H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə2/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   2   3   4   5   6   7   8   9   ...   225

ilk  siyasi  əlaqələr  yaradırlar.  Azərbaycan  rrapezıınd  sarayı  vasitəsilə 

Papalıq, Kipr krallığı, Rodos dövləti, Macarıstan, Albaniya, o cümlədən 

qüdrətli  dəniz  dövləti  olan  Venesiya  ilə  siyasi  əlaqələrə  nail  olur. 

Azərbaycanlı  ağqoyunlular  özünün  məşhur  diplomatı  Həsən  Azanla 

Venesiyada  səfir  kimi  təmsil  olunmuşduv’  XV  əsrin  60-70-ci  illərində 

Ağqoyunlu hökmdarı Uzun Həsən Azərbaycanın təhlükəsizliyini Avropa 

dövlətləri ilə yaxınlıqda görürdü. Ona görə də o, uzaqgörənliklə Venesiya, 

Böyük  Moskva  knyazlığı.  Qızıl  Orda,  Polşa,  Avstriya,  Macarıstan, 

Çexiya, Almaniya, Papalıq, Burqundiya, Neapol krallığı, Kipr, Qaraman 

bəyliyi,  Misir,  Hindistan  və  bir  çox  dövlətlərlə  diplomatik  əlaqələr 

yaradır. 

i) 


Uzun Həsənin anası Sara Xatun və arvadı Dəspinə xatunun 

diplomatik məharəti məşhurdur.-' 

Sonralar  Səfəvilərlə  də  ilk  siyasi  əlaqəni  də  Venesiya  yaratdı. 

Səfəvilər dövlətinin Avropa üçün əhəmiyyətini aşağıdakı fakt çox yaxşı 

əks  etdirir:  Roma  papası,  1503-cü  ildə  hakimiyyətə  gələn  II  Yuli 

Almaniya,  Fransa,  İspaniya,  Portuqaliya,  Skandinaviya  dövlətləri 

başçılarına  məktubda  xüsusi  qeyd  edirdi  ki,  “Səfəvilər  dövlətinin 

yaranması və Şah İsmayılın hərbi nailiyyətləri Allah tərəfindən Xristiyan 

dünyası üçün yaradılan əlverişli andır”. Azərbaycan diplomatları o dövrdə 

böyük şöhrətə malik idilər. 1603- cü ildə mart ayında Səfəvi dövlətinin 11 

nəfərdən ibarət diplomatik nümayəndəsi - Fəthi bəyin başçılıq etdiyi yeni 

səfirlik  Venesiyada  böyük  təntənə  ilə  rəsmi  protokolla  qəbul  olunur. 

Venesiya  hökmdarlarının  əmri  ilə  o  dövrün  məşhur  rəssamı  Qabrilla 

Kaliri  bu  Azərbaycan  səfirliyi  diplomatlarının  rəsmi  qarşılanma 

mərasimini böyük bir tabloda əks etdirir. 

^XVIII əsrin sonlarına qədər Qərbi Avropada Azərbaycan 

diplomatiyası mühüm rol oynayırdı. 

(fj^zərbaycan  diplomatiyası  sonralar  -  Azərbaycan  Demokratik 

Respublikası  dövründə  bir  daha  parlayp^.  1918-ci  ilin  mayında  Milli 

Şuranın təsdiq etdiyi ilk hökümətdə ilk xarici işlər naziri M. H. 



' l ikrol Sadixov. Diplomatiya və diplomatik xidmət. Bakı. 199.3. səh. 15 




Hacınski  oldu.  1918-ci  ii  iyunun  4-də  Azərbaycan  -  'I'ürkiyə  dostluq 

müqaviləsini o da imzalamışdı. ADR dövründəki ilk diplomatlarımız olan 

H.  Yusivbəyli,  A.  Ağayev,  M.  Rəfiyev  1918-ci  ilin  noyabrında  ingilis 

generalı  Tomsonla  müzakirələrdə  böyük  məharət  göstərirlər.  Daha 

sonralar ADR-in xarici işlər naziri F. X. Xoyski, görkəmli diplomatlar Ə. 

M.  Topçubaşev,  C.  Hacıbəyli,  M.Y.  Cəfərov,  X.  Xasməmmədov  və 

başqaları Azərbaycan diplomatiya tarixində şərəfli ad qoymuşlar. ' 

Ölkənin  xarici  siyasətini  həyata  keçirən  xarici  əlaqələr 

orqanlarıdır.  Xarici  əlaqə  orqanları  fəaliyyət  növünə  görə  iki  qrupa 

bölünür: xarici əlaqələrin mərkəzi orqanları və xarici orqanları. Ölkədə bu 

əlaqələri yerinə yetirən mərkəz Xarici İşlər Nazirliyidir, onun öz strukturu 

var.  O,  xarici  iqtisadi  əlaqələr  komitəsinin  iqtisadiyyat  nazirliyi 

beynəlxalq  iqtisadi  və  ticarət  əlaqələrinə,  beynəlxalq  turizm  idarəsinə, 

beynəlxalq  Hava  Yolları  Konserninə  və  s.  istiqamət  verir.  Xaricdə  bu 

siyasəti  bizim  səfirlərimiz,  xarici  əlaqələrlə  məşqul  olan  başqa 

orqanlarımız (onlar həmin ölkədə olmuş səfirə tabedirlər)yerinə yetirirlər. 

-  Müasir  Azərbaycan  diplomatiyasında  uzun  illər  ABŞ-da  səfir 

olmuş Hafiz Paşayev, Böyük Britaniya və Şimali İrlandiya krallığında, 

Norveç, İsveç krallıqlarında və s. səfir işləmiş Mahmud Məmmədquliyev, 

ərəb ölkələrində Azərbaycam təmsil edən səfir Elman Araslı və başqaları 

öz bacarıqları ilə Azərbaycan diplomatiyasına uğur gətirmişlər/ 

Azərbaycan  prezidenti  H.  Əliyevin  uğurlu  xarici  siyasəti 

nəticəsində  respublikamız  bir  sıra  beynəlxalq  təşkilatlara  tam  hüquqlu 

üzv kimi daxil olmuş^ qıssa müddətdə BMT-yə, Avropada Təhlükəsizlik 

və  Əmədaşlıq  Təşkilatına,  İslam  Konfransı  Təşkilatına,  İqtisadi 

Əməkdaşlıq Təşkilatına, Beynəlxalq İnkişaf və Yenidənqurma Bankına, 

İslam  İnkişaf  Bankına  və  s.  kimi  nüfuzlu  beynəlxalq  və  regional 

təşkilatlara üzv seçilmişdir;/ Azərbaycan “Diplomatik əlaqələr haqqında” 

1961-ci il 18 apreldə Vyanada BMT-ın 

l’ikrət Sadixov. Diplomatiya vn diplomatik xidmət. Bak». 1993. .s,əh.23-24 



Konfransında  qəbul  edilmiş  Vyana  Konvensiyasına  qoşulmuş,  bir  sıra 

ölkələrdə  səfirliklərini,  konsulluqlarım  açmışdır.  Bu  siyasi  orqanlarda 

milli diplomatlarımız uğurla işləyirlər. > 

^  jBeynəlxalq  münasibətlərdə  son  illərdə  baş  verən  keyfiyyət 

dəyfşiklikləri  Azərbaycan  Respublikasının  xarici  siyasətindən  də  yan 

keçməmişdir.  Bu  da  tamamilə  qanunauyğundur.  Çünki  döğma 

Azərbaycanımız  dünyanın  fəal  diplomatik  fəaliyyətinin  ön  cərgələrində 

yerləşir  və  dünya  siyasətinin  diqqət  mərkəzindədir:  Öz  uğurlu  siyasi, 

sürətli  iqtisadi  və  mədəni  inkişaf  tempi  ilə  ölkəmiz  dünya  siyasi 

meydanının  mərkəzində  yerləşməyə  bilməzdi./Son  illər  Azərbaycan 

paytaxtında  xarici  səfirliklərin  və  nüfuzlu  beynəlxalq  təşkilatların 

nümayəndəliklərinin artması buna əyani sübutdup. Ulu öndərimiz Heydəe 

Əliyevin yenilməz xarici siyasətini şərəflə davam etdirən prezident İlham 

Əliyevin təşbbüsü ilə bir sıra dünya əhəmiyyətli mötəbər tədbirlər Bakıda 

keçirilmişdir.' “Əsrin müqaviləsi” həyata keçmiş, enerji və təhlükəsizlik, 

terrorizmə  qarşı  mübarizə,  beynəlxalq  ticarət  yolları  və  s.  məsələlərdə 

Azərbaycan dünya siyasətinin diqqət mərkəzinə çevrilmişdir. 

Azərbaycanın  beynəlxalq  münasibətlərdə  əlaqələrinin  və 

müvəffəqiyyətlərinin  getdikcə  artması,  diplomatik  və  işgüzar  kadrlara 

ehtiyacın daha da yüksəlməsi uzun illər xarici ölkələrdə tərcüməçi, sonra 

1979-1888-ci  illərdə  bəzi  fasilələrlə  Əfqanıstanda  Sovet  səfirliyində 

ikinci  katib  vəzifəsində  çalışmağım  məni  gələcək  diplomatlarımız  üçün 

bir  stolüstü  kitab  hazırlamağa  şövq  etdi.  On  illərlə  bir  sıra  ali 

məktəblərimizdə  tədris  etdiyim  “Diplomatik  protokol”,  “Diplomatik 

yazışma”, “Diplomatik etiket və nitq”, “Diplomatik portret”, “Beynəlxalq 

münasibətlər tarixi”, “Beynəlxalq münasibətlər nəzəriyyəsi”, “Beynəlxalq 

müqavilələrin bağlanması prosesi”, “Azərbaycanın xarici siyasəti” və sair 

fənnlərin  mühazirə  və  məşqələlərində  tələbələrimizin  bir  sıra  suallara 

daha ətraflı cavab tapmaları üçün toplu halında “Diplomatik protokol və 

xarici əlaqələr” stolüstü məlumat kitabını ənsəyə gətirməyi zəruri he.sab 

elədim. 

’ Maqsud Hacıyev. Yetmiş ilin yarpaqları. Bakı, 2005. səh 294 




Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə