Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə19/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   15   16   17   18   19   20   21   22   ...   146

55

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

kəndlərin bərpasına sərf edilir. 

Artur  Rasizadə:  Ümumiyyətlə,  Avropa  Birliyi  tərəfindən  indiyə  qədər 

Azərbaycana 225 milyon dollar yardım edilibdir. 



Heydər Əliyev: Qaytarılan kredit də buraya daxildir? 

 Artur Rasizadə: Xeyr. Bunlar Azərbaycana birbaşa edilmiş yardımdır. 

Abbas Abbasov: Avropa Birliyi respublikamızın təkcə aqrar sahəsinə 16 milyon 

dollar yardım edibdir. 



 Artur Rasizadə: Bəli, bütün bunlar hamısı 225 milyon dollardır. 

Abid Şərifov: Cənab prezident, Avropa Birliyi TRASEKA proqramı çərçivəsində 

Azərbaycana qrant şəklində 7 milyon 650 min ekyu məbləğində investisiya qoy-

muşdur. Bu vəsaitin 6 milyondan çoxu respublikamızda körpülərin, sərhəd postla-

rının tikilməsinə, bərpasına və Bakı limanında bir sıra yenidənqurma işləri aparıl-

masına xərclənibdir. 

Heydər  Əliyev:  Beləliklə,  yenə  də  deyirəm,  Avropa  Birliyi  ilə  bizim 

əməkdaşlığımız  uğurludur  və  bu  yardımlar  Azərbaycanın  problemlərinin  həll 

edilməsinə sərf olunur və bundan sonra da sərf olunacaqdır. Bizim əməkdaşlığımızın 

məhz belə - həm səmimi, həm də uğurlu olması nəticəsində də TRASEKA proq-

ramının inkişaf etdirilməsi və Böyük Tarixi Ipək yolunun bərpa edilməsi mövzusu 

Avropa Birliyinin Iqtisadi Komissiyasında bir neçə dəfə müzakirə olunmuş və belə 

bir konfransın keçirilməsinin zəruriliyi bildirilmişdir. 

Mən  bunu  konfransda  demişəm.  TRASEKA  proqramı  qəbul  ediləndən  son-

ra işçi qrupları bir neçə dəfə görüşüblər və bu proqramın həyata keçirilməsi hər 

dəfə müzakirə olunubdur. Ancaq bu konfrans TRASEKA proqramının təkcə həyata 

keçirilməsi  yox,  onun  yeni  bir  proqrama  çevrilməsi,  yəni  TRASEKA  proqramı 

əsasında yeni böyük bir proqramın qəbul olunması zərurətindən meydana çıxmış-

dır. Bunun üçün də bir çox hazırlıq işləri görülmüşdür və belə bir konfransın harada 

keçirilməsi də müzakirə olunmuşdur. 

Bütün bu hazırlıq işlərində Azərbaycan çox fəal iştirak etmişdir. Imzalanan əsas 

sənəd, saziş - “Avropa-Qafqaz-Asiya” dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat 

haqqında əsas çoxtərəfli saziş” və onun texniki əlavələri bir neçə ay, bəlkə də bir il 

müddətində hazırlanmışdır. 

Belə  bir  konfransın  keçirilməsi  zərurəti  meydana  gəldiyi  zaman  onun  harada 

keçirilməsi də müzakirə olunmuşdur. 

TRASEKA  proqramında  iştirak  edən  ölkələrin,  şübhəsiz  ki,  hər  biri  belə  bir 

konfransın öz ölkəsində keçirilməsinin arzusunda olmuş və namizədliyini vermişdi. 

Biz də belə bir konfransın Azərbaycanda keçirilməsi təklifini irəli sürmüşük. 

Şübhəsiz ki, Biz belə bir təklif irəli sürərkən dərk edirdik ki, bu, çox məsuliyyətli, 

çətin  işdir.  Indi,  Azərbaycanın  problemlərlə  rastlaşdığı,  Ermənistan-Azərbaycan 

münaqişəsi mövcud olduğu zaman belə böyük beynəlxalq konfransın Azərbaycan-




56

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

da keçirilməsi bizim üzərimizə həm çox vəzifələr və həm də böyük məsuliyyət qo-

yur. Biz bunları dərk edərək Azərbaycanın namizədliyini irəli sürdük. Başqa ölkələr 

də öz namizədliklərini irəli sürmüşdülər. Bu məsələlər bir neçə dəfə müzakirə olun-

muşdu, ancaq həm Avropa Birliyinin Komissiyası, həm də TRASEKA proqramında 

fəal iştirak edən ölkələrin əksəriyyəti bu konfransın Azərbaycanda keçirilməsinə 

razılıq vermişdilər. Yenə də deyirəm, qərar qəbul olunanadək hələ mübahisələr ge-

dirdi ki, bu beynəlxalq konfrans Azərbaycanda, Bakıda, yaxud Qafqazın, Asiyanın 

başqa bir ölkəsində keçirilsin. 

Nəhayət, bizim təklifimiz qəbul olundu və beynəlxalq konfransın Azərbaycanda, 

Bakıda keçirilməsi qərara alındı. Bununla əlaqədar biz əməli işə başladıq. Bu əməli 

iş xeyli zaman idi ki, gedirdi. Ancaq bu işi daha da mütəşəkkil aparmaq üçün mən 

iyun ayında xüsusi sərəncam qəbul etdim və konfransın hazırlanması, keçirilməsi 

üçün  komissiya  təşkil  etdim.  Bu  komissiyaya  Baş  nazir Artur  Rasizadə  başçılıq 

edirdi və axıra qədər də başçılıq etdi. Komissiyanın tərkibində bugünkü müşavirədə 

iştirak edənlərin bir çoxu vardır.

Qeyd etməliyəm ki, komissiya çox iş görmüşdür və beynəlxalq konfrans yax-

şı  hazırlanmışdır.  Konfransı  keçirmək  üçün  Avropa  Birliyinin  Komissiyası  ilə 

məsləhətləşərək mən, Azərbaycanın prezidenti bu konfransda iştirak etmələri zəruri 

olan ölkələrin dövlət və hökumət başçılarına xüsusi məktublar göndərdim və bu 

ölkələri konfransda iştirak etməyə dəvət etdim.

Şübhəsiz  ki,  həmin  ölkələr  Ipək  yolunun  bərpası  ilə  əlaqədar  olan  ölkələrdir. 

Bu  ölkələrin  tərkibi Avropa  Birliyinin  Komissiyası  ilə  razılaşdırılmışdır. Ancaq 

dəvəti Azərbaycan prezidenti göndərmişdir. Indi artıq görünür ki, bizim dəvətimiz 

qəbul olunmuşdur və 32 dövlət, ölkə beynəlxalq konfransda iştirak etmişdir. Biz 

dövlətlərlə, ölkələrlə bərabər, beynəlxalq təşkilatlara da dəvətlər göndərmişik. Dəvət 

olunan  beynəlxalq  təşkilatların  -  13  beynəlxalq  təşkilatın  hamısının  nümayəndə 

heyətləri konfransda iştirak etmişdir.

Beləliklə, konfrans həqiqətən böyük, beynəlxalq bir konfrans oldu. Konfransın 

iştirakçıları həm Ipək yolunun bilavasitə xətti üzərində yerləşən, həm də bu Ipək 

yoluna böyük maraq göstərən ölkələrin nümayəndələri idilər. Konfransda Amerika 

Birləşmiş  Ştatlarından, Yaponiyadan,  Çindən, Avropa  ölkələrinin  demək  olar  ki, 

əksəriyyətindən  nümayəndə  heyətləri,  Qafqaz,  Mərkəzi  Asiya,  Monqolustan  və 

Asiyanı təmsil edən digər ölkələr iştirak edirdilər.

Siz  bilirsiniz,  nümayəndə  heyətləri  yüksək  səviyyəli  idi.  Konfransda  9  ölkə 

dövlət başçıları - prezidentlərlə təmsil olunmuşdu, bir ölkədən nümayəndə heyətinə 

Baş nazir rəhbərlik edirdi. Digər nümayəndə heyətlərinə nazirlər, Baş nazirin müa-

vini və başqa yüksək vəzifəli şəxslər rəhbərlik edirdilər. Təkcə nümayəndə heyətləri 

üzvlərinin sayı 180 nəfər idi. Ancaq bilirsiniz ki, hər ölkədən gələn nümayəndə 

heyətini müşayiət edən çoxsaylı şəxslər də var idi.




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə