Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə11/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   7   8   9   10   11   12   13   14   ...   146

35

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)

bunların hamısı bizim keçmişdə də, bu gün də pislədiyimiz separatizmin nəticəsidir. 

Aydındır ki, müharibə gedir, qan tökülür. Bunların hamısı böyük narahatlıq doğu-

rur. Hesab edirəm ki, Rusiya hökuməti öz ölkəsinin ərazi bütövlüyü prinsipini əsas 

tutaraq, bu məsələnin həllinin ən məqbul yolunu axtarıb tapmağa qadirdir. 



Sual: Cənab Şevardnadze, Avropa strukturları, Rusiya Qafqazda münaqişələrin 

aradan qaldırılması proseslərinə necə təsir göstərə bilərlər? 



Eduard  Şevardnadze:  Bu  gün  mən  öz  çıxışımda  dedim  ki,  gürcü  -  osetin 

münaqişəsinin  həllində  müəyyən  tərəqqi  yaranmışdır.  Özü  də  burada Avropanın 

təhlükəsizlik  strukturları,  xüsusən  Avropa  Birliyi  böyük  rol  oynayırlar.  Rusiya 

ilə birlikdə onlar vasitəçilik vəzifəsini yerinə yetirir və bu, ona əyani misaldır ki, 

xüsusən belə mühüm saziş imzalandıqdan sonra Avropa Birliyi Zaqafqaziyada və 

bütövlükdə  Qafqazda  münaqişələrin  hamısının  aradan  qaldırılmasında  daha  mü-

hüm rol oynaya bilər. 

Sual: Cənab prezidentlər, bu gün siz Almaniyanın xarici işlər naziri Klaus Kin-

kel ilə görüşdünüz. Bununla siz Qafqazda Almaniyanın xüsusi bir rolu olduğunu 

nəzərə çarpdırmaq istəyirsiniz? 

Levon  Ter-Petrosyan:  Əgər  bizi  başqa  bir  ölkənin  xarici  işlər  naziri  səhər 

yeməyinə dəvət etsəydi, siz bu ölkənin xüsusi rolundan danışardınız? Bu, sadəcə 

olaraq təsadüfdür. 

Eduard Şevardnadze: Mən xoşbəxtəm ki, bütün dövlətlərin, o cümlədən Avropa 

ölkələrinin rəhbərləri ilə şəxsən mənim aramda çox səmimi və yaxşı münasibətlər 

yaranıbdır.  O  ki  qaldı Almaniyaya,  o  cümlədən  cənab  Kinkelə,  bəlkə  də  burada 

hansısa xüsusiyyətlər, Gürcüstan dövlətinin təşəkkül tapmasına, xüsusən iqtisadi 

sahədə dirçəlməsinə bu ölkənin göstərdiyi xüsusi bir yardımın, xüsusi bir köməyin 

rolu var. 



Heydər Əliyev: Biz Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılma-

sında  və Azərbaycanın  ərazi  bütövlüyünün  və  suverenliyinin  bərpa  edilməsində 

bizə real kömək göstərə bilən hər hansı dövləti alqışlayırıq. Almaniya Avropanın 

ən böyük dövlətlərindən biridir. Almaniyaya və onun xarici işlər nazirinə böyük 

hörmət və rəğbətim var. 

Sual:  Cənab  Əliyev,  Qarabağa  vəd  etdiyiniz  geniş  muxtariyyət  dedikdə  nəyi 

nəzərdə tutursunuz? 



Heydər Əliyev: Dünya praktikasında mövcud olan ən yüksək muxtariyyət statu-

sunu. Müxtəlif ölkələrdə öz dövlətçilik atributları olan muxtar qurumlar var, amma 

həmin atributlar bu muxtar qurumun daxil olduğu dövlətin atributlarına tam uyğun 

olmalıdır.  Mən  bunu  nəzərdə  tuturam.  Lakin  aydın  və  konkret  olsun  deyə,  dün-

ya praktikasında mövcud olan ən yüksək muxtariyyət statusunu nəzərdə tuturam. 

Dünya praktikasında hər hansı muxtariyyəti tapıb mənə xəritədə göstərin, mən ona 

razılıq verərəm. 



36

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Sual:  Bu  sual  Ermənistan  prezidentinədir:  Ermənistan  dinc  Qafqaz  uğ-

runda  Tbilisi  bəyannaməsinə  qoşulmağa  hazırlaşırmı?  Bu  sual  isə  prezident 

Şevardnadzeyədir:  NATO-nun  Şərqə  tərəf  genişlənməsi  ilə  müqayisədə  Avropa 

Birliyinin genişlənməsinə regional təhlükəsizlik üçün daha möhkəm zəmin kimi 

baxmaq olarmı? 

Levon Ter-Petrosyan: Sizin sualınıza mən demək olar, cavab vermişəm. Çünki 

Zaqafqaziya dövlətlərinin inteqrasiyası ideyasını dəstəkləyir və tarixi zərurilik sa-

yıram. O ki qaldı Ermənistanın Tbilisi bəyannaməsinə formal surətdə qoşulmasına, 

burada iki məqam var: Əvvəla, biz bu sənədin hazırlanmasında iştirak etməmişik. 

Ikincisi, Ermənistan bu məsələyə Qarabağ probleminin həllindən sonra baxacaqdır. 

Eduard Şevardnadze: Zənnimcə, NATO-nun Şərqə tərəf genişlənməsi ilə Avro-

pa Birliyinin genişlənməsini bu cür qarşı-qarşıya qoymaq əsla qanunauyğun deyil-

dir. Onların müxtəlif funksiyaları, müxtəlif məqsədləri var. Mən bayaq dedim ki, 

Avropa Birliyinin Şərqə tərəf genişlənməsi nə MDB-nin, nə də Qara Dəniz Iqtisadi 

Birliyi ölkələrinin və digər regional təşkilatların maraqlarına zidd deyildir. Buna 

görə də mənə elə gəlir ki, Avropa Birliyinin Şərqə tərəf genişlənməsi bütün region-

larda, o cümlədən Zaqafqaziyada sabitlik üçün mühüm təminatdır. 

Sual: Cənab prezidentlər, siz Qafqazda münaqişələrin aradan qaldırılmasında 

Rusiyanın istər keçmişdə, istərsə də gələcəkdə rolunu necə qiymətləndirirsiniz? 



Eduard  Şevardnadze:  Rusiya  abxaz  münaqişəsinin,  eləcə  də  gürcü  -  osetin 

münaqişəsinin aradan qaldırılmasında çox yaxından iştirak edir. Zənnimcə, Rusiya-

nın bu cür iştirakı, vasitəçiliyi və müəyyən dərəcədə sülhpərvərliyi, şübhəsiz, fayda-

lı, bəlkə də hətta həlledici olacaqdır; amma bir şərtlə ki, bunlar BMT Təhlükəsizlik 

Şurasının  və  birlik  ölkələrinin  məlum  qətnamələrində  göstərilmiş  prinsiplər 

əsasında həyata keçirilsin. Bizim xüsusi coğrafi mövqeyimiz sizə məlumdur. Rusi-

ya istəsə, abxaz münaqişəsi çox sürətlə aradan qaldırılar. Amma bəla burasındadır 

ki, Rusiyada müxtəlif qüvvələr, müxtəlif cərəyanlar var. Bəzən siyasi spektrin bu 

cür tərkibi nizamasalma prosesini, o cümlədən abxaz münaqişəsinin aradan qaldı-

rılmasını sürətləndirməyə mane olur. 



Levon Ter-Petrosyan: Keçmiş Sovet Ittifaqının ərazisindəki bütün münaqişələrin 

aradan  qaldırılmasında  Rusiyanın  çox  yaxından  iştirakı  onların  müvəffəqiyyətlə 

həlli üçün zəruri şərtdir. Yəni Rusiyanın fəal iştirakı olmadan bu münaqişələr heç 

vaxt aradan qaldırılmayacaqdır. 



Heydər  Əliyev:  Rusiya  Ermənistan-Azərbaycan  münaqişəsinin  aradan  qaldı-

rılmasında  fəal  iştirak  edir.  O, ATƏT-in  Minsk  qrupunun  həmsədridir.  Biz  onun 

fəaliyyətinə  böyük  ümid  bəsləyirik.  Bu  baxımdan  biz  Rusiya  ilə  uzun  illərdir 

əməkdaşlıq  edirik  və  bu  əməkdaşlığı  indən  sonra  da  davam  etdirməyi  lazım  bi-

lirik.  Zənnimcə,  Qafqazda  bu  münaqişələrə,  xüsusən  Dağlıq  Qarabağ  üstündə 

Ermənistan ilə Azərbaycan arasındakı münaqişəyə son qoymaq üçün Rusiya bö-




Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə