkildə  işlənməmişdir.  Hüquq  ədəbiyyatında 

“diplomatiya hüququ” anlayışına iki müxtəlif yanaşma mövcuddur: geniş 

və  dar  mənada.  Geniş  mənada  diplomatiya  hüququ  adı  altında  dövlətin 

xarici əlaqələr orqanının status və funksiyalarını tənzimləyən beynəlxalq 

hüquq  normalarının  sistemi,  xüsusilə  də  diplomatik  nümayəndəlik  və 

konsul  idarələrinə,  xüsusi  missiyalara,  beynəlxalq  təşkilatlarda 

dövlətlərin  nümayəndəliklərinə,  beynəlxalq  təşkilatların  və  onların 

əməkdaşlarının  imtiyaz  və  immunitetlərinə  aid  olan  normalar  başa 

düşülür.  Dar  mənada  diplomatiya  hüququ  yalnız  diplomatik 

nümayəndəliklərin funk 



56 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə