Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə8/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   4   5   6   7   8   9   10   11   ...   146

28

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Biz Rusiya ilə fəal əməkdaşlıq edirik. Biz MDB-yə daxilik, onun tərkibində də 

əməkdaşlığımız  uğurla  gedir.  Xəzərdəki  neft  yataqlarının  birgə  işlənməsində  də 

Rusiya  Federasiyası  ilə  çox  fəal  əməkdaşlıq edirik,  Rusiyanın  “LUKoyl”  şirkəti 

beynəlxalq konsorsiumda böyük yer tutur. Bu ilin yanvarında Moskvada mən və 

Rusiyanın Baş naziri cənab Çernomırdin Azərbaycandan ilkin neftin Rusiyanın No-

vorossiysk limanına və oradan Qara dəniz vasitəsilə ixracına dair böyük saziş im-

zalamışıq. Əməkdaşlığa dair çoxlu başqa layihələrimiz də var, bunlar irimiqyaslı, 

dövlətlərarası xarakter daşıyır. Rəhim Qazıyevin, yaxud Mütəllibovun şəxsiyyəti 

bununla müqayisədə əhəmiyyətsiz şeydir.




29

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 

Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında 

tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin 

imzalanması mərasimində çıxışı

 Lüksemburq, 22 aprel 1996-cı il

Hörmətli xanımlar və cənablar!

Azərbaycan Respublikası ilə Avropa Birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq 

haqqında bu gün imzalanan saziş gənc müstəqil Azərbaycan dövləti üçün çox bö-

yük əhəmiyyəti olan tarixi bir hadisədir.

Saziş hərtərəfli əməkdaşlığı genişləndirmək və dərinləşdirmək, beynəlxalq sül-

hü və təhlükəsizliyi, inteqrasiya prinsiplərini möhkəmləndirmək, insan hüquqlarını 

qorumaq,  bütün Avropa  qitəsində  tərəqqiyə  və  səmərəli  əməkdaşlığa  nail  olmaq 

üçün geniş üfüqlər açır.

Azərbaycan Avropa  ölkələri  arasında  inteqrasiya  proseslərinin  gələcəyinə  bö-

yük ümidlər bəsləyir və bərabərhüquqlu tərəfdaş kimi bu proseslərdə fəal iştirak 

edəcəkdir.

Dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikası demokra-

tik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə əzmlə irəliləyir. Qısa bir zaman 

ərzində  bu  sahədə  xeyli  nailiyyətlər  əldə  edilmişdir.  Respublikada  otuzdan  artıq 

siyasi partiya fəaliyyət göstərir, siyasi plüralizm, söz azadlığı, mətbuat və vicdan 

azadlığı bərqərar olmuşdur. Referendum yolu ilə müstəqil Azərbaycanın ilk demok-

ratik Konstitusiyası qəbul edilmiş, respublikanın parlamentinə çoxpartiyalı əsasda 

ilk demokratik seçkilər keçirilmişdir.

Biz azad sahibkarlığa və bazar iqtisadiyyatına əsaslanan geniş miqyaslı iqtisa-

di  islahatlar  aparırıq.  Mülkiyyətin  özəlləşdirilməsinə  dair  dövlət  proqramı  qəbul 

edilib və həyata keçirilir. Özəl sektorun yaradılması və xarici investisiyaların cəlb 

edilməsi üçün hər cür şərait təmin olunur.

Dünyanın aparıcı şirkətləri ilə imzalanmış sazişlər Azərbaycanın dünya iqtisadi 

sisteminə inteqrasiyasında mühüm rol oynayır. Xəzər dənizinin Azərbaycan sekto-

rundakı enerji ehtiyatlarının birgə istismarına dair xarici şirkətlərlə bağlanmış neft 

müqavilələri buna əyani sübutdur.

Iqtisadi islahatları həyata keçirmək üçün biz beynəlxalq maliyyə təsisatları və 

beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq edirik. Avropa Birliyi ilə əməkdaşlığa isə 

xüsusi əhəmiyyət veririk.

Avropa Birliyinin topladığı təcrübə və bu birliyə daxil olan dövlətlərin demokra-

tiyanı inkişaf etdirməkdə, səmərəli iqtisadiyyat yaratmaqda, öz xalqlarının firavan-

lığını təmin etməkdə qazandıqları müvəffəqiyyətlər gənc müstəqil dövlətlər üçün 



30

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

gözəl nümunədir.

Beynəlxalq  sülhü  və  təhlükəsizliyi  qoruyub  saxlamaq  və  möhkəmləndirmək 

sahəsində də Avropa Birliyinin böyük nailiyyətləri var. Bir çox kəskin beynəlxalq 

problemlər barəsində Avropa Birliyinin tutduğu prinsipial mövqelər istər Avropada, 

istərsə də onun hüdudlarından kənarda münaqişələrin ədalətlə aradan qaldırılma-

sına dəfələrlə kömək etmişdir. Biz ümid edirik ki, Cənubi Qafqazda mövcud olan 

problemlərin həllində də Avropa Birliyi daha fəal iştirak edəcək və bu da regionu-

muzda sülhün və sabitliyin tezliklə bərpa olunmasına öz təsirini göstərəcəkdir.

Azərbaycana qarşı törədilmiş təcavüz nəticəsində ərazimizin iyirmi faizi işğal 

edilmiş, minlərlə kəndlər, şəhərlər, sosial, xalq təsərrüfatı obyektləri, mədəniyyət 

abidələri dağıdılmış, yerlə yeksan edilmişdir. Işğal olunmuş ərazilərdən bir milyon-

dan çox Azərbaycan vətəndaşı öz doğma yurdlarından didərgin düşmüş və qaçqın 

vəziyyətində yaşayır.

Böyük itkilərə, xalqımıza dəyən maddi və mənəvi zərbələrə baxmayaraq, biz 

Ermənistanla münaqişəni sülh yolu ilə, ATƏT-in Minsk qrupu çərçivəsində danışıq-

lar yolu ilə həll etməyin tərəfdarıyıq. Sülhə nail olmaq üçün dövlətlərin suverenliyi-

ni, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanımaq, beynəlxalq hüquq 

normalarına əməl etmək lazımdır.

Bu mötəbər məclisdə mən bir daha bəyan edirəm ki, biz bu prinsiplərə bundan 

sonra da sadiq olacağıq, Ermənistan ilə Azərbaycan arasında sülhün əldə olunma-

sına çalışacağıq.

Bunun üçün işğal olunmuş bütün Azərbaycan ərazilərindən Ermənistan silahlı 

qüvvələri çıxmalıdır.

Yerlərindən-yurdlarından didərgin düşmüş qaçqınlar doğma yurdlarına qayıtma-

lıdırlar.

Azərbaycan  Respublikası  Dağlıq  Qarabağa Azərbaycan  dövlətinin  tərkibində 

müasir dünya təcrübəsində mövcud olan ən yüksək muxtariyyət statusu verməyə 

hazırdır.  Iki  dövlət  arasında  sülhün  əldə  olunması  regionda  sabitliyi  və  iqtisadi 

çiçəklənməni təmin edəcəkdir.

Fürsətdən istifadə edib, Azərbaycana göstərilən humanitar yardım üçün Avropa 

Birliyinə öz təşəkkürümü bildirirəm. Humanitar yardım hərbi təcavüz nəticəsində 

ziyan çəkmiş yüz minlərlə adamın vəziyyətini yüngülləşdirmişdir. Ümidvaram ki, 

Avropa Birliyi gənc dövlətimizin ehtiyaclarının və problemlərinin həll olunmasın-

da bundan sonra da öz xeyirxahlığını əsirgəməyəcəkdir.

Azərbaycan ilə Avropa Birliyinin münasibətlərində yeni səhifə açarkən bir daha 

bəyan edirəm ki, sülh və sabitlik naminə, Avropa qitəsinin bütün xalqlarının rifahı 

naminə əlimizdən gələni edəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm.



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə