H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə14/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   10   11   12   13   14   15   16   17   ...   225

yeməkləri  və  naharlar  təşkil  edilir.  Belə  qeyri-rəsmi  görüşlər  zamanı 

mövqelər dəqiqləşdirilir, bu və ya digər dövlətə təsir göstərilir, bir sıra 

məsələlərdə  -  rəsmi  şəraitdə  bunlar  üzrə  razılığa  gəlmək  olmamışsa, 

mövqelərin  yaxınlaşması  baş  verir.  İkitərəfli  görüşləri,  bu  və  ya  digər 

ölkəyə rəsmi səfərləri də buraya aid etmək olar. 

Nəhayət, səfirlikdə, səfirin, müşavirin evində qəbulların təşkili də 

ünsiyyətin  və  informasiya  toplamağın  mühüm  vasitəsidir.  Səfirliyin 

bütün  işi  və  ya  ölkədə  konkret  şəraitdə  onun  qarşısında  duran 

vəzifələrdən asılı olaraq belə qəbullar, adətən, əvvəlcədən planlaşdırılır. 

Belə  qəbulların  təşkilinin bütün ölkələr tərəfindən  qəbul  edilmiş 

protokol qaydaları mövcuddur. Bu qəbulların hər biri, adətən, müəyyən 

vaxtlarda  təşkil  edilir.  Belə  ki,  əvvəldə  qeyd  elədiyimiz  kimi:  səhər 

yeməyi saat 12:00  - 15:00 arasında, çox vaxt saat 13:00-da, nahar saat 

20:00- 21:00 arasında, çay saatı 16:00- 18:00 arasında, kokteyl və "a lya 



furşet** ( stol üzərində yüngül qəlyanaltı və başqa şeylər olmaqla) saat 

17:00-20:00  arasında,  bəzən  lap  gec  (xüsusilə  dövlət  və  ya  hökümət 

başçılarının gəlməsi ilə əlaqədar böyük qəbullar) təşkil edilir. 

Bəzi  ölkələrdə  (məsələn,  Fransada)  yüksək  qonaqların  təntənəli 

qəbulu  zamanı  nümayəndəliklərin  başçıları  üçün  nahar  təşkil  edilir, 

nahardan sonra “kokteyl” tipli qəbul keçirilir ki, buraya daha çox qonaq 

dəvət  edilir.  Onlar  isə  əsas  qonaqlar  stol  arxasından  qalxanda  (adətən, 

saat  22:00-da)  gəlirlər.  Hər  qəbuldan  əvvəl  dəvət  edənlə,  dəvət  olunan 

tərəflər  təxminən eyni  sayda  olmaqla  dəvət  olunanların  siyahısı tutulur 

(bu,  kiçik  qəbullar,  səhər  yeməyi  və  nahar  təşkil  edilərkən  xüsusi 

əhəmiyyət  kəsb  edir,  çünki  bütün  dəvət  olunanların  arxasında  müvafiq 

şəkildə oturmağı tələb olunur). Bütün dəvət olunanlara əvvəlcədən adətən 

bir həftədən gec olmayaraq, müəyyən formada dəvətnamə göndərilir, bu 

dəvətnamələrdə qəbulun yeri və vaxtı, həmçinin geyim forması (adi səhər 

kostyumu, smokinq, frak, forma) göstərilir. Bu dəvətnamələrdə, adətən 

dəvətin  qəbul  edilməsi  haqqında  məlumat  vermək  xahiş  olunur.  Hər 

qəbul üçün müvafiq yer hazırlanır, menyu tərtib edilir. 

42 



yemək dəstləri müəyyən qaydada düzülür, dəvət olunanların rütbəsinə və 

qəbul zamanı aparılacaq söhbətlərin maraq dairəsinə uyğun olaraq kimin 

harada oturacağı müəyyən edilir. Ümumi qayda var ki, səhər yeməyi və 

naharda ancaq kişilər iştirak edirsə, ev sahibindən sağ tərəfdə əsas qonaq 

əyləşir.  Əgər  qonaqlar  həyat  yoldaşları  ilə  birgə  dəvət  olunurlarsa,  ev 

sahibəsinin sağ tərəfində əsas qonaq, ev sahibinin sol tərəfində isə əsas 

qonağın  xanımı  əyləşir.  Qonaqlar  stol  ətrafında  yerləşdirilərkən  bu 

qaydaya  əməl  edilir  -  ev  sahibinə  və  onun  xanımına  yaxın  yerlər  ən 

hörmətli yerlər hesab olunur; ev sahibi və onun xanımdan uzaqlaşdıqca 

yerlər daha az hörmətli sayılır. Qadınla yanaşı (imkan dairəsində) qadın 

əyləşmir,  ər  ilə  arvad  yanaşı  əyləşir.  Qonaqlar  yerləşdirilərkən  yanaşı 

oturan  qonaqların  hansı  dili  bilmələri  nəzərə  alınmalıdır.  Hər  dəvət 

olunanın yeri stol üzərindəki onun soyadı yazılmış kartoçka ilə göstərilir

girişdə  isə  kiçik  stol  olur  ki,  dəvət  olunan  qonaqların  stol  arxasında 

yerləşdirilməsinin sxemi bu stolun üzərinə qoyulur. Qəbulda göstərilən 

xidmətin beynəlxalq protokol praktikasında hamı tərəfindən qəbul olunan 

və  bütün  ölkələrdə  əməl  edilən  çoxsaylı  detalları  və  nəzakət  qaydaları 

mövcuddur. 

Diplomatik 

nümayəndəliklərin 

hüquq 

və 


vəzifələrinin 

aydınlaşdırılması da zəruridir. Müəyyən bir ölkədə dövləti təmsil edən ali 

şəxs  diplomatik  nümayəndəliyin  başçısı  -  səfirdir.  Ümumi  bir  qayda 

vardır  ki,  özünün  bu  ölkədə  daimi  və  ya  müvəqqəti  nümayəndəsi  olan 

bütün  təşkilatlar  öz  fəaliyyətlərini  səfirlə  razılaşdırmalıdırlar.  Ölkəyə 

gələn  bütün  nümayəndə  heyətləri  və  ayrı-ayrı  şəxslər  öz  fəaliyyətlərini 

səfir  ilə  razılaşdırırlar,  çünki  bu  dövlətin  ərazisində  onların  bütün 

fəaliyyətləri  üçün  öz  dövlətinin  başçısı,  höküməti  qarşısında  səfir  tam 

məsuliyyət daşıyır. 

Səfir xaricdə dövləti təmsil etdiyi üçün ona geniş hüquqlar verilir. 

Səfirlikdə,  həmçinin  təmsil  etdiyi  ölkənin  bu  dövlətin  ərazisindəki 

vətəndaşları  arasında  baş  verən  bütün  hadisələr  səfirin  səlahiyyətinə 

daxildir. Tam səlahiyyətə malik və daha təcrübəli işçi kimi səfir bu ölkəyə 

ezam edilmiş həmvətənlərini təlimatlandırmalı, öz dövlətinə dəyə biləcək 

ziyanın qarşısını almaq məqsədilə bütün 

43 



işçilərin hərəkətlərinin müşahidə olunmasını təmin etməlidir. Səfirin hər 

bir göstərişi dövlətin bu ölkədəki bütün vətəndaşları üçün məcburidir. 

Səfirliyin  müşavirləri  idarələrində  olan  iş  sahələrinə  (siyasi, 

iqtisadi, mədəni münasibətlər və s.) səfirin nəzarəti ilə müstəqil surətdə 

rəhbərlik  etmək  hüququna  malikdirlər.  Müşavirlərdən  biri,  adətən  işlər 

müvəkkili olaraq qalır, səfir səfərdə olarkən və ya səfirlikdə olmadıqda 

səfirin  müvafiq  hüquqlarından  İstifadə  edərək  səfirliyin  işi  üçün  tam 

məsuliyyət daşıyır. 

Səfirliyin  digər  diplomatik  işçiləri  (katiblər,  attaşe)  adətən 

səfirliyin  işinin  müəyyən  sahəsi  üçün  cavabdeh  olur  və  müvafiq 

hüquqlardan istifadə edirlər. 

Diplomatik  işçilərdən  başqa  səfirlik  və  missiyalarda  texniki- 

inzibati  işçilər  və  nümayəndəliyə  xidmət  edən  personal  olur.  Bu 

personalın  bir  hissəsi  səfirliyin  yerləşdiyi  ölkədə  akkreditə  edilmiş 

dövlətin vətəndaşlarıolan bütün diplomatik əməkdaşlar, texniki- inzabati 

işçilər,  onlarla  bir  yerdə  yaşayan  ailə  üzvləri,  bir  qayda  olaraq,  vəzifə 

borclarını yerinə yetirərkən göstərdikləri fəaliyyət dairəsində əsas imtiyaz 

və  immunitetlərdən  istifadə  edirlər.  Vəzifə  borclarından  kənar 

fəaliyyətlərində onlar yerləşdikləri dövlətin və inzibati yurisdiksiyasında 

olurlar. 

Nümayəndəliyin  yerləşdiyi  dövlət  istənilən  vaxt  akkreditə  edən 

dövlətə  məlumat  verə  bilər  ki,  nümayəndəliyin  başçısı  və  ya  hər  hansı 

əməkdaşı persona non qratadır (arzuolunmaz). Həm də bu zaman o öz 

qərarım  əsaslandırmaya  da  bilər.  Həmin  diplomatik  işçi  arzuolunmaz 

şəxs elan olunduqdan sonra akkreditə edən dövlət onu geri çağırmalı və 

ya nümayəndəlikdə onun diplomatik fəaliyyətini dayandırmalıdır. 

Bununla  belə,  nümayəndəliyin  yerləşdiyi  dövlət  nümayəndəliyin 

və onun əməkdaşlarının öz vəzifələrini yerinə yetirməsinə yardım etməli, 

onların yerləşdiyi ölkədə və öz dövlətlərilə rəsmi əlaqələrini qorumalıdır. 

Hətta  müharibə  zamanı  belə,  nümayəndəliyin  yerləşdiyi  dövlət 

nümayəndəlik  əməkdaşlarının  (ailələri  ilə  birlikdə)  tezliklə  vətənə 

qayıtmalarına kömək etməlidir. 



44 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə