Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə20/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   16   17   18   19   20   21   22   23   ...   146

57

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

Konfransda 20 ölkədən 210 mətbuat nümayəndəsi - jurnalistlər, kütləvi infor-

masiya orqanlarının nümayəndələri iştirak etmişlər. Bu konfransda dünyanın böyük 

agentliklərinin, televiziyalarının nümayəndələri iştirak etmişlər. 

Beynəlxalq  təşkilatların  demək  olar  ki,  hamısı  konfransda  təmsil  olunmuş-

dur.  Birləşmiş  Millətlər  Təşkilatının,  ATƏT-in,  Avropa  Birliyinin,  Müstəqil 

Dövlətlər  Birliyinin,  Qara  Dəniz  Iqtisadi  Əməkdaşlıq  Təşkilatının,  Iqtisadi 

Əməkdaşlıq Təşkilatının nümayəndə heyətləri, dünyanın böyük banklarının - Dün-

ya Bankının, Avropa Yenidənqurma və Inkişaf Bankının, Islam Bankının, bir çox 

beynəlxalq nəqliyyat təşkilatlarının nümayəndələri, yəni dünyanın əsas beynəlxalq 

təşkilatlarının hamısı bu konfransda təmsil olunmuşdur.

Həmin nümayəndə heyətlərinin konfransda təkcə təmsil edilməsi deyil, hər bir 

nümayəndə  heyəti  beynəlxalq  konfransın  işində  fəal  iştirak  etmişdir.  Çünki  32 

ölkəni,  dövləti  təmsil  edən  nümayəndə  heyətləri  başçılarının  hamısı  konfransda 

nitq söyləmişdir.

13 beynəlxalq təşkilatı təmsil edən nümayəndə heyətlərinin başçıları konfrans-

da çıxış etmişlər. Bütün bu danışıqların, nitqlərin, konfransların işinin məzmunu 

sizə məlumdur. Konfransın işi əvvəldən axıradək Azərbaycan televiziyası vasitəsilə 

canlı yayılıbdır. Güman edirəm ki, siz bunları seyr etmisiniz, dinləmisiniz, bilirsi-

niz. Bizim qəzetlər də konfransın demək olar ki, stenoqramını dərc etdilər.

Ancaq qısaca olaraq onu deyə bilərəm ki, konfransda gedən bütün danışıqların 

məzmunu ondan ibarət olmuşdur ki, hamı eyni fikirdədir: Tarixi Böyük Ipək yolunu 

bərpa etmək lazımdır. Bunu bərpa etmək üçün hər bir ölkə lazımi kommunikasi-

ya xətləri yaratmalıdır. Avropa Birliyi Komissiyası bunu indiyədək himayə etdiyi 

kimi, bundan sonra da himayə edəcəkdir. Yəni konfransın bütün iştirakçıları həm 

Avropa Birliyi ilə Azərbaycanın təşəbbüsünü - bizim bu təşəbbüsümüzə Gürcüstan 

prezidenti Eduard Şevardnadze də qoşulmuşdur - yüksək qiymətləndirmişdir, həm 

də konfransın əhəmiyyətini və orada müzakirə olunan məsələlərin gələcək üçün 

çox böyük əhəmiyyətini qeyd etmişlər.

Bilirsiniz ki, bəzi ölkə və dövlət başçıları konfransla əlaqədar mənim ünvanı-

ma xüsusi məktublar göndərmişlər. Çin Xalq Respublikasının sədri cənab Szyan 

Szemin, Yaponiyanın Baş naziri cənab Obuti, Böyük Britaniya və Şimali Irlandiya 

Birləşmiş Krallığının Baş naziri cənab Toni Bleyer, Qazaxıstanın prezidenti cənab 

Nazarbayev  özləri  iştirak  edə  bilmədiklərinə  görə  məktublar  göndərmişlər.  Bu 

məktublar mənə təqdim olunubdur. Onlar mətbuatda dərc ediləcəkdir.

Başqa  nümayəndə  heyətləri,  hansılar  ki,  dövlət,  hökumət  başçıları  tərəfindən 

təmsil olunmurdular, onların da hər biri çıxışlarında öz dövlət və hökumət başçıla-

rının konfransa münasibətini, fikrini və təkliflərini bəyan etdilər.

Beləliklə,  mən  hesab  edirəm  ki,  konfrans  qarşıya  qoyulan  vəzifəni  layiqincə 

həyata keçirdi və beynəlxalq aləmdə tarixi bir hadisəyə çevrildi. Konfransda çıxış 



58

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

edən natiqlərin demək olar ki, hamısı bunu qeyd etdilər.

Məlumdur ki, bu konfransda üç sənəd imzalandı. Birincisi - “Avropa-Qafqaz-Asi-

ya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş” və 

onun texniki əlavələri, ikincisi - Bakı bəyannaməsi, üçüncüsü - tarixi Ipək yolunun 

bərpası üzrə beynəlxalq konfransın yekun rəsmi məlumatıdır. Bildirmək istəyirəm 

ki, bu sənədlər cürbəcür imzalanıbdır. Birinci sənəd 14 dövlət tərəfindən imzalanıb-

dır. Bakı bəyannaməsi çox dövlətlər tərəfindən imzalanıbdır. Üçüncü sənəd - yekun 

rəsmi məlumatı 29 dövlətin və Avropa Birliyinin nümayəndə heyətləri tərəfindən 

imzalanıbdır.

Beləliklə,  bu  sənədlər  artıq  böyük  əhəmiyyət  kəsb  edir.  Biz  bu  sənədlərin 

həyata  keçirilməsi  ilə  əlaqədar  lazımi  tədbirlər  görəcəyik.  Konfransın  yekunla-

rı,  Azərbaycan  Respublikasının  üzərinə  düşən  vəzifələrin  yerinə  yetirilməsi  ilə 

əlaqədar  mənim  fərmanım  artıq  hazırlanır.  Həmin  fərmanda  respublikamızın, 

ölkəmizin hökumət, dövlət orqanları tərəfindən görüləcək işlərin hamısı müəyyən 

ediləcəkdir. Mən bu fərmanı yaxın günlərdə imzalayacağam.

Mən bu gün iftixar hissi ilə deyə bilərəm ki, biz, Azərbaycan müstəqil dövlət 

kimi  böyük  bir  beynəlxalq  konfransın  təşkilatçısı  olduq,  belə  bir  konfransın 

Azərbaycanda, Bakıda yüksək səviyyədə keçirilməsini təmin etdik.

Mən  konfransın  işini  yekunlaşdırarkən  bunu  bəyan  etmişdim.  Bu  gün  bir  də 

bəyan  edirəm  ki,  konfransın  Bakıda  keçirilməsi  Avropa  Birliyi  və  TRASEKA 

proqramının  iştirakçıları  tərəfindən  Azərbaycana  göstərilən  etimaddır  və  böyük 

diqqətdir. Biz bunu yüksək qiymətləndirməliyik. Bunun əhəmiyyəti ondan ibarətdir 

ki, Avropa Birliyi kimi yüksək səviyyəli beynəlxalq təşkilat Azərbaycan ilə ötən 

illər etdiyi əməkdaşlığın nəticəsində Azərbaycanın bir müstəqil, demokratik, azad 

ölkə kimi böyük beynəlxalq konfrans keçirmək hüququna malik olduğunu nümayiş 

etdirib və belə bir konfransın Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edib-

dir. Konfransın iştirakçıları da bu konfransın birinci Azərbaycanda keçirilməsinin 

zəruri olduğunu qəbul ediblər və bu konfransda fəal iştirak ediblər.

Dediyim kimi, konfransda Azərbaycan da daxil olmaqla 9 ölkə dövlət başçıları 

ilə, bir ölkə isə baş nazirlə təmsil olunmuşdu. Beləliklə, 32 nümayəndə heyətindən 

onu dövlət və hökumət başçıları tərəfindən təmsil edilmişdi. Bunun özü də böyük 

hadisədir və konfransa bu ölkələr tərəfindən çox yüksək əhəmiyyət verilməsinin 

təzahürüdür,  eyni  zamanda  bu  ölkələrin  dövlət  başçılarının  Azərbaycana 

göstərdikləri münasibətin təzahürüdür.

Biz çalışırdıq ki, konfransın keçirilməsi bütün parametrlərinə görə beynəlxalq 

standartlar səviyyəsində olsun. Bu gün məmnuniyyət hissi ilə deyə bilərəm ki, biz 

buna  nail  olduq.  Çünki  mən  və  mənimlə  bərabər Azərbaycanın  bir  neçə  rəhbər 

vəzifəli şəxsləri son illər, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra bir 

çox beynəlxalq toplantılarda, sammitlərdə, konfranslarda iştirak etmişik. Bu konf-




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə