H,N. Rzayev tarix el/nhri namizədi, Bakı Avrasiya Universiteti beynəlxalq



Yüklə 3,7 Mb.
Pdf görüntüsü
səhifə22/225
tarix29.08.2018
ölçüsü3,7 Mb.
#65203
1   ...   18   19   20   21   22   23   24   25   ...   225

üzləşdikləri  yeni  bir  məfhumdur.  Lakin  ümumiyyətlə  diplomatik 

nümayəndəliklərin  terrorizm  fəaliyyətində  iştirakı  diplomatik  təcrübə 

üçün  xarakterik  deyil.  Çətin  ki,  diplomatik  imtiyaz  və  immunitetləri 

məhdudlaşdırmaq yolu ilə beynəlxalq terrorizmlə hər hansı bir nailiyyətə 

çatmaq olar. 

Diplomatik  imtiyaz  və  immunitetlərin  məhdudlaşdırılması  meyli 

ona işarə edir ki, beynəlxalq hüququn qərb doktrinası diplomatik imtiyaz 

və  immunitetlərin  məhdudlaşdın  İmasını  bütövlükdə  dəstəkləmir.  Onun 

tərəfdarlarını əsasən siyasi xadimlər arasında görmək olar. 

Tarixi perspektivdə müstəqillik əldə edən dövlətlərin öz mövqeyini 

dəyişəcəklərini gözləmək olar. Gələcəkdə bu dövlətlərin maddi, maliyyə 

və digər imkanları genişləndikcə və bunun ardınca isə xaricdə diplomatik 

nümayəndəliklərinin  sayı  artdıqca  beynəlxalq  aləmdə  yalnız  yerləşmə 

dövləti  keyfiyyətində  deyil,  həm  də  daha  çox  akkreditə  edən  dövlət 

keyfiyyətində  çıxış  edəcəklər.  Beynəlxalq  münasibətlərdə  beynəlxalq 

hüququn  rolunun  artması  və  beynəlxalq  hüquq  qaydasının 

möhkəmləndirilməsində bütün dövlətlər obyektiv surətdə maraqlıdır. Bu 

isə  çox  güman  ki,  diplomatik  imtiyaz  və  immunitetlərin  həcminin 

saxlanmasına, bəlkə də onların həcminin çoxalmasına yönəldilmiş meylin 

yenidən gücləndirilməsinə gətirib çıxaracaq. 

Diplomatik  nümayəndəliklərin  və  onların  personalının  statusu 

beynəlxalq  hüquq  normaları  ilə  tənzimlənir.  Təcrübədə  beynəlxalq  - 

hüquqi  tənzimləmənin  xaricində  olan  və  hər  bir  yerləşmə  dövlətinin 

adət-ənənələrinin xüsusiyyəti ilə bağlı bir çox problemlərin həll edilməsi 

ehtiyacı 

yaranır. 

Bu 

boşluqların 



doldurulması 

diplomatik 

nümayəndəliyklərin və onların personalının statusunun dövlət tərəfindən 

hüquqi tənzimlənməsi yolu ilə həyata keçirilir. Baxmayarq ki, bu statusun 

müəyyən  edilməsində  başlıca  rol  beynəlxalq  hüquq  normalarına 

məxsusdur, 

beynəlxalq-hüquqi 

tənzimləməni 

dövlət- 

hüquqi 


tənzimləmədən  ayırmaq  olmaz,  onlar  bir-birini  tamamlayırlar.  Bu  da 

diplomatik protokolun tərkib hissəsidir.* 



Fikrol Saclixov. Diplomatiya va diplomatik xidmət. Bakı. 199.1. səh. 66 -67. 

66 


Dövlət tərəfindən hüquqi-tənzimləmədə yerləşmə dövlətinin milli 

qanunvericiliyi əhəmiyyətli rol oynayır. Milli qanunvericiliyin normaları 

yalnız diplomatiya hüququnun normalarını yaratmır, həm də bir sıra xırda 

məsələlərə  də  aydınlıq  gətirir.  Milli  qanunvericiliyin  normaları  eyni 

zamanda  beynəlxalq  hüquqda  ümumiyyətlə  öz  həllini  tapmayan 

məsələləri də tənzimləyir. 1961-ci ildə diplomatik münasibətlər haqqında 

Vyana  Konvensiyasında  nəzərdə  tutulmuşdur  ki,  ayrı-ayrı  məsələlər 

yerləşmə dövlətinin bu qanun və qaydaları onların müqavilə öhdəliklərinə 

zidd  olmamalıdır.  Bu  dövlətin  iştirak  etdiyi  müqavilə  normaları  və 

qanunvericilik  normaları  arasında  kolliziya  yarandığı  halda  müqavilə 

normaları tətbiq edilir. 

Xarici  diplomatik  nümayəndəliklərin  və  onların  personalının 

statusunun  dövlət  tərəfindən  hüquqi  tənzimlənməsində  məhkəmə 

presedentləri  müəyyən  rol  oynaya  bilər.  Burada  söhbət  məhkəmə 

presedenti  doktrinasını  qəbul  edən,  yəni  milli  məhkəmələrin  qərarlarını 

dövlətdaxili  hüququn  mənbələri  qismində  tanıyan  dövlətlərdən  gedir. 

Məhkəmə  presedentləri  beynəlxalq  və  dövlətdaxili  hüquqda  yaranan 

boşluq lari aradan qaldıra bilər. 

Xarici  diplomatik  nümayəndəliklərin  və  onların  personalının 

statusunun  dövlət  tərəfindən  hüquqi  tənzimlənməsində  yerləşmə 

dövlətində mövcud olan diplomatik təcrübə böyük əhəmiyyət kəsb edir. 

Bu diplomatik təcrübə rəsmi bəyanatlarda, nota mübadiləsində və s.-də öz 

ifadəsini  tapır.  Diplomatik  təcrübəyə  istinad  bu  və  ya  digər  mövqeyin 

əsaslandırılması  üçün  nota  mübadiləsində  geniş  istifadə  olunur.  Şəxsi 



nota,  verbal  nota,  yaddaş  məktubu,  memorandum,  şəxsi  məktub 

hal-hazırda diplomatik yazışmanın əsas sənədləri sayılır. Müasir dövrün 

başqa  diplomatik  sənədləri  də  var.  Dövlət  və  hökümət  başçılarının 

bəyanatları, teleqramlar və s. də diplomatik sənəddir. Bir qayda olaraq, 

teleqramlara cavablar tələb  olunur. Milli  bayramlar,  yubileylər,  mühüm 

tarixi  günlər  və  s.  münasibəti  ilə  teleqram  göndərilir.  Teleqram 

göndərmək  siyasi  əhəmiyyətli  diplomatik  hərəkətdir.  Parlamentlərə 

müraciətdə məsələn, Azərbaycan hökümətinin. Milli Məclisinin Qarabağ 

prob 

67 



lemi, Rusiyanın Ermənistana 1 milyard dollarlıq gizli silah alveri, Dağlıq 

Qarabağ ərazisinin atom tullantılarının basdırıldığı yer (rezervuar) olması 

və s. haqqındakı bəyanatları rəsmi diplomatik sənədlər sayılır. Hər hansı 

bir  məsələ  haqqında  dövlət  rəhbərlərinin,  siyasi  xadimlərin  cavablan 

diplomatik  sənəddir.  Dövlət  və  hökümət  rəhbərlərinin  mətbuat  üçün 

bəyanatları da mühüm diplomatik sənəd sayılır. Bütün bunlar isə əlbəttə 

ki, diplomatik təcrübənin tərkib hissəsidir. 

Eyni zamanda beynəlxalq münasibətlərin normal inkişaf məqsədilə 

dövlətlər  öz  fəaliyyətlərini  milli  qanunvericilik,  məhkəmə  və  digər 

dövlətlərin diplomatik təcrübəsi ilə uzlaşdırmalıdır. Ayrı-ayrı dövlətlərin 

qanunvericilik,  məhkəmə  və  diplomatik  təcrübəsinin  unifıkasiyasında 

başlıca tənzimləyici qarşılıqlıhq prinsipdir. Qarşılıqlıq prinsipinin tətbiqi 

I961-ci  il  diplomatik  münasibətlər  haqqında  Vyana  Konvensiyasında 

nəzərdə  tutulmuşdur.  Bu  prinsipə  birbaşa  istinad  diplomatik 

nümayəndəliklərin  və  onların  personalının  statusunun  ayrı-ayrı 

aspektlərini  tənzimləyən  bütün  ikitərəfli  müqavilələrdə  öz  əksini 

tapmışdır.  Diplomatik  münasibətlərdə  qarşılıqlıhq  prinsipinin  tətbiqi 

dövlətlərin qanunvericiliyində də nəzərdə tutulmuşdur. 

Diplomatik  təcrübədə  elə  hallara  rast  gəlmək  olur  ki,  yerləşmə 

dövləti  xarici  diplomatik  nümayəndəliklərlə  qarşılıqlı  əsasda  hər  hansı 

hüquqlar verməkdən yayınmağa cəhd etdikdə ayrıseçkiliyə yol verməmək 

prinsipinə istinad edirlər. Həqiqətən də, qarşılıqlıhq prinsipi ayrıseçkiliyə 

yol  verməmək  prinsipinə  zidd  ola  bilər.  Ayrıseçkiliyə  yol  verməmək 

prinsipi  qəbul  edən  dövlətin  bütün  dövlətlərin  diplomatik 

nümayəndəlikləri üçün bərabər status təmin etmək öhdəliyi ilə bağlıdır. 

Vyana  Konvensiyası  xüsusi  olaraq  qeyd  edir  ki,  belə  ziddiyət 

yarandığı  halda  qarşılıqlıhq  prinsipinə  üstünlük  verilir.  Diplomatik 

münasibətlərdə 

qarşılıqlıhq 

prinsipinin 

tətbiqi 

diplomatik 

nümayəndəliklərin  və  onların  personalının  statusunun  dövlət  tərəfindən 

hüquqi tənzimlənməsindəki fərqləri aradan qaldırmağa 



68 


Yüklə 3,7 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   225




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə