H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə13/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   9   10   11   12   13   14   15   16   ...   225

iqtisadi  İnkişaf  Nazirliyi  (xarici  investisiyalar  və  beynəlxalq  iqtisadi 

əməkdaşlıq departamenti), Dövlət Gömrük Komitəsi və b. aiddir. Digər 

nazirlik  və  idarələr  də  dövlətdaxili  qanunvericiliklə  müəyyən  edilmiş 

səlahiyyətləri çərçivəsində dövləti onun xarici əlaqələrində təmsil edirlər. 

Xarici  nümayəndəliyin  yerləşdiyi  ölkənin  müxtəlif  idarələri  ilə 

əlaqələrinin  bütün  ölkələrdə  mövcud  olan  ümumi  qaydaları  əsasən 

bunlardır;  xarici  dövlətin  hər  bir  nümayəndəliyi  müvafiq  idarələrlə  və 

rəsmi  təşkilatlarla  məişət  məsələlərindən  başqa  bütün  məsələlər  üzrə 

əlaqələrini  Xarici  İşlər  Nazirliyi  vasitəsilə  həyata  keçirir.  Məişətə  aid 

məsələlərdə  yəni  xəstəxanadan,  ticarət  müəssisələrindən,  poçtadan, 

teleqrafdan  istifadəni  bir  qayda  olaraq,  xarici  nümayəndəliklər  özləri 

yaradırlar.  Rəsmi  idarə  və  təşkilatlarla  diplomatik  nümayəndəlik 

yerləşdiyi ölkənin Xarici İşlər Nazirliyi vasitəsilə əlaqə saxlayır. Bu qayda 

beynəlxalq  təcrübə  və  beynəlxalq  hüquqla  müəyyən  edilmiş,  hamı 

tərəfindən qəbul edilmiş dövlətin daxili işlərinə qarışmamaq prinsipindən 

irəli gəlir. 

Səfirin  (diplomatik  nümayəndənin)  və  səfirliyin  diplomatik 

heyətinin  rəsmi  və  İctimai  dairələrlə  əlaqəsi  səfir  dövlət  başçısına 

etimadnamə  təqdim  etdikdən  sonra  başlayır.  Buna  qədər  isə  səfir  və 

səfirlik dövlət və ictimai təşkilatlarla əlaqəyə girmir. Səfir etimadnaməni 

təqdim  etdikdən  sonra  səfirlik  işə  başlamış  hesab  edilir...  Etimadnamə 

təqdim  edildikdən  sonra  səfirin  adından  bu  dövlətin  diplomatik 

münasibətlərdə  olduğu  ölkələrin  səfirlik  və  missiya  başçılarına  səfirin 

adından  şəxsi  nota  göndərilir.  Belə  bir  nota,  əgər  bu  siyasi  cəhətdən 

məqsədə  uyğundursa,  diplomatik  münasibətlərin  olmadığı  ölkə 

səfirliklərinə də göndərilə bilər. Notada məlumat verilir ki, filan tarixdə 

səfir ölkə başçısına öz etimadnamə sini təqdim etmişdir və onlarla rəsmi 

əlaqə  saxlamağa  şad  olardı.  Bu  cür  notanın  mətni  yerləşdiyi  ölkə  ilə 

diplomatik münasibətlərin vəziyyəti nəzərə alınmaqla tərtib edilir. Əgər 

siyasi cəhətdən ziddiyyət döğurmazsa, belə bir nota diplomatik korpusun 

diayeninə də göndərilə bilər. 

Bundan sonra ölkədəki protokol qaydalarına müvafiq olaraq 



39 


rəsmi  şəxslərin  -  xarici  işlər  nazirinin,  nazirin  müavinlərinin,  şöbə 

müdirlərinin görüşlərinə getmək olar. 

Yerləşdiyi  ölkənin  müxtəlif  dairələri  ilə  daha  geniş  əlaqələr 

yaratmaqda maraqlı olan səfirlik imkan düşdükcə, təkcə XİN çərçivəsində 

yox, bütün nazirlərlə, ölkənin daha çox nüfuzlu şəxsləri - parlament sədri, 

parlament fraksiyalarının rəhbərləri ilə tanış olmaq və gələcəkdə onlarla 

şəxsi  əlaqələri  davam  etdirmək,  qəbullara,  kinofılmlərə  baxışlara  dəvət 

etmək üçün görüşlər keçirir. 

Səfirin getdiyi görüşlər heç də həmişə protokol səciyyəsi daşımır. 

Bu səfirin özündən asılıdır. Ümumi qayda belədir ki, protokol görüşünə 

nəzakət  xatirinə  gedilir  və  bu  görüşdə,  adətən  mühüm  məsələlərə 

toxunulmur. Bununla belə imkan yaranarsa və münasib olarsa, məsələn, 

səfirliyi maraqlandıran məsələlərlə məşğul olan hər hansı nazirlə görüşdə, 

bəzən  səfir  təbiidir  ki,  təkid  etmədən  bu  məsələlərə  toxunur.,  nazir  isə 

lütfkarlıqla səfiri maraqlandıran suallara cavab verir. 

Nazirləri parlament sədri, əsas parlament fraksiyalarının liderləri 

və nəhayət,səfirin təmsil etdiyi ölkə ilə münasibəti olan Ölkələrin səfirləri 

ilə söhbətlərdən bacarıqla istifadə edilərsə, bu münasibətləri yaxşılaşdırır. 

Məhz bu baxımdan həmin söhbətlər mühüm əhəmiyyət kəsb edir. 

Eyni zamanda bu söhbətlər yerləşdiyi ölkənin daxili vəziyyəti və 

xarici siyasəti haqqında zəngin informasiya verə bilər ki, bu da adətən, 

səfirliyin diplomatik fəaliyyəti üçün ciddi bazanı təşkil edir. Bundan əlavə 

bu  söhbəti  aparılan  adamlar  haqqında  təsəvvür  yaranır  ki,  səfirliyin 

gələcək  işi  üçün  bunun  mühüm  əhəmiyyəti  vardır.  Səfirlər  dövlət  və 

ictimai xadimlər ilə görüşlər nəticəsində səfirliyin məşğul olacağı bir çox 

məsələlər haqqında təsəvvür yaranır. 

Bir  çox  səfirliklərin  təcrübəsi  göstərir  ki,  iki-üç  ay  ərzində  bu 

ölkədəki  hadisələrin  inkişafını  əsasən  başa  düşmək  və  sonralar  bu 

görüşləri  daha  da  dərinləşdirməklə  müşahidə  etmək  olar.  Bütün 

diplomatik heyətin bu söhbət və görüşləri nəzərə alması xeyirli olar. Buna 

görə də müşavirlərin və ya bütün diplomatik heyətin icrasında 

40 



hər hansı səfir və ya nazirlə söhbətdə nəyin maraqlı olması haqqında qısa 

məlumatı çatdırmağı, bu söhbətlərin protokollarını səfirliyin diplomatik 

heyətinə  oxumaq  üçün  verilməsini  bəzi  səfirlər  məqsədəuyğun  hesab 

edirlər. 

Səfirin  vizitlərindən  sonra,  adətən,  səfirliyin  digər  işçiləri  başqa 

səfirliklərin  müvafiq  işçiləri  ilə  tanış  olurlar.  Müşavirlər  müşavirləri, 

birinci  katiblər  birinci  katibləri  və  s.  ziyarət  edirlər. Səfirliyin  müvafiq 

işçilərinin vizitindən sonra digər səfirliyin işçiləri cavab viziti edirlər. Bu, 

artıq digər ölkənin həmin nümayəndəsi ilə ikinci görüşdür və bu görüşdə 

birinci  görüşdəki  söhbəti  davam  etdirmək  olar.  Lakin  bunu  da  nəzərə 

almaq  lazımdır  ki,  bu  görüşlər  zamanı  hər  iki  tərəf  informasiya 

mübadiləsi  edir.  Digər  ölkələrin  təcmbəli  səfir  və  diplomatik  işçilərini 

təbii ki, həmkarlarının təmsil etdiyi ölkə haqqında bir sıra məsələlər, bu 

ölkənin  siyasəti  maraqlandırır,  nə  isə  aydınlaşdırmaq  istəyirlər.  Bu 

söhbətlərdə  qarşılıqlı  surətdə  fikir  və  informasiya  mübadiləsi  edilir, 

mübadilınin xeyirli olub-olmaması həmsöhbətlərin təcrübə və diplomatik 

bacarığından asılıdır. 

Beləliklə,  diplomatik  korpusa  belə  ünsiyyətdən  diplomatlar  çox 

böyük  mənfəət  əldə  edir  və  sistematik  kontaktlar  yolu  ilə  bu  əlaqələri 

gələcəkdə davam etdirirlər. Adətən, diplomatik təcrübə göstərdiyi kimi 

bütün  danışıqlar  yazılır,  bu  yazılardan  təkcə  səfirlik  daxilində  istifadə 

olunmur, həm də mərkəzə göndərilir. 

Yerləşdiyi  ölkədə  nümayəndəliyin  xarici  ünsiyyət  formalarına 

hökümətin, XİN-in, səfirliklərin təşkil etdiyi rəsmi qəbullarda iştirakı da 

aid  etmək  olar.  Ölkələr  arasında  münasibətlərin  yaxşılaşdırılması  və 

qiymətli informasiyaların alınması üçün şəxsi kontaktların yaranmasında 

bu  qəbullar  əhəmiyyətlidir.  Bu  hər  bir  öhdəlikdən  azad  ünsiyyət 

formasıdır. Bundan bütün diplomatlar istifadə edirlər. Elə buna görə də 

çox halda böyük məsələlər qəbullarda həll edilir, çətinlik ortaya çıxdıqda 

isə  bu çətinliyi  aradan  qaldırmaq  üçün  xüsusi  qəbul təşkil  edilir.  BMT 

Baş  Məclisinin  sessiyaları,  müxtəlif  beynəlxalq  müşavirələr  zamanı, 

adətən  ayrı-ayrı  kateqoriyalı  səfirlər,  dövlət  nümayəndələri  üçün 

qəbullar, səhər 

41 



Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə