vo danışıqlar da bu dövlətdoki diplomatik nümayəndəlik vasitəsilə həyata
keçirilir. Səfirlik və ya missiya yerləşdiyi ölkənin xarici işlər nazirliyi ilə,
bundan əlavə diplomatik korpusla, yəni bu ölkədə akkreditə edilmiş digər
ölkə nümayəndəlikləri ilə gündəlik əlaqə saxlayır.
Yerləşdiyi ölkənin iqtisadi və siyasi vəziyyəti haqqında öz
hökümətinə məlumat vermək, öz dövlətinin xarici siyasəti xeyrinə
yerləşdiyi ölkə ilə münasibətlərin yaxşılaşdırılması naminə fəaliyyət
göstərmək nümayəndəliyin mühüm vəzifəsidir. Hər bir səfirlik yerləşdiyi
ölkədə baş verən hadisələri müşahidə edir. Bununla bərabər, hər bir
nümayəndəlik öz dövləti üçün, onun siyasətinin vəzifələrini həyata
keçirmək üçün nəyin xeyirli olması nöqteyi- nəzərdən hər addımını ciddi
düşünməlidir. Bu, xüsusilə dövlətlər arasında iqtisadi və mədəni
münasibətlərin
inkişafına,
siyasi
əlaqələrin
genişlənməsi
və
möhkəmlənməsinə aiddir.
Öz dövlətinin vətəndaşları və hüquqi şəxslərinin hüquq və
mənafelərinin müdafiəsi nümayəndəliyin dövlət orqanları, məhkəmə və
digər təsisatlar, zəruri hallarda isə bu ölkənin höküməti qarşısında çıxış
etməyini tələb edir. Bu zaman xarici nümayəndəliyin, onun diplomatik və
digər əməkdaşlarının bütün fəaliyyəti yerləşdiyi ölkənin qanun və
adətlərini, dövlət və ictimai quruluşunu tanımağa və beynəlxalq hüququn
hamı tərəfindən qəbul edilmiş prinsipinə - nümayəndəliyin akkreditə
edildiyi dövlətin daxili işlərinə qarışmamaq prinsipinə əsaslanır.
Diplomatik nümayəndəliyin xaricdə normal fəaliyyəti üçün hamı
tərəfindən qəbul edilmiş birinci şərt - bu nümayəndəliyin ərazisi və
binasının toxunulmazlığı, nümayəndəliyin şəxsi diplomatik heyətinin
diplomatik immunitetidir. Diplomatik nümayəndəliyin bu hüquqi halı
beynəlxalq hüquqda hamı tərəfindən qəbul edilmişdir. Nümayəndəliyin
toxunulmazlığının və diplomatik immunitetinin pozulması beynəlxalq
hüququn və dövlətin suveren hüquqlarının çox ciddi pozulması deməkdir.
Buna görə də adətən, dövlətlər belə pozuntulara çox kəskin münasibət
göstərirlər. Ərazilərində belə pozuntular baş verən dövlətlərin hökümətləri
bu cür
35
faktların yolverilməzliyini başa düşür və dərhal ziyan çəkmiş dövlətin
hökümətinə öz təəssüflərini, istintaq aparılacağını və təqsirkarların
cəzalandırılacağını bildirirlər. Çünki, bütün bunlar edilməsə, həmin
nümayəndəliyin ölkədən getməsi və diplomatik münasibətlərin kəsilməsi
məsələsi ortaya çıxar. Ərazilərinin toxunulmazlığı qorunmadan və
diplomatik immunitet təmin edilmədən heç bir ölkədə heç bir
nümayəndəlik normal fəaliyyət göstərə bilməz. Bu məsələlərdən yeri
gəldikcə növbəti bölmələrdə geniş bəhs olunacaqdır.
36
II BOLMƏ
XARİCDƏKİ DİPLOMATİK
NÜMAYƏNDƏLİKLƏRİN VƏZİFƏLƏRİ,
FƏALİYYƏTİ VƏ FUNKSİYALARI
Dövlətin digər dövlətlərlə və beynəlxalq təşkilatlarla xarici
əlaqələrini həyata keçirən orqanlar dövlətdaxili və xarici orqanlara ayrılır.
Dövlətdaxili orqanlar daim həmin dövlətin ərazisində fəaliyyət
göstərən xarici orqanlarıdır. Bu orqanlar öz növbəsində iki növə ayrılır:
1)
dövləti bütün məsələlər üzrə təmsil edən orqanlar;
2)
dövləti hər hansı bir sahə üzrə təmsil edən orqanlar.
Birinci qrupa dövlət başçısı, hökümət və Xarici İşlər Nazirliyi
daxildir. Dövlət başçısı, hökümət başçısı və xarici işlər naziri həmin
dövləti onun xarici əlaqələrində bütün məsələlər üzrə ex qfficio (yeni
vəzifəsinə görə) təmsil edirlər.
Azərbaycan Respublikası Konstitusiyasına görə, Azərbaycan
Respublikasının Prezidenti “ölkənin daxilində və xarici münasibətlərdə
Azərbaycan dövlətini təmsil edir” (8-ci maddənin I-ci hissəsi). 109-cu
maddəyə əsasən Prezident Azərbaycan Respublikasının xarici ölkələrdə
və beynəlxalq təşkilatlarda diplomatik nümayəndəliklərinin təsis edilməsi
haqqında Azərbaycan Respublikası Milli Məclisinə təqdimat verir,
Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda
diplomatik nümayəndələrini təyin edir və geri çağırır (15-ci bənd); xarici
ölkələrin diplomatik nümayəndələrinin etimadnamə və övdətnamələrini
qəbul edir (16-cı bənd); dövlətlərarası və hökümətlərarası beynəlxalq
müqavilələr bağlayır, dövlətlərarası beynəlxalq müqavilələri təsdiq və
ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə
37
təqdim edir; təsdiqnamələri imzalayır (17-ci bənd); Azərbaycan
Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan edir və sülh
bağlayır (30-cu bənd).
Azərbaycan Respublikasının Höküməti xarici siyasətin həyata
keçirilməsinin təmin edilməsi üzrə tədbirlər həyata keçirir.
Hökümətlərarası və idarələrarası müqavilələr müvafiq olaraq nazir və
nazirlik və ya idarə başçısı tərəfindən imzalanır və Hökümət tərəfindən
təsdiq olunur.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bilavasitə xarici
əlaqələri həyata keçirən əsas orqandır və 2001-ci il iyunun 8- də qəbul
olunmuş “diplomatik xidmət haqqında” Qanunun 2.2-ci maddəsinə
əsasən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının vahid
sisteminə xidmət edir. Azərbaycan Respublikasının Prezidentinin 1992-ci
il 9 aprel tarixli 660 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi haqqında” Əsasnamədə göstərilir
ki, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan
Respublikasının başqa dövlətlərlə və beynəlxalq təşkilatlatla əlaqələrinə
rəhbərlik edən dövlət idarəetmə orqanıdır. Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının xarici siyasətinin
həyata keçirilməsi, Azərbaycan Respublikasının xarici əlaqələr sahəsində
işinin təşkili və vəziyyəti üçün məsuliyyət daşıyır”.
Parlamentə gəldikdəisə, qeyd etmək lazımdır ki, xarici siyasət
məsələlərində bu orqan əslində mühüm rol oynayır. Parlamentlər bu və ya
digər aktual beynəlxalq məsələlərə öz münasibətini bildirir, digər ölkənin
parlamentlərinə müraciətlər qəbul edir, beynəlxalq parlament
təşkilatlarının (məsələn, Avropa Parlamenin, Avropa Şurasının Parlament
Assambleyasının və s.) işində iştirak edir. Buna baxmayaraq Parlament
beynəlxalq münasibətlərdə dövlətin təmsilçisi kimi çıxış etmir. O, dövlət
adından müqavilələr bağimaq səlahiyyətinə malik deyildir. Parlament
nümayəndələrinin verdikləri bəyanatlar müvafiq dövlət üçün beynəlxalq
öhdəliklər döğurmur.
Xarici əlaqələr həyata keçirən dövlətdaxili orqanların ikinci
qrupuna, əsas etibarilə Azərbaycan Respublikasının nümunəsində,
38
Dostları ilə paylaş: |