Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə12/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   8   9   10   11   12   13   14   15   ...   146

37

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

yük potensial imkanlara malikdir. Ümidvaram ki, Rusiya özünün bu imkanlarından 

istifadə edəcəkdir. 



Sual:  Ermənistan  və  Azərbaycan  prezidentləri  görüşərək,  Dağlıq  Qarabağ 

münaqişəsinin aradan qaldırılması məsələlərinin müzakirəsi üçün bu səfərdən niyə 

istifadə etmədilər? 

Levon Ter-Petrosyan: Azərbaycan və Ermənistan prezidentləri Lüksemburqda 

olduqlarından istifadə etdilər və dünən gecədən xeyli keçmiş görüşdülər. Bu görüş 

bir saatdan çox çəkdi. Demək olar ki, dünən biz münaqişənin aradan qaldırılması 

məsələsində indiki vəziyyətə yekun vurduq və yaxın aylarda görəcəyimiz tədbirləri 

razılaşdırdıq. Indiki atəşkəsi qəti olaraq saxlamaq, Azərbaycan ilə Ermənistan ara-

sında dialoqu intensiv surətdə davam etdirmək, humanitar problemləri həll etmək, 

ən əvvəl, tərəflərin bütün hərbi əsirləri və girovları azad etməsi nəzərdə tutulmuş-

dur. Belə düşünürəm ki, bu, bir görüş üçün böyük nailiyyətdir. Biz onun yekunları-

na əsasən birgə rəsmi məlumat yaydıq, buraya sadaladığım həmin bəndlər daxildir. 

Heydər Əliyev: Cənab Prezident Ter-Petrosyanın verdiyi məlumatla tamamilə 

razıyam, ona görə də təkrar etməyəcəyəm. Yalnız onu əlavə etmək istəyirəm ki, 

dünən mən Lüksemburqa gələn kimi cənab Ter-Petrosyanın burada olub-olmama-

sını xəbər aldım. O, Lüksemburqa gələn kimi mən öz müşavirim Vəfa Quluzadəni 

onun  yanına  göndərdim.  Onlar  razılığa  gəldilər  və  cənab  Ter-Petrosyanın  dedi-

yi kimi, biz gecədən xeyli keçmiş görüşdük, çox uzun çəkən bir söhbət keçirdik. 

Görüşün nəticələri, razılaşmalarımız elə dünən elan etdiyimiz birgə bəyanatda öz 

əksini tapmışdır. Bəyanatın məzmunu barədə Levon Akopoviç danışdı. 

 



38

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 

Qərbi Avropa ölkələrinə səfərdən qayıtdıqdan sonra

 respublika milli televiziyasına müsahibəsi

 27 aprel 1996-cı il

Heydər Əliyev: Bu səfər çox vaxt alsa da, hesab edirəm ki, səfər zamanı görülən 

işlər  həqiqətən  çox  dəyərlidir.  Bilirsiniz  ki,  aprelin  21-dən,  yəni  Bakıdan  yola 

düşəndən bəri bu səfər zamanı çox gərgin iş olub. Bu da birinci növbədə hər bir im-

kandan istifadə edib Azərbaycanın mənafelərini təmin etmək üçün lazımi tədbirlər 

görməklə əlaqədar idi. Bu səfərin birinci hissəsi Azərbaycan Respublikasının Avro-

pa Birliyi ilə əməkdaşlıq və tərəfdaşlıq haqqında sazişi imzalaması ilə bağlı idi. Biz 

bu sazişi imzaladıq. Imzalanma mərasimi çox böyük hadisə idi. 

Bilirsiniz ki, Avropa Birliyinə daxil olan dövlətlərin xarici işlər nazirləri orada 

idi. Bu həm də məhz Azərbaycanın və digər Zaqafqaziya respublikaları - Gürcüsta-

nın, Ermənistanın Avropa Birliyi ilə saziş imzalaması mərasimi ilə əlaqədar idi. Bir 

daha deyirəm, bu, tarixi hadisədir. Hesab edirəm ki, bu sazişin imzalanması müstəqil 

dövlət kimi Azərbaycanın mövqelərini daha da möhkəmləndirir, eyni zamanda res-

publikamızın daxili, ictimai-siyasi həyatında, iqtisadiyyatında və başqa sahələrdə 

Avropa  demokratiyasına  uyğun  tədbirlərin  həyata  keçirilməsinin  təzahürüdür. 

Xatirinizdədir ki, orada olan çıxışlarda Avropa Birliyinin nümayəndələri, üzvləri də 

bunu qeyd edirdilər. Mən bunu çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu, 

Azərbaycanın həyatında böyük hadisədir, Avropa Birliyi ilə əməkdaşlıq etməyimiz 

üçün çox dəyərli bir addımdır. Şübhəsiz ki, bunun müsbət nəticələri olacaqdır. 

Bununla  yanaşı,  biz  Lüksemburqda  bir  neçə  başqa  görüş  də  keçirdik. 

Əməkdaşlığımızın bugünkü vəziyyəti və gələcək perspektivləri haqqında Brüsseldə 

Avropa Birliyinin iqtisadi komissiyasının sədri Jak Santerlə, ali komissar Van-Den 

Brukla danışıqlar apardıq. Bunlar da çox əhəmiyyətlidir. Çünki bunların hamısı Av-

ropa Birliyi ilə çoxsahəli əməkdaşlıq aparmaq üçün lazım olan tədbirlərdir. Xüsusən 

Jak  Santerlə  və  Den  Brukla  apardığımız  danışıqlarda  iqtisadi  əməkdaşlığımız, 

yəni Avropa Birliyinin TASIS Traseka Proqramı, Humanitar yardım proqramı ilə 

nəzərdə tutulan tədbirlər və onların həyata keçirilməsi məsələsi müzakirə olundu. 

Bu da çox əhəmiyyətlidir. Hesab edirəm ki, bunlar hamısı bir yerdə, kompleks hal-

da Azərbaycan ilə Avropa Birliyi arasında əməkdaşlığın irəli getməsini nümayiş 

etdirir. 

Mən  Brüsseldə  NATO-nun  baş  qərargahında  oldum,  NATO-nun  Baş  kati-

bi  ilə  görüşdüm.  Mən  1994-cü  ilin  may  ayında  orada  olmuşdum  və  NATO-nun 

“Sülh naminə tərəfdaşlıq” proqramını imzalamışdım. Ancaq biz bundan sonra da 

əməkdaşlığımızı davam etdirmişdik. Bu əməkdaşlığı daha da təsdiq etmək üçün 



39

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

həmin  proqram  çərçivəsində  respublikamızın  prezentasiya  sənədini  mən  onlara 

təqdim etdim. 

Hesab  edirəm  ki,  NATO-nun  Baş  katibi  ilə  danışığımız  da  çox  məzmunlu, 

əhəmiyyətli  oldu.  Azərbaycanın  müstəqilliyinin  qorunub  saxlanması  üçün 

fikirlərimi mən ona bildirdim. Biz geniş fikir mübadiləsi apardıq. Bu da bizim üçün 

çox əhəmiyyətlidir. 



Müxbir: Cənab prezident, NATO ilə respublikamızın münasibətləri bəzən çox-

larında belə təsəvvür yaradır ki, - bu, müəyyən istəkdən də irəli gəlir - NATO ilə 

Azərbaycan arasında sıx əməkdaşlıq yaranıb. Amma yəqin ki, əslində bunlar ilk 

təmaslardır, əməkdaşlığın bünövrəsi qoyulur. 



Heydər Əliyev: Bəli, əməkdaşlığın bünövrəsi qoyulur. Çünki NATO-nun 1994-

cü  ildə  elan  etdiyi  “Sülh  naminə  tərəfdaşlığ”a  çağırış,  sülh  naminə  çağırışdır. 

NATO-nun Baş katibi ilə danışıqlarımızın da məzmunu, mənası ondan ibarətdir ki, 

Azərbaycanın NATO-nun bu proqramına qoşulması və əməkdaşlıq etməsi Avropa-

da, o cümlədən, bizim regionda sülhün daha da möhkəmləndirilməsinə nail olmaq 

məqsədi daşıyır. Bunlar sülh məramlı danışıqlardır. Mən hesab edirəm, bunu belə 

də qəbul etmək lazımdır. Şübhəsiz ki, əməkdaşlığımızı bu istiqamətdə bundan son-

ra da davam etdirəcəyik. 

Lüksemburqda,  Brüsseldə  mənim  ikitərəfli  görüşlərim  də  oldu.  Almaniyanın 

xarici işlər naziri cənab Kinkel ilə danışıqlarımız çox əhəmiyyətli, maraqlı oldu. 

Ermənistan  prezidenti  Levon  Ter-Petrosyan  ilə  mənim  Lüksemburqdakı  görü-

şüm çox lazımlı bir görüş idi. Bu görüş hər iki tərəfin - həm Ermənistanın, həm 

də Azərbaycanın təşəbbüsü ilə oldu. Bu görüş və danışıqlar - münaqişədə olan iki 

ölkənin  prezidentləri  arasında  birbaşa  danışıqlar  nəticəsində  biz  ilk  dəfə  olaraq 

birgə bəyanat elan etdik. Bu bəyanat çox əhəmiyyətlidir. Ona görə əhəmiyyətlidir 

ki, birincisi, biz bəyan etdik ki, hər iki tərəf atəşkəs rejiminin qorunub saxlanmasını 

bundan sonra da təmin edəcəkdir. Bilirsiniz ki, mayın 12-də bu sazişin imzalanma-

sının iki ili tamam olur. Bu çox vacibdir ki, biz atəşkəsin qorunub saxlanmasını bir 

daha bəyan edək və biz də arxayın olaq ki, Ermənistan da buna riayət edəcəkdir. 

Şübhəsiz, Ermənistan da narahatdır və onlar da istəyirlər bilsinlər ki, biz bu atəşkəsə 

riayət edəcəyik, yoxsa yox. 

Ikincisi, biz bəyan etdik ki, ikitərəfli danışıqlar davam edəcəkdir və bu məsələnin 

həll edilməsi yalnız sülh yolu ilə ola bilər. Bu da çox əhəmiyyətlidir. Biz bəyan et-

dik ki, bunun üçün danışıqları həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm də bir-

başa davam etdirəcəyik. Bilirsiniz ki, Ermənistan ilə Azərbaycan arasında birbaşa 

danışıqlar da var və bu da davam edəcəkdir. 

Sonra biz qərara gəldik ki, əsirlər iki tərəfdən də - onlarda da, bizdə də olanlar 

azad olunmalıdır. Əsirlər sayına görə yox, kimdə nə qədər var - “Hamını hamı-

ya” prinsipi ilə verilməlidir. Bu da çox əhəmiyyətlidir. Mən hesab edirəm ki, bu 



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə