məqalələr xüsusi məqsədlə- sədrliyin bu qeydə münasibətini bilmək üçün
dərc edilir. Belə müşavirələrdə bu qəbildən olan sorğu, qeyd və məqaləyə
necə cavab verməyi, sonralar bu hallarda hansı tədbirləri görmək lazım
olduğunu müzakirə etməkolar.
İkinci informasiya mənbəyi-adamların qəbuludur. Adamların
qəbuluna səfirlikdə ciddi fikir verilir. Gələnləri, adətən, bu ölkənin dilini
bilən növbətçi referent qarşılayır və onları hansı məsələlər
maraqlandırdığını aydınlaşdırır. Adətən, bütün növbətçilər bu cür
söhbətlər aparmaq haqqında təlimat alırlar.
Əgər səfirliyə siyasi xadim, məsələn, parlament deputatı və ya
görkəmli jurnalist gəlibsə, növbətçi onu maraqlandıran məsələni
aydınlaşdırdıqdan sonra bu, məqsədə uyğundursa həmin xadimi səfirliyin
məsul işçilərindən birinə- müşavirə və ya səfirə təqdim edir.
Belə xadimlərlə söhbət çox faydalıdır, çünki söhbət zamanı bir sıra
məsələlər haqqında fikir mübadiləsi etməyə, müsahibi maraqlandıran
məsələləri aydınlaşdırmağa və lazimi informasiyam almağa imkan
yaranır. Gələnlərin səfirlik qarşısında qaldırdıqları məsələləri nəzərə
almaq və səfirliyin operativ işi üçün nəticələr çıxarmaqdan ötrü, adətən,
məsul növbətçi xüsusi gündəlikdə gələnlərlə söhbətlərinin qeydini aparır.
Səfirliyin daxili işinin bir hissəsini yerləşdiyi ölkə XİN-i ilə, xarici
səfirliklərlə, həmçinin digər ölkələrlə və ayrı-ayrı şəxslərlə yazışma təşkil
edir. Yazışma şifahi söhbətdən də əhəmiyyətlidir. Səfirliyin yazışması,
hətta ayrı-ayrı şəxslərlə yazılı əlaqələri yaxşı təşkil edilməlidir, çünki
səfirlikdən gedən hər bir sənəd rəsmi xarakter daşıyır.
Yerləşdiyi ölkə XİN-i ilə yazışmaya, konsul məsələlərinə nəzarət
edən konsul şöbəsi müdirinin və ya müşavirin icazəsi ilə göndərilən adi
konsul notaları (viza, sənədlərin leqallaşdırılması) istisna olmaqla, səfir
rəhbərlik edir. XİN ilə digər yazışmalar üçün səfir və ya ayrı-ayrı hallarda
müşavir sanksiya verir.
Məktubların çoxunu universitetlər, kitabxanalar, müxtəlif
mədəniyyət idarələri, parlamentin ayrı-ayrı deputatları, müxtəlif
51
firma və təşkilatlar göndərirlər. Adətən, məktublar dəftərxanaya daxil olur
və dəftərxana müdiri məktubları təyinatı üzrə bölür. Müvafiq şöbələrin
müdirləri onlara göndərilən məktubları nəzərdən keçirirlər. Bütün səfirliyi
maraqlandıracaq məktub olduqda onlar haqda səfirə məlumat verilir.
İqtisadi və mədəni əlaqələrin inkişaf səfirliklər qarşısında
yerləşdikləri ölkənin iqtisadi və ya mədəni inkişafının ayrı-ayrı
məsələlərini öyrənmək vəzifəsini qoyur. Ədəbiyyatla tanışlıqdan başqa,
söz yox ki, bu və ya digər xadimlərlə şəxsi ünsiyyət, onlarla söhbət
mühüm əhəmiyyətə malikdir.
Son vaxtlar səfirlikdə və ya ondan kənarda kinofilmlərin nümayişi
kimi ünsiyyət formasından səfirliklər geniş istifadə edirlər. Bu zaman
qəbullar təşkil edilir, qəbul zamanı həm kinofilm haqqında, həm də aktual
siyasi məsələlər haqqında fikir mübadiləsi edilir.
Mədəni sərvətlərin mübadiləsi, mədəniyyət və incəsənət
nailiyyətləri ilə qarşılıqlı tanışlıq, xalqlar arasında qarşılıqlı anlayış
əlaqələri genişləndirməyin mühüm vasitələrindən biridir. Buna görə də
səfirlik yerləşdiyi ölkənin iri şəhərlərində musiqiçilərin, artistlərin
konsertlərinin təşkili kimi mədəni ünsiyyət formalarından istifadə edir.
Diplomatik nümayəndəliyin yerləşdiyi ölkənin ictimayyəti ilə
ünsiyyətin mühüm forması mətbuat konfransları, müsahibə, səfirim,
müşavirin, mətbuat attaşesinin, ticarət müşavirinin və s. açıq çıxışlarıdır.
Müvafiq qəzet işçiləri üçün səfirlikdə təşkil edilmiş mətbuat konfransları,
adətən, nümayəndəliyin yerləşdiyi ölkədə geniş əks- səda doğurur.
Nəhayət, səfirliyin bülleteninin, yurnal və kitabların nəşri kimi
vasitələrdən də istifadə olunur.
Bütün bunlarla yanaşı, diplomatik nümayəndəliyin və onun
üzvlərinin məskun olunan dövlət barəsində də bəzi vəzifələri mövcuddur.
1961-ci il Vyana Konvensiyasında diplomatik nümayəndəliyin onun
yerləşdiyi dövlət barəsində iki əsas vəzifəsi göstərilir:
52
1.
Nümayəndəlik öz binalarını yalnız rəsmi məqsədlər üçün
istifadə etməlidir;
2.
Nümayəndəlik qaldığı dövlətdə rəsmi münasibətlərini Xarici
İşlər Nazirliyi və ya barələrində müvafiq razılaşma əldə edilmiş digər
idarələr vasitəsilə qurmalıdır.
Diplomatik nümayəndəliyin əməkdaşları qaldıqları dövlətin qanun
və qərarlarına hönnət bəsləməli və onun daxili işlərinə qarışmamalıdır.
Diplomata qaldığı dövlətdə öz şəxsi mənfəəti məqsədilə peşə və
kommersiya fəaliyyəti ilə məşğul olmaq qadağandır.
Bütün bunlar - yəni diplomatik nümayəndəliyin fəaliyyəti
beynəlxalq hüquq normalarına əsaslanır və beynəlxalq hüquqla
tənzimlənir.
Diplomatik nümayəndəlik dövlətin başqa bir dövlətin ərazisində
yerləşən, həmin dövlətlə diplomatik münasibətləri həyata keçirən
orqanıdır. Diplomatik nümayəndəliklər müvafiq iki dövlət arasında
razılaşmaya əsasən təsis olunur. Çox hallarda belə bir razılaşmanın əldə
olunması həmin dövlətlər arasında diplomatik münasibətlərin qurulması
ilə eyni vaxta düşür.
Beynəlxalq praktikada diplomatik nümayəndəliklərin iki növü
mövcuddur?
1.
Səfirlik ən yüksək səviyyəli diplomatik nümayəndəliklərdir;
onların başında fövqəladə və səlahiyyətli səfir dayanır.
2.
Missyalar daha aşağı səviyyəli diplomatik nümayəndəlik hesab
olunur; onlara fövqəladə və səlahiyyətli elçi və ya müvvəqəti işlər
müvəkkili rəhbərlik edir.
Diplomatik nümayəndəlik öz dövlətinin qəbul edən dövlətdə bütün
məsələlər üzrə rəsmi təmsilçisidir. Diplomatik münasibətlər haqqinda
1961-ci il Vyana Konvensiyasına görə (3-cü maddə), diplomatik
nümayəndəliyik aşağıdakı funksiyaları həyata keçirir:
1)
akkreditə edən dövlətin qəbul edən dövlətdə təmsil olunması;
2)
akkreditə edən dövlətin özünün və onun vətəndaşlarının
mənafelərinin müdafiəsi;
3)
qəbul edən dövlətin hökuməti ilə danışıqlar aparılması;
53
Dostları ilə paylaş: |