Heydar aliyev heritage research center



Yüklə 2,74 Mb.
Pdf görüntüsü
səhifə9/146
tarix27.10.2017
ölçüsü2,74 Mb.
#6978
1   ...   5   6   7   8   9   10   11   12   ...   146

31

wap.aliyevheritage.org

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 

Avropa Konfrans Mərkəzində Zaqafqaziyanın digər iki 

respublikasının prezidentləri ilə birgə mətbuat konfransı 

Lüksemburq, 22 aprel 1996-cı il 



Sual:  Cənab  Ter-Petrosyan,  Ermənistanın  da  üzv  olduğu  BMT  və  ATƏT-in 

prinsiplərinə  uyğun  olaraq,  Azərbaycanın  ərazi  bütövlüyünü  rəsmən  tanımaqda 

nə  üçün  çətinlik  çəkirsiniz? Axı  məlum  olduğu  kimi,  Zaqafqaziyanın  üç  dövləti 

liderlərinin bəyannamə imzalaması yolunda əngəl məhz budur. Koçaryanın Dağlıq 

Qarabağa müstəqillik verilməsinin zəruriliyi barədə verdiyi, əslində ikinci erməni 

dövləti yaratmaq demək olan bəyanatlara münasibətiniz necədir?



Levon  Ter-Petrosyan:  Birinci  sualınıza  -  Azərbaycanın  ərazi  bütövlüyünü 

Ermənistanın nə üçün tanımaması haqqında suala cavab verim. Sizə əks sualım var 

- Azərbaycan Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququnu nə üçün 

tanımır? 



Jurnalistin cavabı: Azərbaycan BMT-nin prinsiplərinə uyğun olaraq Azərbaycan 

Respublikasının ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın öz müqəddəratını 

təyin etmək hüququnu tanıyır. 

Sual:  Cənab  Ter-Petrosyan,  Ermənistan  birliyin  iştirakçısı  olan  dövlətlərin 

suverenliyinə,  ərazi  bütövlüyünə  və  sərhədlərin  toxunulmazlığına  əməl  edilməsi 

haqqında bəyannaməni imzalamaqdan boyun qaçırmışdır. Azərbaycan da daxil ol-

maqla  MDB  dövlətlərinin  ərazi  bütövlüyü  məsələsində  Ermənistanın  mövqeyini 

necə izah edərdiniz? Bildiyiniz kimi, vasitəçilər belə hesab edirlər ki, Ermənistan 

ilə Azərbaycan arasındakı münaqişəyə son qoymaq üçün tərəflər qarşılıqlı güzəştə 

getməlidirlər.  Azərbaycan  prezidenti  dəfələrlə  bəyan  etmişdir  ki,  onun  ölkəsi 

güzəştə getməyə hazırdır və Azərbaycan Dağlıq Qarabağa ən yüksək muxtariyyət 

statusu  verir.  BMT-nin  üzvü  kimi  Ermənistan  Azərbaycanın  ərazi  bütövlüyünü 

tanımağa  hazırdırmı?  Sonrakı  sualım  prezident  Heydər  Əliyevə  və  Ermənistan 

prezidentinədir:  dünənki  rəsmi  məlumatda  qeyd  olunmuşdur  ki,  münaqişənin 

aradan qaldırılması beynəlxalq prinsiplərə əməl edilməsinə əsaslanmalıdır. Bunu 

deyərkən nəyi nəzərdə tutursunuz? 

Levon Ter-Petrosyan: Birinci suala cavab vermişəm. Ikinci sual barədə onu deyə 

bilərəm ki, beynəlxalq hüquqlar deyərkən hamımızın hörmət etdiyimiz on prinsipi 

nəzərdə tuturuq. Bunların hamısının eyni qüvvəsi var. O ki qaldı, Dağlıq Qarabağın 

statusuna, bu məsələni Dağlıq Qarabağın əhalisi həll etməlidir. 



Heydər  Əliyev:  Beynəlxalq  hüquq  normalarına  əməl  edilməsi  ifadəsi  altında, 

şübhəsiz ki, bütün beynəlxalq hüquq normalarını nəzərdə tuturuq. Buraya çox anla-

yışlar daxildir və onlardan heç biri istisna edilmir. 



32

BAKI-BRÜSSEL (Azərbaycan-Avropa Ittifaqı münasibətləri)



www.aliyevheritage.org

Sual: Sovet Ittifaqını keçmiş sərhədləri daxilində bərpa etmək barədə Moskvada 

göstərilən cəhdlərə necə baxırsınız? 



Eduard  Şevardnadze:  Mən  bunu  yolverilməz  sayıram. Yəqin  ki,  Dövlət  Du-

masının prezident Yeltsin tərəfindən rüsvayçı qərar adlandırılan qərarını nəzərdə 

tutursunuz.  Zənnimcə,  bu,  çox  dəqiq  qiymətdir.  Onu  da  əlavə  edim  ki,  Dövlət 

Duması  özünün  bu  qərarı  ilə  NATO-nun  Şərqə  doğru  genişlənməsi  prosesinin 

sürətlənməsinə kömək edir. 

Levon  Ter-Petrosyan:  Bilirsiniz,  keçmiş  Sovet  Ittifaqında,  məhz  Rusiyada 

kommunistlərin qayıtmaq təhlükəsi var. Ölkəmin adından əmin etmək istəyirəm ki, 

Ermənistan heç vaxt öz suverenliyindən imtina etməyəcək və keçmiş Sovet Ittifaqı 

hüdudlarında heç bir yeni ittifaqa daxil olmayacaqdır. Lakin kommunistlərin qayıt-

ması təkcə keçmiş Sovet Ittifaqı respublikaları üçün deyil, zənnimcə, həm də Avro-

pa və bütün dünya üçün böyük təhlükədir. Cənab Şevardnadzenin dediyi məsələyə 

toxunaraq qeyd etmək istəyirəm ki, Rusiyada demokratiyanın qorunub saxlanması 

Avropanın təhlükəsizliyi üçün NATO-nun genişlənməsindən daha mühümdür. Indi 

dünyanın təhlükəsizliyi üçün başlıca məsələ Rusiyada kommunistlərin qayıtmasına 

yol verməməkdən ibarətdir. 



Heydər Əliyev: Açıq deyirəm və hesab edirəm ki, bununla bütün Azərbaycan 

xalqının  rəyini  ifadə  etmiş  oluram.  Bir  prezident  kimi  mən  Sovetlər  Ittifaqı-

nın bərpasına və şübhəsiz ki, kommunist rejiminin bərpasına dair Rusiyada özü-

nü  göstərən  meyllərə  qəti  şəkildə  mənfi  münasibət  bəsləyirəm.  Azərbaycan  öz 

müstəqilliyindən heç vaxt geri çəkilməyəcəkdir. Azərbaycanın müstəqilliyi onun 

tarixi nailiyyətidir və biz keçmiş Sovetlər  Ittifaqı kimi hər hansı bir ittifaqa da-

xil  olmağı  özümüzə  heç  vaxt  rəva  bilməyəcəyik.  Hesab  edirəm  ki,  bu  niyyətin 

müəllifləri nəyəsə nail olmağa ümid bəsləyirlərsə, son dərəcə yanılırlar. Rusiyada 

kommunistlərin qayıtması təhlükəsi var və zənnimcə, demokratik qüvvələr bunun 

qarşısına  sipər  çəkməlidirlər.  Rusiyada  demokratik  proseslərin  inkişaf  etməsinin 

təkcə onun özü üçün deyil, həm də keçmişdə Sovetlər Ittifaqının tərkibində olub 

indi demokratiya yolu ilə gedən ölkələrin hamısı üçün böyük əhəmiyyəti var. 



Sual:  Cənab  Əliyev,  siz  bəyan  etdiniz  ki, Azərbaycanda  demokratik  seçkilər 

keçirilib,  30  partiya  və  azad  mətbuat  var.  ATƏT-in  beynəlxalq  müşahidəçiləri 

Azərbaycanda  keçirilmiş  parlament  seçkilərini  qeyri-demokratik  və  qeyri-azad 

seçkilər kimi səciyyələndirmişlər. Siyasi partiyalar qadağan olunub, azad mətbuat 

yoxdur. Burada ziddiyyət nədən ibarətdir? 

Heydər Əliyev: Sizin sualınız qərəzli xarakter daşıyır. Mən dedim ki, qeydiy-

yatdan  keçmiş  30  partiya  sərbəst  fəaliyyət  göstərir,  demokratik  yolla  seçilmiş 

parlamentdə 9 partiya təmsil olunub və bunlardan bəziləri müxalifət partiyaları-

dır.  Azərbaycanda  bütün  sahələrdə  demokratiya  bərqərar  olur.  Istinad  etdiyiniz 

mənbələrdən xəbər alın ki, onlar nə üçün belə bəyanatlar verirlər. 



Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə