Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə2/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   2   3   4   5   6   7   8   9   ...   146

12

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Azərbaycan  Respublikasının  coğrafi-strateji  vəziyyəti  onun Avropa  Ittifaqının 

bütün proqramlarında iştirakını şərtləndirir. Elə bu səbəbdən də Azərbaycan Res-

publikası Avropa Ittifaqının nəqliyyat və enerji sahələrində proqramlarının fəal iş-

tirakçısıdır. “Yeni Ipək Yolu” adlandırılan TRASEKA  proqramı Mərkəzi Asiya, 

Qafqaz və Avropa arasında nəqliyyat əlaqələrini inkişaf etdirilməsini nəzərdə tutan 

proqramdır. TRASEKA  (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) Brüsseldə 3 may 

1993-cü  il  tarixində  keçirilmiş  8  təsisçi  dövlətin  (5  Mərkəzi Asiya  və  3  Cənubi 

Qafqaz  ölkələri)  ticarət  və  nəqliyyat  nazirlərinin  Konfransında  təsis  olunmuş-

dur.  Proqramın  məqsədi  qeyd  edilən  dövlətlərin  siyasi  və  iqtisadi  müstəqilliyini 

dəstəkləməklə onların alternativ nəqliyyat yolları vasitəsilə Avropa və dünya bazar-

larına çıxış qabiliyyətini yüksəltmək və Avropadan Qara Dəniz və Qafqaz vasitəsilə 

Mərkəzi Asiyaya və əks istiqamətdə ən tez və ən ucuz nəqliyyat dəhlizinin yaradıl-

masından ibarətdir. 

TRASEKA üzrə ən mühüm tədbir – beynəlxalq konfrans 1998-ci ilin sentyabr 

ayında  Bakıda  keçirilmişdir.  Avropa  Komissiyasının  təşkilatçılığı  ilə  keçirilən 

bu  tədbirdə  TRASEKA  proqramının  iştirakçısı  olan  32  dövlətin  ən  yüksək 

səviyyəli nümayəndə heyəti ilə yanaşı, 13 beynəlxalq və regional qurumların da 

nümayəndələri  iştirak  etmişdir.  Konfransın  sonunda  Avropa  Ittifaqı  Komissiya-

sı, iştirakçı ölkələrin rəhbərləri “Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasiya 

dəhlizinin inkişafına dair çoxtərəfli saziş”i imzalamışdır. Bundan başqa iştirakçılar 

adından Avrasiya ölkələri arasında hərtərəfli əməkdaşlıq və regional inteqrasiyanın 

əsas prinsiplərini əks etdirən “Bakı bəyannaməsi” də qəbul edilmişdir. Beynəlxalq 

konfransda TRASEKA layihəsinin işlərini planlaşdırmaq və həyata keçirilməsini 

koordinasiya etmək məqsədilə Bakı şəhərində xüsusi “mənzil-qərargah”ın yaradıl-

ması qərara alınmışdır. 

Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın ən çətin dövrlərində, iqtisadiy-

yatının böhranlı vəziyyətində Avropa Ittifaqı ölkəmizə 400 milyon avro dəyərində 

yardım göstərmişdir. 

2004-cü ilin mayında Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyev 

Avropa Ittifaqı Şurasının Baş katibi Xavyer Solana ilə Brüsseldəki görüşündə bir 

daha vurğulamışdır: “Azərbaycan gələcəyini Avropa ailəsində görür. Əlbəttə ki, biz 

əlimizdən gələni edəcəyik ki, Avropanın bütün meyarlarına cavab verə bilək”.

Azərbaycan Respublikasını

 

Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etmək haq-



qında AI Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ikitərəfli əməkdaşlıqda irəliyə 

doğru mühüm addım olmuşdur. AI ilə əlaqələrdə daha yüksək səviyyəli siyasi və 

iqtisadi inteqrasiya vəd edən AQS ona daxil olan ölkələr üçün tərəfdaşlığın gələcək 

inkişafı baxımından yeni bir mərhələ olmuşdur. 

AQS ölkəmiz üçün aşağıdakı imkanları yaratmışdır: 

-  siyasi,  iqtisadi  və  inzibati  islahatların  həyata  keçirilməsi  və  birgə  dəyərlərə 




13

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

hörmət edilməsində konkret irəliləyişə nail olunması müqabilində AI-nin daxili ba-

zarında müəyyən paya sahib olma imkanı; 

- vətəndaşların, əmtəələrin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsini təmin 

etmək məqsədilə gələcək inteqrasiya və liberalizasiya proseslərində iştirak

- AI üzv ölkələri ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, güzəştli ticarət 

əlaqələri və  açıq  bazar,  miqrasiya,  narkotiklər  və mütəşəkkil cinayətkarlıqla  

mübarizə sahəsində əməkdaşlıq, sərmayələrin təşviqi, yeni maliyyə mənbələrinin 

əldə edilməsi, ölkəmizin Ümumdünya  Ticarət  Təşkilatına üzv olmasının  dəstəklən-

məsi və s. 

AQS-in mərkəzi elementi isə AI ilə hər bir tərəfdaş ölkə arasında razılaşdırılmış 

və ölkə üzrə bir sıra qısa və orta müddətli prioritetlərin əks  olunduğu Fəaliyyət 

Planlarıdır. Azərbaycan Respublikası – Avropa Ittifaqı Fəaliyyət Planı 14 noyabr 

2006-cı ilin tarixində Brüsseldə AR-AI Əməkdaşlıq Şurasının iclası zamanı qəbul 

edilmişdir.

7 noyabr 2006-cı ildə Brüsseldə Azərbaycan Prezidenti Ilham Əliyev və Avro-

pa Komissiyasının sədri Joze Manuel Barrozu Azərbaycan Respublikası və Avropa 

Birliyi arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memoran-

dumu imzalamışlar.  Bu memorandum artıq tərəflər arasında münasibətlərin yeni 

müstəviyə daxil olmasının göstəricisi sayıla bilər. Belə ki, bu anlaşma memoran-

dumunun icrası Azərbaycanın Avropa Ittifaqının enerji bazarlarına daha tez inteq-

rasiyasına kömək etməklə yanaşı, Xəzər hövzəsindən enerji daşıyıcılarının nəqli 

Avropa Ittifaqının enerji təhlükəsizliyini daha da güclənməsinə xidmət edəcəkdir. 

Avropa Ittifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə müna-

sibəti ilə də seçilir.  Hələ 1992-1994-cü illərdə bu münaqişə ilə bağlı Avropa It-

tifaqı  dəfələrlə  bəyanat  qəbul  etmişdir.  Avropa  Ittifaqının  rəsmi  sənədlərində 

Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə müdafiə olunmuş və Dağlıq Qara-

bağda keçirilən seçkilər pislənilmişdir.

2010-cu  il  mayın  20-də Avropa  Parlamenti Avropa  Ittifaqının    Cənubi    Qaf-

qaz    strategiyasına  dair  2009/2216  nömrəli  qətnamə  qəbul  etmişdir.  Qətnamədə 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinə 

xüsusi yer verilmişdir. 

Qətnamədə  Dağlıq  Qarabağ  müharibəsi  zamanı  doğma  yurdlarından  didərgin 

düşmüş yüz minlərlə qaçqın və məcburi köçkünün pozulmuş insan haqlarından cid-

di narahat olduğunu bəyan edən Avropa Parlamenti Ermənistan silahlı qüvvələrinin 

işğal etdikləri Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb etmiş və məcburi 

köçkünlərin  doğma  evlərinə  qayıtması  prosesi  zamanı  və  keçid  mərhələsində 

əhalinin  təhlükəsizliyini  BMT  Nizamnaməsi  əsasında  təmin  etmək  üçün  həmin 

ərazilərdə beynəlxalq qüvvələrin yerləşdirilməsinin vacibliyini vurğulamış, siya-

si  hakimiyyətləri  və  icmaların  rəhbərlərini  məcburi  köçkünlərin  geri  dönməsinə 



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə