Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə10/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   6   7   8   9   10   11   12   13   ...   146

33

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Sual: Bu gün imzalanmış saziş Avropa ilə əməkdaşlığı və inteqrasiyanı nəzərdə 

tutur. Lakin mənə elə gəlir ki, indi Zaqafqaziyanın özündə inteqrasiya bundan heç 

də az əhəmiyyətli deyildir. Siz Zaqafqaziyada inteqrasiyanın mümkünlüyünə ina-

nırsınızmı? Bu gün imzalanmış saziş ona necə kömək edə bilər. 



Levon  Ter-Petrosyan:  Zənnimcə,  bu  suala  əvvəlcə  “Qafqaz  evi”  yaratmağın 

təşəbbüsçüləri cavab verəcəklər, sonra mən onların fikrinə qoşularam. 



Eduard Şevardnadze: Biz hesab edirik ki, bugünkü gün Gürcüstan üçün, Za-

qafqaziyanın bütün dövlətləri üçün tarixi bir gündür. Əvvəla, ona görə ki, biz Av-

ropa ilə inteqrasiyaya başlayırıq; ikincisi, Avropa özü Qafqazın həm Avropa, həm 

də  bütün  dünya  üçün  əhəmiyyətini  dərk  etməyə  başlayır. Avropa  Birliyi  müasir 

dünyada dövlətlər arasında inteqrasiya proseslərinin həyata keçirilməsinə ən yaxşı 

nümunədir. Bu, on illərlə toplanmış təcrübədir. Ona görə də Avropa Birliyi ilə saziş 

imzalayarkən, şübhəsiz ki, biz nəzərdə tuturuq ki, Zaqafqaziya regionu daxilində, 

bu  əsasda  da Avropa  ilə  inteqrasiya  mümkündür.  Yeri  gəlmişkən,  onu  da  əlavə 

etmək istəyirəm ki, Avropa Birliyi ilə imzaladığımız saziş MDB çərçivəsində və 

Qara dəniz iqtisadi regionu ölkələrinin əməkdaşlığı çərçivəsində üzərimizə götür-

düyümüz öhdəliklərə əsla zidd deyildir. 

Heydər Əliyev: Söz yoxdur ki, bugünkü hadisə tarixi əhəmiyyətə malikdir. Avro-

pa ilə inteqrasiya bütün Zaqafqaziya respublikaları üçün bütövlükdə dünya iqtisadi 

sistemi ilə inteqrasiyadan, demokratik proseslərin inkişafından, demokratik islahat-

ların həyata keçirilməsindən ötrü çox mühüm vasitədir. Artıq Avropa Birliyindən 

aldığımız  kömək,  humanitar  yardım,  habelə  müxtəlif  bazar  islahatlarının  aparıl-

ması  üçün  göstərilən  kömək  ona  dəlalət  edir  ki,  inteqrasiya  səmərəli  və  faydalı 

olacaqdır. Təbiidir ki, bu inteqrasiya Zaqafqaziya bölgəsində də inteqrasiya həyata 

keçirilməsini nəzərdə tutur. 

Zaqafqaziya respublikaları arasında inteqrasiyanın mümkünlüyü barədə konkret 

suala cavab vermək istəyirəm. Əlbəttə, Zaqafqaziya respublikaları arasında inteq-

rasiya mümkündür. Məsələn, Azərbaycanla Gürcüstan arasında çox sıx inteqrasiya 

mövcuddur. Bu yaxınlarda biz Tbilisidə bir sıra sənədlər imzaladıq. Cənab prezi-

dent Şevardnadze və mən, Gürcüstanın və Azərbaycanın digər nümayəndələri in-

teqrasiyaya dair böyük bir proqram nəzərdə tutmuşuq. Şübhəsiz ki, Azərbaycan ilə 

Ermənistan arasında da çox sıx inteqrasiya mümkündür. Bununla əlaqədar dünən 

axşamdan xeyli keçmiş biz cənab prezident Ter-Petrosyan ilə görüşdükdə dedik ki, 

biz münaqişənin aradan qaldırılmasına, sülh yaranmasına, sülh sazişi bağlanmasına 

nail olmalıyıq. Mənim heç bir şübhəm yoxdur ki, bunun ardınca iqtisadi əlaqələr 

yüksək sürətlə inkişaf edəcəkdir. Mən buna inanıram. 

Levon Ter-Petrsoyan: Mən də əlavə etmək istəyirəm ki, Zaqafqaziya dövlətləri-

nin sıx əməkdaşlığına inanıram. Bir tarixçi kimi deməliyəm ki, bu, labüddür. Za-

qafqaziya üç xalqın tarixən təşəkkül tapmış regionudur, bu xalqların taleləri əsrlər 



34

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

ərzində  qaynayıb  qarışıbdır.  Indi  regionda  birliyin  olmaması  bizim  bəlamızdır. 

Amma Allaha şükür ki, məsələ, məncə kiçik bir işdən asılıdır. Heydər Əliyeviç dedi 

ki, Azərbaycan ilə Gürcüstan arasında gözəl münasibətlər var. Mən bunu Gürcüstan 

ilə Ermənistan arasında münasibətlər barəsində də deyə bilərəm. Kiçik bir məsələ 

- Azərbaycan ilə Ermənistan  arasında münasibətləri tənzimləmək məsələsi qalır. 

Bundan  ötrü  isə  yalnız  Qarabağ  problemini  həll  etmək  lazımdır.  Burada  hələlik 

yeganə bir maneə var. Hətta Abxaziya münaqişəsi - Gürcüstan üçün ağır problem 

olan bu münaqişə, şükürlər olsun, Zaqafqaziya dövlətləri arasında münasibətlərə 

xələl gətirmir. Biz Qarabağ probleminin həll olunacağı xoşbəxt günə gəlib çıxdıq-

da hesab edə bilərsiniz ki, həmin gündən bu inteqrasiya da olacaqdır. Çünki on-

suz biz mövcud ola bilmərik. Bu yaxınlarda mən Ermənistanda öz çıxışlarımdan 

birində dedim ki, istər Azərbaycan, istərsə də Ermənistan özü üçün ən təbii iqti-

sadi tərəfdaşdan əslində məhrum olmuşdur. Bir iqtisadi tərəfdaş kimi Ermənistan 

Azərbaycanı itirmişdir, Azərbaycan isə Ermənistanı itirmişdir. Onlar ən təbii iqtisa-

di tərəfdaşdırlar. Bu tərəfdaşlığın zəruriliyi bütün tarix ərzində sübuta yetirilmişdir. 

Bu tərəfdaşlığın bərpasından sonra hər iki dövlətimiz iqtisadi yüksəliş üçün böyük 

ehtiyat mənbəyi əldə edəcəkdir. Bir sözlə, mən buna nəinki inanıram, həm də hesab 

edirəm ki, biz bu məqsəd uğrunda mübarizə aparmalıyıq. 

Heydər  Əliyev:  Əlavə  edim  ki,  Dağlıq  Qarabağ  məsələsinin  həlli  üçün  hərbi 

münaqişəyə  son  qoymaq,  Azərbaycanın  işğal  olunmuş  torpaqlarından  silahlı 

qüvvələri çıxarmaq, bir milyon qaçqını öz yaşayış yerlərinə qaytarmaq lazımdır. 

Qarabağ  məsələsinin  həllinin  açarı  məhz  bundan  ibarətdir.  Mən  bir  daha  bəyan 

edirəm  ki, Azərbaycan  Dağlıq  Qarabağa Azərbaycan  Respublikası  çərçivəsində, 

Azərbaycanın ərazi bütövlüyü şərti ilə ən yüksək status verməyə hazırdır. 



Sual:  Cənab  prezidentlər,  çeçen  münaqişəsinə  münasibətiniz  necədir?  Sizin 

fikrinizcə, bu münaqişəni necə aradan qaldırmaq olar? 



Eduard Şevardnadze: Zənnnimcə, cavab sadədir. Çeçenistan Rusiya dövlətinin 

tərkib  hissəsidir.  Biz  hamımız  həm  öz  ölkələrimizin,  həm  də  Rusiyanın  ərazi 

bütövlüyünə tərəfdarıq. Bilavasitə münaqişəyə gəldikdə, biz, o cümlədən də mən 

onun dinc vasitələrlə tezliklə aradan qaldırılmasına həmişə tərəfdar olmuşuq. Belə 

düşünürəm  ki,  Rusiya  prezidentinin  axırıncı  təşəbbüslərində  münaqişənin  məhz 

dincliklə aradan qaldırılması nəzərdə tutulur. 



Levon  Ter-Petrosyan:  Bu  suala  cavabım  standartdır:  Qarabağ  problemini 

indiyədək  həll  etməyə  qadir  olmadığımdan,  bu  suala  cavab  verməyi  özüm  üçün 

mənəviyyatsızlıq və ya etikaya zidd sayıram. Biz bu problemi həll etdikdən sonra 

çeçen probleminin həlli barədə məsləhətlər verə bilərəm. 



Heydər Əliyev: Biz həmişə separatizmin əleyhinə çıxmışıq və çıxırıq, hər hansı 

bir  dövlətin  ərazi  bütövlüyünə,  sərhədlərinin  pozulmazlığına,  indiki  halda  Rusi-

yanın ərazi bütövlüyünə və suverenliyinə tərəfdarıq. Çeçenistanda nə baş verirsə, 



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə