Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə25/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   21   22   23   24   25   26   27   28   ...   146

67

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

konfrans keçirildi və biz də bu gün bunun nəticələrini görürük.

Mən sizi və bütün Azərbaycan xalqını, vətəndaşlarını bu böyük və tarixi hadisə 

münasibətilə bir daha təbrik edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, biz 

bu proqramın həyata keçirilməsi üçün dəyərli işlər görəcəyik və bu vasitə ilə Av-

ropa ilə Asiya arasında olan inteqrasiya prosesinə öz xidmətlərimizi göstərəcəyik, 

Azərbaycanın  Avropa-Asiya  əməkdaşlığında  daha  da  əhəmiyyətli  rolunu  təsdiq 

edəcəyik.

Mən əminəm ki, biz bundan sonra da beynəlxalq aləmdə Azərbaycanın dövlət 

müstəqilliyinin  və  suverenliyinin,  Azərbaycanda  demokratik,  hüquqi,  dünyəvi 

dövlət  quruculuğu  prosesinin  əhəmiyyətini  nümayiş  etdirəcək  və  respublikamızı 

azad, sərbəst, müstəqil ölkə, dövlət kimi bundan sonra da irəliyə aparacağıq.

Mənim  sizə  çatdıracağım  sözlər  bundan  ibarətdir.  Bugünkü  müşavirənin  də 

məqsədi  beynəlxalq  konfransın  yekunları  haqqında  mülahizələrimi  sizə  çatdır-

maqdan ibarətdir. Sizin mənə bir sözünüz varmı? Varsa, buyurun. Sualınız, başa 

düşülməyən heç bir məsələ yoxdur ki? Hər şey aydındırmı?

 

 




68

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Avropa Komissiyasının sədri 

zati-aliləri cənab Romano Prodiyə 

7 may 1999-cu il

Hörmətli Romano Prodi,

Avropa  Komissiyasının  sədri  seçilməyiniz  münasibətilə  sizi  ürəkdən  təbrik 

edirəm.

Biz  Avropa  Ittifaqının  strukturları  ilə  əlaqələrin  genişlənməsinə  və  sıx 



əməkdaşlığa böyük əhəmiyyət veririk.

Əminəm ki, yaxın vaxtlarda qüvvəyə minəcək tərəfdaşlıq və əməkdaşlıq haqqın-

da Azərbaycan Respublikası ilə Avropa Ittifaqı arasında saziş əlaqələrimizin hüquqi 

bazasını təşkil etməklə onların möhkəm təməl üzərində inkişafını təmin edəcəkdir.

Respublikamıza  çoxsaylı  humanitar  və  texniki  yardımlarına  görə Avropa  Itti-

faqına  bir  daha  minnətdarlığımı  bildirirəm.  Ümidvaram  ki,  rəhbərlik  etdiyiniz 

Avropa  Komissiyası  Azərbaycanın  Dünya  Birliyi  ilə  inteqrasiyası  proseslərinin 

güclənməsində, regionumuzda sülhün və sabitliyin bərqərar edilməsində bundan 

sonra da mühüm rol oynayacaqdır.

Sizə işlərinizdə uğurlar diləyir və ən xoş arzularımı yetirirəm.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti



69

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik siyasəti 

üzrə ali nümayəndəsi, Avropa Birliyi Şurasının 

Baş katibi cənab Xavyer Solanaya 

Bakı şəhəri, 22 oktyabr 1999-cu il

Hörmətli cənab Solana!

Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi 

və Avropa Birliyi Şurasının Baş katibi vəzifələrinə təyin olunmağınız münasibətilə 

Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası Avropa Birliyi ilə əməkdaşlığa böyük əhəmiyyət verir. 

Bu yaxınlarda qüvvəyə minmiş tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş ölkəmiz 

ilə Avropa Birliyi arasında əlaqələrin genişlənməsi üçün yeni perspektivlər açır.

NATO-nun  Baş  katibi  kimi  keçmiş  vəzifənizdəki  fəaliyyətinizi  yüksək 

qiymətləndirir və Sizinlə görüşlərimizi məmnuniyyətlə xatırlayıram. Ümidvaram 

ki, yeni vəzifənizdə dialoqumuz uğurla davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayır və Sizi münasib bildiyiniz 

vaxtda Azərbaycana səfərə dəvət edirəm.

Hörmətlə,

Heydər Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti



70

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 

Avropa Komissiyasının sədri Romano Prodi ilə

 görüşdəki söhbətindən 

Istanbul, “Çırağan sarayı”, 19 noyabr 1999-cu il



Heydər Əliyev: Hörmətli cənab Prodi, Sizinlə bir daha görüşməyimə çox şadam. 

Sizi Avropa Komissiyasının sədri seçilməniz münasibətilə ürəkdən təbrik edirəm. 

Avropa Birliyinin strukturları ilə Azərbaycan arasında əlaqələrin genişlənməsinə və 

sıx əməkdaşlığa böyük əhəmiyyət verirəm. Tarixi Ipək yolunun bərpası və TRASE-

KA proqramları üzrə əməkdaşlığın genişlənməsi çox mühüm hadisədir. Əminəm ki, 

Avropa ilə Asiya arasında nəqliyyat kommunikasiyalarının inkişafında bu layihələr 

xüsusi rol oynayacaqdır.

Avropa  Birliyinin  ölkəmizə  humanitar  və  texniki  yardımlarını  minnətdarlıqla 

qeyd  etmək  istərdim.  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  nəti-

cəsində işğaldan azad edilmiş rayonlarımızın bərpasında Avropa Komissiyasının 

TASIS proqramı çərçivəsində köməyini yüksək qiymətləndirir və cənab Romano 

Prodi, Sizin rəhbərliyinizlə bu proqramların müvəffəqiyyətlə davam etdiriləcəyinə 

əmin olduğumu bildirirəm.

Romano Prodi: Hörmətli cənab prezident! Avropa Komissiyasının sədri seçil-

məyim münasibətilə səmimi təbriklərinizə görə Sizə təşəkkür edirəm. Avropa Bir-

liyi ölkənizlə əməkdaşlığa böyük əhəmiyyət verir. Avropa strukturları Cənubi Qaf-

qaz regionu ilə təkcə iqtisadi əlaqələrə deyil, bütün sahələrdə hərtərəfli əməkdaşlığa 

maraq göstərir.

Böyük Tarixi Ipək yolunun bərpasına dair 1998-ci ilin sentyabrında Bakıda keçi-

rilmiş beynəlxalq konfrans yüksək qiymətə layiqdir. Regionun inkişaf strategiyası-

nın müəyyən edilməsində bu tədbir böyük əhəmiyyət daşıdığını xüsusi qeyd etmək 

istərdim.

Heydər Əliyev: Bu həqiqətən də belədir, cənab Prodi. Onu da deməliyəm ki, 

müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasında demokratikləşmə 

prosesi və islahatlar uğurla həyata keçirilir. Xəzərin enerji ehtiyatlarının istifadəyə 

verilməsi və nəqli sahəsində görülən işlər də uğurla həyata keçirilir. Bildiyiniz kimi, 

ölkəmiz bu layihələrin təşəbbüskarıdır. 1994-cü ildə Bakıda böyük səylər hesabına 

imzalanmış “Əsrin müqaviləsi” adlanan ilk neft müqaviləsi sonrakı genişmiqyaslı 

neft layihələrinin həyata keçirilməsində böyük əhəmiyyət daşıyır.

Xəzər neftinin dünya bazarlarına çıxarılması üçün Bakı-Novorossiysk kəməri 

ilə yanaşı, bu ilin aprel ayında Bakı-Supsa boru xətti də istifadəyə verilmişdir. Neft 

nəqlinin etibarlılığının təmin edilməsi üçün əsas ixrac boru kəməri kimi Bakı-Tbi-

lisi-Ceyhan  xəttinin  inşası  üçün  Istanbulda  imzalanmış  sənədlərin  böyük  tarixi 



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə