H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə11/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   7   8   9   10   11   12   13   14   ...   225

dəliyin bir səviyyəsindən digərinə, daha geniş münasibətlərin yaradılması 

və  qarşılıqlı  münasibətlərin  pisləşməsi  nəticəsində  əksinə  səfirlikdən 

missiyaya  keçməsi  halları  mümkündür.  Missiyanın  səfirliyə  çevrilməsi 

hər iki dövlətin hökümətləri arasında ikitərəfli danışıqlar nəticəsində baş 

verir.  Əldə  olunmuş  razılaşma,  müvafiq  missiya  və  bu  missiyanın 

yerləşdiyi  dövlətin  XİN  arasında  notalar  mübadiləsi  yolu  ilə 

rəsmiləşdirilir.  Eyni  zamanda  diplomatik  nümayəndələrin  dərəcələri 

artırılır, yeni diplomatik nümayəndələr səfir dərəcəsinə yüksəlirlər. 

Diplomatik 

nümayəndəlik 

bağlandıqda, 

diplomatik 

nümayəndəliyi  akkreditə  edən  dövlət  onu  geri  çağırdıqda,  diplomatik 

münasibətlər  kəsildikdə  və  ya  akkreditə  edən  dövlətlə  nümayəndəliyi 

qəbul edən dövlət arasında müharibə vəziyyəti yarandıqda öz fəaliyyətini 

dayandırır.  Diplomatik  münasibətlərin  kəsildiyi  halda  diplomatik 

nümayəndəlik bağlandıqda və ya diplomatik nümayəndə geri çağırıldıqda 

(Diplomatik nümayəndənin geri çağırılması) diplomatik  nümayəndəliyi 

qəbul  edən dövlət,  hətta silahlı  münaqişə  baş  verdikdə  belə  diplomatik 

nümayəndəlik  binasına  onun  əmlakı  və  arxivi  (Diplomatik  arxiv)  ilə 

birlikdə  hörmətlə  yanaşmalı  və  qorumalıdır.  Akkreditə  edən  dövlət 

diplomatik  nümayəndəliyin  binasını,  onun  əmlakını  və  arxivlərini 

nümayəndəliyin  yerləşdiyi  dövlət  üçün  məqbul  olan  hər  hansı  digər 

dövlətin diplomatik nümayəndəliyinə həvalə edə bilər. Bütün bu hallarda 

diplomatik nümayəndəliyin heyət üzvlərinin onların ailələri və əmlakları 

ilə birlikdə maneəsiz çıxıb getməsi üçün zəruri imkanlar yaratmalıdır, o 

cümlədən onları vacib olan nəqliyyat vasitələri ilə təmin etməlidir. 

Beynəlxalq təcrübədə diplomatik nümayəndəliyin digər növlərinə 

də  rast  gəlinir.  Məs.,  Liviya  Sosialist  Xalq  Ərəb  Camahiri  ənənəvi 

diplomatik  institutlardan  imtina  etmişdir.  XİN  ləğv  olunmuş,  əvəzində 

xarici əlaqələr üzrə Xalq Bürosu yaradılmış, səfirliklərin əvəzinə katiblər 

başda  olmaqla  “Xalq  komitələri”  təşkil  olunmuşdur.  Etimadnamələr, 

diplomatik dərəcələr, diplomatik pasport ləğv olunmuşdur. 

32 



Bəzi  ölkələrdə  “Maraq  şöbələri”  (Maraq  büroları)  təsis 

olunmuşdur. Mahiyyətinə görə onlar dövlətlər arasında rəsmi diplomatik 

münasibətlər  olmadıqda  diplomatik  nümayəndəlik  forması  kimi  çıxış 

edirlər.  1970  illərdə  Kuba-Amerika  münasibətləri  kəsildikdən  sonra 

Havanada İsveçrə səfirliyi yanında ABŞ-ın “Maraq şöbəsi” açması haqda 

razılaşma  əldə  olundu.  Eyni  zamanda  Kubanın  maraqlarını  təmsil  edən 

anoloji şöbə də ABŞ-da Çexoslovakiya (indiki Çexiya) səfirliyi yanında 

açıldı. 1999 il Yuqoslaviya böhranı dövründə Belqradm ABŞ-da və digər 

Avropa dövlətlərində maraqlarını Rusiya təmsil edirdi. 

Şöbələr  (bürolar)  əvvəllər  səfirlik  yerləşmiş  binalarda,  eləcə  də 

üzərinə  diplomatik  nümayəndəlik  funksiyalarını  götürən  ölkələrin 

diplomatik  nümayəndəlikdə  yerləşə  bilər.  Onları  səfirlikdən  zahiri 

əlamətlər ayırır: binalarda lövhələr və dövlət bayraqları, eləcə də şöbələrə 

rəhbərlik  edən  şəxslərin  vəzifə  adları  olmur.  Yerdə  qalan  hallarda,  o 

cümlədən gəldiyi ölkənin rəsmi orqanları və şəxsləri ilə birbaşa əlaqələr 

hüququna 

münasibətdə 

onların 


vəzifələri 

adi 


diplomatik 

nümayəndəliklərin vəzifələrindən fərqlənmir. 

Diplomatik  nümayəndəliklərin  statusu,  vəzifələri  və  funksiyaları 

məsələlərini bilmək gündəlik diplomatik fəaliyyətdə mühüm olduğu üçün 

bu barədə geniş şərhə ehtiyac vardır. 

Diplomatiya hüququ dövlətin xarici əlaqələr orqanlarının status və 

funksiyalarını  tənzimləyən  normaların  məcmusundan  ibarət  olan 

beynəlxalq hüquq sahəsidir. 

Dövlətlər  arasında  diplomatik  münasibətlərin  yaranması,  adətən, 

diplomatik  nümayəndəliklərin  mübadiləsinə  səbəb  olur.  Lakin  bu  cür 

mübadilə üçün xüsusi razılaşmanın olması zəruridir. 

Ta qədimdən bəri dövlətlər xarici əlaqələrini həyata keçirmək üçün 

digər  ölkələrə  özlərinin  xüsusi  nümayəndələrini  və  ya  səfirlərini  təyin 

edirdilər,  indi  də  ölkələr  biri-birində  müvəqqəti  və  daimi 

nümayəndəliklərini  və  ya  missiyalarını  təsis  edir,  öz  nümayəndələrini 

ikitərəfli  danışıqlarda  və  ya  hər  hansı  çoxtərəfli  konfranslarda, 

konqreslərdə və ya təntənəli mərasimlərdə iştirak etmək üçün göndərirlər. 

33 



Hazırda  dövlətlərin  xarici  əlaqələri  geniş,  çoxcəhtli  və  eyni 

zamanda  daimi  xarakter  almışdır.  Ona  görə  də  xarici  münasibət 

orqanlarının müxtəlif formaları mövcuddur. 

Bütün bu orqanlar daimi və ya müvəqqəti olaraq, onları təsis edən 

və  göndəron  dövlətin  müəyyən  etdiyi,  həmin  dövlətin  xarici  siyasət 

mənafeyinə uyğun gələn funksiya və vəzifələri yerinə yetirirlər. Ümumi 

beynəlxalq  hüquq  normalarına,  göndərən  və  qəbul  edən  dövlətlər 

arasındakı ikitərəfli razılaşmalara müvafiq olaraq gəldikləri ölkədə onlar 

müəyyən hüquq, imtiyaz və immunitetdən istifadə edirlər. 

Xarici  əlaqə  orqanları  içərisində  xarici  dövlət  başçıları  yanında 

akkreditə olunmuş diplomatik nümayəndəliklər - səfirliklər və missiyalar 

mühüm rol oynayırlar, çünki onlar dövlətin, onun hökümətinin bilavasitə 

nümayəndəsi  olub  gəldikləri  ölkələrdə  dövlət  və  hökümət  başçıları  ilə 

birbaşa əlaqə yaradırlar. 

Səfirliklər və ya missiyalar digər dövlətin razılığı ilə, həmin digər 

dövlətin  başçısı  yanında  dövlətin  daimi  nümayəndəliyi  kimi  dövlət 

tərəfindən təsis edilir. Bu nümayəndəliklərin başında səfirlər, diplomatik 

nümayəndələr,  işlər  müvəkkilləri  dururlar.  1961-ci  il  Vyana 

Konvensiyasının 14-cü maddəsinə uyğun olaraq səfirlər dövlət başçıları 

yanında  (etimadnamə  təqdim  etməklə),  diplomatik  nümayəndələr 

hökümət  başçıları  yanında  və  işlər  müvəkkili  isə  xarici  işlər  naziri 

yanında  akkreditə  olunurlar  və  özlərinin  xarici  işlər  nazirinin  müvafiq 

məktubunu onlara təqdim edirlər. İşlər müvəkkilinin təyin edilməsi, bir 

qayda  olaraq,  müvəqqəti  xarakter  daşıyır  və  hər  halda,  diplomatik 

əlaqələrin  tam  normal-  laşdırılmağına  dəlalət  edir.  Öz  dərəcəsinə  görə 

səfirliklər diplomatik nümayəndəlik hesab olunurlar. Bir vaxtlar 1815-ci 

il  Vyana  konqresinin  qərarlarına  əsasən  səfirliklər  ancaq  böyük 

dövlətlərdə yaradılırdı. Hazırla səfirliklər diplomatik nümayəndəliklərin 

ən  yüksək  növü  hesab  edilir  və  yerləşdiyi  ölkə  ilə  diplomatik 

münasibətlərin yüksək səviyyədə olmasına dəlalər edir. 

Dövlətin  xarici  işlər  idarəsi  ilə,  həmçinin  digər  dövlətlərin  bu 

dövlətdə akkreditə edilmiş xarici nümayəndələri ilə gündəlik əlaqə 



34 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə