H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə10/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   6   7   8   9   10   11   12   13   ...   225

prezident İlham Əliyev yuxarıdakı qarşıda duran vəzifslərdən danışarkən 

diplomatlarımıza müraciətlə demişdir: 

“Budur 

siyasətimizin  əsas  istiqamətləri.  Mən  ümid  edirəm  ki,  siz  öz  gündəlik 



fəaliyyətinizdə bu işləri əməli şəkildə icra edəcəksiniz’'. 

Şübhə  yoxdur  ki,  Azərbaycan  diplomatları  və  ölkəmizin  xarici 

əlaqələri  ilə  məşqul  olan  hər  bir  şəxs  möhtərəm  prezidentimiz  İlham 

Əliyevin xarici siyasət xidməti orqanlarımızın qarşısında qoyduğu şərəfli 

vəzifələri ləyaqətlə yerinə yetirəcəkdir. 

Bütün  xarici  əlaqələrə  dair  məsələlərdə  olduğu  kimi  bu  mühüm 

sahədə diplomatik protokol vacib rol oynayır. 

“  Diplomotik  protokol  hökümətlərin  xarici  işlər  nazirliklərinin, 

diplomatik  nümayəndəliklərin,  diplomatik  işçilərin  və  digər  rəsmi 

şəxslərin beynəlxalq əlaqərin əməli olaraq gərçəkləşməsi zamanı riayət 

etdikləri qayda, ənənə və şərtlərin məcmusudur. Diplomatik yazışmalar, 

rəsmi  görüşlər,  diplomatik  qəbullar,  xarici  ölkənin  dövlət  və  hökümət 

başçısının  qarşılanması,  beynəlxalq  təşkilatlar  xəttilə  təşkil  olunan 

toplantılar diplomatik protokol tələbləri çərçivəsində əməli xarakter alır. 

Diplomatik protokolun qəbul olunmuş ümumi müddəaları 

Diplomatik əlaqələrə dair 1961 Vyana konvensiyasında təsbit edilib. 

Bununla bərabər hər ölkənin öz diplomatik protokol xüsusiyyətləri də 

vardır; bu xüsusiyyətlər həmin dövlətin milli adət və ənənələrindən irəli 

gəlir. 

Xarici  əlaqələrdə  diplomatik  protokola  əməl  etmək  zəruridir; 



ondan yayınmaq, yaxud qaydaları pozmaq müqabil dövlətin, yaxud onun 

rəsmi  nümayəndəsinin  şərəf  və  ləyaqətinə  toxuna  və  bununla  da  iki 

dövlət  arasında  münasibətlərin  mürəkkəbləşməsinə  və  arzuolunmaz 

siyasi  nəticələrrə  gətirib  çıxara  bilər.  Müvafiq  ölkə  ilə  diplomatik 

münasibətlərin  durumundan  asılı  olaraq  diplomatik  protokola  müxtəlif 

incəliklər  (daha  çox  və  ya  daha  az  təntənəlilik,  ayrı  -  ayrı  tədbirlərin 

keçirilməsində yüksək və ya aşağı səviyyəlilik) əlavə oluna bilər. 

Diplomatik  protokol-diplomatiyanın  mühüm  siyasi  vəsiləsidir; 

Onun tətbiqindən doğan nəticələr dövlətlərarası münasibətlərə 

29 



bu və ya digər dərəcədə təsir göstərir. 

Diplomatik  protokola  riayət  etmək  ölkənin  xaricdəki  diplomatik 

nümayəndəliyinin əsas vəzifəsidir. 

Bir  dövlətin  digər  dövlətlə  diplomatik  münasibətlər  qurması 

məqsədi ilə yaradılan, diplomatik nümayəndə tərəfindən rəhbərlik edilən 

səfirlik və ya diplomatik missiyadır. Diplomatik nümayəndəliyin bu iki 

növünə 

Roma 


Papası 

nümayəndəlikləri: 

nunsiaturalar 

və 


internunsiaturalar  da  uyğun  gəlir.  Diplomatik  nümayəndəlik  maraqlı 

dövlətlər  tərəfindən  onlar  arasında  razılığa  əsasən  diplomatik 

münasibətlərin  yaradılması  nəticəsində  təsis  edilir.  Elə  bu  şəkildə  də 

dövlətlərin  təsis  etdikləri  diplomatik  nümayəndəliklərin  səviyyəsi 

müəyyən olunur: de-fakto və ya de-yure. 

İşlər  müvəkkilinin  təyin  olunması  o  gədər  də  normal  olmayan 

diplomatik münasibətlərdən xəbər verir. Qarşılıqlı məhdud siyasi, iqtisadi 

və digər maraqlara malik dövlətlər işlər müvəkkili səviyyəsində mübadilə 

edirlər. Yəni bəzən siyasi motivlər üzündən müvafiq ölkə ilə daha yüksək 

səviyyədə diplomatik münasibətlər qurmaq istəməyən bəzi dövlətlər işlər 

müvəkkili səviyyəsində diplomatik nümayəndəlik təyin edirlər. 

Səfirlik,  dərəcəsinə  görə  ən  yüksək  diplomatik  nümayəndəlik 

hesab olunur. Səfir tərəfindən rəhbərlik edilən diplomatik nümayəndəlik 

səfirlik  adlanır,  diplomatik  nümayəndə  və  daimi  işlər  müvəkkili 

tərəfindən  başçılıq  edilən  diplomatik  nümayəndəlik  missiya  adlanır. 

Birinci  dünya  müharibəsinədək  ancaq  böyük  dövlətlər  səfirlik 

səviyyəsində  diplomatik  nümayəndəliklərlə  mübadilə  edə  bilərdilər. 

Hazırda  suveren  (Dövlət  suverenliyi)  bərabərlik  prinsipinə  müvafiq 

olaraq  bütün  dövlətlər  səfirlik  səviyyəsində  mübadilə  edə  bilərlər. 

Bununla  belə,  müxtəlif  səbəblərə  görə  daha  aşağı  dərəcəli  missiya 

adlanan  nümayəndəliklər  də  saxlanılır.  Diplomatik  nümayəndəliklər 

arasındakı  fərqlər  hüquqi  deyil,  protokol  xarakteri  daşıyır.  Daimi 

diplomatik nümayəndəlik institutu XVI-XVlll əsrlərdə mərkəzləşdirilmiş 

dövlətlərin  yaranması  və  inkişafı  ilə  bağlı  olaraq  Avropada  meydana 

gəlmişdir  və  o  vaxtdan  beynəlxalq  təcrübədə  mühüm  yer  tutur. 

Diplomatik əlaqələrə dair 1961-ci il 

30 



Vyana  Konvensiyasına  əsasən  diplomatik  nümayəndəliyin  başlıca 

vəzifələri aşağıdakılardan ibarətdir: 

a)

 

öz dövlətini akkreditə olunduğu dövlətdə təmsil etmək



b)

 

akkreditə  edən  dövlətin  və  onun  vətəndaşlarının  beynəlxalq 



hüquq çərçivəsində maraqlarını müdafiə etmək; 

c)

 



diplomatik  nümayəndəliyi  qəbul  edən  dövlətin  höküməti  ilə 

danışıqlar aparmaq; 

d)

 

bütün qanuni vasitələrlə akkreditə olunduğu dövlətin fəaliyyəti 



və  mühüm  hadisələri  haqda  informasiya  toplamaq  və  onlar  haqqında 

akkreditə edən dövlətə məlumat vermək

e)

 

akkreditə  edən  dövlətlə  qəbul  edən  dövlət  arasında  iqtisadi, 



mədəni və elmi əlaqələri, dostluq münasibətlərini inkişaf etdirmək. 

Başqa sözlə deyilsə, diplomatik nümayəndəliyin başlıca vəzifəsi 

akkreditə  edən  dövləti  akkreditə  olunduğu  dövlətdə  bütün  məsələlərdə 

təmsil  etməkdir  və  bu  dövlətlər  arasında  diplomatik  münasibətlərin 

başlıca  kanalıdır.  Bu  vəzifələr  diplomatik  nümayəndəlik  başçısının 

rəhbərliyi  altında  nümayəndəliyin  diplomatik  heyəti  tərəfindən  həyata 

keçirilir. Diplomatik nümayəndəliyin zəruri inzibati-texniki (dəftərxana 

müdiri,  mühasib  və  s.)  və  xidməti  heyəti  (sürücülər  və  b.)  vardır. 

Diplomatik  nümayəndəliyin  yerləşdiyi  ölkənin  rəsmi  idarələri  və 

təsisatları ilə əlaqələri bir qayda olaraq bu ölkənin Xarici İşlər Nazirliyi 

(Xarici  İşlər  İdarəsi)  vasitəsilə  müəyyən  olunur  və  həyata  keçirilir. 

Diplomatik  nümayəndəliyin  bütün  fəaliyyətinə  ona  başçılıq  edən  səfir, 

diplomatik nümayəndə və ya işlər müvəkkili rəhbərlik edir. Bu şəxslərin 

heç  biri  olmadıqda  diplomatik  heyətin  vəzifəcə  yüksək  əməkdaşı 

müvəqqəti işlər müvəkkili kimi müvəqqəti olaraq səfirliyə rəhbərlik edə 

bilər.  Onun  adı  gəldiyi  ölkənin  Xarici  İşlər  Nazirliyinə  rəsmi  şəkildə 

bildirilir.  Diplomatik  nümayəndəlik  diplomatik  imtiyazlar  və 

toxunulmazlıq  hüququndan  (nümayəndəlik  binalarının  toxunulmazlıqı, 

ümum- dövlət və yerli vergilərdən azad olmaq, gömrük güzəştləri və s.), 

eləcə  də  onu  qəbul  edən  dövlət  tərəfindən  xüsusi  müdafiə  (qorunma) 

hüququndan istifadə edir. 

Beynəlxalq münasibətlər təcrübəsində diplomatik nümayən 



31 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə