Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə22/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   18   19   20   21   22   23   24   25   ...   146

61

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

siya təşkil olunmuşdu. Mənim sərəncamımla hələ iyun ayında yaradılmış komis-

siyaya Baş nazir Artur Rasizadə rəhbərlik edirdi. Komissiya sədrinin başçılığı ilə 

komissiya üzvlərinin hamısı çox iş görüblər. Ona görə də mən komissiyanın sədri, 

Baş nazir Artur Rasizadəyə və komissiyanın bütün üzvlərinə təşəkkür edirəm. Ko-

missiyanın üzvlərindən Abid Şərifovun da xidmətini xüsusi qeyd edirəm. Çünki 

Baş nazirdən əlavə, TRASEKA proqramı ilə bizim Nazirlər Kabinetində o məşğul 

olmuşdur, bütün işçi qrupunun keçən görüşlərində iştirak etmişdir və Avropa Bir-

liyi ilə bilavasitə əlaqələr saxlamışdır. Mən Abid Şərifovun xidmətini xüsusi qeyd 

edirəm.

Təbiidir,  bu  komissiyanın  üzvlərinin  hərəsi  öz  sahəsini  təmin  edibdir  və  hər 



biri  mənim  təşəkkürümü  alır.  Amma  komissiyanın  üzvlərindən  başqa,  Prezi-

dent Aparatının  işçiləri  də  çox  işlər  görmüşlər.  Komissiyanın  üzvü  olaraq  şəhər 

icra hakimiyyəti aparatı çox işlər görmüşdür. Bizim hüquq-mühafizə orqanları bu 

konfransın  işinin  təhlükəsizliyini  və  ictimai  asayişi  təmin  etmək  üçün  çox  işlər 

görmüşlər. Nümayəndə heyətlərinə təhkim olunmuş şəxslər də öz vəzifəsini yerinə 

yetirmişlər.

Bu gün buraya dəvət olunanların hər biri bu və ya digər miqdarda, səviyyədə bu 

işlərdə iştirak etmişdir. Ona görə də mən konfransın hazırlanmasında, keçirilməsində 

iştirak etmiş bütün şəxslərə təşəkkür edirəm və hamını bu konfransın uğurlu keçməsi 

münasibətilə təbrik edirəm.

Konfransın Azərbaycanda keçirilməsi ölkəmiz üçün tarixi bir hadisədir. Biz tari-

ximizi yaxşı bilirik və ona görə də cəsarətlə demək olar ki, Azərbaycanın çoxəsrlik 

tarixində  belə  böyük  beynəlxalq  konfransın  keçirilməsi  ilk  hadisədir.  Doğrudur, 

keçmiş illərdə, xüsusən 60-70-80-ci illərdə Azərbaycanda bir çox böyük tədbirlər 

keçirilibdir. Onların əksəriyyəti Sovet Ittifaqı respublikaları çərçivəsində olubdur. 

Respublikamızda bəzi beynəlxalq tədbirlər də keçirilibdir. Onlar da ya bəzi sosi-

alist ölkələrinin iştirakı ilə, ya da bəzi beynəlxalq fəhlə hərəkatı, yaxud kommu-

nist hərəkatı təşkilatlarının iştirakı ilə keçirilibdir. Onların heç biri yüksək dövlət 

səviyyəsində olmayıbdır.

Mən bir də deyirəm və qətiyyətlə, cəsarətlə deyirəm ki, tarixə nəzər salarkən 

Azərbaycan Respublikasının, dövlətinin, ölkəsinin tarixində bu, ilk böyük beynəl-

xalq konfransdır. Biz bunu yüksək qiymətləndirməliyik və bu, Azərbaycan xalqı-

nın, dövlətinin böyük nailiyyəti kimi qiymətləndirilməlidir.

Beynəlxalq  konfransın  Azərbaycanda  keçirilməsi  Azərbaycanın  dövlət  müs-

təqilliyinin möhkəmlənməsini, inkişaf etməsini və beynəlxalq aləmdə tamamilə ta-

nınmasını nümayiş etdirir. Bu bizim müstəqilliyimizin, suverenliyimizin rəmzidir. 

Biz müstəqil dövlət kimi Bakıda 32 dövlətin nümayəndə heyətlərini qəbul etdik və 

dünyanın böyük bir hissəsini əhatə edən əraziyə məxsus böyük bir proqramın - Ta-

rixi Ipək yolunun bərpası proqramının əsasını qoyduq. Bu, böyük tarixi hadisədir. 



62

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Vətənini, torpağını, millətini, ölkəsini sevən hər bir azərbaycanlının, Azərbaycan 

vətəndaşının bu hadisə ilə fəxr etməyə əsası vardır və bununla hər bir adam fəxr edə 

bilər. Çünki bu, bizim millətimizin, ölkəmizin, dövlətimizin adıdır.

Biz Azərbaycanda  dövlət  müstəqilliyi  əldə  edəndən  sonra  ağır  yollar  keçmi-

şik və yolumuz bu gün də asan deyildir. Bizim ən birinci vəzifəmiz o olubdur ki, 

Azərbaycanı  dünyada  olduğu  kimi  tanıdaq.  Bu,  müstəqilliyini  əldə  edən  hər  bir 

ölkə üçün əsas vəzifədir. Amma bu, bizim üçün qat-qat mühüm vəzifə idi. Ona görə 

ki, Azərbaycan dövlət müstəqilliyini əldə edərkən artıq Ermənistanla Azərbaycan 

arasında üç ildən artıq idi münaqişə gedirdi. Ermənistan və ermənilərin dünyada-

kı  diasporu,  lobbisi  bu  münaqişədə  Azərbaycanı  günahlandırmışdı.  Azərbaycan 

haqqında demək olar ki, dünyanın bütün ölkələrində çox mənfi fikir yaranmışdı. 

Təkcə bütün ölkələrdə deyil, Sovetlər Ittifaqında da, Moskvada da, yəni biz o vaxt-

lar tərkibində olduğumuz ölkədə də belə bir əhval-ruhiyyə var idi ki, guya Qarabağ 

münaqişəsinin yaranmasında günahkar Azərbaycandır.

Xatırlayın,  hətta  bizim  özümüzün  içimizdə  olan  bəzi  azərbaycanlılar  da 

ermənilərin bu fikrini gücləndirirdilər. 1988-ci ildə Moskvada nə yazılar gedirdi? 

Bu münaqişə nə üçün başlandı? Çünki Azərbaycan rəhbərliyi və xüsusən, o vaxt-

lar təqib altında olan, təcrid vəziyyətində yaşayan Heydər Əliyev, Azərbaycanın 

keçmiş  rəhbəri  guya  erməniləri Azərbaycanda  əzibdir  və  Dağlıq  Qarabağa  ögey 

münasibət göstərilibdir. Guya Dağlıq Qarabağ Azərbaycanın tərkibində olarkən in-

kişaf edə bilməyibdir, ona görə də ermənilər boğaza yığılıblar və indi Azərbaycanın 

tərkibindən çıxıb Ermənistanın tərkibinə keçmək istəyirlər. Guya bunların da əsası 

var, çünki bunlara ögey münasibət göstərilibdir, guya bunun da günahkarı Heydər 

Əliyevdir.

Siz  bu  yazıları,  sözləri  xatırlayırsınız.  Bunu  Moskvada  təkcə  Azərbaycana 

düşmən olan adamlar demirdilər, bunu burada bəzi azərbaycanlılar da deyirdilər. 

Azərbaycanın o vaxtkı rəhbərləri bunu Moskvada tribunalardan deyirdilər. Onlar 

kimə xidmət ediblər? Öz şəxsi ambisiyalarını həyata keçirmək üçün, şəxsi mənfur 

məqsədlərinə nail olmaq üçün xalqı, milləti ləkələyirdilər.

Mən o vaxt bir neçə yerə məlumat verdim ki, bunlar yalandır. Sənədlər çıxardım 

ki,  Dağlıq  Qarabağ Azərbaycanın  tərkibində  ümumazərbaycan  səviyyəsindən  üç 

dəfə artıq inkişaf edibdir. Bütün illərdə, elə 20-ci illərdən başlayaraq, o cümlədən 

70-ci illərdə. Rəqəmlər var idi, statistika var idi. Amma o statistikaya baxan yox 

idi. Həmin vaxt onlara lazım idi ki, Azərbaycanı günahlandırsınlar və Azərbaycanı 

günahlandırdılar,  ləkələdilər.  Beləliklə, həm  Sovetlər  Ittifaqında, Moskvada  belə 

bir fikir yarandı və həm də erməni diasporu bütün dünyada bu fikri yaratdı ki, guya 

bü münaqişədə Azərbaycan günahkardır.

Ona görə də mən deyirəm ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən 

biz  çalışmışıq,  məqsədimiz  ondan  ibarət  olub  ki,  bax,  bu  mənfi  fikri  dağıdaq, 




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə