Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə30/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   26   27   28   29   30   31   32   33   ...   146

80

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

illər var. Ancaq biz bu yol ilə gedirik.

Keçid dövründə, bəzi strukturların dəyişilməsi prosesində, təbii ki, korrupsiya 

üçün daha da əlverişli şərait yaranır.

Siz bunu bilməlisiniz ki, bəlkə korrupsiyadan mənim qədər narahat olan ikinci 

adam Azərbaycanda tapa bilməzsiniz. Çünki mən həyatım boyu bununla mübarizə 

aparmışam. Bu gün də aparıram, gələcəkdə də aparacağam. Bunun müxtəlif forma-

ları var. Bilirsiniz, bəziləri illüziyaya qapılırlar ki, bazar iqtisadiyyatı olandan sonra 

korrupsiya olmayacaqdır. Yaponiyada bazar iqtisadiyyatı var. Nə üçün korrupsiya 

var?  Orada  neçə  Baş  nazir  korrupsiyaya  görə  istefa  verdi.  Italiyada  baş  nazirlər 

korrupsiyaya görə istefa verdilər. Başqa ölkələrdə də. Elədir?

Joot Lagenduk: Çox doğru deyirsiniz.

Heydər  Əliyev:  Doğru  deyirəm.  Demək  ki,  guya  biz  bazar  iqtisadiyyatına 

keçəndən sona, bütün iqtisadiyyat özəlləşdiriləndən sonra korrupsiya olmayacaq - 

bu, xülyadır.

Hər məsələnin bir nəzəri cəhəti var, bir də praktiki cəhəti var. Bəziləri bu işə 

ancaq nəzəri cəhətdən yanaşırlar. Onlar ya həyatı bilmirlər, ya da çox zəif bilirlər. 

Amma həyatı, onun dərinliklərini bilən adam yaxşı dərk edir ki, bu, ağır problem-

dir, çətin problemdir, xalq üçün, cəmiyyət üçün, dövlət üçün böyük zərbələr gətirən 

problemdir.  Bununla  mübarizə  aparmaq  lazımdır. Amma  illüziyaya  da  qapılmaq 

lazım deyil ki, guya haradasa hər şey düzəlibdir, korrupsiya yoxdur.

Bəzən ayrı-ayrı ölkələrdə, Avropada, yaxud dünyada ictimai təşkilatlar götürüb 

siyahı düzəldirlər ki, korrupsiya üzrə hansı ölkə neçənci yerdədir - birinci yerdədir, 

üçüncü yerdədir, beşinci yerdədir. Hansı qanunun əsasında, hansı prinsip əsasında? 

Bunlar  hamısı  subyektiv  fikirlər  əsasındadır.  Biri  hesab  edir  ki,  onun  ölkəsində 

korrupsiya yoxdur, amma korrupsiya həqiqətən var. Bu birisi hesab edir ki, onun 

ölkəsində korrupsiya var. Ona görə o məlumatlarda da hamısı qeyri-obyektiv, sub-

yektiv xarakter daşıyır.

Mən sizə bildirirəm ki, biz Azərbaycanda korrupsiyanın mövcud olmasını bilirik 

və bunu bizə deyəndə heç kəs “Amerika açmır”. Bu, bizim üçün məlum şeydir. 

Mübarizə də aparırıq, ancaq mübarizəmiz hələ istədiyimiz nəticəni vermir. Amma 

bu, bizi ruhdan salmır. Biz mübarizəmizi bundan sonra da aparacağıq.

Bəlkə də biz bu islahatları tamamilə həyata keçirəndən sonra həqiqətən də kor-

rupsiya azalacaqdır. Amma güman edəsiniz ki, tamam yox olacaqdır, - bilmirəm, 

bəlkə  sizin  ölkənizdə  olsun.  Mən  istərdim  ki,  hələ  ki  sağam,  öz  həyatımda  onu 

görüm.


Joot Lagenduk: Cənab prezident, Sizi ölkəmizə dəvət edirəm.

Heydər Əliyev: Gəlim sizə nə deyim? Gəlim sizə korrupsiyanı göstərim? Yaxşı, 

gələrəm. Amma faktları da gətirib göstərərəm ki, sizdə də korrupsiya var. Məni 

düzgün  başa  düşün.  Mən  sizinlə  çox  səmimi  danışıram. Amma  ciddi  olaraq  si-



81

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

zin sualınıza cavab verirəm ki, bəli, Azərbaycanda korrupsiya var və biz onunla 

mübarizə aparırıq. Əgər bizim imkanımız olsaydı, onun kökünü bir ayda, bir ildə, 

iki ildə kəsərdik. Xalqımız da rahat olardı, prezident də rahat olardı.

Patsu Sorensen: Cənab prezident, mən həqiqətən Sizi anlayıram. Hər ölkənin, 

hər  bir  dövlət  başçısının,  hökumətin,  dövlətin  borcudur  ki,  korrupsiyaya  qarşı, 

“Çirkli pulların yuyulmasına” qarşı, mütəşəkkil cinayətkarlığa qarşı, ümumiyyətlə, 

cinayətin hər bir növünə qarşı və insan hüquqlarının pozulmasına qarşı mübarizə 

aparsın. Biz Sizi çox güclü bir diplomat kimi tanıyırıq. Siz çox diplomatik bir pre-

zidentsiniz və ölkənizdə yaxşı tarazlığa nail olmusunuz.

Burada  olduğumuz  müddətdə  isə  mən  yekun  olaraq  onu  demək  istəyirəm  ki, 

Sizin çox güclü xalqınız vardır. Çünki bu güclü xalqınız ölkənizin son dövrlərdəki 

əziyyətlərinə baxmayaraq tab gətirir, dözür, bu çətinliklərə sinə gərir. Eyni zaman-

da müşahidə etmişəm ki, Sizin ölkənizin çox qədim mədəniyyəti, gözəl incəsənət 

xadimləri, əlbəttə, dadlı yeməkləri vardır. Burada olduğumuz müddətdə bizə çox 

yaxşı  dostluq  münasibəti  göstərilibdir.  Amma  eyni  zamanda  bizə  qaçqınları  da 

göstəriblər, biz onların həyatının ağırlığını da görmüşük.

Cənab prezident, bir diplomat kimi Sizə müraciət edərək xahiş etmək istəyirəm 

ki, bəlkə Siz digər ölkələrin prezidentləri, kralları ilə işinizi daha yaxından qurası-

nız, onlarla daha çox söhbət edəsiniz, onları bu problemə daha çox yönəldəsiniz. 

Çünki qaçqınların bu cür əziyyət çəkməyini görmək, qaçqınların bu cür problemin 

içərisində olduğunu görmək çox çətindir və bizim borcumuzdur ki, onların yaxşı 

gələcəyini təmin edək. Bəlkə bu haqda biz sizinlə birlikdə düşünək?

Heydər Əliyev: Çox sağ olun. Azərbaycan haqqında, bizim xalqımız haqqında, o 

cümlədən mənim haqqında dediyiniz xoş sözlərə görə təşəkkür edirəm.

Bizi narahat edən nədir? Səkkiz ildən artıqdır ki, yerindən-yurdundan çıxarıl-

mış insanlar çadırlarda yaşayırlar. Dünyada bəlkə ikinci bir ölkə tapa bilməzsiniz 

ki,  səkkiz  milyonluq  əhalisindən  bir  milyonu  çadırlarda  yaşasın.  Bilmirəm,  siz 

çadır şəhərciklərində oldunuz, gördünüz, yoxsa yox? Ya buradakı qaçqınları gör-

müsünüz? Siz şəhərdə görmüsünüz, amma o çadır düşərgələrinə getsəniz, oradan 

gözləriniz yaşarmadan çıxa bilməzsiniz.

Bəzən bizim qonaqlar o çadır şəhərciklərinə gedirlər. Qayıdıb gələndən sonra 

mən onlarla görüşəndə görürəm ki, nə qədər həyəcanlıdırlar, onlara nə qədər təsir 

edibdir.

Mənim bir böyük musiqiçi dostum var. Yəqin ki

,

 siz Avropada onu tanıyırsınız 



- Mstislav Rastropoviç. Eyni zamanda prezident Jak Şirakın dostudur. Jak Şirak 

ona Slava deyir. Mstislav demir, Slava deyir. Mən də ona Slava deyirəm. O, buraya 

gəlmişdi və arzu etdi ki, getsin qaçqınları görsün. Biz vertolyotla onu bir düşərgəyə 

göndərdik. Geri qayıdandan sonra mən onunla axşam görüşdüm. Göz yaşı tökürdü, 

deyirdi insan belə vəziyyətdə yaşaya bilərmi? O, mədəniyyət xadimidir.



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə