Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə21/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   17   18   19   20   21   22   23   24   ...   146

59

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

ransı  hazırlayarkən  biz  birinci  növbədə  çalışmışdıq  ki,  gördüklərimizdən  və  bu 

beynəlxalq konfransların hazırlanması, xüsusən həyata keçirilməsi təcrübəsindən 

səmərəli  istifadə  edək  və  Bakıda  keçirilən  konfrans  da  gördüyümüz  konfranslar 

səviyyəsində olsun. Mən bu gün deyə bilərəm ki, biz buna nail olmuşuq.

Həqiqətən,  nümayəndə  heyətlərinin  Bakıya  endikləri  vaxtdan  Bakı  hava  li-

manından  ayrıldıqları  zamana  qədər  onların  səmərəli  işinin  təmin  olunması  və 

ümumiyyətlə,  konfransın  mütəşəkkil  aparılması  hamının  gözü  qabağındadır. 

Demək  olar  ki,  bütün  nümayəndə  heyətləri, onların  başçıları,  üzvləri  konfransın 

işinin təşkilinə, gələn qonaqların yerləşdirilməsinə, onlara göstərilən xidmətə və 

konfransın çox mütəşəkkil aparılmasına, müasir texniki vasitələrdən istifadə olun-

masına yüksək qiymət verdilər.

Təbiidir, bu, asanlıqla olmamışdır. Biz çox hazırlıq işləri gördük və birincisi, 

gələn nümayəndə heyətlərinin münasib şəraitdə yerləşdirilməsi, onların burada ol-

duqları müddətdə fəaliyyətlərinə lazımi şərait yaradılması üçün, ikincisi də konf-

ransın keçiriləcəyi yerdə beynəlxalq standartlara uyğun şəraitin yaradılması üçün 

çox iş gördük.

Bu  baxımdan  bizim  “Gülüstan”  sarayı  Azərbaycanın  bu  günü  üçün  də  çox 

gərəkli  oldu.  “Gülüstan”  sarayı  1980-ci  ildə  tikilib  istifadəyə  verilibdir,  18  ildir 

ki, Azərbaycana  xidmət  edir. Ancaq  mən,  bu  “Gülüstan”  sarayının  tikilməsinin, 

inşa edilməsinin, yaranmasının təşəbbüskarı kimi və bu işi o illər bilavasitə həyata 

keçirən adam kimi, böyük iftixar hissi keçirirəm ki, bu saray Azərbaycanın dövlət 

müstəqilliyinə çox dəyərli xidmətlər göstərir. Tək bu konfransda yox, ona qədər də. 

Ancaq bu konfransın keçirilməsi üçün “Gülüstan” sarayı əsaslı təmir olundu. Bu da 

lazım idi, çünki 18 il bundan öncə tikilmiş binanın təmirə ehtiyacı var idi. Təmir 

olundu  və  müasir  səviyyəyə  çatdırıldı.  Bununla  bərabər,  konfransın  keçirilməsi 

üçün orada əlavə ayrı-ayrı otaqlar, bölmələr yaradıldı. Bunların da sayəsində həm 

konfrans  iştirakçılarının,  yəni  nümayəndə  heyətlərinin,  onların  üzvlərinin  orada 

normal şəraitdə fəaliyyət göstərməsi üçün, həm nümayəndə heyətlərini müşayiət 

edənlər üçün, həm də çoxsaylı jurnalistlər üçün bütün imkanlar yaradıldı.

Mən  bu  gün  tam  əsasla  deyə  bilərəm  ki,  “Gülüstan”  sarayının  o  böyük  salo-

nu  dünyanın  bir  çox  ölkələrində  keçirilmiş  konfransların  salonlarından  nəinki 

fərqlənmirdi, bəlkə də bəzilərinə nisbətən daha da görkəmli, daha da münasib görü-

nürdü. Bu, tarixi bir hadisədir.

Ancaq bir “Gülüstan” sarayı deyildir. Artıq bizim Bakıda çoxsaylı qonaqların 

yerləşdirilməsi üçün  müasir  tələblərə uyğun  otel  imkanlarımız vardır.  Bunlar  da 

çox xeyirli oldu.

Bilirsiniz ki, bu konfransın keçirilməsi ilə əlaqədar biz bir çox avtonəqliyyat 

vasitələri  -  avtobuslar,  müasir  tələblərə  cavab  verən  minik  avtomobilləri  aldıq 

və  bunlardan  da  istifadə  olundu.  Bütün  bunların  hamısı Azərbaycanın  bu  günü-



60

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

nü nümayiş etdirirdi. Hətta bizim hava limanının binasındakı, Azərbaycan dilində 

desək,  o  şərəf  salonu  -  və  yaxud  beynəlxalq  termində  bir  “vip”  sözü  vardır,  - 

müasirləşdirildiyinə görə o da çox böyük təəccüb doğurdu ki, bu necə də yaxşıdır. 

Baxmayaraq ki, mənim özüm istərdim ondan da yaxşı olsun.

Bizim dostumuz, Türkiyənin prezidenti cənab Süleyman Dəmirəl mən onu yola 

salarkən çox şeydən razılığını bildirdi və dedi ki, buranı da çox gözəl etmisiniz. Mən 

əvvəllər buranı belə görməmişdim, indi müasir tələblərə uyğun olan şərəf salonu-

dur. Mən ona dedim ki, biz başqa bir hava limanı tikirik və onu gələn il istifadəyə 

verəcəyik. Dedim ki, açılışa sizi dəvət edəcəyəm və orada hər şey, o cümlədən şərəf 

salonu bundan da yaxşı olacaqdır.

Orada tikilən hava limanını hamı görür. Mən ona dedim ki, 1981-ci ildə biz o 

hava limanının əsasını qoyduq. Mən o illər Azərbaycanda müasir tələblərə uyğun 

yeni bir hava limanının tikilməsinə çalışırdım və mənim qərarım əsasında Moskva-

da layihələr hazırlandı, bizim memarlar işlədilər. O layihələrə bir neçə dəfə baxdıq. 

1981-ci ildə onun əsasını qoyduq. Ancaq baxın, neçə illər keçdi, o tikilmədi. Görü-

nür ki, onun əsasını mən qoyduğumu görə, böyük bir fasilədən sonra onu mən də 

axıra çatdırmalıyam. 1999-cu ildə biz onu mütləq istifadəyə verəcəyik.

Indi Azərbaycan bütün dünya ilə hava xətləri ilə birləşibdir. Lazımdır ki, bu hava 

xətlərindən, hava yollarından istifadə edən hər bir şəxs - Azərbaycan vətəndaşı, ya 

başqa hər bir ölkənin vətəndaşı bizim hava limanında yaxşı, müasir şəraitə uyğun 

olan imkanlardan istifadə edə bilsin. Ancaq bu gün üçün də bizim o şərəf salonunun 

təmir olunması və müasirləşdirilməsi qonaqlara müsbət təsir bağışladı.

Siz nümayəndə heyətlərinin çıxışlarını televiziya ilə izləyirdiniz, dinləyirdiniz. 

Sizə  məlumdur  ki,  çıxış  edənlərin  əksəriyyəti  həm Azərbaycanın  bu  konfransın 

keçirilməsi barədə təşəbbüsünü çox yüksək qiymətləndirmişlər, həm də konfran-

sın işinin yaxşı təşkil olunmasını dəyərləndirmişlər. Bu, onların rəsmi bəyanatları 

idi. Ancaq şəxsi, mənimlə olan danışıqlarda, Azərbaycanın konfransda iştirak edən 

başqa nümayəndələri ilə danışıqlarda, o cümlədən nümayəndə heyətlərinə təhkim 

olunmuş  Azərbaycan  Nazirlər  Kabinetinin,  Prezident  Aparatının,  nazirliklərin 

işçiləri ilə danışıqlarda hamısı çox böyük razılıq hissi ilə konfransın yaxşı təşkil 

olunmasını və keçirilməsini qeyd edirdilər. Bu da özü-özlüyündə bizim üçün çox 

əhəmiyyətlidir.

Beləliklə,  biz  böyük  bir  imtahan  verdik. Azərbaycanda  1998-ci  ilin  sentyabr 

ayında yüksək səviyyəli beynəlxalq konfrans keçirildi. Burada iştirak edənlər və 

iştirak etməyənlərin çoxu, bütün bu işlərə cəlb olunmuş insanlar - kiçik işçidən baş-

layaraq ayrı-ayrı məmurlara qədər hamı, şübhəsiz ki, Azərbaycanda belə bir konf-

ransın keçirilməsi üçün səylərini qoymuşlar, hərə öz xidmətini, vətənpərvərliyini 

göstərmişdir, beləliklə də konfrans uğurla keçmiş, başa çatmışdır.

Şübhəsiz ki, bu işlərin bilavasitə rəhbərləri var idi. Mən qeyd etdim ki, komis-




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə